Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1116/2021 23.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müalicə xərci öhdəliyindən azadolma və artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə dair Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı Cavabdeh qarşı “müalicə xərci öhdəliyindən azadolma və artıq ödənilmiş məbləğin qaytarılmasına” dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əmək qabiliyyətli olmasını, qətnamədə qeyd olunan bütün dərman pereparatlarmın dövlət tərəfindən pulsuz verilməsini nəzərə alaraq Zərdab Rayon Məhkəməsinin 2(035)-835/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsi ilə ondan tutulan 100 manat müalicə xərci öhdəliyindən azad olunması, cavabdehin 18 yaşının tamam olduğu 24.01.2017-ci il tarixdən sonra 2019-cu ilin dekabr ayınadək hər ay üçün 30 manat məbləğində olmaqla 34 ay üçün 1020 manat, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla hər ay 100 manat - 13 ay üçün 1300 manat, cəmi 2320 manat məbləğində ödədiyi müalicə pulunun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Nümayəndə ilə qeyri-rəsmi nikahdan doğulmuş oğlu xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh 18 yaşı tamam olanadək aliment ödəmiş, həmçinin Asifin xəstəliyinə görə məhkəmə qətnaməsinə əsasən birdəfəlik 840 manat ödəmişdir. Asifin hazırda yaşadığı Şahhüseynli kəndində 03 sot torpaq sahəsində yerləşən bir otaqlı evi də özü tikdirmişdir. Bundan başqa Zərdab Rayon Məhkəməsinin 13.04.2015- ci il tarixli qətnaməsinə əsasən ondan Asifin müalicəsinə görə ondan hər ay 30 manat pulun tutulması qət edilmişdir. Sonradan oğlu Asifin iddiasına əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-835/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsi ilə ondan tutulan mülaicə xərcinin məbləği artırılaraq 100 manat müəyyən edilmişdir. Hazırda cavabdehin müalicə üçün qəbul etməli olduğu “Epinexx.Literon, Finlepsal və Seretid” dərmanları Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata əsasən dövlət tərəfindən ödənilir. Artıq cavabdehin 18 yaşı tamam olub və tam əmək qbiliyyətinə malikdir. Onun illərdir aliment və müalicə pulu olaraq ödədiyi pulları cavabdeh siqaretə və digər pis vərdişlərə xərcləyir. Özü xəstə adamdır. Ağır vəziyyətdə yaşayır. Buna baxmayaraq Asifin 18 yaşı tamam olanadək alimenti, 30 manat müalicə xərcini, müalicə pulunun miqdarı artdıqdan sonra isə 13 ay hər ay 100 manat olmaqla pulu ödəmişdir. Hesab edir ki, cavabdehin əmək qabiliyyətli olması, qətnamədə qeyd olunan dərman pereparatlarınm dövlət tərəfindən verilməsi nəzərə alınaraq, o, müalicə xərci öhdəliyindən azad olunmalıdır. Ona görə dəhazırkı iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizəilə məhkəməyə müraciət etmişdir. Məhkmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh anadangəlmə epelepsiya və astma xəstəliklərindən əziyyət çəkir. Asif mütamadi olaraq müalicə almış, həmin xəstəliklərə görə dövlət tərəfindən əlil hesab edilmiş vəona İİ qrup əlillik dərəcəsi verilmişdir. Asifin xəstəliyi daimi olduğu üçün hazırda da müalicəsi davam edir. Asifdə vaxtaşırı olaraq qıcolmalar və nəfəs çatışmamazlıqları baş verir. Həmin vaxt ona xüsusi dərmanlar verilməsə, o, həyatını itirə bilər.Bundan başqa Asif vaxtaşırı olaraq Bakışəhərinə müayinə və müalicəüçün getməli olur ki, bu da əlavə xərclər tələb edir. Asif yetkinlik yaşma çatsa da, tam əmək qabiliyyətli deyildir. Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan, “epelepsiya” və “astma” xəstəliklərindən əziyyətçəkən övladı - Asifi iddiaçı bir ata kim saxlamağa borcludur. İddiaçının ödədiyi 100 manat yetərli olmasa da, hər halda müəyyən köməklikdir və bu iddiaçının bir ata kimi mənəvi borcudur. Məhkəmənin diqqətinə çatdırır ki, müalicə xərcinə görə 100 manat pulun tutulması barədə 13.12.2019-cu il tarixli qətnamə qəbul edilərkən müəyyənləşdirilən müalicə xərcinin miqdarının çox olmasına baxmayaraq, o, iddianı qismən müdafiə edərək 100 manat pulun tutulmasını xahiş etmişdir. Əslində Asifin müalicə və müayinələrinə görə orta aylıq xərc daha çoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatı ilə razı olduğunu bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız cavabdehin həqiqətə uğun olmayan məlumatlarını əks etdirən ifadələrinə istinad etməklə əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə prosessual hüquq normalarını pozaraq, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadı. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı ləğv edilməlidir. 1988-ci ildə təxminən bir ay müddətində faktiki nikahda olduğu Nümayəndə ilə münasibətindən xx xxxxxx 1999-cu il tarixdə Cavabdeh anadan olmuşdur. O vaxtdan etibarən məhkəmə qaydasında müəyyənləşdirilmiş alimenti axsatmadan vaxtlı- vaxtında ödəmişdir. Xəstəlik xərci olaraq məhkəmə qaydasında ondan birdəfəlik 840 manat miqdarında pul tutularaq cavabdehə verilmişdir. Anası ilə bərabər rahat yaşamaları üçün onlara kənddə torpaq sahəsi alıb hər cür şəraiti olan ev tikib vermişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 06 may 2020-ci il tarixli məktubunda bildirilir ki, cavabdehin qəbul etdiyi “Epinexx, Literon, Finlepsal və Seretid dərman preparatları ilə ikinci qrup əlil kimi dövlət tərəfindən pulsuz təmin edilir. Və həmişə də təmin edilib. Cavabdehin artıq 24 yanvar 2017-ci il tarxdə 18 yaşı da tamam olub. Cavabdeh əmək qabiliyyətsiz deyil. Tam əmək qabiliyyətinə malikdir. İllərdir onun ödədiyi alimenti də, müalicə pulunu da siqaretə və digər pis vərdişlərə xərcləyir. Xəstə adamdır və ağır vəziyyətdə yaşayır. Buna baxmayaraq hər ay qətnaməni icra edərək borc-xərc tapıb ona 18 yaşı tamam olandan sonra da hər ay 30 manat pul ödəmişdir. Hazırda kənd məktəbində bağban işləyir və aylıq gəliri 230 manatdır. Özünü güclə dolandırır. Cavabdehin müalicə xərcini ödəsin deyə borca-xərcə düşməli olur. Ona görə də, cavabdehin əmək qabiliyyətli olmasını qətnamədə qeyd olunan bütün dərman preparatlarının ona dövlət tərəfindən verilməsini nəzərə alaraq müalicə xərci öhdəliyindən azad olunmalıdır. Qanunvericiliyə əsasən məhkəmə onun gəlir mənbəyini də nəzərə almalıdır. Cavabdeh həm də ikinci qrup əlil kimi dövlət tərəfindən 200 manatdan artıq əlillik müavinəti ilə də təmin olunur. Beləliklə də, cavabdehin əmək qabiliyyətli olmasını, qətnamədə qeyd olunan bütün dərman preparatlarının ona dövlət tərəfindən pulsuz verilməsini nəzərə alaraq Zərdab Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(035)-835/2019 saylı qətnaməsi ilə ondan tutulan 100 manat müalicə xərci öhdəliyindən azad olunmağı və cavabdehin 18 yaşının tamam olduğu 24 yanvar 2017-ci il tarixindən sonra 2019-cu ilin dekabr ayınadək hər ay üçün 30 manat məbləğində olmaqla 34 ay üçün 1020 manat, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla hər ay 100 manat olmaqla 13 ay üçün 1300 manat, cəmi 2320 (iki min üç yüz iyirmi) manat məbləğində ödədiyi müalicə pulunun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə çıxarılması barədə iddia tələbini əlində sübutlar ola-ola birinci instansiya məhkəməsi təmin etmədi. Cavabdehin əmək qabiliyyətli olmasını fotolarla, onun dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunduğunu rəsmi sənədlərlə sübut edib, həmin sübutları məhkəməyə təqdim etsə də, məhkəmə onu haqsız olaraq əsaslandırmamaqda ittiham etdi. Qarşı tərəfin yalan məlumatlarına, təkziblərinə inanaraq onun dediklərini qətnaməyə və protokola salmadı. O, bir ata kimi həmişə övladının yanında olmuşdur. Həm mənəvi, həm də maddi olaraq. Belə ki, 18 yaşınadək alimenti vaxtlı-vaxtında ödəmişdir. Elə olub ki, bir illik alimenti birdəfəyə vermişdir ki, uşağın müalicəsini axsatmasın. Onların rahat heç kimə yük olmadan yaşamaları üçün fərdi həyətyanı torpaq sahəsi almış, torpaq sahəsini hasarlamış, yaşayış evi (20 kvadratmetr sahəsi olan ev və 20 kvadratmetr sahəsi olan balkon) tikib istifadələrinə vermiş, ata kimi həmişə onun yanında olmuşdur (anası ilə münasibətim olmasa da) və s. Cavabdeh bu gün onun elədiklərini danırsa və məhkəmə də buna inanırsa onun heç bir sözü yoxdur. Amma dövlət orqanı dövlətin adından qətnamə çıxarır. Cavabdeh əmək qabiliyyətlidir. Sadəcə olaraq tənbəllik edərək işləmək istəmir. Anası isə bunu başa düşmək istəmir. Cavabdeh istənilən əməyin öhdəsindən gələ bilər. O, onun hər ay davamlı ona ödədiyi pula arxayın olaraq özünə iş tapmır, bir sənətin yiyəsi olmur. Beləliklə də onun bütün həyatı məhv olmuş olur. Cavabdeh gələcəkdə ailə başçısı olacaq və belə bekarçılıq onun ailəsini də məhv edə bilər. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2 (035)-835/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı Cavabdeh 10.03.2000-ci il tarixdən “Toksiki-hipoksik ensefalopatiyanm nəticələri, fıziki-psixi inkişafdan geri qalma və tez-tez başverən qıcolma tutmaları” diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində dispanser qeydiyyatda olmaqla həm “asma”, həm də “epelepsiya” xəstəliklərindən əziyyət çəkməsi, ağır fiziki işlərin əks göstəriş olması, yalnız texniki təhlükəsizlik və əlverişli iqlim şəraitində yüngül işlərdə işləyə bilməsi, həmin səbəbdən İİ qrup əlil olması, vaxtaşırı həkim müyanəsindən keçməklə müalicə almalı olması, mütamadi olaraq Epinex, Literon, Finlepsal və Seretid dərmanlarını qəbul etməsi, yetkinlik yaşma çatsa da, tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs olması adıçəkilən məhkəmə qətnaməsi iləmüəyyən edilmişdir. Həmin hallara görə hazırkı iddiaçıdanhazırkıcavabdehin müalicəsinə görə hər ay 100 manat müalicə xərcinin tutulması qət edilmiş və qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanmaqla qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1, 81.1 və 81.2-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli “Mahmudov Rusiyaya qarşı” və 06 mart 2008-ci il tarixli “Qavazov Bolqarıstana qarşı” işləri üzrə qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasım məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə> də tərəflərin diqqətəlayiq olan digər maraqları Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Adıçəkilən qanunvericilik normanın müddəasından aydın olur ki, məhkəmələr tərəfindən qəbul edilmiş aktlar preyudisial xarakterə və əhəmiyyətə malikdir. Ona görə də məhkəmə cavabdehin sözügedən xəstəlikdən əziyyət çəkib-çəkməməsi, onun tam əmək qabiliyyətli olub-olmaması ilə bağlı əlavə araşdırma aparılmasına ehtiyac görmür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı övladı- hazırkı Cavabdeh tam əmək qabiliyyətli olduğunu bildirərək onun müalicəsinə görə hər ay ödədiyi 100 manat müalicə xərcindən azad olunmasını, habelə cavabdehin 18 yaşının tamam olduğu 24.01.2017-ci il tarixdən sonra 2019-cu ilin dekabr ayınadək hər ay üçün 30 manat məbləğində olmaqla 34 ay üçün 1020 manat, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla hər ay 100 manat - 13 ay üçün 1300 manat, cəmi 2320 manat məbləğində ödədiyi müalicə pulunun cavabdehdən tutulub ona qaytarılmasını iddia etsə də, iddiasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. İddiaçının iddianın müdafiəsinə dair birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatı cavabdehin və nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla tam təkzib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təklif olunsa da, iddiaçı izahat verməkdən savayı cavabdehin tam əmək qabiliyyətli olmasına, sağalmasına və müalicəyə ehtiyacının olmamasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Onun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 05-02-179/E- 07/20 saylı, 06.05.2020-ci il tarixli və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən verilən 05-72 saylı, 22.02.2021-ci il tarixli məktubları cavabdehin tam əmək qabiliyyətli olmasını, sağalmasını və müalicəyə ehtiyacının olmamasını təsdiq etmir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Cavabdeh qəbul etdiyi dərman pereparatlarının dövlət tərəfindən verilməsinin təmin olunması iddiaçının bir ata kimi xəstə övladının müalicəsində iştirak etmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının təqdim etdiyi dəlillər iddianın təmin edilməsi üçün əsas ola bilməz. Yetkinlik yaşına çatsa da, tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan Cavabdeh maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi məqsədi ilə iddia təmin edilməməlidir. “Toksiki-hipoksik ensefalopatiyanın nəticələri, fıziki-psixi inkişafdan geri qalma və tez-tez başverən qıcolma tutmaları” diaqnozu ilə xəstəlikdən əziyyət çəkən, tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladın -hazırkı cavabdehin saxlanmasında (müayinə və müalicəsinin təmin edilməsində) iştirak etmək hazırkı iddiaçının həmdə mənəvi borcudur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(035)–170/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1116/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1116/2021
23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver