Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-803/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 2(050)307/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Fərziyev X6 Təhmirə Ağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnamənin ləğv edilib qanuna uyğun olaraq 150 manat aliment təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X12 ilə 01 iyun 2009-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 07 aprel 2009-cu təvəllüdlü X13, 12 may 2010-cu il təvəllüdlü X14 və 06 aprel 2011-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. 03 noyabr 2021-ci il tarixdə X1 Rayon Məhkəməsinə müraciət edərək 01 iyun 2009-cu ildə rəsmiləşdirilmiş nikahın ləğv olunması və hər uşaq üçün 200 manat aliment tələb etmişdir. Cavabdehin iddiası qismən təmin edilərək, X12 ilə İddiaçı arasında Masallı rayonu Miyankü kənd ərazi nümayəndəliyində 01 iyun 2009-cu il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, 07 aprel 2009-cu il təvəllüdlü X8 atası İddiaçı, 12 may 2010-cu il təvəllüdlü X9 və 06 aprel 2011-ci il təvəllüdlü X3 anaları X5 yanında və himayəsində saxlanılması, 12 may 2010-cu il təvəllüdlü X9 və 06 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X10 ödənilməsi, alimentin tutulmasının 06 iyul 2021-cü il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının azaldılaraq 12 may 2010-cu il təvəllüdlü X14 və 06 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün atası - İddiaçı hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit puı məbləğində alimentinin tutulub anası - cavbadeh Cavabdeh ödənilməsi qət edilmişdir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, tələbini dəqiqləşdirmək istəmir. Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsinin ləğv edilərək hər uşağa 75 manat olmaqla 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsini istəyir. Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi qəbul edilən zamanda işləmirdi, hazırda da işləmir. Maddi vəziyyətində dəyişiklik ondan ibarətdir ki, həmin vaxt qardaş- bacısı, qohumları ona maddi baxımından köməklik edirdi, hazırda isə heç kəs ona köməklik etmir. Əvvəlki kimi övladlarından biri onun yanında, digər ikisi isə analarının yanındadır. Sonda İddiaçı hər uşağa 75 manat olmaqla 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, kirayədə qalır. İki övladı onun yanındadır. Məktəbdə xadimə işləyir. Cavabdeh qəssabdır. Həyətində heyvanları var. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)307/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: C.Quliyev), İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)307/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)307/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)307/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən və Saatlı rayon Qeydiyyat Şöbəsinin 05 yanvar 2023-cü il tarixli arayışından görünür ki, X2 ilə X11 arasında 12 yanvar 2000-ci il tarixdə Saatlı rayonu Qaracalar kənd icra nümayəndəliyində bağlanmış 4 saylı nikah qeydi vardır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)- 2355/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X12 ilə İddiaçı arasında Masallı rayonu Miyankü kənd ərazi nümayəndəliyində 01 iyun 2009-cu il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, 07 aprel 2009-cu il təvəllüdlü X8 atası İddiaçı, 12 may 2010-cu il təvəllüdlü X14 və 06 aprel 2011-ci il təvəllüdlü X3 anaları X5 yanında və himayəsində saxlanılması, 12 may 2010-cu il təvəllüdlü X14 və 06 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X10 ödənilməsi, alimentin tutulmasının 06 iyul 2021-cü il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(050)- 1058/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, Masallı Rayon Məhəkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər bir uşağa görə 100 manat olmaqla iki uşaq üçün 200 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, onun iddiası təmin edilməmişdir. İş materiallarında olan Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(050)- 1058/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının azaldılaraq 12 may 2010-cu il təvəllüdlü X14 və 06 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatana kimi saxlanması üçün atası - İddiaçı hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment tutulub anası - Cavabdeh xeyrinə ödənilməsi və azaldılmış alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanması qət edilmişdir. İş materiallarında olan Masallı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli, 133 saylı məktubdan görünür ki, Cavabdeh Masallı şəhəri 3 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləyir. Aylıq əmək haqqısı 272 manatdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən tələblər gözləməklə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözlənilmişdir. Buna uyğun olaraq məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktı öhdəlik yaradıcı akt kimi çıxış edir. Bu öhdəlik fiziki şəxslərin hüquq və mənafelərinə xidmət etməli, onların maddi və sosial vəziyyətini, həmçinin məhkəmə qərarına önəmli təsir göstərə biləcək halları nəzərə alınmaqla məhkəmə tərəfindən fiziki şəxsin üzərinə qoyulmalıdır. Əks halda məhkəmələr tərəfindən fiziki şəxsin yerinə yetirə bilməyəcək öhdəliyin müəyyən edilməsi birbaşa ədalət mühakiməsinin prinsipləri ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələblər birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Bundan əlavə kollegiya qeyd edir ki, İddiaçı apelyasiya şikayəti verərək təyin olunmuş aliment məbləğinin azaldılması istəsə də, bu barədə nə birinci instansiya nə də ki, apelyasiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gəlinmişdir. Buna uyğun olaraq.( Müvafiq olaraq AR Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.) Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. İddiaçının apelyasiya şikayətinin dəlili kimi göstərdiyi maddi durumunun aşağı olması ilə bağlı qeyd edir ki, valideynlərin övladlarının maddi təminatını həyata keçirmək vəzifəsidir və vəzifənin yerinə yetirilməsi yuxarıda qeyd edilən hüquq normalarında birbaşa öz əksini tapmışdır. Buna görə də iddiaçının maddi vəziyyətinin aşağı olması 12 may 2010-cu il təvəllüdlü X9 və 06 aprel 2011-ci il təvəllüdlü X3 qarşısında qanunla müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin hüquqi əsası ola bilməz. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Sirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının azaldılaraq 12 may 2010-cu il təvəllüdlü X14 və 06 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatana kimi saxlanması üçün atası - İddiaçı hər ay hər uşağa görə 120 manat olmaqla müəyyən edilmişdir. Daha sonra iddiaçı məhkəmədə iddia qaldıraraq alimentin miqdarını hər uşağa görə 75 manat cəmi 150 manat aliment olmaqla alimentin azaldılmasını xahiş etmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və alimentin miqdarını hər ay hər uşağa görə 75 manat cəmi 150 manat aliment olmaqla alimentin azaldılmasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1080 ((240- 150)x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)307/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.