Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1108/2024 03.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, dövlət rüsumunun düzgün ödənilməməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеh ilə birgə nikahlarından anadan olmuş X2 və X3 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh 26 dekabr 2022-ci ildən başlayaraq 11 fevral 2011-ci ildə doğulmuş X2 və 16 fevral 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumuna görə 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İş üzrə qətnamədən İddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kоllegiyаsı işdə olan sənədləri nəzərdən keçirərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə görə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayəti üzrə dövlət rüsumunu “Ucar Rayon Məhkəməsi”-nə ödəmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilsə də, həmin rüsüm apellyasiya məhkəməsi üçün deyil, Ucar Rayon Məhkəməsinə ödənilmişdir. Bu səbəbdən də kollegiya ödənilmiş dövlət rüsümunu apellyasiya şikayəti ilə əlaqələndirə bilmir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, həmin rüsüm apellyasiya məhkəməsi üçün deyil, Ucar Rayon Məhkəməsinə ödənilməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, Ucar Rayon Məhkəməsinin 10 iyul 2024cü il tarixli, 2(063)-17/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ucar Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh bu qərarın surəti rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilir. Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması qərardadından (birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan) şikayət verilmədikdə və iş üzrə digər prosessual hərəkətlər edildikdən sonra İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1108/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1108/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver