Məhkəmə qərarları › İş №2(107)-1105/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1105/2020

02.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1105/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-300/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Аpelyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-300/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin və X5 müalicəsi üçün hər ay 50 manat məbləğində müalicə xərcinin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icraya yönəldilməsi, qətnamənin icrasının Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment və oğlu X5 autizm xəstəliyindən müalicə olunması üçün hər ay 200 manat müalicə xərcinin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikah bağlamışdır. Birgə nikahdan xx xxxx 2009-cu il tarixdə Zəhra və xx xxx 2015-ci il tarixdə İbrahim adlı iki övladı anadan olmuşdur. Evləndikdən sonra 4 il Rusiya Federasiyasında yaşamışlar, ilk vaxtlar mehriban yaşasalar da, sonradan həyat yoldaşının xasiyyətində ailəsinə qarşı laqeydlik yaranmış, bu səbəbdən ayrılmışlar. Artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi birlikdə yaşamırlar. Faktiki ayrıldıqları müddətdən hazırki vaxta kimi övladları onun himayəsində qalır, bir neçə müddətdir ki, cavabdeh uşaqların saxlanması üçün maddi yardım göstərmir. Halbuki, cavabdeh Rusiya Federasiyasında işləyir, qazancı yüksəkdir. Övladı İbrahim Əliyev autizm xəstəliyindən əziyyət çəkir. İbrahim Əliyevin müayinə və müalicəsi üçün hər ay mütəmadi olaraq 200 manatdan artıq vəsait xərclənir. Buna görə də maddi cəhətdən övladlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə azyaşlı uşaqların saxlanması, İbrahimin müayinə və müalicəsi üçün maddi yardım göstərmir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat məbləğində aliment və oğlu X5 müalicə olunması üçün hər ay 200 manat müalicə xərcinin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilsin. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi (anası) Nümayəndə göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ilə ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında qalır. Oğlu X4 yaşayır və işləyir. İmran uşaqların saxlanması üçün maddi yardım göstərir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Аpelyаsiyа şikayətlərinin dəlilləri: Аpelyаsiyа şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin aliment və müalicə xərci tələbinə dair iddiasını qismən təmin edərkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, məhkəmə cavabdehin autizm diaqnozu ilə müalicəyə ehtiyacı olan azyaşlı oğlunun müalicəsi üçün əlavə xərclərə cəlb olunması üçün əsas olduğunu göstərsə də Cavabdeh müalicəsi üçün hər ay 50 manat məbləğində müalicə xərcinin tutulması nəticəsinə gələrkən onun oğlunun müalicəsi üçün 200 manat məbləğində müalicə xərcinin tutulmasına əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Halbuki o, oğlunun “Uşaq autizmi” diaqnozu ilə dispanser qeydiyyatda olması və daim müalicə tələb etməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmişdi. Uşağı mütəmadi olaraq Bakı şəhərində yerləşən Psixi sağlamlıq mərkəzinə və X10 müayinəyə və X3 pullu seanslara aparır. Qeyd edilən müayinə və müalicə üçün xeyli vəsait xərcləyir. Ehtiyac olacağını bilmədiyi üçün həmin tibb müəssisələrindən ödəniş qəbzlərini götürməmişdir. Belə qəbzlərin olmaması oğlunun müalicəsinin hər ay 50 manata başa gəlməsinə əsas vermir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-113/2019 saylı qətnaməsini müalicə xərci hissəsində ləğv edilək həmin hissədə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasınının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə аpelyаsiyа şikayətinə etiraz edərək göstərdi ki, oğlu X4 yaşayır, oğlunun qazancı diaçının göstərdiyi kimi yüksək deyildir. Buna baxmayaraq, oğlu İmran uşaqlarına 320 manat aliment və 50 manat müalicə xərci ödəməyə razılaşmışdır. İddiaçı nədənsə azyaşlı İbrahimin xəstə kimi qeydiyyatda olmasını, xəstəliyə görə pensiya almasını, iddiaçının özünün də məktəbdə müəllümə işləyərək təxminən 500 manat almasını göstərməmiş, əsasız olaraq cavabdehin qazancının yüksək məbləğdə olmasını iddia edir. Apelyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-300/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı teleqram ünvanlayaraq azyaşlı uşağının xəstəliyi ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, аpelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin müalicə xərci hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, аpelyаsiyа şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 300/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş X2 təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş X1 təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə X8 və xx.xx.2015ci il tarixdə X7 anadan olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx xxxx 2009-cu il tarixdə Zəhra və xx xxx 2015ci il tarixdə İbrahim adlı iki uşaqları anadan olmuşdur. Evləndikdən sonra 4 il Rusiya Federasiyasında yaşamışlar, ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, bu səbəbdən ayrılmışlar. Artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi birlikdə yaşamırlar. Faktiki ayrıldıqları sonra üşaqlar iddiaçının himayəsindədirlər. X9 autizm xəstəliyindən əziyyət çəkir. Buna görə də, iddiaçı maddi cəhətdən övladlarını saxlamaqda çətinlik çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, аliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcələnin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi, valideynlərin aliment öhdəlikləri əlavə xərclərdən fərqləndirilməlidir. Aliment öhdəliklərinin əsasını valideynlərin uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, lavə xərclərin əsasını qanunda (Ailə Məcələsinin 81.1-ci maddəsi) müəyyən edilmiş müstəsna hallar təşkil edir. həmin hallara uşağın ağır xəstə olması, şikəst olması və sairə. Qanunda əlavə xərclərin ödənilməsinin dəqiq halları dəqiq müəyyən edilməyib. Valideynlərin uşaqlara görə verməli olduğu əlavə xərclərin miqdarı konkret haldan asılıdır. Məhkəmə bu zaman valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almalıdır. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının, həmçinin uşağın müalicə xərcini müəyyən edərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyini nəzərə almışdır. Məhkəmə kollegiyası аpelyаsiyа şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir. İddiaçı cavabdehin daha yüksək qazanca malik olmasına dair mötəbətr sübutları məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən аpelyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, аpelyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, аpelyаsiyа şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-300/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-113/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar