Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-870/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Nərman oğluna qarşı “uşaqın müalicəsi ilə bağlı çəkilmiş əlavə xərcin əvəzinin ödənilməsi” tələbi barədə mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh Nərman oğluna qarşı “uşağın müalicəsi ilə bağlı çəkilmiş əlavə xərcin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 müalicəsi ilə bağlı 2024-cü ilin yanvar ayından aprel ayınadək ödədiyi 2890.26 manat vəsaitinin yarısı olan 1445.13 manatın Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha girmişlər. Cavabdehlə birgə nikah dövründə xx.xx.2020- ci il tarixdə X4 dünyaya gəlmişdir. Ailə qurduqdan bir müddət sonra ailələri dağılmış və məhkəmə qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun himayəsində qalmışdır. Cavabdeh Sədirxan övladının saxlanılması üçün alimenti vaxtı-vaxtında ödəyir. Övladı dünyaya gəldikdən sonra ailədə olan mübahisələr və davalar nəticəsində nitq geriləmələri olmuşdur. O, nikah pozulduqdan sonra özü və ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və orada yaşamağa başlamışlar. Cavabdeh özü və ailəsi məhkəməyə müraciət edərək uşaqla ünsiyyət tələb etdilər və məhkəmə tərəfindən təmin edilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsində hər görüşləri müharibəyə bərabər olurdu və sonda polis şöbəsinə dəvət olunmuşlar. Bunlar da hamsı övladının gözü qarşısında olurdu. Bunun nəticəsində övladında geriləmə yaranmışdır və həkim müdaxiləsi nəticəsində övladı yenicə danışmağa başlamışdır. Buna görə Bakı şəhərində yerləşən “Loqos” Psixoloji və X8 2024-cü ilin yanvar ayından 2024-cü ilin aprel-may aylarına kimi ödədiyi pulu və həkimlərin yazdıqları dərmanlara görə 2890.26 manat ödəmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, etirazının əsası kimi göstərmişdir ki, azyaşlı nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X1 psixoloji durumunun pisləşməsinin səbəbkarı kimi iddiaçı özü olmuşdur. Belə ki, onlar uşaqla ünsiyyətdə olmasının icrası zamanı, iddiaçı tərəfin hər dəfə münaqişə yaradaraq uca səslə dava-dalaş salması nəticəsində uşaq stress vəziyyətinə düşərək, bununla da onun psixoloji vəziyyəti pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsi ilə (Hakim: Nurəddin Bağırov) iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X1 müalicəsi ilə bağlı çəkilmiş xərcin yarı hissəsini təşkil edən 375 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: xx.xx.2020-ci il təvəllüdlü X1 psixoloji durmunun bərbad vəziyyətə gəlməsinin başlıca səbəbkarı iddiaçı tərəfin ucbatından olmuşdur. Hər dəfə uşaqla ünsiyyətdə olan zaman iddiaçı tərəfin qışqır-bağırı uşağın psixoloji durmunun bərbad vəziyyətə gətirib çıxarılmasına səbəb olmuşdur. Hətta bunu sübut edəcək dəlilləri var. Bundan başqa, videoçəkiliş var ki, uşaqla hər dəfə ünsiyyətdə olan zaman uşağa təzyiqlər olmuş və uşağın yanında aqressiv hərəkətlər qışqır-bağır yüksək səslə danışmalar, əlbəttə ki, uşağa psixi təsir edəcəkdir. İddiaçı tərəf isə əsassız olaraq 2024-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayına kimi ödədiyi 2890.26 manatın yarısını 1445.13 manatın ondan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən 2890.26 manat məbləğ isə absurddur. Onun əldə etdiyi "xxxx" MMC tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 028 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə "xxxx" MMC-də konsultasiya olunub. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinədək psixopedaqoq Əsmər Quliyevadan terapiyə keçib. X4 63 seans üçün, ümumilikdə, 1475 manat ödəniş edib. Göründüyü kimi, bütün iddiaçının göstərdiyi müddəalar əsassızdır. Ona görə də iddiaçının tələb etdiyi xəstəliyə dair pul tələbi absurddur. Halbuki iddiaçı tərəfinin səhvi ucbatından uşaq psixoloji sarsıntı keçirtmişdir. Göründüyü kimi, iddiaçı tərəfin hər dəfə ünsiyyət zamanı etdiyi aqressiv hərəkətlər ictimai asayişi pozma ilə uşağın nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta çətin psixoloji vəziyyətə salıb. Ona görə də uşağın xəstəliyə düşməsi səbəbi iddiaçı tərəfindən ucbatından olmuşdur. Hətta əsassız yerə rüşvət qarşılığı olaraq uşağa aid olmayan resepti hansısa həkimə yazdıraraq belə əsassız bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə buna məhəl qoymayaraq iddia tələbini qismən təmin etsə də, həmin həkim barəsində hər hansı bir cinayət işinin başlanması barədə qərardadın müvafiq orqanlara göndərilməsini təmin etməmişdir. Bundan başqa, əgər iddiaçı uşağa yaxşı baxa bilmirsə, gətirib versin, atası olaraq özü onun bütün maddi və mənəvi təminatlarını qarşılamağa hazırdır. Hətta uşağa orada zor tətbiq edilməsi halının sübuta yetirilməsi barədə şahidlərin də dəvət edilib dindirilməsini və videoçəkilişə baxılması halı öz əksini tapmamışdır. Onun şifahi vəsatətinə məhəl qoyulmamışdır. Uşağın isə bu hala gəlməsi sırf iddiaçının səhvi ucbatından olması hamıya bəllidir. Orada isə işə ədalətli baxılması üçün şahid kimi Sabirabad rayon İcra və probasiya şöbəsinin əməkdaşı X3 çağırılıb dindirilməsi zəruri idi. Çünki Sabirabad rayon İcra və probasiya şöbəsinin əməkdaşı X5 da videoçəkilişə düşmüşdür. Halbuki bu da öz əksini tapmadı. Belə ki, bu barədə müvafiq videoçəkilişləri məhkəməyə təqdim etsə də, buna birinci instansiya məhkəməsi məhəl qoymamışdır. Ona görə də uşağın hansı şəraitdə və necə yaşamaları barədə müvafiq araşdırılma düzgün aparılmamışdır. Belə əsassız bir qətnamə qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, onun uşağının hazırki yaşayış şəraitinə dair iddiaçının yanında qalmasına heç bir əsaslı sübut yoxdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsi üzrə birinci instansiya məhkəməsi kobud surətdə belə bir qətnamə qəbul etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsinin ləğv edilməsi üzrə iş materillarında olan hallara istinad edilməməsidir. Sabirabad Rayon Məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işin faktiki hallarını araşdırmamış və hər hansı bir rəsmi sənədi mötəbər sübut kimi dəyərləndirməmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə müəyyən olunmuş qaydada tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM-nin 372.6-cı maddəsi). Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli sorğusuna 07 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə "Loqos İnşaatçılar” MMC-də konsultasiya olunmuşdur. İlkin dəyərləndirmə zamanı pasiyentdə ailədaxili münaqişə zəminində travma müşahidə olunmuş, həmçinin 3 yaşı olmağına baxmayaraq AGTE testi edilmiş və ümumi inkişaf yaşının öz yaşını dəstəkləmədiyi müşahidə edilmişdir. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək psixo-pedaqoq Əsmər Quliyevanın yanında terapiya keçmişdir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, X2 müşahidə olunan vəziyyət ağır xəstəlik kimi qiymətləndirilməməklə bərabər sadəcə yüngül psixi problemdir. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-137/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı - Cavabdeh Nərman oğluna qarşı “uşaqın müalicəsi ilə bağlı çəkilmiş əlavə xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-870/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-870/2025
23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver