Məhkəmə qərarları › İş №2(106)-760/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-760/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-760/2024 16.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Açar sözlər: nikah dövründə aliment tələbi, artırıldı. X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X3 ibarət tərkibdə, Həsən Əhliman oğlu Əliyevin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(041)-1936/2023 saylı (hakim Xaliq İmanov) qətnaməsindən İddiaçı apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdaki qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2014-cü il təvəllüdlü Əlizadə Süleymanın və xx.xx.2017-ci il təvəllüdlü Əlizadə Ayxanın yetkinlik yaşlarına çatana kim saxlanmaları hər ay hər uşağa görə 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin onun nəfinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 19.03.20l3-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Əlizadə Süleyman və xx.xx.2017-ci il tarixdə Əlizadə Ayxan adlı iki uşaqları anadan olub. Cavabdehlə evlənəndən sonra uzun müddət mehriban yaşasalarda sonradan münasibətləri pozulub və ayrılıblar. O, uşağı saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(041)-1936/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə, hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh bir valideyn kimi uşaqlarını saxlamaqda iştirak etməlidir. Hazırda Respublika üzrə 1 uşağın saxlanılması üçün minimum 235 manat təşkil etdiyi halda, məhkəmə hətta həmin məbləğdə belə aliment qət etməmiş və qət edilmiş məbləğ isə uşaqların saxlanılması üçün yetərli deyildir. Onu da, qeyd edir ki, cavabdeh tərəfindən yaşayış sahəsi ilə təmin olunmadığı üçün uşaqları ilə aylıq 250 manat miqdarında kirayə haqqı ödəməklə kirayə yaşayır, kirayə haqqını ödəməkdə çətinlik çəkir və bu vəziyyət uşaqlarının da, maddi vəziyyətinə ağır təsir edir, lakin cavabdeh ayrıldıqları bu 9 ayda uşaqlarla maraqlanmamış, könüllü aliment ödəməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh olan qardaşı ilə birlikdə hazırda Dağıstanda yaşayırlar. O özü alverlə məşğuldur. Qardaşı da hərdən gəlib ona köməklik edir. İndiyədək alimentdən xəbərləri olmamışdır. Qısa zamanda alimenti ödəyəcəklər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qismən dəyişdirilməsinə yönəldiyindən, əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləği hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat müəyyən edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2013-cü il tarixli AZİ815009 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2013-cü il tarixdə Sumqayıt nikah evində 165 nömrə ilə qeydə alınmışdır. - xx.xx.2014-cü il tarixdə verilmiş AZ İİİ334261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olub. Atası Cavabdeh, anası İddiaçıdır. - xx.xx.2017-ci il tarixdə verilmiş AZ İV093401 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə anadan olub. Atası Cavabdeh, anası İddiaçıdır. İddiaçı həyat yoldaşına qarşı hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İddiaçı birinci instansiya məhkəməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin məbləğinin müəyyən edilməsinə dair hissədə mübahisələndirmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 2024-cü il üçün uşaqlara görə yaşayış minimumu 235 manat müəyyən edilmişdir, eyni zamanda o kirayədə yaşayaraq 250 manat kirayə haqqı ödəyir. Cavabdeh alimenti ödəməkdən yayınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan təmin etməlidir. “Elektron-məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, İddiaçı “X7 Kompani” MMC-də səyyar satıcı vəzifəsində çalışaraq 500 manat əmək haqqı alır. “Elektron-məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, Cavabdeh işlədiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Belə ki, iddiaçının işləyərək əmək haqqı aldığını, cavabdehin faktiki olaraq işləmədiyini və tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hər uşaq üçün 170 manat olmaqla, 340 manat müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların tələbatlarını ödəmək, həmçinin tərəfələrin tələbatları və gəlirləri nəzərə alınaraq, alimentin miqdarı artırılmalı, hər uşaq üçün 170 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti qaunnvericiliklə müəyyən edilmiş həddən az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(041)-1936/2023 saylı qətnaməsi-alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Hazırkı alimentin tutulmasının başlanğıcı iddia verildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar