Məhkəmə qərarları › İş №2(106)-950/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-950/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-950/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(072)-737/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Həsənov X13 (Həsənova) Güllər Fəxrəddin qızına qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 06 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların rəsmi nikahından 04 aprel 2012-ci il tarixdə “Fatimə” adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikaha xitam verilməsi, onların rəsmi nikahından 04 aprel 2012ci ildə anadan olmuş X6 X3 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından 100 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, X3 müraciətinə əsasən Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2023 tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarı 150 manat sabit pul məbləği həddində artırılması qət edilmişdir. Həsənov X13 (Həsənova) Güllər Fəxrəddin qızı ilə 07 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların rəsmi nikahından 23 oktyabr 2015-ci il tarixdə “Yaqub” adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X4 arasında bağlanmış rəsmi nikahına xitam verilməsi, onların rəsmi nikahından 23 oktyabr 2015-ci ildə anadan olmuş X8 (ana) X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 154 manat sabit pul məbləğində alimentin tutularaq, (ana) X1 qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Məmmədova (Həsənova) Güllər Fəxrəddin qızının müraciətinə əsasən Abşeron Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi və İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı X9 ilə 04 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların rəsmi nikahından 31 mart 2014-cü il tarixdə “Uğur”, 23 dekabr 2018-ci il tarixdə “Ömər” və 17 may 2021-ci il tarixdə “Arda” adlı uşaqları anadan olmuşdur. Həsənov X16 Nazirliyinin 2-ci Təhqiqat Bölməsində xidmət edir və onun aylıq pul təminatı 1091.36 manat məbləği təşkil edir. İddiaçı hər ay aylıq pul təminatının ¼ hissəsi miqdarında aliment tutularaq, keçmiş arvadı Cavabdeh xeyrinə və 70% hissəsi ödənilməmiş aliment borcuna görə tutularaq, keçmiş arvadı X3 xeyrinə ödənilir. Belə ki, İddiaçı aylıq pul təminatından hər ay 70% hissəsinin ödənilməmiş aliment borcuna görə tutulduğuna görə X2 qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qaydasının dəyişdirilərək, hər ay qazancından 150 manat sabit pul məbləğində alimentin tutulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(072)-737/2024 saylı (hakim Tərlan Nüsrətov) qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Cəbrayıl Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsinə görə İddiaçı ilə X4 arasında bağlanmış rəsmi nikaha xitam verilməsi, rəsmi nikahlarından 23 oktyabr 2015-ci ildə anadan olmuş X8 (ana) X1 yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 154 manat sabit pul məbləğində alimentin tutularaq (ana) X1 qızının xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Cəbrayıl Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi və İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023 tarixli qətnaməsinə görə həmin Məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının 150 manat sabit pul məbləği həddində artırılması qət edilmişdir. AZ-İİ 354327 №-li 04 avqust 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 04 avqust 2019-cu il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 2192 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. AA0787700 №-li Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X5 rəsmi nikahından 31 mart 2014-cü ildə “X18” adında uşaqları anadan olmuşdur. AA5068051 №-li Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X5 rəsmi nikahından 23 dekabr 2018-ci ildə “X19” adında uşaqları anadan olmuşdur. AA5392531 №-li Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə X5 rəsmi nikahından 17 may 2021-ci ildə “X20” adında uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin 7 saylı, 31 avqust 2024-cu il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsində xidmət edir və onun aylıq pul təminatı 1091.36 manat məbləği təşkil edir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75243412E saylı 12 avqust 2020-ci il tarixli məktubuna əsasən cavabdeh İddiaçı hər ay qızancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilir. Bundan başqa, Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30637/2024- 7C saylı 12 aprel 2024-cü il tarixli məktubuna əsasən İddiaçı yığılmış aliment borcu ödənilənədək, hər ay aylıq pul təminatından 70% tutularaq X3 hesabına ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin 1831 saylı 25 oktyabr 2024-cu il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsində xidmət edir və onun aylıq pul təminatı 1091.36 manat məbləği təşkil edir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75243412E saylı 12 avqust 2020-ci il tarixli məktubuna əsasən cavabdeh İddiaçı hər ay qızancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, yəni 272.84 manat məbləğində aliment tutularaq, Cavabdeh ödənilir. Bundan başqa, Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30637/2024-7C saylı 12 aprel 2024- cü il tarixli məktubuna əsasən cavabdeh İddiaçı yığılmış aliment borcu ödənilənədək, hər ay aylıq pul təminatından 70% tutularaq, X3 hesabına ödənilməlidir. Birinci alimentə görə pul təminatının 25%-i tutulduğuna görə X7 aylıq pul təminatından 45%, yəni 491.11 manat məbləğində aliment ödənilir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30637/2024-7C saylı 10 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli və 04 dekabr 2023 tarixli icra sənədlərinə əsasən borclu İddiaçı 13400 manat məbləğində aliment borcu mövcuddur. Bu səbəbdən də, aliment borcu tam ödənilənədək X11 çatacaq pul məbləğinin 70%-nin, aliment borcu məbləği bitdikdən sonra icra sənədi üzrə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, X3 xeyrinə ödənilməsinin təmin edilməsi Müdafiə Nazirliyi N saylı hərbi hissənin rəhbərliyindən xahiş olunmuşdur. Elektron sorğu məlumatından görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçı”sıdır və pensiya məbləği 80 (səksən) AZN məbləği təşkil edir, X12 "xxxx" MMC-də “satış agenti” vəzifəsində işləyir və əmək haqqısı 442 manat məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, X1 rəsmi gəliri yoxdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı işin faktiki hallarını araşdırmadan, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Eyni zamanda, cavabdeh məhkəmənin 15 noyabr 2024-cü il tarixli iclasında bildirdi ki, özü də işləyir və qazancı vardır. Birgə nikahdan doğulmuş oğlu şəhər məktəbində təhsil alır və yalnız taksiyə aylıq ödədiyi ödəniş 150 manat təşkil edir. Göründüyü ki, birgə nikahdan doğulmuş X17 hər iki valideyn tərəfindən maddi yardım alır. Təhsili və idmanı üçün də vəsait çatışır. Lakin iddiaçının hazırkı nikahından doğulan xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2018-ci il təvəllüdlü X19 və xx.xx.2021-ci il təvəllüdlü X14 və ümumilikdə ailənin maddi təminatlarını ödəmək üçün əmək haqqından 327,41 manat qalır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qəbul etməmiş, öz mülahizəsinə görə və heç bir hüquq normalarını tətbiq etmədən qəbul etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Habelə “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Ailə qanunvericliyinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləcə, uşaqların gündəlik zəruri qida və digər ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Habelə Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə əsasən qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq, uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Belə ki, cavabdehin himayəsində olan uşağın yalnız bir valideyn tərəfindən (ana tərəfindən) saxlanılır və bu, onun üzərinə bütövlükdə maddi, mənəvi və sosial yük qoyur. Əgər aliment azaldılarsa, bu uşaq digərləri ilə müqayisədə əsas ehtiyaclarını qarşılamaq baxımından bərabər imkanlardan məhrum olacaq və bu da uşağın maraqlarına zidd olacaqdır. İddiaçının arqumentləri arasında maddi çətinliklər, yeni ailənin olması və digər uşaqların saxlanılması zərurəti göstərilsə də, bunlar aliment öhdəliyinin azaldılması üçün hüquqi əsas yaratmır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsində əks olunan müddəalar bu məsələdə uşağın ehtiyaclarını və valideynin real maddi imkanlarını kompleks qiymətləndirməyi tələb edir. Habelə məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinə də lazımi qiymət verməlidir. Aliment öhdəliyi nisbi yox, fərdi xarakter daşıyır. Hər bir uşaq qanun qarşısında bərabər hüquqludur və hər bir valideyn övladını təmin etmək üçün şəxsi maraqlarından imtina etmək məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsi yalnız iddiaçının gəlirinə deyil, həm də cavabdehin üzərinə düşən yükə, uşağın faktiki xərclərinə və rifahına dair balanslaşdırılmış yanaşma ilə nəticəyə gəlmişdir. İddiaçının alimentin azaldılması ilə bağlı tələbinin təmin olunması, uşağın maddi rifahına mənfi təsir göstərmək riskini artırır və bu baxımdan hüquq sistemi tərəfindən qorunan uşağın üstün maraqları prinsipinə ziddir. Belə olduğu halda, alimentin azaldılması uşağın inkişafı, təhsili, qidalanması, psixoloji sağlamlığı və sosial həyatdakı balanslı iştirakı üçün zəruri olan maddi təminatın pozulmasına səbəb ola bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də, iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayəti faktlar nöqteyinəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(072)-737/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar