Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-990/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X6 ibarət məhkəmə tərkibində, X7 katibliyilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)-903/2020 saylı qətnaməsi ilə 06 iyul 2014cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X1 üçün müəyyən edilmiş hər uşaq üçün 1/3 hissə aliment tutulmasından əlavə, sabit pul məbləği hissəsi artırılaraq 120 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli 2(050)-251/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahdan doğulmuş 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində bir uşağa görə 70 manat, cəmi 140 manat aliment miqdarının artırılaraq hər ay bir uşağa görə 200 manat, cəmi 400 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər faktiki olaraq ailə qurmuşlar və 02 avqust 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 06 iyul 2014-cü ildə X8 və 18 aprel 2016-cı ildə X9 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 04 may 2020ci il tarixli 2(050)-903/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 manat, cəmi 140 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin məbləğlə uşaqları saxlaya bilmir, maddi imkanı yoxdur, ona görə də ödənilən aliment miqdarının artırılaraq hər uşaq üçün 200 manat, cəmi 400 manat müəyyən olunması xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin ailə vəziyyətinin necə olması barədə hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında “ötən illərə münasibətdə həyat şəraitinin dəyişməsinin hamıya bəlli olan hal olması, uşaqların yaşı ilə bərabər, onların sosial və maddi tələbatlarnın artması, yaşayış minimumunun 220 manat müəyyən olunması”nı əsas kimi göstərmişdir. Halbuki, ümumi meyarlarla yanaşı hər bir şəxsə münasibətdə ehtiyac və öhdəlikləri, həmçinin gəlirləri müəyyənləşdirmək üçün məhkəmə tərəfindən əsaslandırılmış fərdi yanaşma tələb olunur. Hazırkı halda məhkəmə tərəflərlə, onların mövcud ailə şəraiti və maddi vəziyyəti ilə bağlı hər hansı dəlil və sübut göstərmədən, konkret halda tərəflərdən hər hansı birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin (mənfi yaxud müsbət) olmasını araşdırmadan yalnız özünün formal mülahizəsinə əsaslanaraq yekun nəticəyə gəlmişdir. Reallıqda isə təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməsi hər bir halda uşaqların hüquq və mənafelərinin birinciliyinin gözlənilməsilə yanaşı, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin huquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Əks halda, birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeyi ilə ziddiyyət təşkil edəcəkdir. Yəni bu hal yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun aktın icra olunmamasına şərait yaradacaqdır. Həmçinin məhkəmə diqqətə almamışdır ki, uşaqların saxlanılması üçün hər iki tərəf bərabər öhdəlik daşıyır və bu öhdəliyin qeyri-bərabər paşlaşımı ədalətsizlikdir. Məhkəmə prosesi iştirakı olmadan keçirmişdir. Halbuki, onun bu prosesdə iştirakı təmin olunmuş olsaydı, məhkəmə araşdırması daha obyektiv aparılar, çəkişmə prinsipinə əməl edilmiş olar, konstitusion hüquqları pozulmuş olmazdı. Həmçinin, sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiyməti yalnız məhkəmə verdiyindən (məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verir; məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; hakim sübutları öz daxili inamı əsasında qiymətləndirir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur), sübutların qiymətləndirilməsi zamanı yol verilən qeyri obyektivlik zəruri sübutların və aydınlaşdırılması zəruri olan halların natamamlığını möhkəmləndirməklə, qəbul edilən yekun qərarın qüsurlu, ədalətsiz olmasına səbəb olmaqla yanaşı, hüquq pozğunluğu yaradır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)- 903/2020 saylı qətnaməsinə istinad edərək onun 07 iyun 2019-cu il tarixdən "xxxx" MMC-də anbardar vəzifəsində işləməyi və aylıq əmək haqqının 350 manat təşkil etdiyi qənaətinə gəlmişdir. Faktiki olaraq isə o, 20 noyabr 2020-ci il tarixdən işsizdir. Belə ki, həmin tarixdə adıçəkilən müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinə (ixtisarla əlaqədar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən) xitam verilmişdir. Lakin, məhkəmə mübahisə üzrə səthi araşdırma apardığı üçün bu hal üzrə 03 (üç) il əvvəlki məlumatlara istinad edərək və bu halın nəticə üçün əhəmiyyətli saymayaraq yekun qənaətini formalaşdırmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)- 251/2023 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06 iyul 2014cü ildə X8 və 18 aprel 2016-cı ildə X9 doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası X5 qeyd edilmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)-903/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi pozulmuş, 06 iyul 2014-cü il təvəllüdlü X3 və 18 aprel 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 manat aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Həmin qətnaməsindən görünür ki, Cavabdeh 07 iyun 2019-cu il tarixdən "xxxx" MMC-də Anbardar vəzifəsində işləyir və onun aylıq əmək haqqı 350 manat təşkil edir. MPM-in 372.1, 372.6 və 372.7-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyildir. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Bu baxımdan da, hazırkı iş üzrə Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Habelə, AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili olaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsi və qətnamə qəbul edilərkən Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)- 903/2020 saylı qətnaməsinə istinad edilərək cavabdehin 07 iyun 2019-cu il tarixdən "xxxx" MMC-də anbardar vəzifəsində işləyərək aylıq əmək haqqının 350 manat məbləğ təşkil etməsi qənaətinə gəlməsi üzrə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində Cavabdeh iştirak etməmiş və lazımi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətinə əlavə olaraq məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə aralarında olan əmək müqaviləsinə 20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bundan əlavə, ƏƏSMN Mərkəzləşdirilmiş elektron İntormasiya Sistemindən verilmiş Məşğulluq haqqlnda arayışa əsasən Cavabdeh iş axtaran kimi qeydiyyatdadır. Göründüyü kimi, Cavabdeh iş yeri üzrə əmək fəaliyyətinə rəsmi olaraq 20 noyabr 2020-ci il tarixdən xitam verildiyi üçün onun uşaqlarının saxlanılması üçün aliment qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ancaq AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə, həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alsaq ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir, buna görə də, məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq, 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin hər ay hər uşaq üçün 170 manat məbləğə artırılmasını qanuni və ağlabatan hesab edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında” Konvensiyanın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin bərabər vəzifələrinin olması, 2023-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qət edilən hər ay hər uşağa görə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 170 manat, cəmi hər ay 340 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsi dəyişdirilsin. Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)-903/2020 saylı qətnaməsi ilə Cavabdeh 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulması qət edilən hər ay hər uşağa görə tutulan alimentin miqdarı hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat müəyyən edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-990/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-990/2023
08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver