Məhkəmə qərarları › İş №2(107)-1019/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1019/2025

05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1019/2025 05.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin (dəyişdirilməsi) azaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin (dəyişdirilməsi) azaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 6 avqust 2025-ci il tarixli, 2(019)-709/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)- 21/2025 iş nömrəli qərardadına əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində aliment indeksasiya edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin, 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 iş nömrəli qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)- 21/2025 iş nömrəli qərardadına əsasən indeksasiya olunmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin dəyişdirilərək (azaldılaraq), xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 14 avqust 2009-cu ildə nikahları bağlanmışdır. Onların birgə nikahından 13 iyun 2010-cu ildə X8 və 27 noyabr 2011-ci ildə isə X11 adında iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(019)- 976/2016 nömrəli qətnaməsi ilə, məhkəmənin 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment artırılaraq, 13 iyun 2010-cu il tarixdə anadan olmuş X5 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 (manat) sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilməklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli, 2(102)-894/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2010-ci il tarixdə anadan olmuş X1 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 02 avqust 2021-ci il tarixli, 2(019)- 759/2021 iş nömrəli qətnaməsi ilə, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi (artırılması); 13 iyun 2010-ci il tarixdə anadan olmuş X1 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər uşağa görə 175 manat, hər ay cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 iş nömrəli qərardadına əsasən, Balakən Rayon Məhkəməsinin 2(019)-759/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırki vəziyyətdə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği 400 manat müəyyən edildiyindən, bu halda həmin məbləğin 0,7 misli 280 manat olacaqdır. Yəni, İddiaçı xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ödəyəcəyi məbləğ ümumilikdə 560 manat təşkil edir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 iş nömrəli qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 iş nömrəli qərardadına əsasən indeksasiya olunmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin dəyişdirilərək (azaldılaraq), xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində alimentin İddiaçı tutularaq, Cavabdeh ödənilməsini xahiş etməkdir. Hazırda İddiaçı maddi vəziyyəti olduqca acınacaqlıdır və hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində aliment (hazırki vəziyyətdə 560 manat (400 manat minimum əmək haqqı x 0,7 = 280 manatx 2 = 560 manat)) onu olduqca çıxılmaz vəziyyətə salmışdır. Belə ki, İddiaçı hazırda heç bir yerdə işləmir(arayış iddia ərizəsinə əlavə olunur), sonuncu iş yerindən 01 mart 2018-ci il tarixdə işdən azad edilmişdir (arayış iddia ərizəsinə əlavə olunur). 23 iyul 2014-cü il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş (nikah şəhadətnaməsi iddia ərizəsinə əlavə olunur) və həmin nikahdan da 11 mart 2016-cı il tarixdə X12 adlı övladı doğulmuşdur (doğum şəhadətnaməsi iddia ərizəsinə əlavə olunur). Göründüyü kimi, İddiaçı özü ilə yanaşı, maddi ehtiyaclarını təmin etməli olduğu ailə üzvləri var. Lakin, təyin edilmiş və öhdəsindən gəlməsi qeyri-mümkün həddə olan aliment miqdarı onun özü və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamasını mümkünsüz edir. Göstərilənlərin əksinə isə, iş üzrə Cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal-Qərb RETSİ X3 işləyir və sabit gəlirə malikdir. İddiaçı, mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmiş, lakin, prosesin davam etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək zərurətində qalmışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 8(019)- 21/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmuşdur. Bundan sonra alimentin miqdarı bir uşaq üçün 280 manat, ümumilikdə 560 manat olmuşdur.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.

6. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı iş yeri yoxdur, hər hansı əlavə gəliri və ya qazancı yoxdur. Onun aliment ödədiyi uşaqlarından başqa daha bir yetkinlik yaşına çatmayan uşağı var. Cavabdeh "xxxx" ASC-də komputer operatoru vəzifəsində işləyir. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay cəmi 560 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər. Onun maddi və sosial vəziyyəti onun göstərilən həcmdə aliment ödəməsinə imkan vermir.

7. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)- 21/2025 nömrəli qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin məbləği azaldılmalı, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

8. Balakən Rayon Məhkəməsinin 6 avqust 2025-ci il tarixli, 2(019)-709/2025 nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş və 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 nömrəli qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin məbləğinin azaldılması, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1, 55.2, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AZ-lll seriyalı 716994 nömrəli doğum haqqında şəhadətnamə; Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 23 iyul 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 931311 nömrəli nikah haqqında şəhadətnamə; Balakən Rayon Məhkəməsinin 2(019)-759/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi; Balakən Rayon Məhkəməsinin 8(019)-21/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli Məşğulluq haqqında arayış; Meşələrin İnkişafi Xidmətinin 8 saylı X9 Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayış.

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə İddiaçı iş yerinin olmadığını, hər hansı əlavə gəliri və ya qazancının olmadığını qeyd etmişdir. Lakin cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olur, kifayət qədər imkanları vardır, sadəcə prinsip üzündən alimenti ödəmək istəmir.

13. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)- 709/2025 saylı qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı İddiaçı xx.xx.2025-ci il tarxdə məhkəməyə etirazı daxil olmuş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 6 avqust 2025-ci il tarixli, 2(019)-709/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

20. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)- 709/2025 saylı qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddia tələbinin təmin olunmuş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddia tələbinin təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarını, uşaqların mənafeyini, işin faktiki hallarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iş yeri yoxdur, hər hansı əlavə gəliri və ya qazancı yoxdur. Onun aliment ödədiyi uşaqlarından başqa daha bir yetkinlik yaşına çatmayan uşağı var. Cavabdeh "xxxx" ASC-də kompüter operatoru vəzifəsində işləyir. Məhkəmə hesab etmişdir ki, iddiaçıdan hər ay cəmi 560 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, onun maddi və sosial vəziyyəti onun göstərilən həcmdə aliment ödəməsinə imkan vermir.

26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olur, kifayət qədər imkanları vardır, sadəcə prinsip üzündən alimenti ödəmək istəmir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin şikayətin dəlilləri əsassızdır. Belə ki birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı işsiz kimi qeydiyyata alınmışdır. X6 Xidmətinin 8 saylı X10 Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixli 11-№ li əmr ilə Balakən MMBM-də fəhlə işindən azad edilib.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar.

30. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X7 arasında nikah bağlanmışdır və həmin nikahdan X12 adlı uşaq anadan olmuşdur.

31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin iddianın təmin olunmuş hissəsində qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 6 avqust 2025-ci il tarixli, 2(019)-709/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 6 avqust 2025-ci il tarixli, 2(019)-709/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar