Məhkəmə qərarları › İş №2(107)-1078/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1078/2022

07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1078/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 manat pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl zinət əşyalarının dəyəri) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atabalayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 manat pul tələbinə dair mülki iş üzrə Balakən Rayon 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı ilə Cavabdeh1 12 avqust 2016-cı il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Tərəflər ailə qurarkən cavabdehlər tərəfindən İddiaçı toy hədiyyəsi olaraq 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı , 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti-qızıl-zinət əşyaları hədiyyə alınmışdır. 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində, yəni tərəflər birgə yaşadıqları dövrdə həmin qızıl-zinət əşyaları cavabdehlər tərəfindən satılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1200 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı, 770 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 140 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və 1180 manat dəyərində, Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti - qızıl zinət əşyalarının alınıb ona verilməsi və ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə nikahlarını 12 avqust 2016-cı il tarixdə Balakən rayon Kortala kənd inzibati ərazi Dairəsi üzrə icra nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə qızı X6 doğulmuşdur. Evləndikləri ilk vaxtlarda Cavabdeh1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Sonradan Cavabdeh1 ailəsinə qarşı biganə yanaşmış, uşağın və onun gündəlik tələbatları ilə maraqlanmamışdır. Eyni zamanda cavabdeh ona başqa qadınlarla xəyanət etmişdir. Cavabdeh onu dəfələrlə döymüş, ona qarşı fiziki xəsarətlər yetirmişdir. Cavabdehlə birgə nikahda olsalar da onunla ailə münasibətləri formal xarakterdə olmuşdur. Cavabdeh uzun müddətdir ki, Türkiyə Respublikasında işləyir, lakin onun və uşağın dolanışığı üçün heç nə etməmişdir. 2021-ci ilin iyul ayında birgə nikahlarından olan uşağı da götürərək atasının evinə qayıtmışdır. Cavabdehlə aralarında olan nikahın pozulmasını və uşağın baxılması üçün aliment təyin edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, onunla Cavabdeh1 arasında bağlanmış və 12 avqust 2016-cı il tarixdə Balakən rayon Kortala kənd İƏD üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 05 iyun 2017-ci il tarixdə doğulmuş qızı-X6 onun yanında saxlanmış, 01 aprel 2022-ci il tarixdən başlayaraq qızı Aliyənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir.O, Cavabdeh1 ilə evlənərkən cavabdehlər tərəfindən ona toy hədiyyəsi olaraq 1200 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı , 770 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 140 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və 1180 manat dəyərində, Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti, cəmi 3290 manat dəyərində qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin yanvar ayında həmin qızıl-zinət əşyalarını zorla ondan götürərək satmışlar və qızılların puluna yaşadıqları həyətdə onlar üçün tikilən evə tikinti materialları almışlar. Ona əvəzində daha sonra yeni qızıl əşyaları alacaqlarını bildirmişlər. Lakin sonradan həmin qızıl-zinət əşyaları ona alınmamışdır. Qızıllarının satılması barədə ailə üzvlərindən xalası- X1 və xalası qızı- Şahid2 bildirmişdir. Həmin şəxslər bu faktı məhkəmə iclasında təsdiq edəcəklər. Daha öncə də bu iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-194/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərardadına əsasən iş baxılmamış saxlanılmış, sənədlər ona geri qaytarılmış və yenidən ərizə ilə müraciət etməyi izah olunmuşdur. Cavabdehlər tərəfindən ona məxsus qızıl-zinət əşyaları və ya onların əvəzi ödənilmədiyindən hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 12 avqust 2016-cı il tarixdə onun oğlu- Cavabdeh1 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Toy hədiyyəsi olaraq Günaya ümumi dəyəri 1400 manat olan boyunbağı, qolbağı, qaşlı üzük və sırğa üzük komplekti alınmışdır. Valeh və Günayın xx.xx.2017-ci il tarixdə Aliyə adlı qızları doğulmuşdur. 2020-ci ilin əvvəllərində Günayın öz razılığı ilə ona toy hədiyyəsi olaraq verilmiş qızıllar satılmış və onun müalicəsinə xərclənmişdir. Günay ona alınmış qızılları xoşlamadığından özü satılmasını istəmişdir. 2021-ci ilin iyul ayında Günay uşağı da götürüb atası evinə getmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə Valehlə Günay arasındakı nikah pozulmuş, uşağın saxlanması üçün Valehdən 170 manat aliment tutulub Günaya verilməsi qərara alınmışdır. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun bacısı qızıdır. Günay 2016-cı ildə Cavabdeh1 ilə evlənmişdir. Valeh və anası toydan əvvəl Günayı qızıl –zinət əşyaları alması üçün aparmışlar. Həmin vaxt o da Günayla birlikdə getmişdir. Lakin həmin vaxt Valeh və anası Günayın xoşuna gələn qızılları almamışlar, öz istədikləri qızılları almışlar. Bu səbəbdən onlar alınan qızıllara, onların formasına baxmamışlar, neçəyə alındığına əhəmiyyət verməmişlər. Ancaq boyunbağı, qolbağı, qaşlı üzük və üzük-sırğa komplekti alındığını bilmişdir. 2019-cu ilin sonlarında gəlinləri- Şeyixova X3 qonaq getmiş və Günayın kefsiz, əsəbi olduğunu görmüşdür. Səbəbini soruşduqda Günay qızıllarının əlindən zorla alınıb satıldığını, qızılların puluna isə həyətdə tikilən ev üçün tikinti materialları alındığını, bu barədə heç kimə, hətta valideynlərinə belə demədiyini bildirmişdir. 2021-ci ilin iyun ayında isə Günay Valehdən ayrılaraq atası evinə gəlmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, iddiaçı Günay qaynanasının bacısı qızıdır. Günay 2016-cı ildə Valeh ilə evlənmişdir. 2019-cu ilin sonlarında o, Günaygilə qonaq getmiş və Günayın kefsiz, əsəbi olduğunu görmüşdür. Səbəbini soruşduqda Günay qızıllarının əlindən zorla alınıb satıldığını, qızılların puluna isə həyətdə tikilən ev üçün tikinti materialları alındığını, bu barədə heç kimə, hətta valideynlərinə belə demədiyini bildirmişdir. O, da gəlib bu barədə qaynanasına demişdir. 2021-ci ilin iyun ayında isə Günay Valehdən ayrılaraq atası evinə gəlmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə nikahlarını 12 avqust 2016-cı ildə Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflər ailə qurarkən cavabdehlər tərəfindən İddiaçı toy hədiyyəsi olaraq 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı , 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti-qızılzinət əşyaları hədiyyə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X6 adlı bir uşaqları olmuşdur. Təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində, yəni tərəflər birgə yaşadıqları dövrdə həmin qızıl zinət əşyaları satılmış və ailənin ehtiyaclarına xərclənmişdir. 2021-ci ilin iyun ayında İddiaçı birgə nikahlarından olan uşağı da götürüb atası evinə getmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və 12 avqust 2016-cı il tarixdə Balakən rayon Kortala kənd İƏD üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 05 iyun 2017-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında saxlanılması, ərizənin verildiyi 01 aprel 2022-ci il tarixdən başlayaraq 05 iyun 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Valeh qızına ödənilməsi qət edilmişdir. 01 aprel 2022-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında mübahisəsiz olaraq müəyyən edildi ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları 2016-cı ildə cavabdehlər tərəfindən toy hədiyyəsi olaraq iddiaçıya alınmış, təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində, yəni tərəflər birgə yaşadıqları dövrdə həmin qızıl-zinət əşyaları satılmış, ailənin ehtiyaclarına xərclənmişdir(iddiaçı pulun onlar üçün tikilən evə tikinti materialları alınmasına, cavabdehlər isə iddiaçının müalicəsinə xərcləndiyini bildirirlər). İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı qızıl-zinət əşyalarının ondan zorla alınıb satıldığını, cavabdehlər isə qızıl-zinət əşyalarının iddiaçının öz razılığı ilə satıldığını göstərirlər. Adıçəkilən hüquq normalarının tələbinə görə İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ondan zorla alınıb satılmasını sübut etməlidir. İddiaçı isə bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının vəsatəti əsasında dindirilən qohumları-Şahid1 və Şahid2 ifadələrində İddiaçı qızıllar satılandan bir neçə gün sonra belə kefsiz, əsəbi olması, İddiaçı qızılların əlindən zorla alınıb satılmasını bildirməsi barədə göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən qəbul olunmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı və onun vəsatəti əsasında dindirilən şahidlərin ifadələri ilə təsdiq olundu ki, İddiaçı toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları alınan vaxtdan onun xoşuna gəlməmiş, həmin qızıl-zinət əşyaları iddiaçının cavabdehlərlə birgə yaşadığı dövrdə satılmış və ailənin ehtiyaclarına xərclənmişdir. Qızıl-zinət əşyalarının satılması ilə bağlı hər hansı orqana şikayət olunmamış, iddiaçı hətta bu barədə valideynlərinə belə məlumat verməmişdir. Belə olduğu halda iddiaçının qızıllar satılandan bir neçə gün sonra belə buna görə kefsiz, əsəbi olması, qızılların əlindən zorla alınıb satılmasını bildirməsi inandırıcı deyildir. Məhkəmə işin qeyd edilən hallarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçıya toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları onun özünün razılığı ilə satılmışdır. Belə olan halda isə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Balakən Rayon 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 53,40 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 225-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli MŞİH nömrəli X2 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki,İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2021-ci il tarixli 62 nömrəli rəyində göstərilmişdir: 1.Boyunbağı- Rusiya istehsalı,17 qr,583 pr-1200 manat; 2.Qolbağı-Rusiya istehsalı,10 qr,583 pr-770 manat; 3.Üzük-Rusiya istehsalı,2 qr,583 pr,2x70=140 manat; 4.Komplekt (üzük,sırğa) Rusiya istehsalı,14 qr,583 pr-1180 manatdır.Cəmi məbləğ 3290 (üç min iki yüz doxsan) manatdır. Qızıl-zinət əşyalarının qiyməti indiki bazar qiymətinə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Balakən rayonu Kortala kənd sakini İddiaçı əri Cavabdeh1 tərəfindən döyülməsi barədə şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı əri Cavabdeh1 tərəfindən döyülməsi faktı təsdiqini tapmamışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qanun normasından göründüyü kimi birgə nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər və arvadın ayrıca mülkiyyətindədir. Lakin məhkəmə qızılların satılaraq xərclənməsini ailənin birgə mənafeyi olaraq nəzərə almışdır. Halbuki, qızıllar onun əmlakı sayılır və qızılların satılmasında onun könüllü razılığı olmamışdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları cavabdehlər tərəfindən toy hədiyyəsi olaraq ona alınmış, daha sonra satılmışdır. Lakin qızılların ona alınmasına söz verilsə də, həmin qızıllar ona alınmamışdır. Birinci instansiya məhkəməsi, istinad etdiyi qanun normasında hədiyyə olaraq alınmış əmlakın onun mülkiyyətində olmasını göstərsə də, hazırki qətnamədə qızılların satılaraq ailənin xərclərinə istifadə edilməsini göstərmiş, bu isə əsaslandığı qanun normasının pozulmasına gətirib çıxarmışdır. Belə ki, ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyaları onun razılığı olmadan əlindən alınaraq satılmışdır. Göründüyü kimi, sözügedən qızıl-zinət əşyalarının satılması nəticəsində ona cavabdehlər tərəfindən real zərər vurulmuşdur. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, o, iddia tələbini əsaslandırarkən qızılların ondan zorla alınıb satıldığını, daha sonra cavabdehlər tərəfindən həmin qızılların ona yenidən alacaqlarını vədd etdiklərini göstərmişdir. Bu halları məhkəmə iclasında şahidlər də təsdiq etmişlər. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh2 toy hədiyyəsi olaraq ümumi dəyəri 1400 manat olan boyunbağı, qolbağı, qaşlı üzük və sırğa üzük komplekti alındığını göstərmişdir, lakin məhkəməyə təqdim etdiyi qızılların qiymətləndirilməsi barədə rəydən, toy şəkilləri və toy diskindən göründüyü kimi qızılların sayı və qiyməti daha çox olmuşdur. Lakin məhkəmə bu hallara heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh2 2020-ci ilin əvvəllərində onun öz razılığı ilə toy hədiyyəsi olaraq verilmiş qızılların satıldığını və onun müalicəsinə xərcləndiyini göstərmiş, növbəti cümlədə isə qızılları xoşlamadığından satılmasını istədiyini göstərmişdir. Lakin həmin dövrdə o, heç bir müalicə almamışdır. Cavabdehin ifadələri arasında ziddiyət olmasına baxmayaraq məhkəmə bu hallara da qiymət verməmişdir. Bildirmək istəyir ki, məhkəmə qətnaməsində onun verdiyi izahat dolğun və tam yazılmamışdır. Məhkəmə protokollarını məhkəmədən tələb etsə də, həmin protokollar ona verilməmişdir. Onun və şahidlərin ifadələri dəyişdirilmiş, qızıllar ondan zorla alınmışdır sözləri çıxarılmışdır. Məhkəmə qərəzli mövqedən çıxış etmişdir. Məhkəmə onun və şahidlərin izahatlarına düzgün hüquqi qiymət verməmiş, cavabdehin izahatına ümumiyyətlə toxunmamış, qızılların məndən hansı formada alınmasını aydınlaşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə qızılların zorla alınması faktının sübuta yetirilməməsi olmuşdur. Lakin məhkəmə polisdəki inzibati materialı işə əlavə etməmişdur. Şahid ifadələrindəki zorla alınması sözlərini qətnamədə qeyd etməmiş, nəticədə iddianı təmin etməmişdir. Məhkəmə Cavabdeh2 izahatındakı qızılların satılması barədə etirafını, eyni izahatda göstərilmiş xoşu gəlmədiyi üçün satılmasını istədiyini və müalicəsinə xərclənmişdir sözlərinə, heç bir qiymət verməmişdir. 3000 min manatdan artıq bir məbləğdə qızılın satılaraq onun müalicəsinə xərclənməsi inandırıcı fikir deyildir. Eyni zamanda cavabdeh öz ifadəsində qızılların satılmasını etiraf etmişdir. İşin hallarında cavabdeh öz ifadəsində qızılların mənim müalicəmə xərcləndiyini bildirmişdir. Lakin mən qızılların məndən zorla alınaraq satıldığını və evin təmirinə xərcləndiyini bildirmişdir. Məhkəmə onun öz istəyilə qızılın satılması nəticəsinə gəlsə də, işdəki bütün xüsusatlar qızılların satılmasının onun istəyilə yox, cavabdehin təkidi və ondan zor tətbiq etməklə almaları əsasında olmuşdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd boyunbağı-Rusiya istehsalı, 583 əyyarlı, 17 qr,- 1200 manat, 1 ədəd qolbağı- Rusiya istehsalı, 583 əyyarlı, 10 qr,- 770 manat, 1 ədəd Üzük (qaşlı), Rusiya istehsalı, 583 əyyarlı, 2 qr. -140 manat və Komplekt (üzük, sırğa) Rusiya istehsalı, 583 əyyarlı,14 qr -1180 manat dəyərində qızıl-zinət əşyalarının alınıb ona verilməsi və ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat pulun alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Balakən Rayon 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qərarına gələrkən gəldiyi nəticəni iddiaçının qızıl-zinət əşyalarının ondan zorla alınıb satıldığını, cavabdehlərin isə qızıl-zinət əşyalarının iddiaçının öz razılığı ilə satıldığını göstərməsi, lakin İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ondan zorla alınıb satılmasını sübut etmədiyi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qızıl-zinət əşyalarının ondan zorla alınıb satılmasını sübut etməsə də, qızıl-zinət əşyalarının birgə nikah dövründə satılmış olması işin mübahisəsiz halıdır. Qızıl-zinət əşyalarının satılmasının iddiaçının razılığı ilə həyata keçirildiyini də cavab tərəf sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə istinad etmişdir ki, məhkəmə kollegiyası həmin şahid ifadələri ilə bağlı qeyd edir ki, şahidlərin ifadələrindən qızıl-zinət əşyalarının zorla və ya iddiaçının razılığı ilə satıldığı məsələsi öz həllini tapmır. Eyni zamanda, şahid ifadələri ilə satılan qızıl-zinət əşyalarının ailənin xərclərinə xərcləndiyi ortaya çıxır ki, cavabdeh tərəf bunun əksini, satılan qızıl-zinət əşyalarının dəyərinin iddiaçının şəxsi xərclərinə xərcləndiyini bildirmiş, lakin bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 34-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddələrinin qarşılıqlı təhlilindən görünür ki, hədiyyə edilmiş qızılzinət əşyaları iddiaçının şəxsi mülkiyyəti hesab olunur. Bu səbəbdən də, həmin əşyaların satılaraq dəyərinin ailənin xərclərinə ödənilməsi, bu halın iddiaçının razılığı ilə həyata keçirildiyi sübut olunmadığı təqdirdə, iddianın rədd olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək, iddia ərizəsində qızıl-zinət əşyaları və ya onların dəyərini tələb etməsinə baxmayaraq, hazırki vəziyyətdə əşyaların özlərinin mövcud olmadığı aşkar olduğundan, həmin əşyaların dəyərini tələb etdiyini göstərmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 manat pulun cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməli, 1200 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı, 770 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 140 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və 1180 manat dəyərində, Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplektindən ibarət qızıl zinət əşyalarının ümumi dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat və dövlət rüsumu olaraq ödənilmiş 53 manat pul Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Balakən Rayon 7 iyul 2022-ci il tarixli 2(019)-452/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 manat pulun cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilsin. 1200 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı, 770 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı, 140 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və 1180 manat dəyərində, Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplektindən ibarət qızıl zinət əşyalarının ümumi dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat və dövlət rüsumu olaraq ödənilmiş 53 manat pul Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar