Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1031/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-306/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 306/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Bayram qızına qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh Bayram qızına (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək onun X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2(075)-4440/2018 nömrəli qətnamə ilə Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimentdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı onun əridir. Onların oğlu X5 xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh ilə qeyri-rəsmi qaydada ailə qurmuş və cavabdeh Şəki rayonu Şin kəndinə ərə gəlmişdir. Övladları X5 xx xxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Oğlu Rizvan vəfat etdikdən 2 ay sonra, yəni xx xxxx 2017-ci il tarixdə Mələk adlı uşağı anadan olmuşdur. Bundan sonra məhkəmə qətnaməsi əsasında xx xxxx 2017-ci il tarixdə anadan olmuş X3 atasının X5 olması faktı müəyyən edilmişdir. Cavabdeh ona və əri İddiaçı qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)4440/2018 saylı qətnaməsinə əsasən iddianın ona qarşı olan hissəsi təmin edilməsə də, xx xxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin İddiaçı tutulub Cavabdeh verilməsi qərara alınmışdır. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti versə də, apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4440/2018 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləğini 2019-cu ilin dekabr ayının axırına kimi ödəmişdir. Artıq mal-qaraları da yoxdur. İddiaçı heç bir yerdə işləmir, pensiya almır, əvvəllər işlətdiyi mikroavtobusuda işləmir. Cavabdehin ailə vəziyyəti yaxşıdır və onun azyaşlı uşağının ana babası da vardır. Uşağın ana babası da uşağın saxlanılması üçün cavabdehə kömək etməlidir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-306/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına apelyasiya şikayətinə etiraz ərizəsi göndərərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, himayəsində körpə uşağı olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4440/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən xx xxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin cavabdeh İddiaçı Bayram oğlundan tutulub iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-2019/2019 nömrəli qətnamədən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)- 4440/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı Bayram oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4440/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki şəhəri İHB-nin Baş Layısqı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 474 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən də Şin kənd sakini İddiaçı Bayram oğlu xəstədir, iş qabiliyyəti yoxdur, işləmir. Eyni zamanda onun həyat yoldaşı X6 əməliyyat olunmuş və heç bir yerdə işləmir. X1 ayağından iki dəfə əməliyyat olunmuş, ona görə də hərbi xidmətə aparılmamışdır və heç bir yerdə işləmir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İddiaçı aliment ödəməkdən azad edilmə barədə iddia tələbinin əsaslı kimi xəstə olmasına və iş qabiliyyətinin olmamasına dair Şəki şəhəri İHB-nin Baş Layısqı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 474 nömrəli arayışa istinad etsə də, Şəki şəhəri İHB-nin Baş Layısqı kənd İcra Nümayəndəliyinin şəxsin xəstə və ya iş qabiliyyətli olub-olmaması barədə arayış vermək səlahiyyətində olmadığını nəzərə alaraq, məhkəmə şəxsin səhhəti ilə bağlı səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş həmin arayışda göstərilənlərə tənqidi yanaşır. Göründüyü kimi Cavabdeh aliment tələbinə dair iddiası üzrə xx xxxxxx 2018-ci il tarixli 2(075)-4440/2018 saylı qətnamə qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmədi. İddiaçı öz iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, işdən görünür ki, cavabdeh X5 ilə ailə qurmuş və onların xx xxxx 2017-ci il tarixdə Mələk adlı uşaqları anadan olmuşdur. Cavabdehin əri X5 xx xxxxx 2017-ci il tarixdə ölmüşdür. Hazırda cavabdeh xx xxxx 2017-ci il təvəllüdlü uşağı X8 ilə birlikdə öz atası evində yaşayır. Cavabdeh təkbaşına himayəsində olan uşağının tələbatını ödəyə bilmədiyindən uşağının babası və nənəsi, yəni ərinin valideynləri olan İddiaçı Bayram oğlu və Nümayəndə qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4440/2018 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək xx xxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin İddiaçı Bayram oğlundan tutulub Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hazırda iddiaçı heç bir yerdə işləmədiyini, pensiya almadığını, avtomobil idarə etmədiyini, ümumiyyətlə maddi vəziyyətinin yaxşı olmadığını əsas göstərərək iddianı müdafiə edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfnidən aliment miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən edilmiş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apelyasiya şikayətinə əlavə etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X10 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X10 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-306/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-306/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1031/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1031/2020
11.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver