Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1027/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, avtomobilə vurulmuş zərərə görə 14820.50 (on dörd min səkkiz yüz iyirmi manat əlli qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 134.46 (bir yüz otuz dörd manat qırx altı qəpik) manat Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 01 may 2024-cü il tarixli aktdan görünür ki, işə baxan hakim Məhburə Kərimova təqaüdə getdiyindən, onun icraatında olmuş işlər üzrə daxil olan məlumatlar məhkəmə elektron sistemində görünmədiyi üçün daxil olan apellyasiya şikayəti barədə məlumat olmamışdır. Həmin iş Mingəçevir Şəhər Məhkəməsinin arxivinə təhvil verilmişdir. Ona görə də Vəkil2 məlumatı əsasında sözügedən iş üzrə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadından narazı qalan Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verərək, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-786/2024 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 1 may 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi (vəkil) Yusifov X4 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-173/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdehə münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh Əhmədov X1 Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)- 173/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayət ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh nə qətnamədən, nə də sözügedən işdən xəbəri olmamışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra dərhal apellyasiya şikayəti verilmiş və iş apellyasiyaya göndərilmişdir. Həm Mingəçevir Şəhər Məhkəməsi, həm də Şəki Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada şikayət qəbul olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllədə qətnamədən şikayət verilməsi məlumatı olduğu tarixdən deyil, qətnaməni rəsmi qaydada əldə etdiyi tarixdən sayılır. İş materiallarında əgər cavabdehə qətnamə çatması barədə poçt qəbzi və ya məhkəmə qəbzi varsa, o zaman bu qərardad doğrudur. Lakin iş materiallarında olan məhkəmə qəbzi 2024-cü ilə aiddir və belə olan halda apelyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-173/2022 saylı qətnaməsindən Cavabdeh xx.xx.2023-cü ildə məlumatlı olmasını bildirsə də bunu da nəzərə almaq lazımdır ki, MPM ilə hakimlərin bildirdikləri arasında fərq var. Belə olan halda hesab edir ki, ən azından müddət bərpa olunmalı və müddətin keçməsi üzrlü sayılmalıdır. Bundan əlavə, Cavabdeh hər iki gözü tutulmuş və gözləri görmür. Bütün müayinələrdən keçmiş və 1-ci dərəcəli əlillik veriləcəyi bildiririlmişdir. Cavabdeh AİDS virusu aşkarlanmış və bütün xəstəliklərin səbəbi bu virusun səbəbindəndir. Bu cür hadisələr nəticəsində əlavə stres çəkir və xəstəlikləri artır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-173/2022 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadından Cavabdeh verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)- 173/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı qətnaməsinin surəti cavabdehə sifarişli poçt vasitəsilə göndərilmiş, lakin ünvanda olmadığına görə geri qaytarılmışdır. Ondan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-668/2023 saylı qərarına əsasən Cavabdeh həmin qətnamə əsasında verilmiş icra sənədini icra etməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Cavabdeh barəsində Azərbaycan Respublikası İXM– in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-668/2023 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı icra sənədi üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli izahata əsasən icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)- 173/2022 saylı həmin qətnaməsindən məlumatı olmasına baxmayaraq, Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini almış və həmin tarixə münasibətdə, yəni xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-173/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəf Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 173/2022 saylı qərardadından xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-786/2024 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsinə, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verilməməsinə görə qaytarılması, müddətin ötürülməsinin səbəblərinin üzrlü sayılması üçün əsas deyildir. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş buraxılmış müddəti müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə bərpa edir. Üzürlü səbəblər dedikdə isə,müəyyən edilmiş müddət ərzində prosessual hərəkətlərin yerinə yetirilməsini istisna edən,həmin hərəkətlərə mane olan və ya onları çətinləşdirən səbəblər başa düşülür. Məsələn, başqa yaşayış məntəqəsində ezamiyyətdə olma, əmək qabiliyyətini müvəqqəti itirmə, yaxın qohumunun vəfat etməsi və s. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı üzrlü səbəblər və prosessual əsaslar olmalıdır. Hazırkı halda belə üzrlü səbəb və prosessual əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-173/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1027/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1027/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver