Məhkəmə qərarları › İş №2(106)-99/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-99/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-99/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər XX, XXX qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi X24 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər XX, XXX qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli, 2(*2*)- 539/2*22 saylı qətnaməsindən üçüncü şəxs Z tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X13 mülkiyyət hüququnu təsdiq edən 21.*6.2*16-cı il tarixli, 1716**2152 saylı qeydiyyat nömrəli çıxarışın və mərhum X23 ilə 29.*6.2*16-cı il tarixdə Quliyev Asif Əyyub oğlu arasında olan 4Ə-285 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, X13 *,9965 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında 1716**2152 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair 4Ə-285 nömrə ilə qeyd edilmiş mərhum X23 ilə Quliyev Asif Əyyub oğlu arasında bağlanmış 29.*6.2*16-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Belə ki, o mərhum həyat yoldaşı X7 ilə 29 yanvar 2**6-cı ildən nikahda olmuşlar. Əri və onun əvvəlki arvadı X1* birgə nikah dövründə mülkiyyətlərinə 1,99 ha torpaq sahəsi verilmişdir. X2* 1 noyabr 2**4-cü ildə ölmüşdür. Onun ölümündən sonra həmin torpaq sahəsi vərəsə kimi X2nun mülkiyyətinə keçmiş, əri birinci dərəcəli vərəsə kimi həmin əmlakı qəbul edərək faktiki olaraq idarə etmişdir. 2**6-cı ildə İspəndiyarla ailə qurduqdan sonra həmin torpağı birlikdə istifadə etmişlər. X2 25 noyabr 2*11-cı ildə ölmüşdür. Əri öldükdən sonra həmin torpaq sahəsini, eləcə də, *,*6 ha həyətyanı sahəni özü istifadə etmiş və vərəsəliyi qəbul etmişdir. Lakin həmin torpaq sahəsinin *,99 ha hissəsini ərinin birinci arvadının qardaşı X23 ələ keçirmək məqsədi ilə məhkəməyə müraciət etmiş Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli, 2(*2*)95*/2*15 nömrəli qətnaməsi ilə Mürsəl Nəzərovun həmin *.99 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınmışdır. Halbuki, torpaq sahəsini vərəsə kimi özü qəbul etmiş və faktiki olaraq idarə etmişdir. Ona görə də Beyləqan Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(1*6)2243/2*16 nömrəli, 22 dekabr 2*16-cı il tarixli qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, X13 miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Bununla yanaşı, (hazırda mərhum) Nəzərov Mürsəl hansı yollasa həmin qətnamənin icrasına nail olmuşdur. Belə ki, *.99 ha torpaq sahəsinə dair mübahisə olduğunu bildiyi halda, o, mülkiyyət hüququna dair çıxarış almış və həmin sahəni Quliyev Asif Əyyub oğluna alqı-satqı yolu ilə satmışdır. X25 dəfələrlə Daşınmaz Əmlaka çıxarış üçün müraciət etsə də, Şirvan Apellyasiya Məhkəməsinin qərarına görə bu mümkün olmamışdır. O, ərinin vəfatından sonra mirası faktiki olaraq qəbul etmiş, ərinin birinci arvadı Nəzərov Familə isə ərindən əvvəl ölmüşdür. Beyləqan Rayon Məhkəməsinin 3* sentyabr 2*21-ci il tarixli qətnaməsi ilə o, vərəsə olaraq həmin *,99 ha torpaq sahəsinə çıxarış olmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, ona etiraz məktubu verilərək bildirmişlər ki, mərhum Nəzərov Mürsəlin adına olan çıxarış və Quliyev Asif Əyyub oğlu ilə etdiyi alqı-satqı məhkəmə tərəfindən ləğv olunmalıdır. Asif Quliyev onun qardaşıdır, Asif onunla Mürsəl Nəzərov arasında torpaq mübahisəsi olduğunu və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdiyini bilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin hüquq şöbəsinin hüquq məsləhətçisi X16 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mərhum X9 miras qalmış Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən *.99 ha torpaq sahəsinə Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli qətnaməsi əsasında X13 mülkiyyət hüququ tanınaraq dövlət reyestrindən 21.*6.2*16-cı il tarixdə keçmiş, onun adına çıxarış və texniki pasport verilmişdir. X23 29.*6.2*16-cı il tarixdə Beyləqan rayon 1 saylı dövlət notariat kontorunda 4Ə-285 nömrəli alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan torpağı Quliyev Asif Əyyub oğluna satmışdır. Lakin mübahisə olduğuna görə sənədləşmə işi aparılmamışdır. X13 mülkiyyət hüququnu təsdiq edən çıxarış məhkəmə qətnaməsi əsasında verilmişdir. Cavabdeh Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli qərardadı ilə iş üzrə icraata X13 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissədə xitam verilmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 31 may 2*22-ci il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə İddiaçı iddiası təmin edilmiş, X23 ilə Quliyev Asif Əyyub oğlu arasında *,9965 ha torpaq sahəsinə dair bağlanmış 29.*6.2*16-cı il tarixli, 4Ə-285 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İşə üçüncü şəxs Quliyev Asif Əyyub oğlunun apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* dekabr 2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat İşə üçüncü şəxs Quliyev Asif Əyyub oğlunun kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23 may 2*23-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* dekabr 2*22-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç) Apellyasiya şikayətinin dəlilləri: Quliyev Asif Əyyub oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. A.Quliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətində, o göstərmişdir ki, alqı-satqıya qədər satıcı X17 tanımamış, onun torpaq sahəsi satdığını eşitmiş, onunla danışıb razılaşmışdır. Alq-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir, müqavilənin etibarsız sayılması üçün əsas yoxdur. Şikayətə görə, qətnamə qanuni və əsaslı deyil. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı kollegiyanın iclasında iştirak edərək göstərmişdir ki, ərindən qalan torpaq sahəsi 1.99 ha kənd təsərrüfatı təyinatlı olmuş və həmişə onun istifadəsində olmuşdur. Quliyev Asif Əyyub oğlu olunun qardaşıdır. Göstərmişdir ki, hələ 2*14-cü ildə X27 onu aldadaraq qeyd edilən mübahisəli torpağın digər hissəsini ona bağışlamağına nail olmuşdur. Lakin torpağın digər hissəsini Asifə satmaq niyyəti olmamışdır. X27 Mürsəl Nəzərovla əlbir olaraq qanuni qüvvəsini almamış qətnamə əsasında onun faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsini onun xəbəri olmadan alqı-satqı etmişlər. O, apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Beyləqan rayon 1 saylı Notariat Ofisinə; həmçinin İİİ şəxs Quliyev Asif Əyyub oğlu və onun vəkili Vəkil lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya baxışında X18 və Nəzərova (Qədirova) X8 Mürsəl Alı oğlunun hüquqi varisi kimi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş və onlar məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışlar. Həmçinin məhkəmə X11 məxsus olan *7*-336-82-27 mobil telefonu ilə apellyasiya baxışında əlaqə saxlanılmışdır. Bildirmişdir ki, 1948-ci ildə anadan olan anası X19, bacısı 1976-cı ildə anadan olan Ülviyyə Nəzərova, 1*85-ci ildə anadan olan Ceyran Nəzərova, qardaşları 1982-ci ildə anadan olan Ceyhun Nəzərov, 1984-cü ildə anadan olan Elgün Nəzərov uşaq vaxtları vəfat etmişlər. Ailələrindən sağ qalanı özü və bacısı Ruhiyyə Nəzərovadır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. ə) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxs Quliyev Asif Əyyub oğluna münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə görə daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2*23-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli qətnaməsindən görünür ki, mərhum X9 miras qalmış Beyləqan rayon Şəfəq qəsəbəsində yerləşən *,99 hektar torpaq sahəsinə X13 mülkiyyət hüququ tanınmışdır. Məhkəmənin həmin qətnaməsindən üçüncü şəxs İddiaçı apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 22 dekabr 2*16-cı il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli 2(*2*)-95*/2*15 saylı qətnaməsi ləğv edimiş, X13 miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 3* sentyabr 2*21-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 25.11.2*11-ci ildə ölmüş mərhum X2na və *1.11.2**4-cü ildə ölmüş mərhum ərinin ilk arvadı X14 məxsus miras əmlakları qəbul etməsi faktı müəyyən edilmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə mərhum X7 rəsmi nikahlarını 29.11.2**6-cı ildə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 25.11.2*11-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum X3 ilk arvadı X2* *1.11.2**4-cü ildə ölmüşdür. İşə əlavə edilmiş 1 saylı “Səyyar-Asan xidmət” mərkəzinin 12 noyabr 2*21-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, *1.11.2**4-cü ildə ölmüş X1* vərəsəsi İddiaçıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 6*7*13*24158 olan, qeydiyyat tarixi 15.*5.2*14-cü il olan çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən *.*6 ha həyətyanı torpaq sahəsinin hüquqi sahibləri mərhum X7 və mərhum X15r. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 6*7*13*24158 olan, qeydiyyat tarixi *2.1*.2*19-cu il olan çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən *.*6 ha həyətyanı torpaq sahəsinin hüquqi sahibləri İddiaçı və mərhum X15r. İşə əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının *5.*9.2**1-ci il tarixli, 1*7 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət hüququna dair JN 223, KOD 6*7*1*18 seriyalı Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən torpaq sahələrindən 1.99 hektarı mərhum X4 və mərhum X6 təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. İşə əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 18.*2.2*14-cü il tarixli, 2(*2*)- 648/2*14 saylı qətnaməsinin surətindən görünür ki, mərhum X1 qalmış miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməklə uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Cavabdeh2nə ünvanladığı 23 noyabr 2*21-ci il tarixli məktubundan görünür ki, notariat kontorunun *2 noyabr 2*21-ci il tarixli 1229 nömrəli məktubuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmış və məlum olmuşdur ki, mərhum X9 miras qalmış Beyləqan rayon Şəfəq qəsəbəsində yerləşən *.99 ha torpaq sahəsi Beyləqan rayon Məhkəməsinin 16 noyabr 2*15-ci İl tarixli 2(*2*1- 95*/2*15 nömrəli qətnaməsi əsasında X13 mülkiyyət hüququ tanınaraq dövlət reyestrindən 21 *6.2*16-cı il tarixdə 1716**2152 qeydiyyat nömrəli çıxarış və texniki pasport verilmişdir. X5həmin torpaq sahəsini 29.*6.2*16-cı il tarixdə Beyləqan rayon 1 saylı dövlət notariat kontorunda 4Ə-285 nömrəli alqı-satqı müqaviləsi əsasında Quliyev Asif Əyyub oğluna satmışdır. Mülki iş üzrə iddia X13 *,9965 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında 1716**2152 qeydiyyat nömrəli çıxarış ləğv edilməsi barədə hissədə Beyləqan rayon məhkəməsinin 31 may 2*22-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Hazırda iş Azərbaucan Respublikasının Ali Məhkəməsi tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, tərəflər arasında X13 hazırkı iddia qaldırılmazdan əvvəl ölməsi haqqında fikirayrılığı yoxdur, işdə olan 89128 nömrəli arayış adlı kserosurət materialda da sonuncunun 12.*8.2*17-ci il tarixdə öldüyü əks olunmuşdur. İddia ilə etibarsız sayılması tələb olunan 29.*6.2*16-cı il tarixli torpaq sahəsinin alqısatqısına dair müqavilənin tərəfi qismində mübahisəli daşınmaz əmlakı satan X23 çıxış etmişdir, o halda həmin şəxsin ölməsi faktının mötəbər sübutlarla təsdiq olunmasından asılı olaraq onun yaxud hüquq varislərinin işdə iştiraka cəlb edilməsi məcburi idi. Belə ki, 29.*6.2*16-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi satıcının hüquq və vəzifələri ilə birbaşa əlaqəli olmaqla, gələcəkdə ona (hüquq varislərinə) qarşı tələb irəli sürülməsinə hüquqi əsas təşkil edir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən görünür ki, X23 12 avqust 2*17-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda iddia ərizəsində də, X13 vəfat etməsi qeyd edilmişdir. Apellyasiya baxışında aşağıdakı müvafiq sorğular verilmiş və məlumatlar əldə edilmişdir: Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 sentyabr 2*23-cü il tarixli, 5-37-12/1-26*-2*23 nömrəli məktubunda qeyd edilmişdir ki, 12 avqust 2*17-ci ildə vəfat etmiş X13 vərəsələri barədə nümayəndəliyə müraciətləri qeydə alınmamışdır. Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şəfəq qəsəbəsi üzrə ərazi nümayəndəliyinin 28 noyabr 2*23-cü il tarixli arayışından müəyyən edilir ki, 12 avqust 2*17-ci ildə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olan X23 heç vaxt Beyləqan rayon Şəfəq qəsəbəsində yaşamamışdır və onun vərəsələri haqqında heç bir məlumat yoxdur. Beyləqan rayon 1 saylı Notariat Ofisinin 27 oktyabr 2*23-cü il tarixli məktubunda qeyd eidlmişdir ki, notariat ofisində X13 adına vərəsəlik işi açılmamış və hər hansı şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Beyləqan Rayon Qeydiyyat Şöbəsinin *5 dekabr 2*23-cü il tarixli, *5/13-491/Q nömrəli məktubu ilə X13 ölümü haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 16 fevral 2*24-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X13 ailə üzvləri haqqında məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. M.Nəzərov 17.*5.1973-cü ildə Beyləqan Rayon Qeydiyyat Şöbəsində 1948-ci il təvəllüdlü Nəzərova (Hüseynova) Elmira Tağı qızı ilə nikaha daxil olmuş, bu nikahdan 23.1*.1976-cı il təvəllüdlü Ülviyyə Nəzərova, 18.*5.1978-ci ildə Ruhiyyə Nəzərova, *8.*3.198*-ci il tarixdə Elnur Nəzərov, 19.*5.1982-ci ildə Ceyhun Nəzərov, 16.*2.1984-cü ildə Elgün Nəzərov və 25.*6.1985-ci ildə Ceyran Nəzərova doğulmuşdur. Həmin akt qeydlərində M.Nəzərovun ata adı “Alı” deyil, “Əli” kimi yazılmışdır. Apellyasiya baxışında X18 və Nəzərova (Qədirova) X8 Mürsəl Alı oğlunun hüquqi varisi kimi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, həmçinin məhkəmə X11 məxsus olan *7*-336-82-27 mobil telefonu ilə apellyasiya baxışında əlaqə saxlanılmışdır. Bildirmişdir ki, 1948-ci ildə anadan olan anası X19, bacısı 1976-cı ildə anadan olan Ülviyyə Nəzərova, 1*85-ci ildə anadan olan Ceyran Nəzərova, qardaşları 1982-ci ildə anadan olan Ceyhun Nəzərov, 1984-cü ildə anadan olan Elgün Nəzərov uşaq vaxtları vəfat etmişlər. Ailələrindən sağ qalanı özü və bacısı Ruhiyyə Nəzərovadır.Məhz elə apellyasiya baxışında da Elnur Nəzərov və Ruhiyyə Nəzərova üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və onlara müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq apellyasiya baxışında iştirak etməmişlər. İşin faktiki hallarından aydın olur ki, Beyləqan rayon Şəfəq qəsəbəsində iddiaçının X2 ilə onun keçmiş arvadı X1* ümumi mülkiyyətində (Beyləqan rayon Aqrar İslahat Komissiyasının *5.*9.2**1-ci il tarixli qərarı ilə verilmiş) 1,99 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. İspəndiyar Məmmədovun əvvəlki arvadı isə X2* 2**4-cü ildə ölmüşdür. İddiaçı ilə X7 29.*1.2**6-cı ildən nikahda olmuşlar. İddiaçının X2 25.11.2*11ci ildə vəfat etmişdir. Müəyyən edilir ki, bacısının ölümündən sonra ondan miras qalan torpaq sahəsini vərəsəlik qaydasında əldə etmək üçün X23 məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli qətnaməsi ilə mərhum X9 miras qalmış Beyləqan rayon Şəfəq qəsəbəsində yerləşən *,99 hektar torpaq sahəsinə (ümumi mülkiyyətdə olan torpaq sahəsinin yarısına) X13 mülkiyyət hüququ tanınmışdır. Məhkəmənin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 22 dekabr 2*16-cı il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli qətnaməsi ləğv edimiş, X13 miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin 3* sentyabr 2*21-ci il tarixli qətnaməsi ilə İddiaçı 25.11.2*11-ci ildə ölmüş mərhum X2na və *1.11.2**4-cü ildə ölmüş mərhum ərinin ilk arvadı X14 məxsus miras əmlakı qəbul etməsi faktı müəyyən edilmişdir. Bununla yanaşı, müəyyən edilir ki, miras torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2*15-ci il tarixli qətnaməsi qüvvədə olduğu müddətdə X13 adına mülkiyyət hüquqnu təsdiq edən 21.*6.2*16-cı il tarixli çıxarış verilmişdir. Mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etdikdən dərhal sonra Mürsəl Nəzərov həmin torpaq sahəsini özgəninkiləşdirmiş və X23 ilə Quliyev Asif Əyyub oğlu arasında bağlanmış və 29.*6.2*16-cı il tarixdə Beyləqan rayon 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-285 nömrəli alqı-satqı müqaviləsi əsasında *,99 ha-dan ibarət torpaq sahəsi sonuncunun mülkiyyətinə keçmişdir. X23 2*17-ci ildə vəfat etmişdir. İddiaçı hazırki tələbində Beyləqan rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış 29.*6.2*16-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri öldükdən sonra ondan miras qalan kənd təsərrüfatı təyinatlı 1,99 ha-dan ibarət bütöv torpaq sahəsi, eləcə də, *,*6 ha həyətyanı sahə özünün istifadəsində olmuş, vərəsəlik qaydasında mirası qəbul etmişdir. X13 mirası qəbul etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun mənasına görə, maraqlı şəxs əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması və etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia vermək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2*21-ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin həmin Qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Qeyd etmək lazımdır ki, istənilən alqı-satqı müqaviləsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərin mövcud olması tələb edilir: əqdin məzmununun qanuniliyi, iştirakçıların hüquq və fəaliyyət qabiliyyəti, müqavilə üzrə tərəflərin iradə ifadəsinin uyğunluğu (yəni şəxsin nəticəyə çatması üçün real niyyəti) və qanuni formaya riayət edilməsi. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2**4-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Müəyyən edilir ki, mübahisəli alqı-satqının tərəfi olan M.Nəzərovun torpaq sahəsinə subyektiv hüququ və səlahiyyəti olmamışdır. Bundan başqa, iddianın təmin edilməsi üçün şərtlərdən biri də ondan ibarətdir ki, alıcı vicdanlı olmasın. Bu cür şərtin (şərtlərin) mövcudluğu halında iddianın təmin edilməsi üçün əsas yaranır. Vicdanlılıqla bağlı analoji münasibətləri tənzimləyən, Azərbaycan MM-nin 182.1-cü maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qanunun tələbinə görə, əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. İşin hallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının ərindən qalan miras əmlakdır. İddiaçı birinci növbəli vərəsədir. Ərinin ölümündən sonra, o, həyətyanı sahədə yerləşən yaşayış evini qəbul etmiş, bütövlükdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini idarə etmiş, mirası şəriksiz qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bunlar, onu deməyə əsas verir ki, mübahisəli alqı-satqı zamanı əsl mülkiyyətçinin kim olduğunu alıcı Quliyev Asif bilməli idi və bilirdi. X31 bacı-qardaşdırlar və Asif həmin torpağın İcarətgilə məxsus olduğunu bilmişdir. Buna görə kollegiya qeyd edir ki: əsl mülkiyyətçi barədə reyestrdəki qeyd; özgəninkiləşdirənlə əldə edənin qohumluq əlaqələri; əldə etmə zamanı açıq-aşkar aşağı qiymətin göstərilməsi; əmlakın mübahisəli olması, 3-cü şəxsin iddiasının mövcudluğu və əldə edənin bunu bilməsi; əldə etmə zamanı mülki-hüquqi qanunvericilyin tələblərinə əməl edilməməsi və i.a. kimi göstərilən bu və digər oxşar faktlardan birinin mövcudluğu alıcının vicdanlı əldə edən olmadığını sübut edən hallar hesab edilməlidir. Hazırki işdə alıcı A.Quliyevin torpaq sahəsinin əsl mülkiyyətçilərinin kim olduğunu açıq-aşkar bilməsi və ya əsl mülkiyyətçi barədə məlumatlı olması (belə ki, alıcı torpaq sahəsinin bacısının ərindən miras qaldığını bilməli idi), yaxud ən azı öz bacısının torpaq sahəsindən faktiki istifadə etməsi, torpağa haqlı olaraq iddialı olması A.Quliyevin vicdanlı alıcı olduğunu istisna edir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız sayarkən doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.*.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.*.1, 385.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Üçüncü şəxs Z tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli, 2(*2*)-539/2*22 saylı qətnaməsi üçüncü şəxs Z tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar