Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1104/2025 14.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılıb, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(037)-1402/2025 nömrəli qərardadından İddiaçı oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2(037)-1402/2025 nömrəli qərardadına əsasən İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2(037)- 1402/2025 nömrəli qərardadından İddiaçı oğlu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan İddiaçı oğlu şikayət verərək qərardadın ləğv olunması və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırılmışdır ki, 2(037)-1402/2025 xx.xx.2025-ci il tarixli qərardadla onun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Qərardadın surəti rəsmi təqdim olunmamış, elektronla xx.xx.2025-ci il tarixdə tanış olmuş, şikayət vermiş və məhkəmə xx.xx.2025-ci il tarixdə şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Həmin qərardadda müddətin ötməsi qeyd edilmiş, halbuki elektron kabinetdə onun xx.xx.2025-ci il tarixdə tanış olmasına dair qeyd var və rəsmi şəkildə qərardad ona təqdim olunmamışdır. Hesab edir ki, məhkəmə hər dəfə bu cür qərardad qəbul etməklə işin uzadılmasına nail olmaq istəyir və bu da maddi və prosessual hüquq normasına ziddir. İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2(037)-1402/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(037)-1402/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2(037)-1402/2025 nömrəli qərardadı iddiaçının elektron kabinetinə 02 oktyabr 2025-ci il tarixdə yerləşdirilmişdir. Qərardad 14 oktyabr 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bununla da iddiaçı qərardaddan şikayət müddətini ötürmüş və bununla bağlı heç bir ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2025ci il tarixli, 2(037)-1402/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(037)-1402/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(037)-1402/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1104/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1104/2025
14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver