Məhkəmə qərarları › İş №2(107)-1066/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1066/2020

03.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1066/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh 4 saylı X6 Mərkəzinin nümayəndəsi İbrahimov Sadiq Söhrab oğlunun, Cavabdeh Oğuz şəhər 3 saylı Məktəb-Liseyinin direktoru X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Oğuz rayon Təhsil Şöbəsinin nümayəndəsi Şəfiyev Anar Ömər oğlunun iştirakıları ilə, İddiaçı cavabdehlər 4 saylı X6 Mərkəzinə, Oğuz şəhər 3 saylı məktəb-liseyə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Oğuz rayon Təhsil Şöbəsinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-59/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh 4 saylı X6 Mərkəzi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-59/2019 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilmiş, İddiaçı Oğuz şəhər 3 saylı məktəb-liseydə müəllim vəzifəsində işlədiyi müddətin xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq yekun məhkəmə qərarı qəbul edilənədək olan dövrü üçün hər aya görə 198,33 manat miqdarında əmək haqqı məbləği hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. işin halları: İddiaçı cavabdeh 4 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhər 3 nömrəli tam orta məktəbdə işlədiyi müddətdə 2019-cu ilin sentyabr-dekabr ayları üçün ödənilməli olan, 4 saylı X6 Mərkəzi tərəfindən əsassız olaraq saxlanılmış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə birinci instansiya məhkəməsi prosesinin gedişində iddiaçı məhkəməyə başqa cavabdehin və üçüncü şəxsin işə cəlb edilməsi, həmçinin, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək hazırda müəllim kimi fəaliyyət göstərdiyi Oğuz şəhər 3 nömrəli məktəb-liseyin iş üzrə cavabdeh qismində, Oğuz rayon Təhsil Şöbəsinin isə cavabdehin tərəfində üçüncü şəxs qismində işə cəlb edilməsini, 2019-cu ilin sentyabr ayından başlayaraq iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hər ay üçün 198,33 manat miqdarında əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən Oğuz şəhər 3 nömrəli məktəb-lisey cavabdeh qismində, Oğuz rayon Təhsil Şöbəsi isə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz şəhər 3 nömrəli tam orta məktəbin direktorunun xx xxxxxxxx 2008-ci il tarixli 150 nömrəli əmri ilə o, həmin məktəbin bazasında yaradılmış liseyə müəllim təyin edilmişdir və 12 ildir ki, məktəb-liseydə riyaziyyat müəllimi işləyir. 2019-cu ilin dərs bölgüsündə məktəbin pedaqoji şurasının qərarı ilə ona 6 (altı) saat dərs yükü ayrılmışdır. O, xx xxxxxxxx 2019-cu il tarixdən indiyədək məktəbin İX sinfində dərs tədris edir qanunamüvafiq qaydada sinif jurnalını işləyir. Lakin xx xxxxxxxx 2019-cu il tarixdən indiyədək ona əmək haqqının ödənilməsi ilə bağlı Oğuz şəhər 3 nömrəli məktəb-lisey 4 saylı X6 Mərkəzinə tabel təqdim etsə də, onun yerinə yetirdiyi əmək funksiyasının müqabilində ödənilməli olan əmək haqqı heç bir əsas olmadan saxlanılır və ödənilmir. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və qeyd etdiklərinə əsasən işlədiyi müddət üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Oğuz rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləyir və həmin vəzifəsi onun əsas iş yeridir. Bununla yanaşı onun əlavə iş yeri kimi orta məktəbdə də 12 saatadək dərs demək hüququ vardır. Ancaq hazırda ona orta məktəbdə cəmi 6 saat dərs yükü ayrılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyindən Oğuz rayon Təhsil Şöbəsinə və 4 saylı X6 Mərkəzinə göndərilmiş xx xxxxxxxx 2019-cu il tarixli məktubda da onun orta məktəbdə dərs deməsinə etiraz edilmədiyi qeyd edilmişdir. O, həm Oğuz rayon Təhsil Şöbəsində, həm də Oğuz şəhər 3 nömrəli məktəb-liseydə müddətsiz əmək müqaviləsi əsasında işləyir.Oğuz şəhər 3 nömrəli məktəblisey tərəfindən hər ay tərtib edilərək 4 saylı X6 Mərkəzinə təqdim edilən tabeldə onun adı qeyd edilsə də,4 saylı Ərazi X2 hər iki iş yerində müddətsiz əmək müqaviləsi əsasında işlədiyini əsas gətirərək ona əmək haqqı ödəmir. Halbuki, onun hər iki iş yerində müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Gələcəkdə pedaqoji fəaliyyətini tam şəkildə həyata keçirmək üçün ola bilər ki, o, Oğuz rayon Təhsil Şöbəsində metodist işindən çıxaraq ancaq orta məktəbdə işləyər. Belə olan halda, hazırda onunla orta məktəb arasında bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi gələcəkdə müqavilə müddəti bitəndən sonra onunla yeni əmək müqaviləsinin bağlanmamasına və nəticədə hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Ona görə də onunla orta məktəb arasında bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsinə razı deyil. Onun Oğuz şəhər 3 nömrəli məktəb-liseydə əlavə iş yeri kimi işləməsinin də Oğuz rayon Təhsil Şöbəsində əsas iş yeri kimi metodist işləməsinə hər hansı maneçiliyi yoxdur. Buna baxmayaraq Oğuz şəhər 3 nömrəli məktəb-liseydə müəllim işləməsinə görə xx xxxxxxxx 2019-cu il tarixdən indiyədək olan müddət üçün ona hər ay üçün ödənilməli olan 198,33 manat əmək haqqı məbləğindən hər hansı miqdarda əmək haqqı ödənilməmişdir.Oğuz şəhər 3 nömrəli məktəb-liseyin rəhbərliyinə müraciət edəndə isə onun əmək haqqının 4 saylı X6 Mərkəzi tərəfindən saxlanıldığı bildirilmişdir. 4 saylı Ərazi X3 hər ay üçün ödənilməli olan 198,33 manat əmək haqqı məbləğini heç bir əsas olmadan saxlamışdır. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən xx xxxxxxxx 2019-cu il tarixdən hazırki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hər ay üçün 198,33 manat miqdarında əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh 4 saylı X6 Mərkəzinin nümayəndəsi X5 iddia tələbini əsassız hesab etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçının əsas iş yeri Oğuz rayon Təhsil Şöbəsində metodist vəzifəsidir və o həmin vəzifədə müddətsiz əmək müqaviləsi əsasında işləyir. İddiaçının metodist vəzifəsində işləməklə yanaşı orta məktəbdə də müəyyən miqdarda dərs deməsinə maneə olmasa da, onun Oğuz şəhər 3 nömrəli məktəbliseydə də müddətsiz əmək müqaviləsi əsasında işləməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, işçinin əsas iş yeri varsa, o, əlavə iş yerində müddətsiz əmək müqaviləsi əsasında işləyə bilməz. İddiaçı məktəbdə də müddətsiz əmək müqaviləsi əsasında işləyirsə, o, məktəblər tətilə buraxıldıqdan sonra yay tətili günlərində hər gün saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00dək, gün ərzində 8 saat məktəbdə olmalıdır. Belə olan halda, o, əsas iş yeri olan Oğuz rayon Təhsil Şöbəsində metodist vəzifəsinin icrasını praktiki olaraq həyata keçirə bilməyəcəkdir. İddiaçıya iki iş yerindən birində müddətli əmək müqaviləsi əsasında işləməli olduğu izah edilmiş, lakin o, buna əməl etmədiyinə görə əlavə iş yeri hesab olunan orta məktəbdəki işi üçün ona əmək haqqı ödənilməmişdir. 4 saylı X6 Mərkəzi iddiaçının hər iki iş yerində müddətsiz əmək müaviləsi əsasında işləməsini qanunsuz hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Oğuz şəhər 3 nömrəli məktəb-liseyin nümayəndəsi-məktəb-liseyin direktoru X7 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı xx xxxxxxxx 2008-ci il tarixdən Oğuz şəhər 3 nömrəli məktəb-liseyə müəllim təyin edilmişdir və həmin vaxtdan məktəbdə riyaziyyat müəllimi işləyir. İddiaçının əsas iş yeri Oğuz rayon Təhsil Şöbəsi olsa da, Təhsil Şöbəsi işçilərinin əlavə iş yerində 12 saatadək dərs deməsi qanunvericilikdə də nəzərdə tutulmuşdur. İddiaçı Oğuz şəhər 3 nömrəli məktəb-liseydə də müddətsiz əmək müqaviləsi əsasında işləyərək 6 saat dərs tədris edir və 2019-cu ilin sentyabr ayınadək ona hesablanmış əmək haqqı hər ay heç bir maneə olmadan ödənilmişdir. Ancaq xx xxxxxxxx 2019-cu il tarixdən sonrakı dövrdə Oğuz şəhər 3 nömrəli məktəb-lisey tərəfindən hər ay tarifikasiyaya uyğun olaraq tabel tərtib edilib 4 saylı X6 Mərkəzinə təqdim edilsə də, 4 saylı X6 Mərkəzi iddiaçıya əmək haqqı ödəməmişdir.4 saylı X6 Mərkəzi bunun səbəbini iddiaçının hər iki iş yerində müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə izah etmişdir. Oğuz şəhər 3 nömrəli məktəb-lisey ilə iddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi iddiaçıya təklif edilsə də, o, bununla razılaşmadığından müddətsiz əmək müqaviləsinə hər hansı dəyişiklik edilməmişdir və iddiaçı hazırda da məktəbdə müddətsiz əmək müqaviləsi əsasında işləyir. Oğuz şəhər 3 nömrəli məktəb-lisey iddiaçının adını tabeldə qeyd etməklə ona hər ay 198,33 manat əmək haqqı məbləği ödənilməsi üçün 4 saylı X6 Mərkəzinə təqdim etməklə öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Əmək haqqının ödənilməsi isə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin deyil, 4 saylı X6 Mərkəzinin vəzifəsidir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Təhsil Şöbəsinin nümayəndəsi Şəfiyev Anar Ömər oğlu iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və izahat verərək göstərmişdir ki, orta məktəb müəllimlərinin iş vaxtı dərs yükünə uyğun hesablanır. Müəllimin həftəlik iş vaxtı maksimum 36 saatdır. Heç bir müəllim üçün gün ərzində 8 saat məktəbdə olması ilə bağlı göstəriş yoxdur. Gün ərzində 8 saat işdə olmaq məktəbin rəhbər işçilərinə aiddir. Həftədə 18 saat dərsi olan müəlllim bir gündə 6 saat, həftədə cəmi 6 saat dərsi olan müəlllim isə bir gündə 2 saat məktəbdə olmalıdır. Metodistlərin əmək məzuniyyəti 42 gün, müəllimlərin əmək məzuniyyəti isə 56 gündür. İddiaçı hər iki iş yerindən eyni vaxtda - iyul ayının 1-də məzuniyyətə çıxsa və hər bir iş yeri üzrə məzuniyyət müddəti bitəndə həmin işə qayıtsa, yenə də onun orta məktəbdə müəllim kimi illik məzuniyyət vaxtı Təhsil Şöbəsində metodist kimi illik məzuniyyət vaxtından daha çox olur. İddiaçının əsas iş yeri Təhsil Şöbəsində metodist vəzifəsi, əlavə iş yeri isə orta məktəbdə müəllim vəzifəsidir. İddiaçının orta məktəbdə dərs deməsinə əsas iş yeri olaraq Təhsil Şöbəsi də etiraz etmir və bu onun əsas iş yerində vəzifə funksiyasını yerinə yetirməsinə hər hansı maneə törətmir. İddiaçı Oğuz rayon Təhsil Şöbəsində müddətsiz əmək müqaviləsi ilə işləyir. İddiaçının əlavə iş yerində olan əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasını tənzimləməkTəhsil Şöbəsinin səlahiyyətlərinə aid deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan cavabdeh 4 saylı X6 Mərkəzi аpellyаsiyа şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Cavabdeh 4 saylı X6 Mərkəzi verdiyi apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-59/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh 4 saylı X6 Mərkəzinin nümayəndəsi İbrahimov Sadiq Söhrab oğlu apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Oğuz şəhər 3 saylı Məktəb-Liseyinin direktoru X7 izahat verərək apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Oğuz rayon Təhsil Şöbəsinin nümayəndəsi Şəfiyev Anar Ömər oğlu izahat verərək apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)- 59/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh 4 saylı X6 Mərkəzi tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-59/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294 və 301-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı Oğuz rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləyir və həmin vəzifəsi onun əsas iş yeridir. Eyni zamanda, iddiaçı xx xxxxxxxx 2008-ci il tarixli əmrlə Oğuz şəhər 3 nömrəli məktəb-liseyə riyaziyyat müəllimi təyin edilmişdir və hazırda həmin məktəbdə həftədə 6 saat dərs tədris edir. Oğuz şəhər 3 nömrəli məktəb-liseydəki iş yeri idiaçının əlavə iş yeridir. İddiaçı həm Oğuz rayon Təhsil Şöbəsində, həm dəOğuz şəhər 3 nömrəli məktəb-liseydə müddətsiz əmək müqaviləsi əsasında işləyir. İddiaçının Oğuz şəhər 3 nömrəli məktəb-liseydə müəllim vəzifəsində işlədiyi müddətin xx xxxxxxxx 2019-cu il tarixdən indiyədək olan dövrü üçün ona əmək haqqı ödənilməmişdir. Hazırda iddiaçı Oğuz şəhər 3 nömrəli məktəb-liseydə müəllim vəzifəsində işlədiyi müddətin xx xxxxxxxx 2019-cu il tarixdən hazırki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hər ay üçün 198,33 manat miqdarında əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi işə qəbul edilməsinə dair xx xxxxxxxx 2008-ci il tarixli əmrə, onunla Oğuz şəhər 3 nömrəli məktəb-lisey arasında bağlanmış əmək müqaviləsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyindən Oğuz rayon Təhsil Şöbəsinə və 4 saylı X6 Mərkəzinə göndərilmiş, onun orta məktəbdə dərs deməsinə etiraz edilmədiyi qeyd edilən xx xxxxxxxx 2019-cu il tarixli məktuba istinad edir. Cavabdeh 4 saylı X6 Mərkəzinin nümayəndəsi iddia tələbini əsassız hesab etdiyini bildirir və iddia tələbinə etirazının əsası olaraq iddiaçının hər iki iş yerində müddətsiz əmək müaviləsi əsasında işləməsinin qanunvericiliyin tələbinə uyğun olmadığını bildirir. Cavabdeh Oğuz şəhər 3 nömrəli məktəb-liseyin və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Təhsil Şöbəsinin nümayəndələri iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının Oğuz şəhər 3 saylı məktəb-liseydə müəllim vəzifəsində işlədiyi müddətin xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq yekun məhkəmə qərarı qəbul edilənədək olan dövrü üçün hər aya görə 198,33 manat miqdarında əmək haqqı məbləği hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh 4 saylı X6 Mərkəzi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)- 59/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh 4 saylı X6 Mərkəzi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-59/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar