Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1064/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)-1161/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutulub ona verilməsi, mediasiyaya ödənilmiş rüsumunun 60 (altmış) manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuşdur. Faktiki ailə münasibətindən 08 yanvar 2020ci il təvəllüdlü Elnurə adlı bir övladları olmuşdur. Qızı anadan sonra ona qarşı münasibəti dəyişdi. Uşağa könüllü olaraq atalıq verməkdən imtina etmişdir. Ona görə də Mingəçevir şəhər Məhkəməsinə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ilə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-162/2021 saylı 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə anadan olan uşağı X4 atası olması müəyyən edilməsi, uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması, 08 yanvar 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan üç ilə yaxın vaxt keçmişdir. Cavabdeh qətnamə ilə müəyyən olunmuş aliment məbləğini ödəyir, ancaq əlavə olaraq uşağın saxlanması üçün köməklik etmir. Cavabdeh müəyyən olunmuş aliment miqdarından artıq uşağın saxlanması köməklik etmir. Qiymətlərin qalxması ona tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşağa baxmaqda çətinlik törədir. Gündəlik tələbat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, üç ilə yaxın müddətdə 3 dəfə bahalaşmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Mühafizə xidmətinin Mingəçevir şöbəsində işləyir. Sabit məbləğdə əmək haqqı alır. Maddi imkanı çox yaxşıdır. Növbəti işləyir. İşdən fərdi işlə də məşğuldur. Kür sahilinin kənarında dəbdəbəli evi vardır. Onun uşağını saxlaması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Odur ki, məhkəmədən Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutulub ona verilməsi, mediasiyaya ödənilmiş rüsumunun 60 (altmış) manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat;
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddianı müdafiə etmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə anadan olmuş uşağı X4 atası olması müəyyən edilmiş, uşağın doğum akt qeydində ata kimi Cavabdeh qeyd edilmişdir. Qeyd etmişdir ki, o həmin uşağı övladı olaraq qəbul etmir. Ona məlum deyil ki, hakim hansı əsasla belə bir qətnamə qəbul edərək 08 yanvar 2020-ci il təvəllüdlü Elnurə adlı uşağın atası hesab etmişdir. İddiaçının iddiasını qəbul etmir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Onun aliment ödəmək üçün heç bir maddi imkanı yoxdur. Belə ki, o X12 Xidməti Mingəçevir şəhər X12 dəstəsində daxili xidmət çavuşu olaraq işləyir. Əmək haqqısı 697.29 manatdır. Ondan 110 manat məbləğində aliment tutulur. Yerdə qalan 584.29 manat pul kartına yüklənir. Bundan əlavə maddi imkanı aşağı olduğuna görə kapital bank ASC-dən 8600 məbləğində kredit götürmüşdür və hər ay 250 manat məbləğində kredit ödəyir. Evdə yeganə işləyən odur, valideynlərinə də, o baxır. Hər ay əmək haqqından aliment və krediti ödənildikdən sonra yerdə qalan pulla çətinliklə dolanır. İddiaçının əsassız iddiası onun çətin olan vəziyyətini daha da, çətinləşdirir. Qeyd etmişdir ki, iddiaçı ilə aralarında heç bir ailə münasibətləri olmamışdır. Bu səbəbdən də həmin uşağı öz övladı olaraq qəbul etmir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmədən hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissə miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)-1161/2024 nömrəli qətnaməsi ilə, (hakim E.Cəbrayılzadə) iddianın qismən təmin edilməsi. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-162/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay Cavabdeh aylıq gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin faktiki birgə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Elnurə adlı uşaqları doğulmuşdur. Sonradan tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir şəhər Məhkəməsinin 2(051)-162/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə 08 yanvar 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı sabit pul məbləğində olan alimentin artırılmasını və əlavə olaraq qazancın (gəlirin) müəyyən hissəsi miqdarında alimentin tutulmasını xahiş edir.
Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab etmişdir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay üçün cavabdehdən 110 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəf həm sabit pul məbləğində, həm də alimentin qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə alimentin qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməsi hissəsinə dair belə hesab emişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Ailə qanunvericiliyinin (Ailə Məcəlləsi) 78.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hal-hazırda da iddiaçı tərəf həmin tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf tələbində qismən haqlıdır. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan da müəyyən olunmuşdur ki, Cavabdeh iş və aylıq sabit pul məbləğində gəliri vardır. Onun əmək haqqı kartına hər ay 694.29 manat köçürülür. Odur ki, məhkəmə iddianın bu hissəsinə dair belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli və İddiaçı xeyrinə hər ay Cavabdeh Nazim oğlundan aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, dörddə bir hissə miqdarında alimentin təmin olunması halında iddiaçıya hər ay 173,5 manat məbləğində alimentin verilməsi nəzərdə tutulur. Ona görə də məhkəmə hesab etmişdir ki, bu məbləğ uşağın maddi tələbatlarını təmin etmək və onun minimal yaşayış səviyyəsini təmin etmək üçün kifayət etmədiyindən həmçinin uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment təyin edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1, 76.1.1, 76.1.2, 76.1.3, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, Həmin Qanunun 13-cü maddəsinə, Həmin Qanununun 19cu maddəsinə, 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 106.1, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə uşağın saxlanması üçün aliment təyin edərkən cavabdeh tərəfin maddi vəziyyətini, ailə vəziyyətini nəzərə almamışdır. Belə ki, ailədə işləyən yeganə şəxs odur aldığı əmək haqqı ilə tək və xəstə olan anasına da o baxır. Aldığı əmək haqqının 250 manatını götürdüyü kreditə görə ödəyir. Ona görə də hesab edir ki, məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamış, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almamışdır. Belə ki, hər iki valideyn uşağın saxlanmasında iştirak etməli olduğu halda məhkəmə uşağın saxlanması ilə bağlı cavabdeh tərəfin məsuliyyətini nəzərə almış, lakin iddiaçının da, uşağın saxlanması üçün iştirak etməli olduğunu nəzərə almamışdır. Əmək haqqımın 1\4 hissəsi aliment olaraq uşağın saxlanması üçün təyin edilməklə məhkəmə kifaytətlənməmiş, eyni zamanda 20 manat sabit pul məbləğində aliment təyin edilmişdir. O, övladı olduğunu qəbul etmədiyi, (hətta bu əsasız olaraq belə qəbul edilmiş qətnamə ilə öz təsdiqini tapsa belə) bir uşaq üçün belə hər ay bu qədər aliment ödəmək məcburiyyətindədir. Halbu ki, iddiaçının hazırda maddi vəziyyəti çox yaxşıdır və onun aliment üçün heç bir ehtiyacı yoxdur. Aliment təyin olunarkən iddiaçının maddi vəziyyətinin yaxşı olması nəzərə alınmamışdır
13. İddiaçı tərəf özünün maddi vəziyyətinin ağır olması, uşağın saxlanmasında çətinlik çəkməsini, yüksək məbləğdə alimentin təyin edilməsini xahiş etsədə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəfin yüksək gəlirlərə malik olması barədə də, məhkəməyə sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə həm əmək haqqının 1\4 hissəsi, həm də 20 manat sabit pul məbləğində aliment təyin edərək yaşayış səviyyəsi ağır olan bir ailəni daha da, çətin vəziyyətə salmışdır.
14. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini araşdırmadan və bunu sübut etmədən iddiaçı tərəfin tələbi ilə alimentin məbləğini həddən artıq yüksək məbləğdə təyin etmişdir. Halbu ki, hər iki valideyn uşağın saxlanmasında iştirak etməlidir.
15. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)- 1161/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və təyin edilən alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)-1161/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)-1161/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, iddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
22. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
23. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e- 2(051)-1161/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
30. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin faktiki birgə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Elnurə adlı uşaqları doğulmuşdur. Sonradan tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir şəhər Məhkəməsinin 2(051)-162/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə 08 yanvar 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı sabit pul məbləğində olan alimentin artırılmasını və əlavə olaraq qazancın (gəlirin) müəyyən hissəsi miqdarında alimentin tutulmasını xahiş etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.
33. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-162/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
35. Cavabdeh apellyasiya şikayətində ailədə işləyən yeganə şəxs o, olduğunu, aldığı əmək haqqı ilə tək və xəstə olan anasına baxdığını, aldığı əmək haqqının 250 manatını götürdüyü kreditə görə ödədiyini bidlirsə də, bu hallar onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq aylıq gəlirlərinin dörddə bir hissəsi və hər ay 20 manat sabit pul məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınmışdır. Uşağın saxlanması üçün hər ay, cavabdehin aylıq gəlirlərinin dörddə bir hissəsi və hər ay 20 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)-1161/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(051)- 1161/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.