Məhkəmə qərarları › İş №2(107)-1115/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1115/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1115/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia qismən təmin edilmiş, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 27 yanvar 2021-ci il tarixdən hesablanması, iddia tələbinin tərəflərin birgə nikahda olduqları müddətdə 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X5 adlı uşaq üç yaşına çatana qədər İddiaçı üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. İşin halları İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində, eyni zamanda, X3 üç yaşı bitənədək özü üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22 sentyabr 2011-ci il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Cavabdehlə birgə nikahda olduqları müddətdə 01 avqust 2013-cü il tarixdə X6 və 08 yanvar 2021-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2 (054) - 315 / 2020 nömrəli qətnaməsinə əsasən X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir və o, həmin uşaq üçün hazırda cavabdehdən aliment alır. Hazırda o, hər iki uşağı ilə birlikdə Oğuz rayonu Yaqublu kəndində öz valideynlərinin evində yaşayır. Kiçik uşağı körpə olduğundan heç bir yerdə işləyə bilmir və uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh faktiki olaraq Türkiyə Respublikasında işləyir və hər ay ən azı 1000-1500 manat miqdarında gəlir əldə edir. Buna baxmayaraq cavabdeh ona alimentdən başqa heç bir maddi yardım etmir. İkinci uşağın anadan olması ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyacları da artmışdır. Ona görə də digər uşağı X3 da saxlanması üçün, həmçinin, həmin uşağın üç yaşı tamam olanadək özü üçün cavabdehdən aliment tutularaq ona ödənilməsini tələb edir. Cavabdehin ona aliment üçün hər cür maddi imkanı vardır. Qeyd etdiklərinə əsasən 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində, eyni zamanda, X3 üç yaşı bitənədək özü üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, X1 üçün birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edilərkən o, ikinci uşağa hamilə olmuş, ikinci uşaq 08 yanvar 2021-ci il tarixdə anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrılsa da, onlar arasında bağlanmış nikah indiyədək pozulmamışdır. Himayəsində azyaşlı uşaqları olması ilə əlaqədar heç yerdə işləyə bilmir. Cavabdehdən faktiki olaraq ayrı yaşadıqları vaxtdan indiyədək uşaqların maddi ehtiyaclarını və digər xərclərini öz valideynlərinin köməkliyi ilə ödəyir. Cavabdeh isə Türkiyə Respublikasında işləyərək yüksək miqdarda gəlir əldə edir. Ancaq cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi ona məlum deyildir. Qeyd etdikləri nəzərə alınmaqla hazırki iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi X7 birinci instansiya məhkəməsinə göndərdiyi ərizəsində qeyd etmişdir ki, cavabdeh Türkiyə Respublikasında olsa da, pandemiya ilə əlaqədar bir ildən artıqdır ki, işləri dayanmışdır. Bu səbəbdən o, günəmuzd işləmək məcburiyyətində olur və bəzən günlərlə, həftələrlə iş tapa bilmir. Birinci instansiya məhkəmə tərəfindən müəyyən edilmiş alimenti iddiaçıya o öz pensiyasından ödəyir. İddiaçı ikinci uşağının anadan olması ilə əlaqədar yenidən aliment tələbi ilə iddia qaldırmışdır. O özü ayda 225 manat pensiya aldığından nəvələrinin saxlanması üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək onun üçün maddi cəhətdən çətindir. Cavabdeh Türkiyə Respublikasında olduğundan və pandemiya ilə əlaqədar yollar bağlı olduğundan iddiaçının hazırki iddia tələbinə dair mülki iş üzrə icraatın cavabdeh Türkiyə Respublikasından gələnə qədər dayandırılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddianın Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsi ilə təmin olunmayan hissəsi qətnamədə onun hazırda himayəsində azyaşlı uşağı olsa da əmək qabiliyyəti olmayan hesab edilməmiş olması halı ilə əsaslandırılmağa çalışılmışdır. Onun himayəsində olan X5 08 yanvar 2021-ci il tarixdə anadan olmuşdur. O, həm körpədir, həm də ürək qulaqcıqları arası oval dəlik açıqlığı diaqnozu ilə xəstədir. Belə bir körpə uşaqla onun işləməyi və özünün maddi təminatını təmin etməyi mümkün deyildir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini və aliment barədə iddiasının tam təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin tərəflərin birgə nikahda olduqları müddətdə 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X5 adlı uşaq üç yaşına çatana qədər İddiaçı üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasının təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.3, 78.1, 78.2, 84.1, 84.2, 84.2.1 84.2.2 və 100.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.1 və 84.2.2-ci maddələrinin məzmununa görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 22 sentyabr 2011-ci il tarixli AZ-İ 605361 nömrəli nikah haqqında şəhadətnamənin, Oğuz Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2 (054) - 315 / 2020 nömrəli qətnaməsinin, 18 yanvar 2021-ci il tarixli AZ-İV 526743 nömrəli doğum haqqında şəhadətnamənin surətləri, Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 25 fevral 2021-ci il tarixli 92 nömrəli arayışla işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı və cavabdeh 22 sentyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər.Tərəflərin birgə nikahda olduqları müddətdə 01 avqust 2013-cü il tarixdə X6 və 08 yanvar 2021-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər hazırda da rəsmi nikahda olsalar da, hazırki vəziyyətdə faktik olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaqların hər ikisi iddiaçının himayəsindədirlər. Birinci instansiya məhkəməsi tərəfindən X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. İddiaçı cavabdehin X6 adlı uşaq üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödəməkdən başqa ona heç bir maddi yardım etmədiyini, ikinci uşağın anadan olması ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyaclarının da artdığını, uşağı körpə olduğundan heç bir yerdə işləyə bilmədiyini və uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək cavabdehdən X5 üçün də hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində, eyni zamanda, həmin uşağın üç yaşı bitənədək özü üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh məhkəməyə gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi hazırki iddia tələbinə etirazını bildirmiş, lakin etirazının əsasları ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də məhkəmə tərəflərin birgə nikahından 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 üçün cavabdehdən tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsini qanunauyğun hesab etmişdir. 01 avqust 2013-cü il tarixdə anadan olmuş X6 və 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X5 iddiaçının himayəsində olduqlarından uşaqlara qulluq, onların sağlamlığı və inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi imkanlarının hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşaqların mənafeyini, cavabdehin X5 uşağın saxlanması üçün iddiaçıya hazırda heç bir kömək və maddi yardım etmədiyini, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə, məhkəmə tərəfindən cəmi bir neçə ay əvvəl X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarının hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edildiyini nəzərə alaraq X5 adlı uşağın da yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda iddiaçının himayəsində azyaşlı uşaqlar olsa da, o, əmək qabiliyyətli olmayan hesab edilmir. Eyni zamanda, məhkəmə iclasında cavabdehin özünün də sabit gəlir mənbəyi, gəlir əldə edə biləcək hər hansı fəaliyyətlə məşğul olması və iddiaçıya əlavə maddi yardım etmək üçün zəruri vəsaitə malik olması halları aşkar olunmamışdır. Hazırki şəraitdə tərəflərin əmək qabiliyyətli olma vəziyyəti eyni dərəcədə qiymətləndirildiyindən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının özü üçün aliment tutulmasına hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Cavabdehin iddiaçıya əlavə maddi yardım etmək üçün zəruri vəsaitə malik olması halları sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X5 adlı uşaq üç yaşına çatana qədər iddiaçının özü üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair hissəsi rədd edilməlidir. Qeyd olunan hüquq normasının tələbinə əsasən birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, alimentin tutulması iddiaçının X5 adlı uşaq üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi 27 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin tərəflərin birgə nikahda olduqları müddətdə 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X5 adlı uşaq üç yaşına çatana qədər İddiaçı üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasının təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(054)–77/2021 nömrəli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin tərəflərin birgə nikahda olduqları müddətdə 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X5 adlı uşaq üç yaşına çatana qədər İddiaçı üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasının təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar