Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-895/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-176/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıl-zinət əşyaları: çəkisi 14 qram qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 7 qram qiyməti 686 manat olan 1 ədəd brilyant qolbaq, çəkisi 12 qram qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbaq, çəkisi 1,8 qram qiyməti 176,40 manat olan 1 ədəd uşaq üçün qolbaq, çəkisi 1,2 qram qiyməti 117,60 manat olan 1 ədəd klon, çəkisi 6,4 qram qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4 qram qiyməti 392 manat olan 1 cüt qızıl sırğa, çəkisi 4,2 qram qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 1,8 qram qiyməti 176,40 manat olan 1 cüt qızıl sırğa, çəkisi 4,2 qram qiyməti 411,60 manat 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,8 qram qiyməti 274,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 3,4 qram qiyməti 333,20 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, cəmi 7320,60 manat; mebel əşyaları: qiyməti 371,20 manat olan 1 ədəd şifoner, qiyməti 204,80 manat olan 1 ədəd ikinəfərlik taxt, qiyməti 96 manat olan 1 ədəd termo, qiyməti 358,40 manat olan 1 ədəd servant, qiyməti 179,20 manat olan 1 ədəd divan-kreslo, qiyməti 102,40 manat olan 1 ədəd beşik və qiyməti 35,20 manat olan 1 ədəd ütü stolu, cəmi 1347,20 manat; elektrik məişət əşyaları: qiyməti 35,75 manat olan 1 ədəd ətçəkən maşın, qiyməti 24,75 manat olan 1 ədəd ütü, qiyməti 8,25 manat olan 1 ədəd qoz çəkən, qiyməti 8,25 manat olan 1 ədəd saçqurudan fen, cəmi 77 manat; taxt döşəyi, taxt yorğanı, döşək, yorğan, yastıq, döşəkçə, böyük adyal, yay üçün böyük adyal, pərdə, karniz, kiçik, çay və böyük dəsmallar, 2 ədəd yataq dəsti, 10 ədəd bir ədəd məxmər süfrə, 6 ədəd adi süfrə, yastıq üzü, əl dəsmalı, yataq örtüyü, 1 ədəd yataq dəsti, əl dəsmalı, 1 ədəd kaşmir xalça, 1 ədəd qayçı, 1 ədəd iynə-sap dəstindən ibarət cəmi qiyməti 1160,96 manat olan yatacaq ləvazimatı və digər əşyalar; cəmi qiyməti 1498,20 manat olan iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən müxtəlif adda qab-qacaq; hər birinin indiki bazar qiyməti 900 manat olmaqla, cəmi qiyməti 2700 manat olan 3 baş inək, qiyməti 800 manat olan 1 baş düyə, hər birinin qiyməti 300 manat olmaqla, cəmi qiyməti 900 manat olan 3 baş buzov, cəmi 4400 manat olmaqla həmin əmlakların özlərinin, bu mümkün olmadıqda isə onların əvəzi kimi cəmi 14529,17 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Evli olduqları müddətdə birgə nikahlarından xx.xx.2014cü il tarixdə anadan olmuş Uğur, xx.xx.2015-ci il tarixdə anadan olmuş Həsən və xx.xx.2017-ci il tarixdə anadan olmuş Sehran adlı övladları dünyaya gəlmişdir. Lakin cavabdeh öz hərəkətləri ilə ailənin dağılmasına səbəb olmuşdur. Füzuli Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(064)-186/2021 saylı qətnaməsi əsasında nikahları pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmışdır. Lakin cavabdehdən ayrılarkən iddiaçıya toy hədiyyəsi kimi alınmış qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehin valideynləri ilə birlikdə yaşadığı, iddiaçının gəlin köçdüyü evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları iddiaçının anasının ona toy hədiyyəsi kimi aldığı 1 dəst sırğaüzük, yenə anasının hədiyyə verdiyi 1 dəst boyunbağı-bilərzik, mərhum nənəsinin aldığı 1 üzük, 1 ədəd nişan üzüyü, bibisi oğlu şəhid mayor Elnur Quliyevin toy hədiyyəsi kimi aldığı 1 ədəd üzük, baldızı Lalənin toy hədiyyəsi kimi verdiyi 1 ədəd üzük, Tümənin verdiyi 1 ədəd üzük, cavabdehin verdiyi 1 ədəd üzük, uşağın ad günündə iddiaçının anasının hədiyyə etdiyi 1 ədəd bilərzik, cavabdehin dostu Füzulinin uşağa hədiyyə etdiyi 1 ədəd qolbaq, qaynanasının toy hədiyyəsi kimi verdiyi 1 ədəd tros boyunbağıdan ibarətdir. Digər cehiz əşyalarını isə iddia ərizəsinə əlavə etdiyi siyahıda göstərmişdir. Bundan başqa, iddiaçının atası tərəfindən onlara cehiz və toy hədiyyəsi kimi 4 baş qaramal və 3 baş buzov da verilmişdir, hansı ki cavabdeh onları da mənimsəmişdir. Füzuli Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(064)-176/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, İddiaçı məxsus olan qızıl-zinət əşyaları – çəkisi 14 qram, qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram, qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbağı, çəkisi 6,4 qram, qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram, qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, cehiz əşyaları olan mebel əşyaları: qiyməti 371,20 manat olan 1 ədəd şifoner, qiyməti 204,80 manat olan 1 ədəd ikinəfərlik taxt, qiyməti 96 manat olan 1 ədəd termo, qiyməti 358,40 manat olan 1 ədəd servant, qiyməti 179,20 manat olan 1 ədəd divan-kreslo, qiyməti 102,40 manat olan 1 ədəd beşik və qiyməti 35,20 manat olan 1 ədəd ütü stolu, elektrik məişət əşyaları: qiyməti 35,75 manat olan 1 ədəd ət çəkən, qiyməti 24,75 manat olan 1 ədəd ütü, qiyməti 8,25 manat olan 1 ədəd qoz çəkən, qiyməti 8,25 manat olan 1 ədəd saçqurudan fen, taxt döşəyi, taxt yorğanı, döşək, yorğan, yastıq, döşəkçə, böyük adyal, yay üçün böyük böyük adyal, pərdə, karniz, kiçik, çay və böyük dəsmallar, 2 ədəd yataq dəsti, 10 ədəd bir ədəd məxmər süfrə, 6 ədəd adi süfrə, yastıq üzü, əl dəsmalı, yataq örtüyü, 1 ədəd yataq dəsti, əl dəsmalı, 1 ədəd kaşmir xalça, 1 ədəd qayçı, 1 ədəd iynə-sap dəstindən ibarət, cəmi qiyməti 1160,96 manat olan yatacaq ləvazimatının naturada, bu mümkün olmadıqda isə onların dəyərinin pulla Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(064)-176/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarına formal yanaşmış, formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbində adları qeyd olunmuş qızıllar dəqiq olaraq iddiaçı tərəfindən götürülmüşdür. İddiaçı evdən gedərkən başmaq və digər ucuz əşyaları özü ilə aparmışdır. Aydındır ki, belə xırda əşyaları özü ilə aparmışsa, qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. O, qızılları aparanda tək olmamışdır. Bu faktla bağlı akt tərtib edilmiş, həmin ərazi üzrə icra nümayəndəsi də həmin aktı imza etmişdir. Həmçinin, iddiaçıya alınmış qızıl-zinət əşyalarının demək olar ki, hamısı qızıl olmuşdur, lakin nədənsə birinci instansiya məhkəməsi mütəxəssis rəyinin alınmasına ehtiyac duymadan həmin qızıl-zinət əşyalarının brilyant qaşlı olduğuna qənaət gətirmiş və sadəcə iddiaçının mülahizələri əsasında qətnamə qəbul etmişdir. İşin hallarından açıq şəkildə görünür ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmiş, öz tələbini əsaslandıra bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, məhkəmə qətnaməsinin təmin olunmuş hissəsi ilə bütövlükdə razı olmasa da, qızıl-zinət əşyalarının və ya onların dəyərinin ondan tutularaq iddiaçıya verilməsi hissəsini xüsusilə qərəzli hesab edir. Belə ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş, onun özü tərəfindən saxlanılmışdır. O, iddiaçı sonuncu dəfə evdən gedərkən evdə olmamış, iddiaçı və onun valideynləri iddiaçıya məxsus zəruri şəxsi əşyaları və sənədləri yığaraq aparmışlar. Bunu qonşular tərəfindən tərtib edilmiş 09 sentyabr 2020-ci il tarixli akt da təsdiq edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əvvəllər qızıl-zinət əşyaları onun özündə olmuş, 2020-ci ilin iyun ayında xəstələndiyinə görə evdən gedərkən onları evdə yaşadığı otağa qoymuşdur. Bir müddət sonra yenidən evə qayıtdıqda qızıl-zinət əşyalarını qoyduğu yerdə aşkar edə bilməmiş, bu barədə qaynatasına məlumat versə də, o, buna əhəmiyyət verməyərək, qızılların, yəqin ki, evdə haradasa olacağını bildirmişdir. Bundan sonra qızıl-zinət əşyalarının yoxa çıxması ilə bağlı hər hansı şəxsə və ya orqana müraciət etməmişdir. O qeyd etdi ki, qonşular tərəfindən 09 sentyabr 2020-ci il tarixində akt tərtib edilsə də, o, əslində evi 12 sentyabr 2020-ci il tarixində tərk etmiş, həmin vaxt aktda göstərilən şəxslər evin həyətində olsalar da, o, evdən hər hansı əşya götürməmiş və həyətdə olan şəxslərin evdən hansısa əşyaların götürülüb-götürülmədiyini təsdiq etməsi də mümkün deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(064)-176/2023 saylı qətnaməsi qismən – qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası ilk öncə iddiaçının qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı cavabdehdən çəkisi 14 qram qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 7 qram qiyməti 686 manat olan 1 ədəd brilyant qolbaq, çəkisi 12 qram qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbaq, çəkisi 1,8 qram qiyməti 176,40 manat olan 1 ədəd uşaq üçün qolbaq, çəkisi 1,2 qram qiyməti 117,60 manat olan 1 ədəd klon, çəkisi 6,4 qram qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4 qram qiyməti 392 manat olan 1 cüt qızıl sırğa, çəkisi 4,2 qram qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 1,8 qram qiyməti 176,40 manat olan 1 cüt qızıl sırğa, çəkisi 4,2 qram qiyməti 411,60 manat 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,8 qram qiyməti 274,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 3,4 qram qiyməti 333,20 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı üzüyün, həmin əşyaların özləri olmadıqda isə onların dəyəri olan cəmi 7320,60 manat pulun alınıb ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının – çəkisi 14 qram, qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram, qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbağı, çəkisi 6,4 qram, qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram, qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı üzüyün, onlar olmadıqda isə onların dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızılzinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi fotoşəkillər və qiymətləndirmə rəyini təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkilləri hazırkı iş üzrə qızıl-zinət əşyaları ilə bağlı tələbin təmin edilməsi üçün əsas hesab etmir və bildirir ki, həmin fotoşəkillər sadəcə olaraq orada əks olunmuş qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edə bilər. Həmin fotoşəkillərə əsasən fotoşəkildə olan əşyaların mülkiyyətçisinin və ya həmin əşyanın dəyərinin, eyni zamanda onların hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunun müəyyənləşdirilməsi mümkün deyil. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 30 iyun 2022-ci il tarixli, 35 nömrəli rəyini iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsi ilə əlaqədar qeyri-mötəbər hesab edir. Belə ki, qızıl-zinət əşyalarının özləri olmadan onlar barəsində bu cür qiymətləndirmənin aparılması mümkün deyil və qızıl-zinət əşyalarının çəkisinin, əyarının və qiymətinin fotoşəkillər və iddiaçı tərəfin verdiyi şifahi izahatlar vasitəsilə müəyyən edilməsi ağlabatan deyil. Rəyin özündə də qızıl-zinət əşyalarını görmədən qiymətləndirmənin aparıldığı göstərilmişdir. Həmçinin, qeyd edilən rəy tələb edilən qızıl-zinət əşyalarının cavabdehdə olması faktını təsdiq edə biləcək xarakterdə olmamaqla yanaşı, iddiaçının göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olması faktını da təsdiq etmir. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyaları ilə bağlı tələbi qismən təmin edərək, tələb edilən bəzi qızıl-zinət əşyaları ilə bağlı rədd edərkən, əsas kimi onların iddiaçıya hədiyyə verilməsinin cavabdeh tərəfindən mübahisələndirilməsinə və iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla, o cümlədən fotoşəkillər və videogörüntülərlə bu əşyaların iddiaçının istifadə və sahibliyində olmasının sübuta yetirilməməsinə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh iddia tələbini bütün qızıl-zinət əşyaları ilə bağlı olaraq mübahisələndirmiş, qızıl-zinət əşyalarının onda olmadığını və iddiaçı sonuncu dəfə evdən çıxıb gedərkən onları özü ilə götürüb apardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin 12 yanvar 2023-cü il tarixli iclasında şahid qismində dinlənilmiş X4, X3 və X2 bənzər məzmunda çıxış edərək bildirmişlər ki, iddiaçının atası Fəday onların qonşusudur. 2020-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı əri ilə dalaşıb atası evinə gəlmiş, həmin vaxt iddiaçını onlarla yanaşı, digər şəxslər də görmüş, iddiaçı evə gələrkən özü ilə heç nə gətirməmiş və əynində yalnız köhnə paltarlar olmuşdur. İşdəki Füzuli rayon 9 saylı Qayıdış qəsəbəsinin icra nümayəndəsi Amil Abbasov, qonşular Əminə Cəfərova, Rəna İmanova, Tünzalə Cəfərova, Əliyar İbişov, Diləfruz Aslanova tərəfindən tərtib edilmiş 09 sentyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, onlar göstərilən tarixdə 9 saylı qəsəbənin 153 nömrəli mənzilində yaşayan Cavabdeh həyat yoldaşı İddiaçı arasında olan mübahisə ilə əlaqədar həmin ünvanda olmuşlar. Məlum olmuşdur ki, İddiaçı atası və anası gələrək qızlarını məcburi qaydada heç bir xahişlərə baxmayaraq, götürüb aparmışlar. İddiaçı və anası əvvəlcədən planlı surətdə evə daxil olmuş, lazım olan sənədləri və özünə məxsus olan əşyaları götürüb maşına qoyaraq aparmışlar. Birinci instansiya məhkəməsi həmin akta qiymət verərkən bildirmişdir ki, aktda götürülən əşyaların içərisində iddiaçının qızıl əşyalarının olub-olmaması göstərilməmişdir. Həmçinin, şahid qismində dinlənilən Amil Abbasov iddiaçının və ya valideynlərinin evdən gedərkən hər hansı əşya aparmasını görmədiyini bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman iddiaçı da bildirmişdir ki, həmin akt tərtib edilərkən onu tərtib edən şəxslər həyətdə olmuş, evə daxil olmamışlar. İddiaçının isə hər hansı qızıl-zinət əşyasının orada olmamasını və götürə bilməməsini aktı tərtib edən şəxslərə bildirməsi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşmır. Həmçinin, Amil Abbasov da iddiaçı və valideynlərinin evdən gedərkən zəruri olan əşyaları özü ilə götürüb apardıqlarını ehtimal etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının qızılların çəkisini dəqiq yazdığına görə onların iddiaçının özündə olmasına dair mülahizələrinə dair bildirmişdir ki, qeyd olunan qızıl-zinət əşyalarının çəkisi və dəyəri iddiaçının sözləri ilə deyil, iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyində öz əksini tapmışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 30 iyun 2022-ci il tarixli qiymətləndirmə rəyi də sifarişçi İddiaçı ərizəsindəki məlumatlarından istifadə edilərək verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4, X3 və X1 izahatlarının Füzuli rayon 9 saylı Qayıdış qəsəbəsinin icra nümayəndəsi Amil Abbasov, qonşular Əminə Cəfərova, Rəna İmanova, Tünzalə Cəfərova, Əliyar İbişov, Diləfruz Aslanova tərəfindən tərtib edilmiş 09 sentyabr 2020-ci il tarixli aktı ilə ziddiyyət təşkil etdiyinə görə inandırıcı hesab etmir və onu da bildirməyi zəruri hesab edir ki, qızılzinət əşyaları öz ölçüsünə görə kiçik həcmli əşyalar olduğundan şahidlərin iddiaçının evə gələrkən onları özü ilə gətirib-gətirməməsini dəqiq müəyyən etmək imkanlarının olması ağlabatan deyil. Bütün bunlarla yanaşı, iddiaçı apellyasiya məhkəməsinin iclasında iştirak edərkən 2020-ci ilin iyun ayında xəstələndiyinə görə evdən gedib bir müddət sonra qayıtdıqda artıq qızıl-zinət əşyalarını tapa bilmədiyini bildirmişdir. O, qaynatasından qızıl-zinət əşyaları barədə soruşduqda isə qaynatasının ona qızılların evdə haradasa olacağını bildirdiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı izahatında 12 sentyabr 2020-ci il tarixində cavabdehlə yaşadıqları evi tərk edərkən ona məxsus qızıl-zinət əşyalarının yerini bilmədiyini qeyd etsə də, iddia ərizəsində onların cavabdehlə yaşadıqları evdə qaldığını bildirmişdir. Bu isə onu göstərir ki, iddia ərizəsində qeyd edilənlərlə iddiaçının apellyasiya məhkəməsinin iclasında bildirdikləri arasında ziddiyyət mövcuddur. Bununla da, iddiaçı həmin qızıl-zinət əşyalarının həqiqətən də cavabdehin qanunsuz sahibliyində qalmasını sübut edə bilməmişdir. Bundan əlavə, iddiaçı qızıl-zinət əşyalarının yoxa çıxmasını evi tərk etməzdən əvvəl aşkar etdiyini bildirsə də, bununla bağlı hər hansı şəxsə və ya orqana müraciət etməmiş, onların tapılması üçün hər hansı əməli tədbir görməmişdir. Beləliklə, iş materialları ilə çəkisi 14 qram, qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram, qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbağı, çəkisi 6,4 qram, qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram, qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı üzüyün iddiaçının mülkiyyətində olması və cavabdehin qanunsuz sahibliyində olması halı öz təsdiqini tapmır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Lakin iddiaçı öz tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinin əsasını təşkil edən halları təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsi üzrə gəldiyi nəticə ilə bağlı bildirir ki, qətnamə qismən ləğv edilərək qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cehiz əşyaları ilə bağlı gəldiyi nəticə ilə razılaşır və bildirir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin həmin hissəsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işdəki birinci instansiya məhkəməsinin 12 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, cavabdeh və onun nümayəndəsi iddia tələbini qismən qəbul edərək bildirmişlər ki, iddia ərizəsində sadalanan cehiz kimi göstərilən əşyalar hazırda cavabdehin yaşadığı evdədir və qorunub saxlanılır. Həmin əşyaları iddiaçının götürüb aparmasına etiraz etmir. Hazırkı apellyasiya şikayətində də cavabdeh məhkəmə qətnaməsinin cehiz əmlaklarla bağlı təmin olunmuş hissəsinə hansı əsasla etiraz etdiyini göstərməmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, cehiz əşyalarının hazırda cavabdehin yaşadığı evdə olması cavabdeh tərəfindən etiraf edildiyindən, MPM-in 106.3-cü maddəsi baxımından iddiaçı həmin tələbi sübut etmək vəzifəsindən azad olmuşdur. Cehiz əşyalarının cavabdehin yaşadığı evdə olması cavabdeh tərəfindən etiraf edildiyindən və həmin əşyaları iddiaçının götürməsinə etiraz etmədiyini bildirdiyindən, birinci instansiya məhkəməsi cehiz əşyaları olan mebel əşyaları: qiyməti 371,20 manat olan 1 ədəd şifoner, qiyməti 204,80 manat olan 1 ədəd ikinəfərlik taxt, qiyməti 96 manat olan 1 ədəd termo, qiyməti 358,40 manat olan 1 ədəd servant, qiyməti 179,20 manat olan 1 ədəd divan-kreslo, qiyməti 102,40 manat olan 1 ədəd beşik və qiyməti 35,20 manat olan 1 ədəd ütü stolu, elektrik məişət əşyaları: qiyməti 35,75 manat olan 1 ədəd ət çəkən, qiyməti 24,75 manat olan 1 ədəd ütü, qiyməti 8,25 manat olan 1 ədəd qoz çəkən, qiyməti 8,25 manat olan 1 ədəd saçqurudan fen, taxt döşəyi, taxt yorğanı, döşək, yorğan, yastıq, döşəkçə, böyük adyal, yay üçün böyük böyük adyal, pərdə, karniz, kiçik, çay və böyük dəsmallar, 2 ədəd yataq dəsti, 10 ədəd bir ədəd məxmər süfrə, 6 ədəd adi süfrə, yastıq üzü, əl dəsmalı, yataq örtüyü, 1 ədəd yataq dəsti, əl dəsmalı, 1 ədəd kaşmir xalça, 1 ədəd qayçı, 1 ədəd iynə-sap dəstindən ibarət, cəmi qiyməti 1160,96 manat olan yatacaq ləvazimatının naturada, bu mümkün olmadıqda isə onların dəyərinin pulla cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(064)-176/2023 saylı qətnaməsi qismən – İddiaçı məxsus olan qızıl-zinət əşyaları – çəkisi 14 qram, qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram, qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbağı, çəkisi 6,4 qram, qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram, qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı üzüyün naturada, bu mümkün olmadıqda isə onların dəyərinin pulla Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-895/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-895/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver