Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1117/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “xxxxxxxxxxxxx” X2rşı maddi zərər tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-68/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-68/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 2856 (iki min səkkiz yüz əlli altı) manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 2886 (iki min səkkiz yüz səksən altı) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və “xxxxxxxxxxxxx” X3 3475 manat vurduğu maddi zərərin və 30 manat ödədiyi dövlət rüsumunun, cəmi 3505 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 2856 manat vurduğu maddi zərərin və 30 manat ödədiyi dövlət rüsumunun, cəmi 2886 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “xxxxxxxxxxxxx” X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 xx xxxx 2019-cu il tarixdə saat 09:30 radələrində özünə məxsus “Opel Astra mink” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “Subaru WRX İmpreza” markalı avomobillə toqquşaraq avtomobilə ciddi ziyan vurmuşdur. Belə ki, həmin vaxt o, yol hərəkət qaydalarına əməl etməklə avtomobilini idarə edirdi, cavabdeh isə geri dönmə əməliyyatını kobud şəkildə pozaraq onun avtomobili ilə toqquşmuşdur. Beləliklə avtomobilinin qabaq ucundan arxa qanadına qədər əzilərək, qabaq bamper, sol fara sınaraq, sol qanad əzilərək, işıq stopu sınaraq, sol qabaq qapı və sol arxa qapı əzilərək istifadəyə yararsız hala düşmüşdür. Nəticədə onun avtomobilinə ziyan dəymişdir. O, avtomobilini saxlayaraq yol polisini hadisə yerinə çağırmışdır. Yol polisi hadisə barədə cavabdehə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərar yazaraq onu 60 manat məbləğində cərimə etmişdir. Məlum olmuşdur ki, hadisəyə səbəb cavabdehin dönmə əməliyyatını düzgün həyata keçirməməsi olmuşdur. Digər cavabdeh “xxxxxxxxxxxxx” X4 nümayəndələri hadisə zamanı hadisə yerinə dəvət olunmuş, sığortanın ödənilməsi ilə bağlı müvafiq sənədlər sığorta şirkətinə təqdim olunmuşdur. Lakin, sığorta şirkətinə müraciət etsə də, şirkət onun avtomobilinə dəymiş zərəri ödəməkdən yayınmışdır. Qeyd olunan hadisə nəticəsində onun avtomobilinə 2856 manat zərər dəymişdir. Həmin zərər də cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən xx xxxx 2019-cu il tarixdə onun idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi avtomobil arasında qəza baş vermişdir. Qəza nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozduğuna görə onun barəsində protokol tərtib edilərək 60 manat cərimə yazılmışdır. O isə, öz növbəsində həmin cəriməni də ödəmişdir. Hesab edir ki, onun sığorta şirkəti ilə müqaviləsi olduğundan həmin maddi zərər sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməlidir. Lakin sığorta şirkəti həmin pulu ödəmir. Ona görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədən narazıdır. Belə ki, həmin avtomobili o “xxxxxxxxxxxxx” ASC vasitəsi ilə sığortalamışdır. Onun siğortası olduğu halda iddiaçıya vurduğu zərər sığorta şikrkəti tərəfindən ödənilməli idi. X10 haqqında Qanunun müddəaları ilə bir daha sübuta yetirilir. Bundan başqa məhkəmə qətnaməsi ona görə qanuni deyil ki, məhkəmə avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirməmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)- 68/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-68/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər “xxxxxxxxxxxxx” X8 (nümayəndəsi) və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh “xxxxxxxxxxxxx” X4 nümayəndəsi X1 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(033)-73/2018 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməli olan pulun məbləği 2176 (iki min bir yüz yetmiş altı) manat, cəmi məbləğ isə 2206 (iki min iki yüz altı) manat müəyyən edilməli, qətnamənin nəticə hissəsində “iddia təmin edilsin” kimi yazılmış birinci cümlə “iddia qismən təmin edilsin” cümləsi ilə əvəz edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala RPŞ-nin DYPB-nin YPXB-nin polis leytenantı X5 tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 barəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. İşdə olan “Avtoservis 100 Sexləri”nin xx xxxxxxx 2019-cu il tarixli 85 saylı zərər aktından görünür ki, “Subaru WRX İmpreza” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2856 manat məbləğindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən AzərbaycanRespublikasıMülkiMəcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3 və 1115-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 09:30 radələrində “Opel Astra mink” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 dönmə əməliyyatını düzgün etməyərək İddiaçı idarə etdiyi “Subaru WRX İmpreza” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuşdur. Nəticədə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərarla o, 60 manat cərimə edilmişdir. Həmin cərimə onun tərəfindən ödənilmişdir. Hadisə nəticəsində İddiaçı idarə etdiyi Subaru WRX İmpreza markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2856 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı ona dəymiş maddi zərəri tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla xx xxxx 2019-cu il tarixdə saat 09:30 radələrində İddiaçı idarə etdiyi “Subaru WRX İmpreza” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi (ona ziyan dəyməsi) ilə nəticələnən yol nəqliyyat hadisəsinin məhz Cavabdeh2 təqsiri üzündən (ehtiyatsızlığından) baş verdiyi, bunun nəticəsində İddiaçı 2856 manat maddi zərərin dəyməsi öz təsdiqini tapdığından İddiaçı ona vurulmuş ziyanın ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh iddia edir ki, iddiaçıya dəymiş maddi zərəri o deyil, sığorta təşkilatı ödəməlidir. Cavabdehin belə təsəvvürü yanlışdır. Zərərin əvəzinin ödənilməsi öhdəliyi zərərvuranın üzərinə düşür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin olunmalı, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 2856 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)-1117/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/2255 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlarında olan “Avtoservis 100” Sexinin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Subaru WRX İmpreza” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 2176,0 manat məbləğində müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır) Yuxarıda qeyd olunan rəylərdən görünür ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri qismən həqiqətə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı hazırki həcmdə təminetməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, Cavabdeh2 maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməli olan pulun məbləği 2886 (iki min səkkiz yüz səksən altı) manat həcmində təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(107)- 1117/2020 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/2255 nömrəli ekspert rəyində həmin məbləğ 2176,0 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbi qismən təmin edilməsinə baxmayaraq qətnamənin əsaslandırıcı və nəticə hissələrində iddia tələbinin tam təmin edilməsi qeyd edilmişdir ki, bu da qətnamənin həmin hissədə də, dəyişdirilməsi üçün əsasdır. Belə ki, İddiaçı tələbi cavabdehlər Cavabdeh2 və “xxxxxxxxxxxxx” X3 2856 manat vurduğu maddi zərərin və 30 manat ödədiyi dövlət rüsumunun, cəmi 2886 manat pulun alınıb ona verilməsi barədə olmuş birinci instansiya məhkəməsi isə iddianı yalnız Cavabdeh2 münasibətdə təmin etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Zaqatala Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş olsa da, hazırki həcmdə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-68/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməli olan pulun məbləği 2176 (iki min bir yüz yetmiş altı) manat, cəmi məbləğ isə 2206 (iki min iki yüz altı) manat müəyyən edilməli, qətnamənin nəticə hissəsində “iddia təmin edilsin” kimi yazılmış birinci cümlə “iddia qismən təmin edilsin” cümləsi ilə əvəz edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 100 (bir yüz) manat Cavabdeh2dan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-68/2020 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilsin. Cavabdeh2 maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməli olan pulun məbləği 2176 (iki min bir yüz yetmiş altı) manat, dövlət rüsumu 30 manat olmaqla cəmi məbləğ 2206 (iki min iki yüz altı) manat müəyyən edilsin. Qətnamənin nəticə hissəsində “iddia təmin edilsin” kimi yazılmış birinci cümlə “iddia qismən təmin edilsin” cümləsi ilə əvəz edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 100 (bir yüz) manat Cavabdeh2dan tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1117/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1117/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver