Məhkəmə qərarları › İş №2(106)-909/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-909/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-909/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, X4 və maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)1847/2022 saylı, 18 may 2022-cü il tarixli qətnaməsindən maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Lənkəran Rayon Notariat Ofisinə və maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğluna qarşı "torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı ilə mülkiyyətlərində olan 0,72 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli AN-İ №0094439 saylı alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0.72 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 20 dekabr tarixli 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə JN 0185 saylı (KOD 8********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı tərtib olunaraq onlara təqdim olunmuşdur. Ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 0.72 ha torpaq sahəsi yaşadıqları evin yaxınlığında yerləşir. Pay torpaq sahəsi mülkiyyətə verilən vaxtdan onların istifadəsindədir. 0.72 ha torpaq sahəsindən əvvəllər əkinçilik məqsədi ilə istifadə etmişlər, meyvə tərəvəz və buğda əkmişlər, sonradan heyvandarlıq məqsədi ilə istifadə etmişlər, hazırda da həmin torpaq sahəsində qoyun və mal-qara saxlayırlar. 0.72 ha pay torpaq sahəsinin ümumi mülkiyyətçilərindən iki nəfər-X16 və X14 vəfat emişlər. X14 06 oktyabr 2018-ci il tarixdə, X16 30 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. X5 vəfatından sonra ondan qalan miras əmlakın qanun üzrə vərəsəlik qaydasında sənədləşdirmə işləri ilə məşğul olmuşlar. Əvvəlcə, hazırda yaşadığları fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olmuş, bundan sonra torpaq islahatı ilə ailə üzvlərinin ümumi mülkiyyətinə verilən kənd təsərrüfatı təyinatlı 0.72 ha pay torpağının vəfat edən şəxslərdən qalan miras payının vərəsəlik yolu ilə vərəsələrə keçməsi işi ilə məşğul olarkən notariat ofisində həmin pay torpaq sahəsinin satıldığını bildirmışdirlər. Elə həmin vaxtda sosial yardım təyin olunması üçün DƏDR Xidmətindən müvafiq arayışın alınması üçün müraciət edərkən həmin İdarənin verdiyi xx.xx.2021-ci il tarixli arayışın məzmunu ilə tanış olandan sonra məlum olmuşdur ki, ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 0.72 ha torpaq sahəsinin alqı-satqısı haqqında 08 dekabr 2006-cı il tarixli müqavilə vardır. Həmin müqaviləyə əsasən ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsi X16 tərəfindən 08 dekabr 2006-cı il tarixdə Canıyev Fəxrəddin Şali oğluna satılmışdır. Bildirirlər ki, ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsinin satılmasından onların heç birinin məlumatı olmamış, həmin torpaq sahəsinin satılmasına heç birinin razılığı alınmamışdır. Həmin torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanan vaxt mülkiyyətçilərdən biri İddiaçı4 həqiqi hərbi xidmətdə olmuşdur. Kənd təsərrüfatı təyinatlı 0.72 ha torpaq sahəsi X24 Komissiyasının 1997-ci il 20 dekabr tarixli 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin qərar və "Torpağa mülkiyyət hüququna dair” JN 0185 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.72 ha torpaq sahəsi 7 nəfərin ümumi mülkiyyətinə verilmişdir. Digər mülkiyyətçilərin həmin torpaq sahəsinin satılmasından məlumatı olmamış, ümumi mülkiyyətdə olan torpaq sahəsinin satılmasına onlardan heç bir razılıq alınmamış, sözü gedən torpaq sahəsinin satılmasına razılıq vermələri barədə hər hansı bir sənədə imza etməmişlər. Ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsinin istifadəsində olduğu 20 ildən artıq bütün müddət ərzində bir nəfər də torpaq sahəsinə hər hansı iradını, iddiasını bildirməmiş, həmin torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin mövcudluğu şifahi şəkildə bu yaxınlarda onlara bildirilmiş, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin 10 fevral 2021-ci il tarixli arayışını alandan sonra yazılı şəkildə belə müqavilənin mövcud olması onlara məlum olmuşdur. Maraqlı şəxsin iddia müddətinin tətbiq olunması barədə ərizəsinə münasibət billdirərək qeyd edir ki, ümumi mülkiyyətdə olan 0.72 ha pay torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin mövcudluğu şifahi şəkildə bu yaxınlarda onlara bildirilmiş, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin 10 fevral 2021-ci il tarixli arayışını alandan sonra yazılı şəkildə belə müqavilənin mövcud olması onlara məlum olmuşdur. Buna görə 08 dekabr 2006-cı il tarixdə Lənkəran rayon Notariat kontorunda bağlanmış, ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsinin alqısatqısına dair 08 dekabr 2006-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3, X9, İddiaçı5 iddia tələbini müdafiə edərək iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, iddiaçıların ailə başçısı X16 ona və ailə üzvlərinə məxsus olan 0.72 ha torpaq sahəsini 2006-cı ildə ciddi ehtiyyacı ilə əlaqədar olaraq satmaq istədiyini demiş və qarşılıqlı razılıq əsasında ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini 3500 manata ona satmışdır. O da vicdanlı alıcı kimi həmin torpaq sahəsini 3500 manat verməklə satın almış və bu barədə onların ailə üzvlərinin də məlumatı olmuşdur. Bununla bağlı Lənkəran rayon 1 saylı notariat ofisində 08 dekabr 2006-cı il tarixdə aralarında alqı- satqı müqaviləsi bağlanmışdır. Artıq 15 ildən çoxdur ki, həmin torpaq sahəsindən istifadə etməsə də, həmin torpaq sahəsi onun mülkiyyətindədir. Hazırda da iddiaçıların ailə başçısı olan X16 vəfat etmişdir. Lakin, keçən bu müddət ərzində iddiaçılar tərəfindən ona qarşı hər hansı iddia qaldırılmamışdır. İddiaçıların iddia tələbi rədd edilməlidir. Çünki, iddiaçıların bağlandığı andan alq-satqı müqaviləsinin möcudluğundan məlumatları olmuş və ümumi iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh Lənkəran Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, onlar bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Lənkəran Rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddianın təmin edilməsi, Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı ilə iddiaçıların mülkiyyətlərində olan 0,72 ha torpaq sahəsinin alqı–satqısına dair xx.xx.2006-ci il tarixli AN-İ №0094439 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Lənkəran rayon Notariat ofisindən və maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlundan 132 manat ekspertiza xərci tutularaq dövlət nəfinə verilməsi, cavabdeh Lənkəran rayon Notariat ofisindən və maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlundan 10 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 354cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(106)1728/2022 saylı qətnaməsi (sədrlik edən Nüsrət Mirzəyev hakimlər İlham Əsədov və Samir Mayılov) ilə, maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1132/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(106)1728/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsini iddia müddətini tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflər tərəfindən maraqlı şəxsin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 apellyasiya icraatı zamanı maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı2 apellyasiya icraatı zamanı maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclası zamanı maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı X17 apellyasiya icraatı zamanı iştirak edərək, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı X2 Fəxrəddin Şali oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlunun nümayəndəsi və vəkili Vəkil2 Ramil oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)- 1847/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh Lənkəran rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına məktub ünvanlayaraq apellyasiya icraatı zamanı iştirak edə bilməyəcəklərini və bu səbəbdən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlunun apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 53-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3-cü maddəsinə əsasən Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 355.1-ci maddəsinə əsasən Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsitələb olunmur. 357-ci maddəsinə əsasən Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəkisöz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdanyalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülkihüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq vəvəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ü l k i Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinədair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hərhansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nəzaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui- istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, iş üzrə toplanmış sübutların iddia tələbinin təmin edilməsinə əsas verməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(106)1728/2022 saylı qətnaməsi (sədrlik edən Nüsrət Mirzəyev hakimlər İlham Əsədov və Samir Mayılov) ilə, maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(049)-1847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1132/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(106)1728/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən işin halları tam və hərtərəfli araşdıraraq iddia müddətinin tətbiq olunması üçün əsasların olub-olmamasına hüquqi qiymət verməli və yalnız bundan sonra qərar verməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gələrkən hesab etmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarı ilə iddiaçıların valideynləri X11 və ailə üzvlərinə məxsus kod 80212018, JN 185 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, həmin torpaq sahəsi üçüncü şəxsə satılarkən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 razılığı və iştirakı olmamış, bununla da iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları ozmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, birinci instansiyada tədqiq edilmiş sübutları və müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, tərəflər arasında yaranmış hüquq münasibətinə düzgün hüquqi qiymət verməmiş, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Bunlarla yanaşı birinci instansiya məhkəməsi alqı-satqı olunan torpaq sahəsinin (mülkiyyətin) hüquqi statusunu düzgün müəyyən etməyərək, razılığı alınmayan mülkiyyətçilərin sonradan əqdi bəyənməsinə baxmayaraq, məhkəmə həmin şəxslərinin razılığının olmamasını, onların mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirmiş, nəticədə maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz və əsassız qətnamə qəbul etmiş bununla da birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla apellyasiya qaydasında yenidən hüquqi qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı ilə mülkiyyətlərində olan 0,72 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli AN-İ №0094439 saylı alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Tələbin hüquqi mülki məcəllənin 5.3,16.1,152.1,222.2,35.1,351.2,357,358, 215, 324.1-324.3, 337.1,560-ci maddələri maddələri təşkil edir. İddiaçılar iddia edir ki, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0.72 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayon Aqrar İslahat Komissiyasının 1997ci il 20 dekabr tarixli 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə JN 0185 saylı (KOD 8********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı tərtib olunaraq onlara təqdim olunmuşdur. Ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 0.72 ha torpaq sahəsi yaşadıqları evin yaxınlığında yerləşir. Pay torpaq sahəsi mülkiyyətə verilən vaxtdan onların istifadəsindədir. 0.72 ha torpaq sahəsindən əvvəllər əkinçilik məqsədi ilə istifadə etmişlər, meyvə tərəvəz və buğda əkmişlər, sonradan heyvandarlıq məqsədi ilə istifadə etmişlər. xx.xx.2006-cı il tarixli AN-İ №0094439 saylı alqı-satqı müqaviləsini mülki qanunvericiliyin tələblərinə zidd hesab edir ona görə ki, alqı-satqının predmeti olan torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olmuş, Mərhum ataları X16 ilə Maraqlı şəxs arasında alq-satqı müqaviləsi bağlanarkən onların razılığı olmamışdır. Belə ki, alqı-satqı müqaviləsinin bağlanmasından xəbərləri olmamış, onların torpağın satınalmaqda üstün olan hüquqları pozulmuş, Həmçinin həmin torpaq sahəsi satılarkən mülkiyyətçilərdən biri İddiaçı4 hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra dövlət aktı ilə ona və digər ailə üzvlərinə verilmiş torpaq sahəsini özləri əkib-becərmək qərarına gəlmiş, sonradan mülkiyyətçilərdən biri X14 06 oktyabr 2018-ci ildə vəfat etmiş ataları X16 isə 30 oktyabr 2019cu ildə vəfat etmişdir. X1 vəfatından sonra ondan qalan miras əmlakın qanun üzrə vərəsəlik qaydasında sənədləşmə işləri ilə məşğul olduğu vaxt onlara məlum olmuşdur ki, qeyd edilən ümumi mülkiyyətdə olan torpaq sahəsi Maraqlı şəxs satılmışdır. Maraqlı şəxs iddiaya münasibətindən müəyyən edilir ki, iddiaçıların ailə başçısı X16 ona və ailə üzvlərinə məxsus olan 0.72 ha torpaq sahəsini 2006-cı ildə ciddi ehtiyyacı ilə əlaqədar olaraq satmaq istədiyini ona bildirmiş və qarşılıqlı razılıq əsasında ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini 3500 manata ona satmışdır. O da vicdanlı alıcı kimi həmin torpaq sahəsini 3500 manat verməklə satın almış və bu barədə onların ailə üzvlərinin də məlumatı olmuşdur. Bununla bağlı Lənkəran rayon 1 saylı notariat ofisində 08 dekabr 2006-cı il tarixdə aralarında alqı- satqı müqaviləsi bağlanmışdır. Artıq 15 ildən çoxdur ki, həmin torpaq sahəsindən istifadə etməsə də, həmin torpaq sahəsi onun mülkiyyətindədir. Hazırda da iddiaçıların ailə başçısı olan X16 vəfat etmişdir. Lakin, keçən bu müddət ərzində iddiaçılar tərəfindən ona qarşı hər hansı iddia qaldırılmamışdır. İddiaçıların iddia tələbi rədd edilməlidir. Çünki, iddiaçıların bağlandığı andan alqı-satqı müqaviləsinin mövcudluğundan məlumatları olmuş və ümumi iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq, “ yəni 08 dekabr 2006-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha torpaq sahəsini Canıyev Fəxrəddin Şali oğluna satması, iddiaçılardan İddiaçı3 və İddiaçı5 həmin torpaq sahəsinin satılmasına müvafiq ərizələri imzalamaqla ifadə etmələri, onlarla birlikdə digər iddiaçıların 14 ildən artıq bir müddətdən sonra həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmələri, alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarında qeyd olunduğu kimi, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə ziddnəticənin yaranmasına səbəb olması hallarını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə bağlanmasına dair tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müəyyən edilmiş hallara bu qərarın “Tətbiq edilən hüquq” hissəsində göstərilən maddi hüquq normalarını tətbiq etməklə mübahisələndirilən müqavilənin etibarlı olub-olmamasına, düzgün hüquqi qiymət verməlidir”.kimi məcburi göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya işin iddiaçılar tərəfindən məhkəməyə bildirilmiş hallarından müəyyən edir ki, iddiaçılar hüquqlarının pozuntusunun konkret olaraq hansının mərhum ataları Mirkərim Miriyevin, cavabdeh Lənkəran Rayon Notariat ofisinin notariusunun yaxud iddiada maraqlı şəxs kimi göstərilmiş, Maraqlı şəxs təqsiri səbəbindən pozulduğunu göstərmir. İddianın predmeti kimi alqı-satqı müqaviləsinin etibarsızlığına istinad edir. İş materiallarında toplanılmış sübutlardan alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin statusu ilə bağlı aşağıdakı hallar müəyyən edilir: “Torpağa mülkiyyət hüququna dair” kod 802120018, JN 185 nömrəli Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarı ilə X11 və ailə üzvlərinə kod 802120018, JN 185 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə 08 dekabr 2006-cı il tarixdə X16 ilə Caniyev X15 rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarı ilə onlara və ailə üzvlərinə məxsus kod 802120018, JN 185 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsini 3500 manata Maraqlı şəxs satmış və alqı-satqı müqaviləsi Lənkəran rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilərək təsdiq edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2006-cı il tarixli arayışdan müəyyən edilir ki, Torpağa mülkiyyət hüququna dair kod 802120018, JN 185 nömrəli dövlət aktında göstərilən şəxslərin birgə mülkiyyət kimi hüquqları qeydiyyata alınmışdır. Kollegiya iş materiallarında həmçinin aşağıdakı sübutlar müəyyən edir. İddiaçı2 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X5 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır. İddiaçı5 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X5 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır. İddiaçı4 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X5 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır. İddiaçı3 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X5 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır. İddiaçı1 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X5 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır. Lənkəran şəhər İcra Hakimiyyəti yanında Övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti yanında Övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyası Lənkəran rayonu, Kərgalan kənd sakini X11 verilmiş torpaq payından azyaşlı övladı-31 mart 1990-cı ildə anadan olmuş X6 düşən torpaq payın valideyini X16 tərəfindən satılıb uşağın gələcək həyatına, təlim tərbiyyəsinə sərf edilməsinə etiraz edilmir. Lənkəran rayon Kərgalan Bələdiyyəsi təfrəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 43 saylı arayışdan görünür ki, Lənkəran rayonu, Kərgəlan Bələdiyyəsinin mülkiyyətində olan 0,72 ha pay torpaq sahəsinə görə torpaq vergisini Canıyev Fəxrəddin Şali oğlu ödəmişdir. Mülkiyyətçilərdən X14 xx.xx.2018-ci il tarixdə və X16 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran Rayon Kərgəlan kəndində yerləşən 0,72 ha Kənd təsərrüfatı torpaq Daşınmaz Əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 184 nömrəli vərəqində **********17 reyestr nömrəsi və ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə Maraqlı şəxs mülkiyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2-ci maddələr). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir (Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1. bəndi). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini iş materialları üzrə tətbiq edərək müəyyən edir ki, mübahisəli torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə ailə başçısı kimi X11 7 (yeddi) nəfər ailə üzvü nəzərə alınmaqla 0,72 ha torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/366 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin içərisində olan 2006-cı ildə mübahisəli torpaq sahəsinin satılmasına verilmiş razılıq ərizələri İddiaçı3 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imza İddiaçı3 tərəfindən, İddiaçı5 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imza İddiaçı5 tərəfindən, icra olunmuş, İddiaçı1 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imza İddiaçı1 Mirkərim qızı tərəfindən yox, başqa şəxs tərəfindən, İddiaçı2 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imza İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən, İddiaçı4 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imza İddiaçı4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi 08 dekabr 2006-cı il tarixdə X16 ilə Caniyev X15 rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarı ilə onlara və ailə üzvlərinə məxsus kod 802120018, JN 185 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsini 3500 manata Maraqlı şəxs satilmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qənaətinə gəlməsini məhz yuxarıda adları qeyd olunan şəxslərinin alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməmələrini əsas götürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətdən kənarda qalmamalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki qanunvericilik müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o, da müəyyən olunur ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçıların atası mərhum Mirkərim Miriyev və Maraqlı şəxs arasında 08 dekabr 2006-cı il tarixində alğı-satqı müqaviləsi bağlanmış, qarşılıqlı razılıq əsasında ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini vicdanlı alıcı kimi 3500 manat ödəməklə almış və mübahisəli torpaq sahəsini mülkiyyət hüquqi əsasında dövlət qeydiyyatına aldırmış, tərəflər arasında keçən 15 il ərzində torpaqla bağlı mübahisə olmamış, həmçinin mülkiyyətçi F. Caniyev 0,72 ha pay torpaq sahəsinə görə hər il torpaq vergisini ödəmişdir. Torpaq sahəsini aldıqdan sonra qarşılıqlı razılaşma əsasında torpaq sahəsindən yonca əkibbecərməkə mal-qaranın saxlanılması üçün üçün torpaq sahəsi onun qonşuluğunda olan Seyidağaya icarəyə vermiş və bunun müqabilində hər il ot biçən zaman ona 200 manat icarə haqqı ödəmişlər. Bir müddət keçdikdən sonra isə Mirkərim və Xatirə mülkiyyətçi Fəxrəddinin oğlu Səbuhiyə müraciət edərək bildirmişdir ki, “Siz bizdən aldığınız torpaq sahəsinin otunu biçməyi Seyidağaya tapşırmısız, bizim heyvanların qışa ot tədərük etmək üçün ot biçməyə sahəmiz olmadığı üçün siz həmin torpaq sahəsini otunun biçməsinə bizə icazə verin, bizdə bunun müqabilində sizə 200 manat pul verək. O, Seyidağaya bu barədə dedikdən sonra Seyidağa narazı olmadığından o, onlarla razılaşmışdır. Onlar hər il ot biçəndən sonra 200 manat pulu oğlu Səbuhi Caniyevə vermişlər”. Bu faktı apellyasiya icraatı zamanı mərhum Mirkərimin arvadı Xatirə təsdiq etmiş və göstərmişdir ki, hər il üçün 200 manat pulun ödənilməsini əri mərhum Mirkərim sağlığında ödəmişdir, onun ölümündən sonra onun və digər ailə üzlərinin hər hansı biri tərəfindən Fəxrəddinə pul verilməmişdir. Torpaq sahəsindən istifadə görə verilən 200 manat pulu torpaq vergisi olaraq ödəmişdir. Hazırda isə 15 ildən çox vaxt keçmişdir. İddiaçıların ailə başçısı olan Mirkərim Miriyev vəfat etdikdən sonra iddiaçılar tərəfindən ona qarşı iddia qaldırmışlar. İddiaçılar iddialarında alqı-satqı müqaviləsindən xəbərdar olmadıqlarını, müqavilənin onların iştirakı olmadan bağlandığını, müqavilənin mövcudluğundan yalnız X1 vəfat etməsindən sonra ondan qalan miras əmlakın qanun üzrə vərəsəlik qaydasında sənədləşmə işləri ilə məşğul olduğu vaxt xəbərdar olduğunu qeyd edirlər. Lakin iddiaçıların bu arqumentləri iddia tələbinin təmininə yönələn hərəkət kimi qəbul edilə bilməz. Ona görə ki, adları qeyd edilən şəxslərin alqı-satqı müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə maddi üstün şərait yaranacağına görə onlar iddia tələbinin təminində maraqlıdırlar. Bu səbəbdən birinci instansiya məhkəməsi adları qeyd edilən iddiaçıların izahatlarını iddianın təmininə yönələn sübut kimi qiymətləndirmək əvəzinə, bunun tam əksinə alıcı Maraqlı şəxs hazırki iddiaya qarşı etirazlarının sübut edilib edilmədiyini yoxlamalı, onun vicdanlı alıcı olub-olmadığını, iddiaçının hüquqlarının pozulmasında cavabdehlərdən hansının təqsirli olmasını, bağlanmış alqı-satqı müqaviləsinin razılığı alınmamış ailə üzvlərinin sonradan həmin əqdi bəyənib-bəyənməməsini, həmçinin iddiaçıların hərəkətlərində hüquqdan sui-istifadənin olub-olmamasını müəyyən etməli idi. Bununla əlaqədar olaraq kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. (Mülki Məcəllə maddə 306.2). Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklüdent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Məhkəmələr müqavilənin (imzalanmaması) bağlanmasına razılıq verməməsi müqavilənin hüquqi qüvvəsinin olmaması barədə formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 03 mart 2023-cü il tarixli qərarı). Hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə mülkiyyətçilərdən Rəvanənin və Xatirənin imzasının olmaması, İddiaçı4 isə hərbi xidmətdə olmasını əsas götürülərək onların torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gələrək alğı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hüquqlarının (burada razılığı alınmamış mülkiyyətçilər nəzərdə tutulur) torpaq sahəsinin satılmasında məhz öz ailə üzvü olan ailə başçısı mərhum Mirkərim Miriyev və digər ailə üzləri tərəfindən pozulması tam sübut olunur. Əvvəla, iddiaçılar digər payçı mərhum Miriyev Mirkərimlə bir ailə üzvü olmuşdur ki, ümumi paylı mülkiyyətin satılmasını iddiaçılardan (burada razılığı imzalamayan şəxslər nəzərdə tutulur) gizlədilməsi onların iradə ifadəsi olmadan həyata keçirilməsi mümkünsüzdür. İkincisi, alqı-satqı müqaviləsi ilə bağlı toplanılmış notariat işinə iddiaçılara məxsus şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamələrin, təsdiq olunmuş surətinin əlavə edilməsi, müqavilə bağlandığı vaxt azyaşlı olmuş X6 düşən torpaq sahəsinin satılmasına icazə verilməsi barədə Lənkəran Şəhər İcra Hakimiyyəti yanında övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyasının sədri tərəfindən verilmiş rəyin olması sübut edir ki, onun ailə üzvlərinin köməyi olmadan iddiaçılara məxsus şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamələrin notariusa təqdim edilməsi və ya bu hərəkətin alıcı işdə maraqlı şəxs kimi göstərilmiş Maraqlı şəxs tərəfindən icra edilməsi mümkünsüzdür. Üçüncüsü, Mülkiyyətçilərdən biri olan ailə başçısı X5 Lənkəran Şəhər İcra Hakimiyyəti yanından övladlığagötürmə, qəyyumluq və himayəçilik Komissiyasına müraciətindən müəyyən edilir ki, o, Lənkran Rayon Aqrar İslahat komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə 7 nəfər ailənin mülkiyyətinə verilmiş, 0,72 ha torpaq sahəsini satmaq qərarına gəldiklərini və ailə üzvlərindən biri olan Miranə Miriyevanın azyaşlı olmasını, onun payına düşən hissənin satılaraq əldə olunmuş pul vəsaiti hesabına onun zəruri ehtiyaclarının qarşılanmasına xərcləyəcəyini bildirərək komissiyadan azyaşlı Miranənin razılığının alınması ilə bağlı müraciəti 01 noyabr 2006-cı ildə komisiyanın iclasında müzakirə olunmuş, bu barədə iclas protokolu tərtib olunmuş və müvafiq rəy verilmişdir. Lakin hazırda iddiaçılar alqı-satqı müqaviləsindən xəbardar olmadıqlarını, sanki mərhum Mirkərim Miriyevin alqı-satqı müqaviləsini bağlamasını belə şübhə altına almaqla, alqı-satqı ilə bağlı əqdin subyekt tərkibinə, məzmununa dair şərtlərə, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinə, həmçinin əqdin formasına dair şərtlərə əməl edilməməsinə diqqəti yönəltməklə alıcı Maraqlı şəxs tərəfindən aldadıldığı görüntüsü yaratmağa çalışmışlar. Necə ola bilər ki, ailə üzvlərinə məxsus 0,72 ha torpaq sahəsi özgəninkiləşdirilir və bununla bağlı kifayət qədər sənədlər toplanır, hətta iddiaçıların şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri toplanır, müvafiq olaraq razılıq ərizələri notariat orqanına təqdim olunur və bundan iddiaçıların xəbəri olmur, bu inandırıcı hesab oluna bilməz. Çünki Azərbaycan reallığında hər hansı şəxsin öz əmlakının satmasını nəinki alqı-satqı müqaviləsinin tərəfləri, hətta həmin ərazidə yaşayan insanlarda bu barədə məlumatlı olurlar. Kollegiya bu hallara hüquqi qiymət verərək hesab edir ki, Maraqlı şəxs əqdin tərəfi olaraq vicdanlı əldə edən olmuşdur, iddiaçı və onun ailə üzvləri isə alqı-satqı müqaviləsinə iddiaçıların (burada imzası saxtalaşdırılmış şəxslər nəzərdə tutulur) yerinə kimin imza etməsi ilə bağlı halları məhkəməyə bildirməkdə birgə hərəkət edirlər və açıq-aşkar görünən odur ki, iddiaçılar qarşılıqlı razılaşmaya əsasən maddi maraq güdməklə vicdanlı alıcı F. Caniyevə ziyan vurmaq məqsədilə hüquqdan sui-istifadə edirlər . Dördüncüsü, iddiaçıların ailə üzvünün başçısı X5 öz əmlakı üzrə sərəncam hüququndan istifadə edərək, Lənkəran Rayon Aqrar İslahat komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə 7 nəfər ailənin mülkiyyətinə verilmiş, 0,72 ha torpaq sahəsini 08 dekabr 2006-ci ildə alqı-satqı yolu ilə 3500 manat müqabilində Maraqlı şəxs satması, daha sonra isə (ot biçməyə sahələri olmadığı üçün, həmin torpaq sahəsini otunun biçməsinə və bunun müqabilində hər il verilən 200 manat pulun torpaq vergisi olaraq ödəmələri barədə razılaşma işin bübahisələndirməyən halı olmuşdur.) mərhum Mirkərim Miriyevlə birlikdə yaşayan və mülkiyyət üzərində sərəncam vermək hüququ olan digər mülkiyyətçilər ötən 15 il müddətində bu müqaviləni mübahisələndirməməklə əqdi bəyənmişlər. Belə ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və ya onlara xitam verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar onların hüququn pozulmasından Maraqlı şəxs xəbərdar olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində də, Maraqlı şəxs iddiaçıların mülkiyyət hüquqlarının pozuntusundan xəbərdar olmadığı bir daha təsdiqini tapır. Belə ki, Maraqlı şəxs alqı-satqı zamanı vicdanlı əldə edən olmuş, alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Belə olan halda iddiaçılar alqı-satqı müqaviləsi üzrə hüquqlarının pozuntusunun bərpasını (mülki dövriyyədə ona dəymiş maddi ziyan tələbi) ailə üzvləri olan şəxsdən tələb etməlidir. Lakin, birinci instansiya məhkəməsinə iddiaçıların verilmiş iddia tələbindən müəyyən olunur ki, iddiaçılar heç də alqı-satqı nəticəsində müqavilənin bağlanmasına razılıq verməmiş şəxslərin onların satınalmaqda üstünlük hüququnun pozulması ilə bağlı digər payçılardan mülkiyyət hüququnun pozulmasının bərpası ilə bağlı tələbini deyil, alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun olmaması əsası ilə həmin müqavilənin etibarsızlığını tələb etmiş, məhkəmə isə iş üçün mühüm əhəmiyyəti olan bu halları aydınlaşdırmadan, işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək, Maraqlı şəxs vicdanlı alıcı qismində tanımaq əvəzinə, onun qorunmalı olan mülkiyyət hüququnun pozuntusuna yol vermişdir. Məhz bu səbəbdən də, Maraqlı şəxs birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “alqı-satqı müqaviləsini rəsmiləşdirməzdən əvvəl iddiaçılar torpaq sahəsini onun mülkiyyətinə faktiki olaraq vermişlər. Əgər iddiaçılar hüquqlarının pozulduğunu iddia edirsə, onda iddia müddəti ötürülmədən məhkəmədə iddia qaldırmalı idi”. Maraqlı şəxs apellyasiya şikayənin dəlillərində qeyd edir ki, o, birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin ərizə işə əlavə edilməmişdir. Apellyasiya icraatı zamanı Maraqlı şəxs nümayəndəsi və vəkili bir daha apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və iddia müddətinin tətbiqi barədə ərizəsini müdafiə edərək məhkəmə kollegiyasından iddia müddətinin tətbiqini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə vəsatətə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu barədə apellyasiya şikayətinin dəlilləri haqlı sayıla bilməz. Belə ki, Maraqlı şəxs verdiyi iddia müddətinin tətbiqi barədə ərizənin iş materiallarında olmaması, yalnız məhkəmə iclasında iddia müddətinin iddiaçılar tərəfindən ötürülməsi səbəbindən iddianın rədd edilməsini bildirməsi, iddia müddətinin tətbiqi barədə yazılı ərizənin verilməsi kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan başqa iddia tələbi yalnız əsaslı olduğu və bunun üçün qanunla müəyyən olnmuş iddia müddəti keçdikdə tətbiq oluna bilər. Məhkəmənin iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsi, iddia müddətinin müddətinin tətbiqi barədə ərizəyə yenidən hüquqi qiymət verilməsi zərurətini aradan qaldırır. Məhkəmə kollegiyası ikinci hal üzrə yekun nəticəyə gəlir ki, iddiaçı ailə üzvləri olan digər mülkiyyətçilərin torpaq sahələri hissələrində alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməkdə haqlı sayıla bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin yuxarıda şərh edilmiş hallarına istinad edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpasını ailə üzvləri olan digər (burada müqavilənin bağlanmasına razılıq vermiş şəxslər nəzərdə tutulur.) cavabdehlərdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi Mirkərim Miriyev və Maraqlı şəxs arasında 08 dekabr 2006-cı il tarixində bağlanmış torpağın alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsaslar mövcud olmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)1847/2022 saylı, 18 may 2022-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X17 və X4 cavabdeh Lənkəran rayon Notariat Ofisinə və maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğluna qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)1847/2022 saylı, 18 may 2022-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X17 və X4 cavabdeh Lənkəran rayon Notariat Ofisinə və maraqlı şəxs Canıyev Fəxrəddin Şali oğluna qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumu və ekspertiza aparılması ilə bağlı çəkilmiş 132 manat ekspertiza xərci iddiaçılara aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar