Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-951/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X4 ibarət tərkibdə, katib X2, iş üzrə tərəflərin, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı faktiki nikahdan doğulmuş 14 may 2020-ci il təvəllüdlü X1 üçün, uşaq yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay sabit pul məbləğində 200 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2019-cu ildə evlənib ailə qurmuş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.2020-ci il tarixdə Tunar adlı uşaqları olmuşdur. Uşağın atalığı məhkəmə qaydasında müəyyən edilmişdir. Evləndikləri ilk vaxtlar cavabdehlə bir yerdə yaşasalar da, sonradan Cavabdeh ailəni atıb getmiş və bir daha ailəsi ilə maraqlanmamışdır. O, xeyli müddətdir ki, uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olmaqla kifayət qədər pul qazansa da uşağına maddi yardım etmir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 26 oktyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 34 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmək hüququ pozulmuşdur. İddianı qəbul etmir və əsssız hesab edir. Atalığın müəyyən edilməsi barədə qətnaməni mübahisələndirmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında eyni tərəflər arasında, hazırkı işlə əlaqəli başqa bir mülki iş- İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi tələbinə dair 2(106)-1094/2023 saylı mülki iş vardır. Həmin mülki işin nəticəsinin hazırkı iş üzrə çıxarılacaq yekun məhkəmə qərarına birbaşa təsiri vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair hazırkı mülki işin, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı atalığın etiraf olunması faktının müəyyən edilməsi tələbinə dair 2(106)-1094/2023 saylı mülki işə birləşdirilməsi prosessual qənaət prinsipinə uyğun olaraq məqsədəuyğundur. Belə ki, bu iddialar arasında qarşılıqlı əlaqə vardır, eləcə də onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 169.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair hazırkı mülki iş, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi tələbinə dair 2(106)-1094/2023 nömrəli mülki işə birləşdirilsin və 2(106)-1094/2023 nömrə ilə işə baxılması davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-951/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-951/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver