Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1032/2025 11.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların ananın himayəsinə verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə bağlı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşaq tələbi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X7 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların ananın himayəsinə verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə bağlı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(016)-39/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nikahlarını 19 oktyabr 2017-ci ildə 06 nömrə ilə Ağsu rayon Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə aldırmışlar. Onların birgə nikahlarından 31 may 2018-cı il tarixdə X8, 19 sentyabr 2021-ci il tarixdə X13 dünyaya gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment" tələbinə dair iddiа ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh ilə arasında xx.xx.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh alınaraq onun himayəsinə verilməsini, vəkilin göstərdiyi hüquqi yardıma görə 330 manat, 50 manat mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir.
3. İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 06 № ilə qeyd edilmişdir. Birgə nikahdan 2 övladları, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşdurlar. Həyat yoldaşı Cavabdeh və onun ailə üzvləri tərəfindən dəfələrlə fiziki işgəncələrə məruz qalmışdır. Cavabdeh və ailə üzvləri onu döyərək şər və böhtanla evdən qovmuşlar. Sonra o, valideynlərinə xəbər vermiş, onu gəlib Zərdab rayon Qoruğbağı kəndinə ata evinə aparmışdırlar. Övladları xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 hazırda onun himayəsində deyil. Cavabdeh onu övladları ilə görüş və ünsiyyətdə olmağına imkan vermir. Onu övladları ilə təhdid edib onları onsuz böyütmək istəyir. Cavabdeh onu evdən qovduqdan sonra o, övladlarının həyatından narahat olduğu üçün dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Ona Sabunçu Rayon 15-ci PB-dən zəng edərək bu məsələnin mülki məsələ olduğunu, onların həll edə bilmədiklərini və məhkəməyə müraciət etməli olduğuna dair cavab vermişdirlər.
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "uşaqların atanın himayəsində qalması" tələbinə dair qarşılıqlı iddiа ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, İddiaçı ilə 19 oktyabr 2017ci il tarixdə Ağsu rayon İH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt qeydləri kitabında 06 ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Cəfərli Mirəli jradxan oğlu və xx.xx.2021 -ci il təvəllüdlü X13 doğulmuşdur. İddiaçı ona qarşı 19 oktyabr 2017-ci il tarixdə Ağsu rayon İH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt qeydləri abında 06 №-lə qeydə alınmış nikahlarına xitam verilməsi və birgə nikahdan doğulmuş 31,05.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X5 ondan alınaraq onun himayəsinə verilməsi və mediasiya üçün ödənilmiş 50 manat, məhkəmə büdcəsi üçün 50 manat, vəkil orderi üçün 330 manat, cəmi 430 manat məbləğində pulun ondan tutulması barədə iddia verilmişdir. Bildirir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birgə nikah dövründə uşaqların qayğısına qalmamış, tərbiyəsi, sağlamlığı və uşaqların psixi, fiziki, mənəvi inkişafı, təmizlik və gigiyenası, yeməyi ilə məşğul olmamışdır, onları yad uşaqların yanında, həyətdə oynayarkən dəfələrlə təhqir edib, döymüş və saatlarla çöldə saxlamışdır. Xəstə olduqları zaman isə heç bir ana qayğısı göstərməmişdir. Uşaqların bütün qayğısını o və anası X9 çəkmişdirlər. İddiaçı əxlaqi və digər şəxsi keyfiyyətləri ilə uşaqların tərbiyəsinə mənfi təsirlər göstərmişdir. Belə ki, o, yüngül həyat tərzi keçirərək ona xəyanət etmiş, telefonda ayrı-ayrı kişilərlə danışmışdır. İddiaçının yüngül həyat tərzini təsdiq edən yazışmaları olan fləşkart iş materiallarında mövcuddur. İddiaçının xəyanət etdiyi, əxlaq normalarına yaraşmayan hərəkətlərə yol verdiyi ona məlum olduqdan sonra iddiaçının valideynlərinə zəng etmişdir. Valideynləri də gəlib İddiaçı evlərinə aparmışdır. İddiaçı uşaqlarını atıb getdikdən sonrakı dövrlərdə heç bir zaman övladları ilə maraqlanmamış, hətta uşaqların hər ikisi cərrahi əməliyyat keçirib xəstə olduqları zaman iddiaçıya məlumat vermişlər və uşaqlara baş çəkməyini təklif etmişlər. Lakin iddiaçı xəstəxanaya gəlməmiş, uşaqlarının sağlamlığı ilə maraqlanmamışdır. İddiaçı ata evində qalır, həmin evdə eyni zamanda İddiaçı qardaşı, qardaşının arvadı və uşaqları da yaşayır. İddiaçı qardaşı və onun ailəsi ilə danışmır, münasibətləri ziddiyyətlidir. Atasının evi darısqal, sanitariyagigiyena qaydalarına və yaşayış minimumlarına uyğun deyildir, uşaqların təhsili üçün şərait yoxdur. İlk iddia üzrə iddiaçının başqa yaşayış yeri yoxdur, heç bir yerdə işləmir, maddi imkanı zəifdir. Uşaqların həmin evdə yaşaması onların psixologiyalarına böyük zərbə vuracaqdır. Uşaqların ananın himayəsinə verilməsi onların mənəvi sarsıntılar keçirməsinə, təhsildən kənarda qalmaqlarına səbəb olacaqdır. Uşaqların hər ikisi onun himayəsində olmaqla onlardan, X8 Bakı şəhəri, Zabrat qəsəbəsində 192 №-li tam orta məktəbdə təhsil alır və evdə onlarla yaşayırlar. Onların yaxşı təhsil alması üçün burada kifayət qədər imkanları vardır, yaşadıqları evdə hər bir şərait vardır və rahatlıqları təmin olunmuşdur. Ancaq uşaqlar ananın yanında qalarsa normal yaşayış mənzili olmayacaqdır, rayon mühitində uşaqların təhsili də yarımçıq qalacaq və inkişaf edə bilməyəcəklər. Uşaqların onun himayəsində qalmaları onların mənafeyi üçün uyğundur. Uşaqların hər ikisi ona, nənələrinə və bir-birlərinə çox bağlıdırlar. Onlar onun yanında qalmaq istəyirlər, ayrı qaldıqları müddətdə bir dəfə də olsun analarını yadlarına salmayıblar, eyni zamanda İddiaçı da bu müddət ərzində uşaqları ilə maraqlanmamışdır. Buna görə də uşaqların fikir və istəkləri, ona bağlılıqları, iddiaçının əxlaqi və digər mənfi şəxsi keyfiyyətləri nəzərə alınmaqla uşaqların onun himayəsində qalması daha məqsədə müvafiqdir. Odur ki, İddiaçı ilə 19 oktyabr 2017-ci il tarixdə Ağsu rayon İH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt qeydləri kitabında 06 ilə qeyd edilmiş nikahlarının pozulmasını, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 onun himayəsində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh ilə cavabdeh İddiaçı rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nin Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 06 № ilə qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 doğulmuşlar. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Artıq birgə yaşamırlar və birgə təsərrüfat aparmırlar, məhkəmədən vaxt verilmədən nikahın pozulmasını xahiş etmişlər.
7. Məhkəmə belə qənaətə gəlmişdir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Tərəflər nikahın pozulmasına dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiklərindən, eyni zamanda nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından tərəflərin arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş nikah pozulmalıdır.
8. Məhkəmə hesab etmişdir ki, tərəflərin nikahı pozulduğu üçün həmin nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında qalmalıdırlar.
10. Belə ki, məhkəmə araşdırması zamanı azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X3 dindirilməsi, eyni zamanda iş materiallarına əlavə edilən sənədlərlə, dəlillərlə müəyyən edilmişdir ki, azyaşlı xəstə olarkən anası ona baxmamış, anasının qapını bağlayıb onu və digər qardaşını evə qoymamış, onlara yeməyi, suyu çöldə vermiş, anasını istəmədiyini bildirmiş, anası tərəfindən bəzən şiddətə məruz qalmış, laqeydlik görmüş, bu səbəbdən də davamlı olaraq anası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir.
11. xx.xx.2018-ci il təvəllüdlü X8 7 yaşına çatmış olduğundan, o, haqqında həll edilən məsələ barəsində fikri öyrənilməklə nəzərə alınmalı olduğundan məhkəmədə dinlənilmiş və atasının himayəsində qalmaq istədiyini bildirmiş, buna görə ona hər hansı psixi və fiziki təsir olmadığını qeyd etmiş, buna görə də atasının himayəsinə verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 xahişi məhkəmə tərəfindən nəzərə alınmalıdır.
12. 18 aprel 2025-ci il tarixli, 11/112 saylı ekspert rəyində qeyd edildiyi kimi xx.xx.2021-ci il təvəllüdlü X5 yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizası keçirilməsədə həmin ekspertiza nəticəsində qardaşı xx.xx.2018-ci il təvəllüdlü X3 hazırda atası Cavabdeh, qardaşı X10 və anası İddiaçı bağlılığı, eyni zamanda atası Cavabdeh və qardaşı X10 daha çox bağlılığı müəyyən edilmişdir. 13.Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları yetkinlik yaşlarına çatmadıqlarından, uşaqların bir-birinə, eləcədə atalarına bağlılığı, xx.xx.2018-ci il təvəllüdlü X3 anasının deyil atasının yanında israrla qalmaq istəməsini, xx.xx.2021-ci il təvəllüdlü X5 yaşı ilə bağlı qeyd edildiyi kimi məhkəmə-psixoloji ekspertizası keçirilməsədə qardaşına bağlı olmasını, faktiki olaraq birlikdə yaşamalarını, həmçinin uşaqların hüquq və mənafeləri nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında qalmalıdırlar.
14. Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(016)-39/2025 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) ilkin iddia üzrə iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddia təmin olunmuş, Cavabdeh ilə İddiaçı аrаsındа xx.xx.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qеyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mediasiyaya görə ödənilmiş 50 manat, dövlət rüsumu olaraq ödənilmiş 50 manat, göstərilmiş hüquqi yardıma görə 330 manatın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2, 22.2.1, 36.9, 50.3, 52, 60.4 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddələrinə istinad etmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nin qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixinli akt, qeydlər kitabında 06 nömrəli qeydi; Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İV № 495858 saylı doğum haqqında şəhadətnaməsi; AA4805059 seriyalı şəxsiyyət vəsiqəsi; 18 aprel 2025-ci il tarixli, 11/112 saylı ekspert rəyi; xx.xx.2025-ci il tarixli Ağsu rayon İcra və Probasiya şöbəsində şöbənin icra məmurları, borclu və tələbkarın iştirakı ilə tərtib edilmiş akt; 22777 nömrəli qəbz; 62627931 nömrəli qəbz.
17. Qətnаmədən nаrаzı qаlаn ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh ilə 19 oktyabr 2017-ci il tarixində Ağsu rayon Daşdəmirbəyli kəndində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-cu il təvəllüdlü X8 vəxx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşlar. Ailə həyatı qurduqdan sonra Cavabdeh ilə birlikdə Bakı şəhərində müxtəlif ərazilərində kirayədə yaşamışdır. Həyat yoldaşı müxtəlif iaşə obyeklərində ofisant işləyərdi. Aldığı məvacibi də şəxsi xərclərinə, öz keyf, eyş-işrətlərinə xərcləyir. Alilələrinin qazancı ərinin telefonda qumar saytlarında oyunlarına gedirdi. Ailəsinə heç bir diqqət və qayğı göstərmirdi. Dəfələrlə Cavabdeh bildirmişdir ki, özünü nümunəvi ata kimi aparsın, övladlarına vaxt ayırsın, əsaslı iradlarını eşidən zaman cavabdeh hər dəfə də onu döyərək ünvanına nalayiq sözlər işlədərək onu təhqir edirdi. Ailənin saxlanması üçün onun valideynləri köməklik göstərirdi. Sonuncu xəbərdarlığından sonra o ərinə valideynlərinin yanına gedəcəyini və ondan övladlarının saxlanması üçün aliment tələb edəcəyini bildirdikdən sonra Cavabdeh qarşılığında onu döyərək şəxsiyyətini təhqir etdikdən sonra azyaşlı övladlarını əlindən alaraq onu Bakı Şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində kirayədə yaşadıqları fərdi evdən qovmuşdur. Sonra o valideynlərinin köməyi ilə Zərdab rayon Qoruğbağı kəndində ata evinə getdi. Azyaşlı övladları xx.xx.2018-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 hazırda onun himayəsində deyil. Əri onu övladları ilə görüş və ünsiyyətdə olmağına imkan vermir. Onu övladları ilə təhdid edib onları onsuz böyütmək istəyir.
19. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 2(039)-39/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, birgə nikahlarından anadan olmuş azyaşlı övladları xx.xx.2018-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 Cavabdeh alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərərək İddiaçı apellyasiya şikayənin təmin olunmamasını və Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(016)-39/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(016)-39/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 22.2.1-ci maddəsinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 49-cu maddəsinə əsasən, uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ var. 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
24. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
25. “Uşaq hüquqları haqqında” Konvensiya: 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(016)-39/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, o, əslində qətnamənin uşaqların atanın himayəsinə verilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin ilk iddianı qismən, qarşılıqlı iddianı tam təmin edərkən uşaqların atanın himayəsinə verilməsinə aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
30. İşin halları bundan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında nikah Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nin qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixində akt qeydlər kitabında 06 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahından xx.xx.2021-ci ildə X13 və xx.xx.2018-ci ildə X8 anadan olmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment" tələbi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "uşaqların atanın himayəsində qalması" tələbinə dair qarşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
31. Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(016)-39/2025 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddia təmin olunmuş, Cavabdeh ilə İddiaçı аrаsındа xx.xx.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qеyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X3 dindirilməsi, eyni zamanda iş materiallarına əlavə edilən sənədlərlə, dəlillərlə müəyyən edilmişdir ki, azyaşlı xəstə olarkən anası ona baxmamış, anasının qapını bağlayıb onu və digər qardaşını evə qoymamış, onlara yeməyi, suyu çöldə vermiş, anasını istəmədiyini bildirmiş, anası tərəfindən bəzən şiddətə məruz qalmış, laqeydlik görmüş, bu səbəbdən də davamlı olaraq anası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. xx.xx.2018-ci il təvəllüdlü X8 7 yaşına çatmış olduğundan, o, haqqında həll edilən məsələ barəsində fikri öyrənilməklə nəzərə alınmalı olduğundan məhkəmədə dinlənilmiş və atasının himayəsində qalmaq istədiyini bildirmiş, buna görə ona hər hansı psixi və fiziki təsir olmadığını qeyd etmiş, buna görə də atasının himayəsinə verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 xahişi məhkəmə tərəfindən nəzərə alınmalıdır.
33. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 18-ci bəndində qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, İddiaçı uşaqlarını atıb getməmişdir, onu evdən qovmuşlar və həmin vaxt uşaqlar yuxuda olublar. Həmin hal proses iştirakçılarının verdiyi izahatlar, işin halları ilə sübuta yetirilmişdir. Uşaqların ataya bağlılığı ilə bağlı ekspertin verdiyi rəyə münasibətdə isə qeyd etmək lazımdır ki, həmin bağlılıq sonradan yaranmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasındakı izahatında da qeyd etmişdir ki, Cavabdeh uşaqlarını ondan ayırmaqla özünə alışdırmış, ondan uzaqlaşdırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə olan sübutlarla, tərəflərin verdiyi izahatlarla birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi uşaqların atanın himayəsinə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 Aişə Hakim qızının yanında saxlanılmalı, onlar Cavabdeh alınıb İddiaçı verilməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında uşaqlarla bağlı yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
35. Bu iş üzrə iddia tələbinin uşaqlarla bağlı hissəsinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
36. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
37. Hər bir halda, başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».
38. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.2-ci bəndinə əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin qərarın 7.4-cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarın 7.5-ci bəndinə əsasən valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 7 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-cı bəndinə əsasən nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
39. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyətinin 18 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, azyaşlıların mənafeyini, ataya bağlılığını, uşaqların analarına qarşı soyuqluğunu, cavabdehin iddiaçının başqa şəxslə danışmasını, yazışmalarını komissiyaya təqdim etməsi və cavabdehin xahişini nəzərə alaraq azyaşlılar X6 və X5 atası Cavabdeh himayəsinə verilməsini əsaslı və məqsədəmüvafiq hesab edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, qəyyumluq və himayə orqanlarının rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir halda alınmış rəy məhkəmə prosesi zamanı tərəflərin iştirakı ilə tədqiq edilməli və digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
41. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəkili vasitəsilə Ağsu Rayon Məhkəməsinə vəsatət təqdim edərək məhkəmə-psixoloji ekspertizası keçirilməsini xahiş etmişdir. Cavabdeh həmin vəsatətə etiraz göndərərək məhkəməpsixoloji ekspertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatətin təmin edilməməsini xahiş etmişdir.
42. 18 aprel 2025-ci il tarixli, 11/112 saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəməpsixoloji ekspertizası keçirilməmiş, barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. xx.xx.2018-ci il təvəllüdlü X3 hazırda atası Cavabdeh, qardaşı X10 və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh və qardaşı X10 bağlılığı daha çoxdur. Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik xx.xx.2018-ci il təvəllüdlü X3 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. Lakin xx.xx.2018-ci il təvəllüdlü X3 hazırda psixikasında və davranışlarında hansı valideynin yanında yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Milli qanunvericiliyə əsasən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara əsasən uşaq ailədə öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ata və ana valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, psixi və fiziki sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər arasında razılıq olmadıqda uşağın onlarda hansı ilə qalması barədə məsələ uşaqların hüquqları və üstün mənafeləri, onların rəyi, onların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması və sair hallar kompleks nəzərə almaqla həll olunmalıdır.
44. Uşaqların valideynlərdən hansının yanında qalması barədə mübahisələr ilk növbədə uşaqların hüquqları və üstün mənafeləri əsas götürülməklə həll edilməli olduğu üçün azyaşlı uşaqların psixoloji durumu, ana qayğısına daha çox ehtiyacının olması tələb edir ki, belə uşaqların atanın himayəsinə verilməsi üçün müstəsna hallar olsun və bu hallar məhkəmə tərəfindən daha ciddi əsaslandırılsın.
45. Birinci instansiya məhkəməsi hazırki iş üzrə yuxarıda qeyd edilmiş ekspert rəyinə istinad etməklə uşaqların atanın himayəsinə verilməsi nəticəsinə gəlmişdir. Lakin azyaşlı uşaqların atalarının himayəsinə verilməsi barədə mövqeyini, hansı müstəsna halların bu barədə nəticəyə gəlmək üçün əsas verdiyini əsaslandırmamışdır. Bununla yanaşı uşaqların yaşı və onların düşdüyü və yaşadığı mühit, daim atanın nəzarətində olması, ananın uşaqlara münasibəti, onlara qarşı qanuna zidd olan hərəkətlərə yol verib-verməməsi, ana ilə uşaqların ünsiyyətinin hansı səbəbdən baş tutmaması, bu zaman atanın müdaxiləsinin olub-olmaması, ümumiyyətlə ünsiyyətin hansı səbəbdən mümkünsüz olması, ananın uşaqları ilə ünsiyyət qurmasında israrlı olması, uşaqların öz himayəsinə almaq istəyi ilə bağlı araşdırılması zəruri olan hallar olsa da birinci instansiya məhkəməsi bunlarla bağlı hər hansı araşdırma aparmamışdır.
46. xx.xx.2018-ci il təvəllüdlü X8 7 yaşına çatmış olduğundan, o, haqqında həll edilən məsələ barəsində fikri öyrənilməklə nəzərə alınmalı olduğundan məhkəmədə dinlənilmiş və atasının himayəsində qalmaq istədiyini bildirmiş, buna görə ona hər hansı psixi və fiziki təsir olmadığını qeyd etmiş, buna görə də atasının himayəsinə verilməsini xahiş etmişdir.
47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
48. Qanunun tələbindən göründüyü kimi hazırki iş üzrə xx.xx.2018-ci il təvəllüdlü X8 7 yaşına çatmış olduğundan onun fikri sadəcə öyrənilə və nəzərə alına bilər. Uşağın fikrinin mütləq nəzərə alındığı hal onun maraqlarına zidd olduğu hallar istisna olmaqla uşağın 10 yaşına çatması halında keçərlidir. 10 yaşdan aşağı olan, hətta 10 yaş və daha artıq yaşda olan uşağın hansı valideynin yanında qalmasına dair bildirdiyi fikri onun hansı valideyninin yanında saxlanmasının müstəsna əsası kimi qəbul oluna bilməz.
49. Heç şübhəsiz ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
50. Lakin işə baxmış birinci instansiyası məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan, işin halları barədə tərəflərlə lazımi müzakirələr aparmadan, öz mövqeyini uşaqların mənafeləri baxımından kifayət qədər əsaslandırmadan azyaşlı uşaqların atalarının himayəsinə verilməsi barədə nəticəyə gəlmişdir.
51. Birinci instansiya məhkəməsi öz mövqeyini uşaqların nikah pozulduğu halda atalarının yanında qalmaq arzuları və hal-hazırda atalarına bağlılıqlarının daha çox olduğu ilə əsaslandırmağa cəhd etsə də nəzərə almamışdır ki, azyaşlı uşaqların müəyyən müddət valideynlərdən biri ilə faktiki yaşadıqdan sonra bir qayda olaraq ona daha çox bağlı olması təbii haldır. Bu hal nikah pozulduqdan sonra da uşağın məhz həmin valideynin himayəsinə verilməsi üçün həlledici amil deyildir. Bu cür mübahisəni həll edən məhkəmə qeyd olunan halları uşaqların yaşı; digər valideynə də bağlılıq səviyyəsi; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətləri; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanını (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları işdə olan sübutlarla məcmu şəkildə qiymətləndirməklə uşağın üstün mənafelərinə xidmət edən qərar qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır.
52. Məhkəmə kollegiyası xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmasını və onların Cavabdeh alınıb İddiaçı verilməsi məsələsini həll edərkən həmin uşaqların saxlanılması ilə bağlı iddiaçının aliment tələb edib-etməməsi məsələsini tərəflərlə birlikdə müzakirə edərək iddiaçının Cavabdeh qarşı hazırda aliment tələbi olmadığını bildirdiyindən məhkəmə kollegiyası da həmin hissədə araşdırma aparmamışdır.
53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən uşaqların atanın himayəsinə verilməsinə aid hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(016)-39/2025 nömrəli qətnaməsi birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 Aişə Hakim qızının yanında saxlanmalı, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 Muradxan Mirələm oğlundan alınıb İddiaçı verilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(016)-39/2025 nömrəli qətnaməsi birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 Aişə Hakim qızının yanında saxlansın. xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 Muradxan Mirələm oğlundan alınıb İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.