Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-781/2025 28.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(047)-755/2018 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Kreditor ASC borclular Borclu1 və Borclu2 qarşı 338,34 ABŞ dolları əsas, 418,61 ABŞ dolları faiz borcunun və 20 manat ödənilmiş dövlət rusumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(047)-755/2018 saylı məhkəmə əmri ilə Borclu1 və Borclu2 müştərək qaydada 338,34 ABŞ dolları əsas, 418,61 ABŞ dolları faiz borcu, cəmi 756,95 ABŞ dolları məbləğində pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bakı şəhəri Atatürk prospekti 42-də yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə əmr verilmişdir. Borclu2 Laçın Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(047)-755/2018 saylı əmrinə etiraz edərək əmri ləğv edib iddia icraatına keçrilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərardadına əsasən Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(047)-755/2018 nömrəli məhkəmə əmrindən Borclu2 tərəfindən verilmiş etiraz qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və həmin etiraza məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçirilmə müddətinin üzürlü səbəbdən buraxılması barədə qeyd edilən müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən baxılmadan borcluya geri qaytarılması qərara alınmışdır. Borclu2 şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərardadının ləğv olunması və iş üzrə iddia icraatına keçilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Kreditor ASC-nin borclular Borclu1 və Borclu2 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-755/2018 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən qüvvəsində saxlanılması və Borclu2 şikayətinin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-479/2025 saylı qərardadına əsasən Borclu2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 479/2025 saylı qərardadı ilə, Borclu2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(047)-755/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Borclu2 ərizə ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli məhkəmə əmrindən etiraz verilməsi üçün buraxılmış prosessul müddətin bərpa edilərək həmin əmrin ləğv edilməsini və iş üzrə iddia icraatına keçilməsini məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Kreditor ASC-nin borclular Borclu1 və Borclu2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli məhkəmə əmrindən Borclu2 tərəfindən verilmiş məhkəmə əmrinə etiraz vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qərardad qəbul edilmişdir. Borclu2 şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(047)-755/2018 saylı qərardadının tam ləğv edilməsini, Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli məhkəmə əmrindən iş üzrə Borclu2 tərəfindən etirazın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsini, əks təqdirdə qeyd edilən səbəblərə görə əmrdən etirazın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü səbəblərdən buraxılmış hesab olunması və buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Kreditor ASC-nin borclular Borclu1 və Borclu2 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 05 mart 2025ci il tarixli, 2(047)-755/2018 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən qüvvəsində saxlanılması, Borclu2 şikayəti baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(047)-755/2018 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi Borclu2 Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(047)- 755/2018 saylı məhkəmə əmrindən üzürlü səbəblərdən vaxtında etiraz verməməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(047)- 755/2018 saylı məhkəmə əmrinin surəti poçt vasitəsilə Borclu2 göndərilmiş, həmin məhkəmə əmri geri qaytarılmamış və özünün də məhkəməyə ünvanladığı ərizəyə əsasən də 18 sentyabr 2018-ci il tarixdə ünvanına çatdırılmışdır. Cavabdeh öz şikayətində xəbərnamədəki imzanın kimə məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə-ekspertizasının keçirilməsinə istinad etsə də, bu arqument hüquqi və prosessual baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, ekspertizanın keçirilməsi prosessual hüquq olmaqla yanaşı, eyni zamanda məhkəmənin mülahizə səlahiyyətinə aid məsələdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu norma məhkəməyə ekspertiza təyin edib-etməmək məsələsində diskresiya səlahiyyəti verir və məhkəmə yalnız zəruri hallarda belə bir ekspertizaya qərar verir. Qanunvericilik heç bir halda, yalnız tərəflərin iddiası əsasında məhkəməni ekspertiza təyin etməyə məcbur etmir. Bu baxımdan, cavabdehin ekspertiza təyin edilməsi ilə bağlı istinad etdiyi arqument, yalnız subyektiv ehtimaldan ibarət olub, prosessual qanunvericiliyin tələb etdiyi konkret və əsaslı şübhələrə söykənmir. Bundan əlavə, iş üzrə təqdim olunmuş sənədlərin və materialların ümumi təhlili, o cümlədən digər sübutlarla birlikdə qiymətləndirilməsi nəticəsində məhkəmə tərəfindən belə bir ekspertizaya ehtiyac olmadığı qənaətinə gəlinmişdirsə, bu qərar qanun çərçivəsində qəbul edilmiş və məhkəmənin sərbəst hüquqi qiymətləndirmə səlahiyyəti daxilindədir. Beləliklə, cavabdehin ekspertiza keçirilməsi ilə bağlı dəlili yalnız icra prosesini ləngitmək və prosedur müddətləri uzatmaq məqsədi daşıyan formal xarakterli müdafiə vasitəsi kimi qiymətləndirilə bilər və bu baxımdan, birinci instansiya məhkəməsinin ekspertiza təyin etməməsi barədə qərarı həm hüquqi, həm də məntiqi baxımdan əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Hüquq sistemində prosessual müddətlər mühüm rol oynayır. Onlar hüquqi müəyyənliyi, sabitliyi və ədalətin effektiv icrasını təmin edən əsas prinsiplərdəndir. Prosessual müddətlərin əsas məqsədi hüquqi proseslərin mütəşəkkil şəkildə aparılmasını təmin etmək, hüquq subyektlərinin maraqlarını qorumaq və hüquq sisteminə inamı artırmaqdır. Hüquqi müəyyənlik hüququn əsas prinsiplərindən biridir və prosessual müddətlərin tətbiqi ilə bilavasitə bağlıdır. Əgər hüquqi proseslər qeyri-müəyyən müddət ərzində davam edərsə, bu, hüquqi xaosa və qeyri-sabitliyə səbəb ola bilər. Müddətlərin müəyyən edilməsi, hüquq subyektlərinə nə vaxt və necə hərəkət edəcəklərini əvvəlcədən bilməyə imkan verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərin qanuni gözləntilərini qoruyur və onların hüquqlarının müdafiəsini təmin edir. Prosessual müddətlər hüquq sisteminin əsas dayaqlarından biridir və ədalətin təmin olunmasında, hüquqi müəyyənlik və sabitlik prinsiplərinin qorunmasında və məhkəmə proseslərinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Onlar hüquqi münasibətlərin sabitliyini təmin edir, hüquqi süründürməçiliyin qarşısını alır, hüquq subyektlərinin gözləntilərini qoruyur və məhkəmə qərarlarının icrasının keyfiyyətini artırır. Bu səbəbdən, prosessual müddətlərin düzgün tətbiqi və onlara riayət olunması hər bir hüquq sistemində əsas prioritetlərdən biri olmalıdır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X1rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədər borclunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, Borclu2 şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(047)-755/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(047)-755/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-781/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-781/2025
28.04.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver