Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1054/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı uşağın digər valideynin razılığı olmadan ölkənin hüdudlarından kənara aparılmasına razılıq verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi üçün icazə verilməsi tələbi ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan xarici ölkələrə aparmaq və gətirmək hüququnun verilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(014)-1132/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən xx.xx.2017-ci il təvəllüdlü X20 adlı uşaqlarının Cavabdeh razılığı olmadan 18 yaşına çatana kimi Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına və Azərbaycan Respublikasına gətirilməsinə icazə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında olan nikah Ağdaş Məhkəməsi tərəfindən pozulmuş, Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İ 384669 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 03 oktyabr 2017-ci ildə X15 adlı oğulları olmuş, nikahları pozulduqdan sonra azyaşlı oğulları onun himayəsinə verilmişdir. Həmin vaxtan azyaşlı uşaq ananın himayəndəsində olmaqla cavabdeh atası Cavabdeh uşağın saxlanması üçün aliment ödəməkdədir. Azyaşlı oğulları X1 Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarı xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışı ilə xx.xx.2017-ci il təvəllüdlü 1-ci sinif şagirdi X12 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur (Məhkəmə qətnaməsi əlavə olunur- Qətnamə ilə müəyyən edilmişdir). Onun müalicəsi ölkə xaricində daha yaxşı nəticələr verə bilər, bu səbəbdən də uşağı xarici ölkələrə aparıb-gətirmək məcburiyyətindədir. Uşağı ilə maraqlanmayan ata isə buna razılıq verməkdən imtina edir. İddiaçı əvvəlcə bununla əlaqədar cavabdehə təklif ünvanlayaraq mediasiya təşkilatına müraciət edib. 16 aprel 2025-ci il tarixdə X17 1 saylı Mediasiya Təşkilatının X3 cavabdeh Qasımov X7 prosesinə gəlmədiyi üçün X3 prosesin davam etdirilə bilməməsi barədə ona Arayış verilmişdir. O, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir, bundan əlavə məhkəməyə müraciətlə əlaqədar 50 manat dövlət rüsumunu məhkəməyə ödəmişdir. Bununla birlikdə ümumilikdə 100 manat rüsum ödəmişdir. Mediasiya prosesində cavabdeh iştirak etmədiyindən işin məhkəmə qaydasında həlli üçün məhkəməyə müraciət etməli olmuşdur ki, məhkəmə qaydasında qətnamə alaraq azyaşlı oğlunun müalicəsi ilə əlaqədar xarici ölkələrə atasının razılığına ehtiyac olmadan aparıb-gətirə bilsin. “Ölkədən getmək, gəlmək və Pasportlar Haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadan yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getmək məsələsi məhkəmə qərarı ilə həll edilə bilər. Ona görə də iddiaçı atasının razılığı olmadan xarici ölkələrə aparıb gətirmək hüququnun verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, 2011-ci ildən ailəsi dağıldıqdan sonra anadan olan uşaqları onun himayəsindədir. Azyaşlı uşağı sağlam böyütməkd ümumnəşəri və milli dəyərlər əsasında tərbiyə etməkdə, müstəqil həyata hazırlamaqda bir ana kimi onun rolu böyükdür. Bu baxımdan iddianın təmin edilməsi uşağın mənafeyi baxımından ağlabatandır bu hal uşağın mənafeyinə uyğun olan, onun mənəvi inkişafına müsbət təsir göstərən bir haldır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşağın başında şişlər olduğundan müalicə olunması üçün ölkə xaricinə aparılmalıdır. Azərbaycanda hər yerə aparmışlar və müalicə etmişlər şişlər biraz balacalaşmışdır, lakin tam müalicə üçün yetkinlik yaşına qədər müalicə olunmalıdır. Ona görə də iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 27 may 2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 4 ildir ki, övladını görə bilmir. Cavabdeh uşağı görməsinə mane olur. Uşağın xəstəliyi üçün lazım olarsa özü onu həkimlərə aparar. Əgər övladı ölkə xaricinə çıxarlarsa övladını heç görə bilməyəcək. Ona görə də iddia tələbi ilə razı deyildir.
5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşaq onun yanında olanda o da, uşağı müalicə etdirmişdir. Uşağın ölkə xaricinə çıxarılmasına etirazı yoxdur. Yetkinlik yaşına çatana kimi müalicəsi üçün aparılmasına razıdır.
6. Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(014)-1132/2025 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia təmin edilmiş, 03 oktyabr 2017-ci ildə X11 yetkinlik yaşına çatanadək, daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında olan nikah Ağdaş Məhkəməsi tərəfindən pozulmuş, Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İ 384669 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 03 oktyabr 2017-ci ildə X15 adlı övladları olmuş, nikahları pozulduqdan sonra azyaşlı oğlu onun himayəsinə verilmişdir. Həmin vaxtdan azyaşlı uşaq ananın himayəndəsində olmaqla cavabdeh atası Cavabdeh uşağın saxlanması üçün aliment ödəməkdədir. X1 Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarı xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışı ilə xx.xx.2017-ci il təvəllüdlü 1-ci sinif şagirdi X12 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur. Bu səbəbdən iddiaçı övladının müalicəsi üçün onu ölkə xaricinə aparmaq istəyir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Göründüyü kimi, qanunvericilikdə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüquqları təsbit olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun yetkinlik yaşına çatmayan uşağının da onunla ölkədən getmək və ölkəyə gəlmək hüquqları əsassız məhdudlaşdırıla bilməz. Belə olan halda, 03 oktyabr 2017- ci ildə X11 normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının (hazırkı iş üzrə cavabdehin) yazılı razılığı olmadan anası ilə birlikdə Respublika hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır.
9. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqların valideynləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Hazırki iddia üzrə tələb edilən ölkədən getmək hüququ isə uşaqlara məxsus olan hüquqdur və onların fəaliyyət qabiliyyəti olmadığından bu hüquqlarını anası vasitəsi ilə həyata keçirirlər. Bununla yanaşı məhkəmə atanın uşaqla ünsiyyət hüququnun təmin edilməsi baxımından ananın daimi əsaslarla uşaqla birlikdə ölkədən getməsini də qeyri-mümkün hesab edir. Odur ki, məhkəmə hazırki vəziyyətdə müəyyən müddətdə, təhsil, istirahət, xidməti vəzifələri və sair məqsədlərlə uşağın anası ilə ölkədən çıxmasının uşaqların mənafeyinə və gələcək rifahına daha çox xidmət etməklə atanın şəxsi maraqları ilə nisbətdə üstünlük təşkil etməsi qənaətinə gələrək, iddia tələbinin uşağın qanuni əsaslarla daimi ölkəni tərk etməsi istisna olmaqla təmin edilməsini məqsədə uyğun sayır.
10. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, 03 oktyabr 2017-ci ildə X11 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməlidir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34, 28-ci maddəsinin İİİ və İV bəndlərinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2, 51.4, 60.1, 60.2, 60.3-cü maddələrinə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1, 11.2-ci maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin 4, 6cı prinsiplərinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 19cu maddələrinə istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İş materiallarında olan 24 oktyabr 2017-ci il tarixində Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 017454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 oktyabr 2017-ci il tarixidə Ağdaş rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydi kitabında 882 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır.
13. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1249/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(014)-1231/2021 saylı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 oktyabr 2017-ci il təvəllüdlü Cavabdeh Yusif oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.
14. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli, MŞŞ/MT018/2025-00493 nömrəli X17 1 saylı Mediasiya Təşkilatının X3 iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “ailə” tələbi mübahisəsi üzrə X9 (İMS) İddiaçı iştrak etmiş, lakin cavabdeh Qasımov X7 sessiyasından iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir.
15. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 2615 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır.
16. İş materiallarında olan xəstəlik kağızlarından görünür ki, X12 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur.
Apellyasiya instansiya məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsasızdır. Çünki iddiaçı Məmmədova X8 yaşayır və orada evlidir. O, uşaqları özü ilə Türkiyəyə aparmaq istəyir. Halbuki bu qanunla qadağandır. Çüki iddiaçı daimi yaşayış üçün uşaqları aparır. Əgər anaları Azərbaycanda olsaydı məhkəmədə bir dəfədə olsun iştrak edərdi. Hətta onda olan məlumata görə iddiaçı 2 ildən çox müddətdir Türkiyədə yaşayır. Uşaqlar isə iddiaçının anası ilə qalırlar.
19. Uşaq daimi yaşayış üçün Türkiyəyə gedir. Lakin məhkəmə bu halı araşdırmamışdır. Uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Lakin uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirdiyi halda, uşağın himayəsində olduğu valideynlə birlikdə ölkə ərazisindən kənara getməsi ilə əlaqəli Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüququ uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Hazırkı işdə uşağın ölkə xaricinə getməsi və bir daha geri gəlməyəcəyi təhlükəsinin mövcudluğu vardır.
20. İş materiallarına əlavə edilmiş sübutlar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
21. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(014)- 1132/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o bir mənalı olaraq uşağın xarici ölkəyə getməsinə narazıdır. Belə ki, oğlu Fuad 4 ildir uşağını görə bilmir. Cavabdeh uşağı görməsinə maneçilik törədir. İşə birinci instansiya məhkəməsində baxılarkən uşağın müalicəsi üçün qısa vaxt ərzində ölkə hüdudlarından kənara getməsinə razı olmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, iddiaçı Məmmədova X8 yaşayır və orada evlidir. İddiaçı uşağı daimi yaşayış üçün Türkiyəyə aparır. Belə olan halda uşağın ölkə xaricinə getməsi və bir daha geri gəlməyəcəyi təhlükəsi vardır.Odur ki, apellyasiya şikayətinin təmin olunması Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(014)-1132/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi Nümayəndə həmçinin məhkəmə kollegiyasının suallarını cavablandırarkən qeyd etmişdir ki, oğlu Fuad hal-hazırda başqa qadınla evlənmişdir. 2 ildir ki, yeni ailəsi ilə Bakı şəhərində yaşayır və Ağdaş rayonuna gəlmir.
25. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh dediklərinin hamısı yalandır. Belə ki, cavabdeh qızı ilə boşanandan sonra da bir dəfə də olsun uşağı ilə maraqlanmamış və uşağı ilə görüşməmişdir. X18 evlənmiş və hazırda orada yaşayır. Uşaq hal-hazırda onun yanında qalır, onun isə 68 yaşı vardır və xəstədir. Həmçinin xəstə bacısıda hal-hazırda onun yanında qalır. Uşağın başında şişlər olduğundan onun daimi müalicəyə ehtiyacı vardır, o isə uşağa baxmaqda çətinlik çəkir. Qızı Vəsilə ilə belə qərara gəlmişlər ki, uşağı Türkiyəyə özü ilə aparsın və yay tətilində onun yanına gətirsin. Vəsilənin yeni ailəsidə uşağın onların yanına aparılmasına razılıq vermişdir, hətta oxuyacağı məktəbi də ayarlamışlar. Cavabdeh onlara burada heç bir köməklik göstərmir. Hətta 9 aydan artıqdır ki, uşağın alimentini ödəmir. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması, Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(014)-1132/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27.Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28 bənd İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 34 bənd İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
28.“Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 9.1 Uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər. Maddə 9. Uşaq öz valideyinləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu uşağın ən yaxşı mənafeyinə zidd olmasın. Uşaq valideyinlərindən biri ilə və ya hər ikisi ilə ayrıldıqda onların hər ikisi ilə əlaqə saxlamaq hüququna malikdir
29.Uşaq hüquqları haqqında Azərbayan Respublikası Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 19. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
30.Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
31.Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarı:
Bənd 7.17. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Bənd 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın, himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Konstitusiyada nəzərdə tutulmuş azadlıq hüququnun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkişafına uyğun olmadığını sübuta yetirməlidir. Bənd 7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Bənd 7.20. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. Bənd 7.21. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki, uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübutetmə yükü də, məhz iddiaçının üzərinə düşür. Bənd. 7.22. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyator Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(014)- 1132/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinin 03 oktyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsinə aid hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin yuxarıda qeyd olunan hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından 03 oktyabr 2017-ci ildə X15 adlı uşaqları doğulmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış rəsmi nikah qeydi pozulmuş və Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İ 384669 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X15 anası İddiaçı himayəsində saxlanılmışdır. Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarından xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü 1-ci sinif şagirdi X12 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur. Cavabdeh yetkinlik yaşına çatmayan uşağın anası İddiaçı ilə ölkənin hüdudlarından kənara çıxarılmasına könüllü olaraq razılıq ərizəsi verməkdən imtina etmişdir. İddiaçı isə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 razılığı olmadan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X11 18 yaşına çatanadək onunla birlikdə ölkədən getməsi üçün icazənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 39.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
40. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb yetkinlik yaşına çatmayan uşağın ölkə hüdudlarından çıxarılması barədədir.
41. İddiaçı tələbinin faktiki əsasını onunla əsaslandırmışdır ki, cavabdehlə ailə münasibətlərinə son qoyulmuş, cavabdehdən rəsmi qaydada boşandıqdan sonra azyaşlı uşaq onun himayəsində saxlanılmışdır. Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarı xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışı ilə xx.xx.2017-ci il təvəllüdlü oğlu X12 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuş, onun müalicəsi ölkə xaricində daha yaxşı nəticələr verə bilər, bu səbəbdən də uşağı xarici ölkələrə aparıb gətirmək məcburiyyətindədir.
42. Lakin məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Türkiyə Respublikasında başqa şəxslə evlənməklə, orada yaşayır. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X15 hazırda ana nənəsi Qanuni nümayəndə yanında qalmışdır. Cavabdeh təxminən 2 ildir ikinci dəfə evlənməklə Bakı şəhərində yaşayır. İddiaçı hal-hazırda Türkiyə Respublikasında yaşadığından, uşağı özü ilə aparmaq istəyir. Lakin cavabdeh razılıq vermədiyi üçün birgə nikahından doğulmuş uşağı iddiaçı Azərbaycan Respublikasından kənara apara bilmir.
43. İlk növbədə qeyd olunur ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır.
44. Oxşar işlərdə cavabdeh valideynin uşaqla ünsiyyətə istinad edərək iddiaya etiraz etməsi və ya hətta bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz.
45. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkişafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır. Bu cür mübahisələrin həlli zamanı ilk növbədə uşaqların maraqları nəzərə alınmalı, valideyni ilə ünsiyyətdən müəyyən müddətdə məhrum olacaqlarına səbəb olan səfərin onların tərbiyə və təhsili, fiziki, psixi sağlamlığı, əxlaqi inkişafına təsiri baxımından qiymətləndirməli, habelə ünsiyyət hüququ olan valideynin maraqları ilə uşağın mənafeləri arasındakı ədalətli balans gözlənilməlidir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı Türkiyədə yaşaması və orada evli olması, uşağın ölkə xaricinə getməsi və bir daha geri gəlməyəcəyi təhlükəsinin mövcudluğuna dair dəlillərinə münasibətdə qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında nikah pozulduqdan sonra azyaşlı uşaq ananın himayəsində saxlanılmış, cavabdeh isə ayrıldıqdan sonra azyaşlı uşağı ilə görüşə belə cəhd etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında özü etiraf etmişdir ki, oğlu Fuad 4 ildən artıqdır ki, uşağı ilə görüşmür, həmçinin 2 ildir başqa xanımla evlənmiş, evləndikdən sonra Bakı şəhərində yeni ailəsi ilə yaşamışdır, hal-hazırda da orada yaşayır.
47. Həmçinin məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 9 aydan artıqdır ki, azyaşlı uşağı üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyini belə yerinə yetirmir.
48. Kollegiya yuxarıda şərh olunanları əsas tutaraq, uşağın səhhətini, yaşını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşağın ananın yanında saxlanılmasını, həmçinin hazırda 68 yaşlı təqaüdçü nənəsinin yanında qalmasını nəzərə alaraq hesab edir ki, hazırkı halda uşağın anası ilə xaricə aparılması onun mənafeyinə uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, uşağın mənafeyi ilə bağlı onun xarici ölkəyə getməsi digər validenin uşaqla ünsiyyətdə olması hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Çünki uşaqla bağlı bütün məsələlər ilk növbədə uşağın üstün hüquqları baxımından həll edilir.
49. Kollegiya həmçinin nəzərə alır ki, oxşar işlər üzrə uşağın başqa ölkəyə aparılmasının onun mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkişafına uyğun olmadığını sübut etmək yükü buna etiraz edən tərəfin üzərinə düşür.
50. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iddiaçının cavabdehin razılığı olmadan birgə nikahdan doğulmuş uşağı ilə birlikdə müvəqqəti hallarda ölkədən getməsi cavabdehin uşağı ilə ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirakına mane olmaq üçün bir vasitə hesab edilə bilməz. İddiaçının uşağı ilə birlikdə cavabdehin razılığı olmadan ölkədən getməsi ilk növbədə uşağın maraqları və mənafeyi baxımından qiymətləndirilməlidir. Çünki, iddiaçının deyil uşağın ölkədən getməsi üçün cavabdehin razılığı olmadan icazə verilir və bu icazəyə uşağın mənafeyinə zidd hansısa məhdudiyyətlər, o cümlədən atanın uşağı ilə ünsiyyətdə olmağına mane olmamaq şərti tətbiq edilə bilməz. Bu cür məhdudiyyətlər iddiaçıya deyil, bilavasitə uşağın mənafeyinə zərər vurur. Çünki, cavabdeh istəməsə də iddiaçının onsuz da onun razılığından asılı olmayaraq ölkədən tək getmək hüququ vardır.
51. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi azyaşlı uşağı daimi əsaslarla aparmaq niyyətlərinin olmadığını, yay tətilində yenidən geriyə qaytaracaqlarını bildirmişdir.
52. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab verir. Ona görə də Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin 03 oktyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsinə aid hissədə təmin edilməməli və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin 03 oktyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsinə aid hissədə təmin edilməsin və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.