Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1070/2025 26.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Şəki rayon İcra və Probasiya şöbəsinə qarşı “aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment ödəməkdən azadetmə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil; Cavabdeh1; Cavabdeh Şəki rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2(075)-1833/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı Cavabdeh1 birgə nikahlarından 04 mart 2009-cu il tarixdə X7 və 13 fevral 2020-ci il tarixdə X8 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(075)-1081/2022 saylı qətnaməsindən görünür ki Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(042)- 1098/2016 saylı qətnaməsi ilə 04 mart 2009-cu il təvəllüdlü X1 üçün hər ay 100 manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat miqdarında müəyyən edilmişdir. 13 fevral 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 180 manat sabit miqdarda tutularaq Cavabdeh1 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 05 oktyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Şəki rayonu İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcu düzgün hesablanmaqla, tərəfindən ödənilmiş 2000 manat aliment borcunun 10000 manatdan çıxılması və onun qalan 8000 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2008-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2009-cu ildə X7 adlı övladları anadan olmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq 100 manat həcmində müəyyən edilmişdir. Cavabdehlə 2019-cu ildə barışmış və xx.xx.2020-ci ildə rəsmi nikah bağlamışlar. xx.xx.2020-ci ildə X8 adlı ikinci övladları anadan olmuşdur. 2019-cu ilin may ayından, yəni cavabdehlə barışdığı gündən bu günədək cavabdeh və uşaqları onunla birlikdə ünvan 1 ünvanında yaşamışlar. Böyük oğlu Nicat Şəki şəhər 20 nömrəli tam ora məktəbin 10-cu sinfində, kiçik oğlu Fərid isə “Buta” bağçasında təhsil almışdır. O, ailəsinin qayğısına qalmış, maddi və mənəvi cəhətdən hər şeylə onları təmin etmişdir. Paltarlarını almış, təhsil haqlarını ödəmiş, bir valideyn kimi onları hər şeylə təmin etmişdir. Evə yeganə qazanc gətirən o özü olsa da, çalışmışdır ki, övladlarının, ailəsinin heç nəyə ehtiyacı olmasın. Cavabdeh2 tərəfindən ona 10000 manat aliment borcu hesablanmışdır. O, 7 aya aliment borcundan 2000 manatın ödəmişdir. Ödənilmiş 2000 manat aliment borcunun nəzərə alınmamasını, İcra məmuru tərəfindən qanunsuz aliment borcunun hesablanması və qalan 8000 manat aliment borcunun ondan tələb edilməsini ədalətsiz hesab etmişdir. Aliment uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilsə də, 2019-cu ildən uşaqlara özü baxmış, qayğılarına qalmış, hər şeylə təmin etmiş, aliment də hesablanmışdır. Fərdi əməklə məşğul olaraq qazandığını, əlinə düşəni uşaqlarına və ailəsinə xərcləmişdir. Aliment borcu bu üzrlü səbəblərə görə əmələ gəlmiş, hazırda da maddi vəziyyəti bu borcu ödəməyə imkan verməmişdir. Bu səbəbdən Cavabdeh2 tərəfindən aliment borcu düzgün hesablanmalı, tərəfindən ödənilmiş 2000 manat aliment borcu 10000 manatdan çıxılmalı və o, 8000 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara eyni məzmunlu izahat verərək əlavə olaraq göstərmişdir ki, ödədiyi aliment puluna dair qəbzləri icra məmuruna təqdim etmiş, ondan başqa qeyri rəsmi olaraq tələbkarın özünə də pullar vermişdir. Buna baxmayaraq, tələbkar özünə verdiyi pulları hesaba almamış, yalnız ödəniş qəbzi olan pulları aliment ödənişi kimi qəbul etmişdir. İcra məmuru da tələbkarın sözü ilə eyni qaydada ondan pulun ödənilməsini tələb etmişdir. Bundan əlavə də onun təxmini hesablamasına görə qəbzlərin toplanması ilə də götürdükdə yenə də 10000 manat aliment borcu qalmamış, az qalmışdır. Cavabdeh olan arvadı ilə birgə yaşadıqları dövrdə uşaqları dolandırıb, saxlanmaları xərclərini ödədiyi üçün yığılıb qalmış aliment borcunun silinməli olduğunu, ondan aliment tutulmalı olmadığını, aliment öhdəliyindən azad edilməli olduğunu düşünmüşdür. Lakin bu günə kimi, uşaqlarının yanında olduğu müddətdə alimentin dayandırılması üçün tələbkar olan arvadı icra məmuruna ərizə verməmiş, bir yerdə olduqları müddətdə də alimentin verilməsini tələb etmişdir. Hazırda arvadı uşaqları da özü ilə aparıb doğulduğu Gədəbəy rayonuna getmiş, özünə verdiyi və birlikdə yaşadıqları dövr üçün hesablanmış alimentin hesablanmış borcdan çıxılmasını istəmədiyi üçün məhkəməyə gəlməmişdir. Cavabdeh, birlikdə yaşadıqları dövrdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş Nicat adlı uşaqlarının saxlanılması üçün 100 manat aliment müəyyən edilmişdir. Cavabdeh “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş aliment məbləği artırılaraq 180 manat müəyyən edilmişdir. 2019-cu ildə onlar yenidən barışaraq xx.xx.2020-ci ildə rəsmi nikaha girmişlər. xx.xx.2020-ci ildə birgə nikahdan 2-ci övladları X8 anadan olmuşdur. Hal-hazırda da cavabdehlə aralarında bağlanmış nikah pozulmamışdır. 2021-ci ilin noyabr ayınadək bir yerdə yaşamışlar və daima ailəsinin qayğısını çəkmişdir. Lakin 2021-ci ilin noyabr ayında münasibətləri pozulmuş və tələbkar yenidən icra sənədinin icrasını tələb etmişdir. Bir yerdə olduqları dövr üçün də ərizə verib aliment hesablanmasını dayandırmadığı üçün həmin alimentlər də toplanıb borc yaratmışdır. O, alimentdən əlavə, uşaqlarının məktəb və hazırlıq xərclərini özü qarşılamışdır. 2025-ci ilin fevral ayınadək o, hər ay uşaqlarına pul göndərmiş, tələbkar da ondan aliment tələb etməmişdir. Hal-hazırda aylıq 600-700 manat məbləğdə əmək haqqı olsa da, son aylar ərzində cavabdehə ümumilikdə 2000 manatdan artıq pul ödəmişdir. Lakin bu barədə sübutlar saxlamamışdır. Sonradan icra məmurunun göstərişinə əsasən pulu poçt vasitəsilə ödəmiş və qəbzləri icra məmuruna göndərmişdir. İcra məmurundan aldığı məlumata görə hazırda 10000 manata yaxın aliment borcu yaranmışdır. Birlikdə yaşadıqları zaman rəsmi olaraq aliment ödəməsə də, faktiki olaraq uşaqların hər bir xərcini özü çəkdiyindən hesab edir ki, aliment borcu qalmamışdır. Odur ki, verməli olduğu alimentdən yaranan borcu düzgün hesablayıb, birgə yaşadıqları müddətdə uşaqların bütün tələbatını ödədiyindən aliment borcunun silinməsini və aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Şəki rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi icra məmuru X9 izahat verərək bildirmişdir ki, İddiaçı aliment ödənişlərinin icrası ilə əlaqədar mütəmadi olaraq Cavabdeh2nə dəvət edilmiş və ondan izahatlar alınmışdır. İddiaçının tələbində düzgün hesablanmadığı iddia edilən 10000 manat aliment, tələbkarın onlara ünvanlandığı şikayət ərizəsində qeyd olunmuş məbləğin əsasında ortaya çıxmışdır. Ödənişlər qəbzlərdəki pul məbləği ilə hesablanmaqla, hər aylıq müəyyən edilmiş alimentin miqdarına əsaslanmışdır. Tərəfindən aparılmış hesablamaya əsasən iş üzrə iddiaçı olan borclu son aylar ərzində aliment borcundan təxminən 2000 manat civarında ödəniş etmiş, hal-hazırda 9180 manat aliment borcu qalmışdır. Borclu qeyri rəsmi verdiyi pulları və birgə yaşadıqları dövrdə uşaqlara çəkdiyi xərci hesablayıb borcunun az olduğunu və ya olmadığını iddia etsə də, tələbkar Cavabdeh1 birgə yaşadıqlarını bildirib alimentin dayandırılması barədə müraciət etməmiş, qeyri rəsmi pul verilmədiyini bildirmiş, birgə yaşadıqları dövrdə də uşaqlara baxmadığını qeyd edib bütün alimentin alınıb verilməsini istəmiş, yuxarı orqanlara zəng və teleqram vuraraq şikayət etməklə aliment məbləğinin tam olaraq ödənilməsini tələb etmişdir. Alimentin yığılmasının səbəbi də tərəflərin münasibətlərinin mütəmadi dəyişkən olması, birgə yaşadıqları dövrdə də tələbkarın alimentin ödənilməsini tələb etməsi, borclunun isə verməli olmadığını düşünməsi olmuşdur. O, qeyd edilənlərə əsasən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki şəhər “Yaramallı” məhəlləsi tərəfindən verilmiş 16 iyun 2025-ci il tarixli, 49 saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda yaşayır və onun ailə üzvləri həyat yoldaşı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı, oğulları xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X6r. Şəki Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 3(075)-180/2023 saylı qərarından görünür ki, İddiaçı aliment borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə İnzibati xəta haqqında protokol üzrə işə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2(075)-1833/2025 nömrəli qətnaməsi (hakim: C.Əhmədov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı aliment borcunun düzgün hesablanmasını iddia etdiyi hissədə real mövcud olan ödəniş qəbzləri ilə məbləğlərin hesablanması mümkün olduğundan və icra məmurunun mövcud sənədlər əsasında məhkəmə iclasında hesablamaqla qalan borcu müəyyən etməsi və aliment ödənişinin davam etməsi onu göstərir ki, iddiaçının ondan rəsmi qaydada tələb edilmədiyi halda eşitdiyi məbləğ barədə iddia qaldırıb ondan tələb edildiyini iddia etməsi heç bir hüquqi əsasa söykənmir. Yaranmış borc məbləğinin birgə yaşadıqları müddətdə uşaqların saxlanması üçün bütün xərcləri çəkdiyinə görə silinməli olduğu hissəyə münasibətdə məhkəmə qeyd edir ki, bu barədə heç bir sübut olmamaqla yanaşı, həmçinin uşaqlarla bir yerdə yaşama, uşaqların saxlanması üçün xərclərin də çəkdiyini mütləq anlama gətirmir. Əks tərəfin alimenti tələb etməsi bunu inkar etdiyini göstərir. Bundan sonrakı aliment öhdəliyindən azad olunma iddiası da digərləri kimi heç bir mötəbər sübutlarla təsdiqlənməyə cəhd olunmamışdır və bunun üçün əsalar mövcud deyidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi sənədlərdə və ya digər sübutlarda, müəyyən edilmiş aliment məbləğindən sonrakı dövrdə onun gəlirlərində azalma baş verdiyini və bu azalmaları, eləcə də qarşı tərəfin əks vəziyyətini, yəni gəlirini çoxalmasını, alimentə və ya həmin qədər aliment tutulmasına ehtiyacının olmamasını təsdiqləyən hər hansı bir sübutun olduğu müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı, məhkəməyə bu mövzuda, yəni özünün və ya qarşı tərəfin maliyyə vəziyyətində və gəlirlərində hər hansı bir azalma və ya artımın baş verdiyini təsdiqləyən heç bir mənbə və ya dəlil təqdim etməmişdir. Beləliklə, iddiaçının iddiasının əsaslı olması, sübutların olmaması səbəbindən, məhkəmə tərəfindən təsdiqlənməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Ailə Məcəlləsi 112, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildən uşaqlara özü baxır, qayğılarına qalır, hər şeylə təmin edir. Fərdi əməklə məşğul olaraq qazandığını, əlinə düşəni uşaqlarına və ailəsinə xərcləyir. Göründüyü kimi aliment borcu üzürlü səbəblərə görə əmələ gəlmiş və hazırda ailə və maddi vəziyyəti bu borcu ödəməyə imkan vermir. Tərəfindən iddianın əsası kimi istinad etdiyi hallarla bağlı yetərincə məhkəməyə sübutlar təqdim edilmiş, həmin hallar sübuta yetirilmiş, lakin məhkəmə sübutları, dəlilləri nəzərə almamış, hüquqi qiymət verməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, o, aliment borcunun yenidən hesablanması və borcun silinməsi ilə bağlı icra şöbəsinə müraciət etməmişdir. Tərəfindən edilmiş ödənişlər və birlikdə yaşadıqları dövr düzgün nəzərə alınmamış və düzgün hesablanmamışdır. Ödədiyi pullar aliment borcundan tam silinməmişdir. O, halhazırda uşaqlarına baxmaqdadır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu ilin may ayından 2021-ci ilin noyabr ayının 8-nə kimi barışıb birlikdə yaşamışlar. Həmin dövrdə bir uşaqlarıda anadan olmuşdur. Sonradan münasibətləri pozulub və həmin dövrdən ayrı yaşamaqla ayrı təsərrüfat aparırlar. İddiaçı hal-hazırda uşaqlarına baxmır. Özü uşaqlarına baxmaqdadır. Atasına məxsus təsərrüfatda əkin əkərək uşaqlarına baxır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şəki rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsi X9 icra işinin materiallarını məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı aliment borcunun hesablanması və ya hansısa borcun silinməsi ilə bağlı onlara müraciət etməmişdir. Tərəflər barışaraq bir müddət birlikdə yaşamaları ilə bağlı da şöbəyə heç bir məlumat verməmişlər. Ona görədə yığılmış borc ümumi borcdur. Müraciət ediləcəyi halda borc məbləği yenidən hesablana bilər. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
“Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
27. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, hazırda baxılan hissədə apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə aliment borcu və alimentin ödənilməsi öhdəliyi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh1 və Şəki rayonu İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcu düzgün hesablanmaqla, tərəfindən ödənilmiş 2000 manat aliment borcunun 10000 manatdan çıxılması və onun qalan 8000 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-1070/2025 nömrəli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, e-2(075)-1833/2025 nömrəli qətnaməsi qismən yəni, Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən aliment borcunun düzgün hesablanması, ödənilmiş pulun borcdan çıxılması və aliment borcunu ödəməkdən azad edilməsinə (silinməsinə) dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinсi instаnsiyа məhkəməsinin qətnаməsini mübahisələndirilən aliment öhdəliyindən azad edilməsi hissəsində yоxlаyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin hazırda baxılan aliment öhdəliyindən azad edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının aliment öhdəliyindən azad edilməli olması ilə bağlı dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Araşdırılan işin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Burada əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Xüsusən qeyd edilməlidir ki, uşaqlarını saxlamaq, ümumbəşəri və milli-mənəvi dəyərlər əsasında tərbiyə etmək, müstəqil həyata hazırlanmaq və onların tələbatlarını ödəmək valideynlərin qanunvericilik baxımından təkcə vacib hüquqi vəzifələri deyil, ən əsası mənəvi borclarıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. Kollegiya xüsusilə vurğulayır ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki işdə isə, İddiaçıun aliment ödəmək öhdəliyindən azad edilməsi üçün heç bir əsas yoxdur və tərəf özüdə məhkəməyə belə bir sübut təqdim etməmişdir. Belə olan halda, kollegiya uşaqların maraqlarını aliment ödəməli olan şəxsin maraqlarından daha üstün tutur və hesab edir ki, hazırki vəziyyətdə tərəfin aliment öhdəliyindən azad edilməsi üçün iş materiallarında heç bir diqqətəlayiq hal yoxdur. Ümumiyyətlə alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı aliment öhdəliyindən azad etməməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 14 avqust 2025-ci tarixli, e-2(075)-1833/2025 nömrəli qətnaməsi İddiaçıun aliment öhdəliyindən azad edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti İddiaçıun aliment öhdəliyindən azad edilməsi hissəsində təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 14 avqust 2025-ci tarixli, e-2(075)-1833/2025 nömrəli qətnaməsi İddiaçıun aliment öhdəliyindən azad edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.