Məhkəmə qərarları › İş №2(107)-1096/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1096/2025

25.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1096/2025 25.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X5 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X7 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X5 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 13 dekabr 2024-cü il tarixli, 2V-896 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab olunması, İsmayıllı şəhərində yerləşən mərhum X6nun adına olmuş 73.3 kv metrdən ibarət fərdi yaşayş evinin və 0.006 torpaq sahəsinin Cavabdeh3 adına cavabdeh ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********05-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışının etibarsız hesab olunması, Cavabdeh3 ilə alıcı Cavabdeh2 arasında bağlanmış müqaviləsinin İsmayıllı şəhərində yerləşən 73.3 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0.02 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixli AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış İsmayıllı şəhərində yerləşən 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,04 hektar torpaq sahəsinə dair xx.xx.2025-ci il tarixli AN-1№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, həmin müqavilələr üzrə cavabdehlərin adına verilmiş hüquqların qeydiyyatına dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə X1 xx.xx.1951-ci il tarixdə rasmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların birgə nikahından qardaşı X29 xx.xx.1951-ci il tarixdə, qardaşı X15 xx.xx.1953-cü il tarixdə, bacısı X17 xx.xx.1955-ci ildə il tarixdə, bacısı X11 xx.xx.1972-ci il tarixdə, bacısı X18 xx.xx.1960-cı il tarixdə, bacısı X17 xx.xx.1963-cü il tarixdə İsmayıllı rayonu Müşkəmir kəndində anadan olmuşlar. Atasının ölən günə kimi adına əmanət kassasında müəyyən qədər nağd pul olmuşdur. İsmayıllı rayon dövlət notariat kontoru tərəfindən verilmiş 13 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bacısı Cavabdeh3 X1nın vərəsəsi hesab olunmuşdur. Həmin şəhadətnamə verilən zaman o, da əmanət kassasında atasından qalmış mirasdan imtina etmişdir. Lakin atasının adına olan fərdi yaşayış evinə və torpaq sahələrinə münasibətdə mirası qəbul edərək sahiblik etmişdir. İsmayıllı rayon dövlət notariat kontoru tərəfindən verilmiş 13 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sonunda göstərilmişdir ki, şəhadətnamə verilən miras əmlak mərhumun adına əmanət hesabında olan pul məbləğindən ibarətdir. X6 xx.xx.1996cı il tarixdə vəfat etmişdir. X1 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından əvvəl və sonra onlardan miras qalmış İsmayıllı şəhərində yerləşən reyestr **********05, qeydiyyat tarixi xx.xx.2024-cü il olan fərdi yaşayış evinə və digər torpaq sahələrinə sahiblik etmişdir. Vərəsələrin razılığı olmadan İsmayıllı rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən xx.xx.2024-cü il tarixli 2V-896 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamə tam qanunsuz verilmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, mərhum X6nun adına olan İsmayıllı şəhərində yerləşən 73,3 kv.metr fərdi yaşayış evi və 0,06 hektar torpaq sahəsi heç bir hüquqi əsas olmadan Cavabdeh3 adına hüquqi qeydiyyatdan keçirilərək cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla Cavabdeh3 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı şəhərində yerləşən 73,3 kv.metr fərdi yaşayış evi və 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,02 hektar torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. Bundan başqa, Cavabdeh3 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı şəhərində yerləşən 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,04 hektar torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. Beləliklə, bacısı Cavabdeh3 aldadaraq qaz, işıq və suyu adına keçirmək adı altında atasından miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini qanunsuz olaraq kənar səxslərə satmışlar. İddia tələbinin təmin edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X5 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

4. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, xx.xx.2024-cü il tarixli 2V-896 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2024-cü il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın, xx.xx.2025-ci il tarixli AN-İ №1357936 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2025-ci il tarixli AN-İ №1357997 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, həmin müqavilələr üzrə cavabdehlərin adına verilmiş hüquqların qeydiyyatına dair çıxarışların etibarlı olub-olmaması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X4 xx.xx.1996-cı il tarixdə, X9 isə xx.xx.2001-ci il tarixdə vəfat ediyindən onlaardan qalan miarsla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. X4 xx.xx.1996-cı il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə xx.xx.2000–ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki tələb üzrə İddiaçı valideynlərindən miras qalmış əmlakı nə faktiki, nədə ki, rəsmi qəbul etməmişdir. İddiaçı miras qoyanların sağlığında və onların ölümündən sonra da ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşamalarını bildirdə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi İddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiklərindən həmin hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri– sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, valideynləri vəfat etdikdən sonra, miras açılanadək və sonra qızı, hazırki tələb üzrə İddiaçı valideynlərinin birinci növbəli vərəsəsi kimi mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, miras qəbul etməsinə dair hər hansı bir zəruri hərəkəti yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etirbarsızlığı üçün əsaslar mövcud deyil. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəalar müvafiq olaraq tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli 2V-896 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2024-cü il tarixli **********05-10301 reyestr nömrəli çıxarış, xx.xx.2025-ci il tarixli AN-İ №1357936 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, xx.xx.2025-ci il tarixli AN-İ №1357997 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi, həmin müqavilələr üzrə cavabdehlərin adına verilmiş hüquqların qeydiyyatına dair çıxarışlar bağlanan zaman tərəflərin hər ikisi şəxsən iştirak etmiş və müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Məhkəmə əqdlərin etibarsızlığı anlayışına aydınlıq gətirilməsini zəruriliyini nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən, bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasə həmin qərarda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür. (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 76). Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. Məhkəmə vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”.

5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 529 və 552-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 324, 325, 337 1133.1, 1133.2, 1134.1, 1243.2, 1243.3, 1245 və 1255ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış,qəbul olunmuş həmin qətnaməni qanunsuz,əsassız və ədalətsiz hesab edir. Belə ki,nəzərə almaq lazımdır ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır,bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Qeyd etmək istəyir ki,atasının ölən günə kimi adına əmanət kassasında müəyyən qədər nağd pulu olmuşdur. İsmayıllı rayon dövlət notariat kontoru tərəfindən verilmiş 13 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bacısı Cavabdeh3 və anam X8 onun vərəsəsi hesab olunmuşdur.Həmin şəhadətnamə verilən zaman o da əmanət kassasında atasından qalmış mirasdan imtina etmişdir. Lakin atasının adında olan fərdi yaşayış evinə və torpaq sahələrinə mirası qəbul edərək sahiblik etmişdir. İsmayıllı rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 13 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sonunda göstərilmişdir ki, şəhadətnamədə verilən miras əmlak mərhumun adına əmanət hesabında olan pul məbləğindən ibarətdir. X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. X1 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.Valideynlərinin vəfatından əvvəl və sonra onlardan miras qalmış İsmayıllı şəhərində yerləşən reyestr **********05, qeydiyyat tarixi xx.xx.2024-cü il olan fərdi yaşayış evinə və digər torpaq sahələrinə sahiblik etmişdir. Vərəsələrin razılığı olmadan İsmayıllı rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən xx.xx.2024-cü il tarixli 2V-896 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamə tam qanunsuz verilmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, mərhum X6nun adına olan İsmayıllı şəhərində yerləşən 73,3 kv.metr fərdi yaşayış evi və 0,06 hektar torpaq sahəsi heç bir hüquqi əsas olmadan Cavabdeh3 adına hüquqi qeydiyyatdan keçirilərək cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqişəxsi 9 saylıQəbələ Əraziİdarəsi tərəfindən xx.xx.2024cü il tarixli **********05-10301 reyestr nömrəli,********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Həmin çıxarışla Cavabdeh3 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci iltarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı şəhərində yerləşən 73,3 kv.metr fərdi yaşayış evi və 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,02 hektar torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. Bundan başqa,Cavabdeh3 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixliAN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı şəhərində yerləşən 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,04 hektar torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. Beləliklə,bacısı Cavabdeh3 aldadaraq qaz,işıq və suyu adına keçirmək adı altında atasından miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini qanunsuz olaraq kənar səxslərə satmışlar. İddia tələbinin təmin edilməsini xahiş etsə də iddia təmin olunmamışdır. Hesab edir ki, hər hansı əqdin, o cümlədən,bağışlama müqaviləsinin etibarlılığı,yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı,onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Cavabdeh3 adına xx.xx.2024-ci il tarixli,********** qeydiyyat nömrəli,**********05-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış etibarsız hesab olunmalıdır. İsmayıllı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(037)-820/2025 saylı qətnaməsi ilə yuxarıda qeyd edilən halları nəzərə almamış,mübahisəli hüquq münasibətinə sadalanan maddi hüquq normalarını tətbiq etməmiş,həqiqətə nail olmaq üçün işin hərtərəfli,tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına,qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmiş və işin həqiqi hallarını düzgün müəyyən etməmiş,maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki,həmdə hüquqi üsullarını müəyyən edilməli olduğu halda İsmayıllı Rayon Məhkəməsinin hakimi (İlqar Hüseynov) səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. İsmayıllı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(037)-820/2025 saylı qətnaməsi ilə yuxarıda qeyd edilən halları nəzərə almamış,mübahisəli hüquq münasibətinə sadalananmaddi hüquq normalarını tətbiq etməmiş,həqiqətə nail olmaq üçün işin hərtərəfli,tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.Qəbul olunmuş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməletməmiş və işin həqiqi hallarını düzgün müəyyən etməmiş,maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.Məhkəmə iş üzrə cavabdehlərin qərəzli uydurmalari ilə və yalancı ifadələrindən istifadə edərək əsil həqiqəti gizlətmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-820/2025saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, onun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs X5 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2, üçüncü şəxslər X29, X20, X16, X12 və X13 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, İsmayıllı rayon Notariat Ofisi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 ədalətli qərar qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan SSR Mülki Məcəlləsi: 527–ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528–ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. 529–cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşaayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 552–ci maddəsinin 1–ci bəndinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. 552–ci maddəsinin 2–ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. 552–ci maddəsinin 3–cü bəndinə əsasən bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 552–ci maddəsinin 5–ci bəndinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 325.3–cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibalığına təsir göstərməyə bilər. 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

18. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)- 820/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir.

23. Belə ki, 01 noyabr 2012-ci il tarixli AZ-İ №570701 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 09 mart 2001-ci il tarixdə vəfat etmişdir. 06 noyabr 2012-ci il tarixli AZ-İ №570713 nömrəli şəhadətnamənin surətindən görünür ki, X28 25 noyabr 1996-cı il tarixdə vəfat etmişdir. 13 noyabr 2012-ci il tarixli 2V-2/1922 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X3 vərəsəsi – İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 5-də yaşayan qızı – Cavabdeh3 miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak mərhumun adına əmanət hesabında olan pul məbləğindən ibarətdir. 13 dekabr 2024-cü il tarixli 2V-896 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X14 vərəsəsi İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 5 ünvanında qeydiyyatda olan qızı – Cavabdeh3sır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X21 verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən İsmayıllı şəhəri ünvanında yerləşən ümumi sahəsi 73,3 kv.metr olan fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X21 verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən İsmayıllı şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar olan torpaq sahəsindən ibarətdir. 28 dekabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri ünvanında yerləşən, ümumi sahəsi 73,3 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir. 07 mart 2025-ci il tarixli AN-İ №1357996 nömrəli daşınmaz əmlakın alqı-satı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 (etibarnamə üzrə X13) tərəfindən İsmayıllı şəhəri ünvanında yerləşən, ümumi sahəsi 73,3 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,02 hektar torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə verilmişdir. 07 mart 2025-ci il tarixli AN-İ №1357997 nömrəli daşınmaz əmlakın alqı-satı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 (etibarnamə üzrə X13) tərəfindən İsmayıllı şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0,06 hektar torpaq sahəsindən tam mülkiyyət hüququ üzrə 0,04 hektar torpaq sahəsini Cavabdeh4 mülkiyyətinə verilmişdir. 08 aprel 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri ünvanında yerləşən ümumi sahəsi 73,3 kv.metr olan fərdi yaşayış evi və 0,02 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. 08 aprel 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 mülkiyyətindədir. 12 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(037)-820/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar