Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1109/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin həcminin azaldılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı və onun vəkili Vəkil2 iştiraklar iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tаrixli, 2(075)-1271/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)- 915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin azaldaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Nikahlarını isə 23 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 28 dekabr 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və 28 dekabr 2018-ci il təvəllüdlü X1 anasının yanında saxlanılması qət edilmişdir. Ayrıldıqları vaxtdan 28 dekabr 2018-ci il təvəllüdlü X4 anasının himayəsində olmuşdur. Uşağa baxmaqda Cavabdeh kömək etmişdir. Göstərmişdir ki, Arifə onun ikinci arvadı olmuşdur. Arifə ilə boşandıqdan sonra üçüncü dəfə ailə qurmuş, həmin nikahdan da 1 uşağı olduğu üçün müəyyən müddət Arifəyə uşağın saxlanması üçün kömək etməmişdir. Buna görə də, Cavabdeh aliment tələbi lə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul bləğində 130 manat məbləğində alimentin ondan tutularaq iddiaçı X2 verilməsi, alimentin tutulmasının əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Bildirmişdi ki, o, Cavabdeh ilə ailə qurmamışdan qabaq başqa adamla ailəli olmuş, lakin nikahları pozulmuşdur. Onun həmin nikahdan da hazırda 16 yaşında olan bir övladı olmuşdur. Lakin keçmiş həyat yoldaşı onun əlilliyini nəzərə alaraq ondan aliment tələb etməmişdir. Göstərmişdir ki, Arifədən ayrıldıqdan sonra isə X5 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, nikahlarını isə 16 fevral 2021-ci ildə rəsmiləşdirmişlər. Onun Güldanə ilə birgə nikahlarından 21 mart 2021-ci il təvəllüdlü oğlu X3 adlı uşağı anadan olmuşdur. Arvadı Güldanə əlildir. Oğlu Rzaqulu isə xəstə uşaqdır. Bundan başqa həyat yoldaşı Güldanə 14-15 həftəlik hamilədir. O, hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar 1-ci qrup əlilliyə görə 248,81 manat aylıq pensiya alır. Həmçinin 400 manat da sosial müavinat alir. Əvvəllər dövlət tərəfindən ona verilmiş avtomobildən istifadə edib qazanc əldə edə bilsə də hazırda gözlərində olan problemlə əlaqədar avtomobildən istifadə edə bilmir. Heç bir maddi imkanı yoxdur. Qazancı yalnız pensiyasıdır. Adına heç bir əmlak yoxdur. Mingəçevir şəhər Polis Şöbəsində qeydiyyatdadır. Hal-hazırda kirayədə yaşayır. Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimenti ödəyə bilmir. Bildirmişdir ki, himayəsində əlil arvadı, xəstə uşağı var. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tаrixli, 2(075)-1271/2022 saylı qətnaməsi ilə iddia tələbi İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin azaldılaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əvvəllər ailəli olmuş, 1 övladı anadan olmuş, həmin qadınla boşanmış, uşaq anasının yanında qalmışdır. İddiaçı ilk nikahdan olan uşağ üçün aliment ödəmir, onun hazırda 16 yaşı var. Sonradan iddiaçı hazırkı cavabdehlə ailə qurmuş və həmin nikahdan 28 dekabr 2018-ci il tarixdə Nuray adlı qızı anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(075)-1763/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı arasında olan nikah pozulmuş və Nuray anası Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-915/2021 saylı qətnaməsi ilə 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməsi qət edilmişdir. İddiaçı sonradan başqa bir qadınla üçüncü dəfə nikaha daxil olmuş və həmin nikahdan da 1 övladı anadan olmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının 3-cü arvadı hazırda 14-15 həftəlik hamilədir. İddiaçı maddi imkanının aşağı, ikinci nikahından da bir övladının olması, həmçinin həyat yoldaşının hamilə ollması səbəbindən Cavabdeh qarşı alimentin azaldılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır Birinci instansiya məhkəməsi gəstərmişdir ki, birincisi, iddiaçının cavabdehlə birgə nikahlarından olan övladı Nuray 4 yaşının içərisindədir. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş 130 manat aliment məbləği Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi müəyyən olunmuşdur. Həmin aliment məbləği müəyyən olunarkən iddiaçının üçüncü nikahdan 21 mart 2021-ci ildə anadan doğulmuş Rzaqulu adlı övladı mövcud olmuşdur. İkincisi, müəyyən edilmişdir ki, iddiaçı İ nikahdan olan uşağı üçün aliment ödəmir və İİİ nikahda olduğu arvadı ilə boşanmamışdır. Üçüncüsü müəyyən edilir ki, iddiaçı 400 manat sosial müavinat və 248.8 manat pensiya olmaqla dövlət tərəfindən hər ay daimi ödənilən 648.8 manat pul vəsaitinə malikdir. Həmçinin Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçı əvvəllər taksi fəaliyyəti ilə məşğul olaraq gündə 3-5 manat qazanc əldə etmişdir. Dördüncüsü, azyaşlı Nuray 3 yaşı tamam olmaqla 4 yaşının içərisindədir və iddiaçının doğma övladıdır. İddiaçı tərəfindən ödənilən 130 manat aliment məbləği məhz onun doğma qızının saxlanılması üçün ödənilən vəsaitdir. Beşincisi, iddiaçı Nuray üçün yalnız aliment ödəyir, onunla vaxt keçirmir, ona ata nəvazişi, ata qayğısı göstərmir. Məhkəmə hesab edir ki, qeyd edilənlər alimentin azaldılmamasına dəlalət edən hallardır. Göründüyü kimi iddiaçı məhkəmənin 19 may 2021-ci il tarixli qətnaməsi müəyyən olunmuş aliment məbləğindən sonrakı dövrdə onun gəlirlərinin azalması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bütün yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin azaldılaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1, 112.1-ci maddləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 77.1, 217.4 -cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı ilə 2016-cı ildə rəsmi nikah qeyd etdirmədən ailə münasibətlərinə daxil olmuşdur. Nikahlarını 23 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 28 dekabr 2018-ci iltarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalarda da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı bağlanmış nikah pozulmuş və 28 dekabr 2018-ci il təvəllüdlü X1 anasının yanında saxlanılması qərara alınmışdır. Ayrıldıqları vaxtdan 28 dekabr 2018-ciiitəvəllüdlü X4 anasının himayəsindədir. Uşağa baxmaqda anasına kömək etmiş, ikinci dəfə ailə qurmuş, həmin nikahdan uşağı doğulduğu üçün müəyyən müddət Arifəyə uşağın saxlanması üçün kömək etmədiyi üçün, ondan məhkəmə qaydasında aliment tələb etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin edilmiş, 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 20 aprel 2021-ciil tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. X5 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Onun hazırki nikahdan xx.xx.2021-ci il təvəllüdlü oğlu X3 adlı uşağı doğulmuşdur. Arvadı Güldanə də əlildir. Oğlu Rzaqulu isə xəstə uşaqdır. Hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar 1-ci qrup əlilliyə görə 240.81 manat aylıq pensiya alır. Əvvəl dövlət tərəfindən verilmiş avtomobildən istifadə edə bilirdi. Hazırda gözlərində olan problemlə əlaqədar avtomobildən istifadə edə bilmir. Heç bir əmlakı yoxdur. Qazancı yalnız pensiyasıdır. Adına heç bir əmlak yoxdur. Mingəçevir şəhər Polis Şöbəsində qeydiyyatdadır. Kirayədə yaşayır. Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimenti ödəyə bilmir. Aliment borcu yaranmışdır. Aliment ödəməkdən boyun qaçırmır. Başqa gəlirləri olmadığı üçün qanunda nəzərdə tutulmuş qaydada pensiyanın dörddə bir hissəsini ödəyə bilər. 130 manat aliment onun pensiyasının 60 faizidir. Mingəçevir şəhər Rayonlar arası X6 qeydiyyatdadır. Xəstəliyi tutanda xüsusi dərmanlardan istifadə etməsə, özümə belə xəsarət edə biər. Birinci qrup əlilə, X6 qeydiyyatda olan şəxsə normalda aliment ödəmək qabiliyyəti olan şəxslərə nəzərdə tutulmuş aliment məbləği müəyyən edilmişdir. Himayəsində əlil arvadı, xəstə uşağı var, bu gün onun özünə baxan adam lazımdır. Qeyd edilənləri nəzərə alaraq Şəki rayon Məkəməsinin 15 iyul 2022-ci il tarixli,e-2(075)-1271/2022 saylı qətnaməsinin ləğv edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021 -ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin məbləğini azaldaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutulub 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin məbləğini azaldaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutulub 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tаrixli, 2(075)-1271/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, iddiaçı əvvəllər ailəli olmuş, 1 övladı anadan olmuş, həmin qadınla boşanmış, uşaq anasının yanında qalmışdır. İddiaçı ilk nikahdan olan uşağ üçün aliment ödəmir, onun hazırda 16 yaşı var. Sonradan iddiaçı hazırkı cavabdehlə ailə qurmuş və həmin nikahdan 28 dekabr 2018-ci il tarixdə Nuray adlı qızı anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(075)-1763/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı arasında olan nikah pozulmuş və Nuray anası Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)- 915/2021 saylı qətnaməsi 28 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməsi qət edilmişdir. İddiaçı sonradan başqa bir qadınla üçüncü dəfə nikaha daxil olmuş və həmin nikahdan da 1 övladı anadan olmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının 3-cü arvadı hazırda 14-15 həftəlik hamilədir. İddiaçı maddi imkanının aşağı, ikinci nikahından da bir övladının olması, həmçinin həyat yoldaşının hamilə ollması səbəbindən Cavabdeh qarşı alimentin azaldılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi qərar qəbul edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində himayəsində əlil arvadı, xəstə uşağının olduğunu bildirsədə, eyni zamanda yalnız hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar 1-ci qrup əlilliyə görə 240.81 manat aylıq pensiya aldığını, heç bir əmlakının, başqa qazancının olmadığını bildirsə də, qeyd edilən halların heç biri birinci instansiya məhkəməsini qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə 130 manat məbləğində aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınmışdır və hazlrda apellyatorun apellyasiya şikayətində göstərdiyi hallar həmin məbləğin azaldılması üçün əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tаrixli, 2(075)-1271/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tаrixli, 2(075)-1271/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1109/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1109/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver