Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-878/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi hakim), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-2732/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-2732/2023 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 18 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və xx.xx.2024-cü il tarixli 2(106)-878/2024 saylı qərardadla mülki iş üzrə məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti ilə birlikdə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən müddətin bərpası barədə ərizə verilmişdir (səh. 33). Lakin İmişli Rayon Məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlamamış, buraxılmış müddətin bərpası barədə ərizəyə münasibət bildirməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini prosessual məcəllənin tələblərinə uyğun yoxlamalı, müddətin bərpası barədə ərizəyə məhkəmə iclasında hüquqi qiymət verməli, müddət bərpa edildiyi halda iş materialları baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli idi. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizəyə hüquqi qiymət verilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024cü il tarixli 2(106)-878/2024 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla İmişli Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli 2(106)-878/2024 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılsın. İmişli Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(036)-2732/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 357-362-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-878/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-878/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver