Məhkəmə qərarları › İş №2(107)-1096/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1096/2020

06.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1096/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-279/2020 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-279/2020 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay onun aylıq əmək haqqının ¼ hissəsi miqdarında və X5 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddiа tələbi qаlаn hissədə təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan anadan olmuş bir uşağın saxlanması üçün hər ay cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında və həmin uşaq 3 yaşına çatanadək özü üçün hər ay 100 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü ildə X4 və xx.xx.2019-cu ildə X5 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qızı Banu Qurbanlının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh qeyd edilən alimenti ödəsə də, xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün könüllü olaraq aliment ödəmir. Cavabdeh hərbiçidir, hər ay 1600 manat məbləğində əmək haqqı alır. Himayəsində körpə uşaqlar olduğu üçün heç yerdə işləyə bilmir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ilə ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında qalır. Bir ilə yaxın müddətdir ki, aralarında ər-arvad münasibətləri pozulmuşdur. Ağdam rayonunda hərbiçi işləyir. Uşağın saxlanması üçün hər ay ümumilikdə 160 manat məbləğində aliment ödəyə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-279/2020 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X3 apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti cavabdehin nümayəndəsi X3 tərəfindən onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə Cavabdeh aldığı əmək haqqının dörddə bir hissəsini Ahu Qurbanlının saxlanması üçün tutarkən, cavabdehin xidmət etdiyi hərbi hissənin ərazisində kirayədə qalmasını, bunun üçün hər ay 150 manat kirayə haqqı ödəməsini, düşdüyü maddi çətinlik üzündən götürdüyü kreditə görə hər ay 643 manat kredit ödəməsini nəzərə almamışdır. Ailə qanunvericiliyinin tələbinə görə, uşağı saxlamaq hər bir valideyinin borcudur. Cavabdeh də bir ata olaraq övladının zəruri tələbatlarını qarşılamaq üçün aliment ödəməyə borcludur. Lakin qanunvericilik bu öhdəliyə görə heç kəsi ağır maddi duruma salmağa imkan vermir. Ona görə də hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək himayəsində azyaşlı uşaqlar olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apelyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə Göyçay Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasında iştirak etməyinin zəruri olduğunu, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdehin xeyrinə apelyasiya şikayəti vermiş onun etibarnamə üzrə nümayəndəsi – atası X3 isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məhkəməyə göndərdiyi teleqram məhkəmə icraatını yubandırmaq məqsədi daşıyır, onun hazırkı məhkəmə iclasında iştirakının mümkünsüzlüyü hər hansı sübutla təsdiqini tapmır. Digər tərəfdən, cavabdehin xeyrinə apelyasiya şikayəti vermiş onun nümayəndəsi – atası K.R.Qurbanovun məhkəmə iclasında iştirakı kifayət edərdi, lakin sonuncu da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdeh və nümayəndəsinin apelyasiya baxışında iştirak etməməsinin səbəblərini üzrsüz hesab edir.Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə iddiaçının, cavabdeh və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 279/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddiа tələbi qismən təmin оlunmаlı, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay cavabdehin aylıq əmək haqqının ¼ hissəsi miqdarda və həmin uşaq (X5) 3 yaşına çatanadək ana (iddiaçı) üçün hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, işdə olan Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı aralarında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. İşdə olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, azyaşlı Banunun yetkinlik yaşınadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu ildə X5 adında ikinci uşaqları anadan olmuşdur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, azyaşlı Ahu İddiaçı yanında qalır, cavabdeh iddiaçıya könüllü olaraq aliment ödəmir. İddiaçı azyaşlı uşağına baxır, müstəqil qazancı yoxdur. Cavabdeh isə Goranboy rayonunda hərbiçi işləyir, müstəqil qazancı vardır. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qanunvericiliyin mənasına görə məhkəmə tərəfindən alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi və ya hər ay ödənilməli olan sabit pul məbləğində, yaxud eyni zamanda həm sabit pul məbləğində və həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi təyin olunması məsələsi aliment almaq hüququ olan valideynin istəyindən, yəni onu hansı variantın qane etməsindən asılıdır. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahdan xx.xx.2014-cü ildə X4 və xx.xx.2019-cu ildə X5 adlı iki uşaqları anadan olmuşdur. Hər iki uşaq ananın (iddiaçının) yanında qalır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə azyaşlı Banunun yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Bununla bağlı hazırda tərəflər arasında hər hansı mübahisə yoxdur. Sonradan, yəni xx.xx.2019-cu ildə anadan olmuş Ahunun saxlanması üçün isə iddiaçı alimentin hərbi qulluqçu işləyən cavabdehin əmək haqqının hissəsi ilə təyin olunmasını istəmişdir. İddiaçının tələbi qanuna müvafiq olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq bir uşağın saxlanması üçün iddiaçının xeyrinə cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2019-cu il təvəllüdlü Ahu Qurbanlının saxlanması üçün ondan alimentin əmək haqqının hissəsi ilə tutulmasına etiraz etməsi və həmin alimentin ondan sabit pul məbləği ilə tutulmasını tələb etməsi, bununla əlaqədar cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə müvafiq olaraq, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərin) ona aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı xx.xx.2019-cu il təvəllüdlü Ahu Qurbanlı 3 yaşına çatanadək cavabdehdən özü üçün də hər ay 100 manat məbləğində aliment tələb etmiş, birinci instansiya məhkəməsi həmin tələbi qismən, yəni 50 manat məbləğində təmin etmişdir. İddiaçı bununla razılaşmış və birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası cavabdehin ondan iddiaçının öz xeyrinə hər ay 50 manat məbləğində aliment tutulmasına qarşı etirazını da əsassız sayır. İddiaçı iki azyaşlı uşağı bilavasitə saxlamaqla yanaşı işləyib öz maddi ehtiyaclarını ödəmək imkanında deyildir və qanuna əsasən ona maddi cəhətdən kömək etmək uşaqların atasının, yəni cavabdehin borcudur. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq əmək haqqının ¼ hissəsi miqdarında və həmin uşaq 3 yaşına çatanadək anaya (iddiaçıya) maddi köməklik kimi hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apelyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-279/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar