Məhkəmə qərarları › İş №2(107)-1134/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1134/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1134/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair (Açar sözlər: müqavilənin etibarlı hesab edilməsi, iddianın etiraf edilməsi ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı vəkili X2, Cavabdeh11, Cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı əqdin bağlanmış hesab edilməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 vəkili və nümayəndəsi Nümayəndə2 Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və qeyrilərindən 2,04 hektar, X4 və qeyrilərindən 1,6635 hektar, Cavabdeh7 oğlundan və qeyrilərdən 2,2587 hektar, Cavabdeh11 və qeyrilərindən 0,66 hektar, X12 və qeyrisindən 1,25 hektar, Cavabdeh13 və qeyrilərindən 0,2599 hektar, X6 və qeyrilərindən 0,41 hektar və Cavabdeh18 Doluxan qızından və qeyrisindən 2.17 hektar torpaq sahəsini faktiki olaraq almasını göstərib həmin əqdin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o Ağdaş rayonu, AİK-nın 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə qərarı ilə qeydiyyat kitabında 09 oktyabr 1999-cu il tarixdə 11063 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0091, kod ********) ilə Cavabdeh2 və ailə üzvlərinə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi ərazisindən verilmiş 2,04 hektar, 07 oktyabr 1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:136, kod ********) ilə cavabdeh X7 və ailə üzvlərinə Ağdaş rayonunun Yuxan Ağcayazı kəndi ərazisindən verilmiş 2,32 hektar torpaq sahəsinin 1,6635 hektarını, 09 oktyabr 1999-cu il tarixdə 11228 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:122, kod ********) ilə Cavabdeh7 qızma və ailə üzvlərinə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisindən verilmiş 3,69 hektar torpaq sahəsinin 2,2587 hektarını, Ağdaş rayon AİK-nm 22 sentyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 12 mart 1999-cu il tarixdə 1544 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0046, ********) ilə cavabdeh X28ma və ailə üzvlərinə Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən verilmiş 0,66 hektarını, Ağdaş rayon AİK-nm 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 446 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0057, kod ********) ilə cavabdeh X20 və ailə üzvünə Ağdaş rayonunun Qolqatı kəndi ərazisindən verilmiş 1,25 hektarını, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı iıə 09 oktyabr 1999-cu il tarixdə 11122 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı( JN: 0016, kod ********) ilə Cavabdeh13 və ailə üzvlərinə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisindən verilmiş 2,30 hektar torpaq sahəsinin 0,2599 hektarını, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı iıə 09 oktyabr 1999-cu il tarixdə 11121 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı( JN: 0015, kod ********) ilə X25ma və ailə üzvlərinə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisindən verilmiş 2,96 hektar torpaq sahəsinin 0,41 hektarını və Ağdaş rayon AİK-nm 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 413 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0024, kod ********) ilə Cavabdeh18 Doluxan qızına və ailə üzvünə verilmiş 2,17 hektar torpaq sahəsini 2003-cü ilin may-iyun aylarında aralarında olan razılaşmaya əsasən torpağın pulunu nəğd olaraq onlara ödəməklə almışdır. Cavabdehlər isə həmin torpaq sahəsini, dövlət aktının əsli ilə yerində ona təhvil vermişlər. Həmin vaxtdan torpaq sahəsi üzərində öz hüquqlarını öz istəyinə uyğun həyata keçirir. Lakin cavabdehlər alqı-satqının sonadək icrası ilə əlaqədar torpağın pulunu nəqd şəkildə almalarına, heç bir tələbləri olmadığını bildirsələr də və alqı-satqınm rəsmiləşdirilməsi üçün notariat kontoruna gəlmək üçün dəfələrlə vəd vermələrinə baxmayaraq notariat orqanına gəlməkdən yayınmışlar. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddianın təmin edilməsi, Ağdaş rayon AİK-nın 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə qeydiyyat kitabında 09 oktyabr 1999-cu il tarixdə 11063 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0091, kod ********) ilə X7, Süleymanov cavabdeh Əkbərova leyman qızma və Cavabdeh3 məxsus 2,04 hektar, 07 oktyabr 1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN 136, kod ********) ilə cavabdeh X7, Cavabdeh5 və Cavabdeh6 məxsus 2,32 hektar torpaq sahəsinin 1,6635 hektarının, 09 oktyabr 1999-cu il tarixdə 11228 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:122, kod ********) ilə Cavabdeh7 qızma, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh9 qızma məxsus 3,69 hektar torpaq sahəsinin 2,2587 hektarının, Ağdaş rayon AİK-nın 22 sentyabr 1998- ci il tarixli 17 saylı qərarı ilə 12 mart 1999-cu il tarixdə 1544 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0046, ********) ilə cavabdeh X28ma, X29ma və Cavabdeh12 məxsus 0,66 hektar, Ağdaş rayon AİK-nın 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 446 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0057, kod ********) ilə cavabdeh X20 məxsus 1,25 hektar, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı iıə 09 oktyabr 1999-cu il tarixdə 11122 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı( JN: 0016, kod ********) ilə Cavabdeh13, X26 və X9 məxsus 2,30 hektar torpaq sahəsinin 0,2599 hektarının, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı iıə 09 oktyabr 1999-cu il tarixdə 11121 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı( JN: 0015, kod ********) ilə X13, X17, Cavabdeh16 və Cavabdeh17 Qüddəsər qızma məxsus 2,96 hektar torpaq sahəsinin 0,41 hektarının və Ağdaş rayon AİK-nm 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 413 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0024, kod ********) ilə Cavabdeh18 Doluxan qızma, Cavabdeh19 və X21ma məxsus 2,17 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh2və ailə üzvlərinin mülkiyyətində olan 2,04 hektar, cavabdehlər X5 və ailə üzvlərinin mülkiyyətində 2,32 hektar, cavabdehlər X3 və ailə üzvlərinin mülkiyyətində 3,69 hektar cavabdeh X14 və ailə üzvlərinin mülkiyyətində 0,66 hektar, cavabdeh X18 və ailə üzvünün mülkiyyətində 1,25 hektar, Cavabdeh13 və ailə üzvlərinin mülkyyətində 2,30 hektar, cavabdeh X10 və ailə üzvlərinin mülkiyyətində 2,96 hektar və Cavabdeh18 Doluxan qızının və ailə üzvlərinin mülkiyyətində 2,12 hektar torpaq sahəsi olmuşdur. Cavabdehlər Cavabdeh2 və qeyriləri mülkiyyətində olan 2,04 hektar, cavabdehlər X15 və qeyriləri mülkiyyətində olan 2,32 hektar torpaq sahəsinin 1.6635 hektarını, cavabdehlər Cavabdeh7 vəqeyriləri mülkiyyətində olan 3,69 hektar torpaq sahəsinin 2,2587 hektarını, cavabdeh X14 və ailə üzvlərinin mülkiyyətində olan 0,66 hektar, cavabdeh X18 və ailə üzvünün mülkiyyətində olan 1,25 hektar, Cavabdeh13 və ailə üzvlərinin mülkyyətində olan 2,30 hektar torpaq sahəsinin 0,2599 hektarını, cavabdeh X10 və ailə üzvlərinin mülkiyyətində olan 2,96 hektar torpaq sahəsinin 0,41 hektarını və Cavabdeh18 Doluxan qızının və ailə üzvlərinin mülkiyyətində olan 2,17 hektar torpaq sahəsini 2003-cü ilin may-iyun aylarında İddiaçı faktiki olaraq aralarındakı razılaşmaya uyğun olaraq satmışlar. Ançaq onlar həmin torpaq sahəsinə görə iddiaçıdan torpağın pulunu alsalar da, alqı-satqı rəsmiləşdirməkdən boyun qaçırmışlar. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilə sübutları, eyni zamanda cavabdehlərin iddianın etiraf edilməsi barədə ərizələrini əsas götürərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsi, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 335.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnaməninin onlara aid hissəsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, tam qanunsuz, ədalətsiz və əsassızdır. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli 2(014)-330/2008 saylı qətnaməsindən görünür ki, guya o, Cavabdeh11, Cavabdeh12 məhkəmə iclasında iştirak edib, iddianı qəbul etmişlər, o, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı isə məhkəməyə teleqrama müraciət edərək iddianı qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Onların belə bir iddia tələbindən və məhkəmə iclasından məlumatları olmamış, məhkəmədə iştirak etməmiş və məhkəməyə teleqram göndərməmişlər. Bu hal məhkəmənin prosessual hüquq pozuntusu ilə işə baxmasını sübut edir. Məhkəmənin iclası barədə onlara hər hansı bir məlumat verilməmişdir. Ağdaş rayon AİK-nın 22 sentyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 12 mart 1999-cu il tarixdə 1544 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN:0046, ********) Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi X32 (xx.xx.2005-ci ildə vəfat etmişdir), Cavabdeh11, X19 və Cavabdeh12 paylı mülkiyyətinə verilmişdir. xx.xx.2005-ci ildə ailə başçıları X22 vəfatından sonra iki ildən artıq müddət ərzində mülkiyyətində olan Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi istifadələrində olmuşdur. 2007-ci ilin sonlarına yaxın torpaq sahəsini 10 illik olaraq əvəllər tanıdığı İddiaçı istifadəsinə vermişlər. Su pulu və vergi istənilməməsi üçün torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını da İddiaçı vermişlər. 3-4 ildir ki, torpaq onların istifadələrindədir. Meyvə ağacları əkmişlər, ağaclar böyüdüblər. Ağdaş Rayon Məhkəməsindən bildiriş gələndən sonra onlara məlum olmuşdur. Onların mülkiyyətində olan torpaq sahəsini İddiaçı qanunsuz olaraq mülkiyyətinə almışdır. İddiaçı Cavabdeh12 qarşı torpaq sahəsindən məcburi çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Maraqlanmışlar demişdilər ki, İddiaçı qətnamə əsasında onların mülkiyyətində olan 0.66 ha torpaq sahəsini öz mülkiyyətinə aldırmışdır. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli 2(014)-330/2008 saylı qətnaməsi qəbul ediləndə Cavabdeh20 evli olmuşdur, Mustafayeva soyadını qəbul etmişdir, məhkəməyə teleqrama göndərmiş olsaydı, Mustafayeva soyadı ilə göndərmiş olardı. Bundan başqa qətnamə qəbul ediləndə ailə başçısı qətnamə ilə tanış olanda məlum olur ki, guya məhkəmə iclasında 18 nəfər cavabdeh iştirak etmiş və 3 nəfər isə teleqram göndərmişdir. Bütün cavabdehlər iddia tələbini qəbul etmişlər. Məhkəmə mübahisəyə baxır, mübahisə yoxdursa, həqiqətdə cavabdehlər mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə etiraz etmirlərsə, notariat kontorunda alqı-satqı müqaviləsini bağlaya bilərdilər, Məhkəmə alqı-satqı müqaviləsini rəsmişləşdirən orqan deyil ki? Məhkəmə qətnamə qəbul edərkən, X32 (xx.xx.2005-ci ildə vəfat etmişdir) vəfat etmişdir. Onun ölümündən sonra onlar qanun üzrə birinci növbəli vərəsələr onun torpaqda olan payını rəsmi qəbul etməmişlər. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli 2(014)-330/2008 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı HacıyevNimət Qəhrəman oğlunun cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızına və Cavabdeh12 qarşı Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsinə (JN:0046, 90306018 dövlət aktı) aid əqdin bağlanmış hesab edilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarasınız. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh11 və cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarımasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). 2002-ci ildə qüvvdə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsi isə nəzərdə tuturdu ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Qanun daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır”. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 may 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər. Ağdaş Rayon Məhkəməsinin 2(014)- 330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissələri üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh X27, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 və ailə üzvlərinin mülkiyyətində 0,66 hektar torpaq sahəsi olmuşdur. Cavabdeh X27, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 və ailə üzvlərinin mülkiyyətində olan 0,66 hektar, torpaq sahəsini 2003-cü ilin may-iyun aylarında İddiaçı faktiki olaraq aralarındakı razılaşmaya uyğun olaraq satmışlar. Ançaq onlar həmin torpaq sahəsinə görə iddiaçıdan torpağın pulunu alsalar da, alqı-satqı rəsmiləşdirməkdən boyun qaçırmışlar. Apellyatorlar apellyasiya şikayətində qeyd etmişlər ki, çıxarılmış qətnaməninin onlara aid hissəsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, tam qanunsuz, ədalətsiz və əsassızdır. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli 2(014)-330/2008 saylı qətnaməsindən görünür ki, guya Cavabdeh11, Cavabdeh12 məhkəmə iclasında iştirak edib, iddianı qəbul etmişlər, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı isə məhkəməyə teleqrama müraciət edərək iddianı qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Onların belə bir iddia tələbindən və məhkəmə iclasından məlumatları olmamış, məhkəmədə iştirak etməmiş və məhkəməyə teleqram göndərməmişlər. Bu hal məhkəmənin prosessual hüquq pozuntusu ilə işə baxmasını sübut edir. Məhkəmənin iclası barədə onlara hər hansı bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, mülki iş materiallarına əlavə edilən iş üzrə cavabadehlər Cavabdeh11 və Cavabdeh12 10 dekabr 2008-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim etdikləri yazılı izahatlarından məlum olmuşdur ki, onlar iddiaçı X11 onlara və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldırdığı iddianı qəbul etmişlər və onların mülkiyyətində olan 2,04 hektar torpaq sahəsinin 2003-cü ilin may ayında qarşılıqlı razılaşma əsasında iddiaçı X1. Bundan başqa mülki iş materiallarına əlavə edilən 05 dekabr 2008-ci il tarixli teleqramdan məlum olmuşdur ki, cavabdehlərdən Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı məhkəməyə teleqram göndərərək, iddiaçı X11 ona və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldığdığı iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Sözügedən normanının tələbindən göründüyü kimi, iş üzrə cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 birinci instansiya məhkəməsin tərəfindən işə baxılarkən onların mülkiyyətində olan 2,04 hektar torpaq sahəsinin 2003-cü il tarixdə iddiaçıya satdıqlarını məhkəmədə yazılı qaydada etiraf etmişlər. Yuxarıda adı keçən Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması ilə şərtləndirir. Kollegiyanın qənaətinə görə iş materiallarında belə bir yazılı müqavilənin olmaması apelyasiya şikayətinin təmin edilməsi və iddianın apelyatorlara münasibətdə rədd edilməsi üçün əsas ola bilməz. Kollegiya mövqeyini onunla əsaslandırır ki, apelyatorların birinci instansiya məhkəməsində iştirak edərək iddianı qəbul etmələri və iddianın təmin edilməsi barədə məhkəməyə yazılı müraciət etmələri, həmin yazılı müqavilənin zəruriliyi məsələsini aradan qaldırmış olur və alqı-satqı müqaviləsini qanuni hala gətirmiş olur. Çünki mübahisəli torpaq sahəsinin iddiaçıya satılması etiraf edilmiş və iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Daha sonra kollegiya şikayətin birinci instansiya məhkəməsinin iclasında apelyatorların iştirak etməmələri barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızıdır. Mülki iş materiallarına əlavə edilən iş üzrə cavabadehlər Cavabdeh11 və Cavabdeh12 10 dekabr 2008-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim etdikləri yazılı izahatlarından məlum olmuşdur ki, onlar iddiaçı X11 onlara və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldığdığı iddianı qəbul etmişlər və onların mülkiyyətində olan 2,04 hektar torpaq sahəsinin 2003-cü ilin may ayında qarşılıqlı razılaşma əsasında iddiaçı X1. Eyni zamanda 05 dekabr 2008-ci il tarixli teleqramdan məlum olmuşdur ki, cavabdehlərdən Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı məhkəməyə teleqram göndərərək, iddiaçı X11 ona və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldırdığı iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Apelyatorlar isə həmin ərizələri mübahisələndirilməmiş, imzaların apelyatorlara aid olub-olmamasını yoxlamaq üçün xətşünaslıq ekspertizasının təyin edilməsi barədə hər hansı bir vəsatət verməmiş və cavabdehlərdən Mustafayeva (Zakirova) Samirə Şöyüb qızının məhkəməyə teleqram göndərməməsi barədə hər hansı bir sübut növü təqdim edilməmişdir. Məhkəmə kollegiyası isə həmin ərizə və teleqramı yazılı sübut kimi qəbul edərək şikayətin təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa kollegiya şikayətin digər dəlili olan 2007-ci ilin sonlarına yaxın torpaq sahəsini 10 illik olaraq əvəllər tanıdıqları İddiaçı istifadəsinə vermələrinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, apelyatorlar torpaq sahəsinin iddiaçıya istifadəyə vermələrinə dair hər hansı bir sübut növü təqdim edə bilməmişlər. Əksinə iş materiallarında olan ərizə və teleqramla müəyyən edilir ki, apelyatorlar torpaq sahəsini iddiaçıya satmışlar. Ona görə də şikayət bu hissədə də əsassızıdır. Daha sonra kollegiya apelyasiya şikayətinin X22 (xx.xx.2005-ci ildə vəfat etmişdir) ölümündən sonra onların qanun üzrə birinci növbəli vərəsələr olaraq onun torpaqda olan payını rəsmi qəbul etməmələri hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili də əsassız olmaqla qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apelyatorların şikayətlərindən görünür ki, xx.xx.2005-ci ildə ailə başçıları X22 vəfatından sonra iki ildən artıq müddət ərzində mülkiyyətində olan Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi istifadələrində olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Göründüyü kimi mirası faktiki idarəçiliyə qəbul edildiyi vaxtdan artıq miras vərəsənin mülkiyyətidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı 10 dekabr 2008-ci il tarixli qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar