Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1038/2021 08.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2(014)-730/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin təyin ediməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2(014)-730/2021 saylı qərardadı ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdeh qarşı alimentin təyin ediməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(014)-730/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsindən əvvəlcə onun telfonuna iş üzrə məhkəmə baxışının 10 mart 2021-ci il tarixə təyin olunduğuna dair sms-bildiriş gəlmiş, ardınca isə 18 mart 2021-ci il tarixdə məhkəmə iclasına dair sms-bildiriş gəlmişdir. Bildirişlərdə məhkəmə baxışının predmeti barədə göstəriş olmadığından o, 10 mart 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının 18 mart 2021-ci il tarixə təxirə salındığnı düşünərək həmin məsələnin aydınlaşdırılması üçün 10 mart 2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinə gedərkən məhkəm iclasına gecikdiyinə görə aliment tələbinə dair ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarıldığını bilmiş və həmçinin, ona məlum olmuşdur ki, 18 mart 2021-ci il tarixli məhkəmə iclasına dair ona gəlmiş sms-bildiriş cavabdehin ona qarşı qaldırmış əmlak tələbinə dair mülki işlə əlaqədar olmuşdur. Qeyd olunan anlaşılmazlıqdan baş verdiyindən işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tаrixli, 2(014)-730/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2(014)-730/2021 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. İddiaçı onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməsinin üzrlü səbəblərdən gecikməsi haqqında sübutlar təqdim etdiyinə görə, birinci instansiya məhkəməsinin ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etmək üçün qanuni əsaslar yaransa da, bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə görə, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin imperativ tələbinə görə, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. İş materiallarından göründüyü kimi, tərəflərin məhkəmə iclasına təkrar gəlməməsi halı olmamışdır. Deməli, məhkəmə işə baxılmasını davam etdirməməkdə haqlı olmamış, MPM-nin 185.4-cü maddəsinin tələbinə ziddi olaraq məhkəmə iclasını davam etdirməmiş, bunun da nəticəsi olaraqda iddia ərizəsinin baxılmamış saxlanması üçün qanuni əsaslar olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Ona görə də, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2(014)-730/2021 saylı qərardadı tam, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-730/2021 saylı qəradadı qismən- şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2(014)-730/2021 saylı qərardadı tam, Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-730/2021 saylı qəradadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin təyin ediməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1038/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1038/2021
08.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver