Məhkəmə qərarları › İş №2(107)-1135/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1135/2022

22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1135/2022 22.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin həcminin artırılması) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 2(035)-447/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X4, 03.05..2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat, cəmi 600 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından üç uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 v xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin münasibətləri əvvəllər normal olmuş, lakin sonradan pisləşmişdir. Cavabdeh ailədə yersiz yerə söz-söhbət yaratmış, iddiaçıya şiddət göstərmiş, ailənin maddi-məişət şəraiti ilə maraqlanmamışdır. İddiaçı əvvəllər müəllimə işləmiş, kredit götürərək ailənin maddi-məişət şəraitini yaxşılaşdırmışdır. Cavabdeh isə ailəsinin dolanışığı ilə maraqlanmamışdır. İddiaçının bacısı Türkiyyədə Universitetlərdən birində işləyərək, dərs deyib orada yaşadığından iddiaçının uşaqlarının yaxşı təhsil almaları üçün oraya dəvət etmişdir. Həmin səbəbdən iddiaçı uşaqlarla birlikdə bir ildir ki, Türkiyyədə yaşayır. Buna baxmayaraq cavabdeh uşaqları ilə maraqalanmamış, bu bir il ərzində uşaqlarına bir manat belə pul göndərməmiş, onların nə yeyib, nə içməsindən narahat olmamışdır. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət edilsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı həm aliment, həm də nikahlarının pozulması ilə bağlı məhkəməyə iddia vermişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 2(035)-447/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından üç uşaqları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 v xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər 01 ildir ki, ayrılıqda yaşayırlar. Uşaqlar iddiaçının yanında qalır və Türkiyədə yaşayırlar. Cavabdeh ötən bir il ərzində uşaqlarının saxlanmasında iddiaçıya heç bir maddi köməklik göstərməmişdir. İddiaçı tərəf məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün193 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə işin müəyyən olunan hallarına əsaslanaraq və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları hazırda faktiki olaraq iddiaçının (ananın) yanında qaldığından onların yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul şəklində aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını əlaqəli şəkildə rəhbər tutaraq, məhkəmə iclasında müəyyən olunmuş tərəflərə aid diqqətəlayiq halları, yəni uşaqların iddiaçı (ana) tərəfindən təkbaşına, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarada (Türkiyyədə) saxlanmasını, eləcə də cavabdehin bazarda ticarətlə (meyvə alqı-satqısı ilə) məşğul olmasını nəzərə alaraq hesab etmişdir ki, tutulmalı olan alimentin miqdan müəyyənləşdirilərkən cavabdehin öhdələndirilməli olduğu maddi təminat vermə vəzifəsi ilə onun özünün həyat fəaliyyətinin minimum səviyyəsinin təminatı arasında tənasüblüyün təmin edilməsi nəzərə alınmaqla cavabdehdən maddi təminat almaq hüququna malik uşaqlarla cavabdehin özü arasında proporsianallıq gözlənilməklə müəyyənləşdirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulan Aydan, Nəzrin və İmranın yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehin uşaqlara saxlanılmaları üçün aliment vermək istəməməsi uşaqların mənafeyinə uyğun deyildir. Həmçinin cavabdehdən hər ay hər uşağa görə iddiaçının istəyinə uyğun olaraq 200 manat, cəmi 600 manat alimentin tutulması ödəməni təmin etməli olan cavabdehin özünün sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsinin təminatı üçün qanunvericiliklə müəyyən olunmuş minimum həddə və maddi imkanlarına mütənasib deyildir. Məhkəmə xeyrinə iddia qaldırılan Aydan, Nəzrin və İmranın uşaq olmaqla həyatda özü-özünü saxlamaq, sərbəst şəkildə dolanacaq əldə etmək imkanına malik olmamaları ilə həyatda özü-özünü saxlamaq, sərbəst şəkildə dolanacaq əldə etmək imkanını bu və ya başqa şəkildə reallaşdıra bilmək imkanına malik olan cavabdehin maraqlarını İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sözügedən qərarında müəyyənləşdirdiyi hüquqi mövqeyinə əsasən tarazlaşdıraraq hesab edir ki, tarazlaşdırma prosesində uşaqların yüksək marağının əsas götürülməsi ədalətli olar. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulan Aydan, Nəzrin və İmranın yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat, 450 manat məbləğində alimentin tutulması həm uşağın mənafeyi, həm də cavabdehin özünün mənafeyi baxımından ədalətlidir. Ona görə də cavabdehdən hər uşağa görə hər ay 150, cəmi 450 manat aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat x 3 = 450 manat 12 ay = 5400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 74 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında “Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli, “X7rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Malinin Rusiyaya qarşı” iş üzrə 12 dekabr 2017-ci il tarixli qərarı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2, 9.1.2, 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 76.1, 76.2, 106.1, 112.1.3, 217.4, 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin sabit pul məbləğində tutulması məsələsində onun fikrini nəzərə almamışdır. Yalnız iddiaçının dediklərini nəzərə almışdır. Bu da AR Konstitusiyasının tələblərini pozur. Belə ki, AR Konstitusiyasının 25-ci maddəsinə əsasən hər kəs qanun qarşısında bərabərdir. Ancaq Zərdab Rayon Məhkəməsində bərabərlik hüququ pozulmuşdur. Məhkəmə tərəfindən ona hər ay hər uşağa görə 150 manat, cəmi 450 manat aliment tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarmışdır. Ancaq onun rəsmi işləmədəyini və gündəlik qazancının bəzən 10 manatı keçmədiyini nəzər almamışdır. Zərdab Rayon Məhkəməsinin 2(035)-447/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin qismən rədd olunması, aliment miqdarının azaldılması, 74 manat dövlət rüsumunun bərabər şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 2(035)-447/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10 -1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, ondan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və tərəfindən 74 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız Cavabdeh tərəfindən mübahisələndirilən hissəsi, yəni alimentin həcminin və dövlət rüsumunun ödənilməsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 2(035)-447/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, tərəflər xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından üç uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 v xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər 01 ildir ki, ayrılıqda yaşayırlar. Uşaqlar iddiaçının yanında qalır və Türkiyədə yaşayırlar. Cavabdeh ötən bir il ərzində uşaqlarının saxlanmasında iddiaçıya heç bir maddi köməklik göstərməmişdir. İddiaçı tərəf məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay hər uşağın saxlanması üçün 150 manat olmaqla, cəmi 450 manat aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində rəsmi işləmədiyini və gündəlik qazancının bəzən 10 manatı keçmədiyini bildirsə də, bu hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat alimenti qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şikayətin rüsuma aid dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayət həmin hissədə də əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə tutlmalı dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat x 3 = 450 manat 12 ay = 5400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 74 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi dövlət rüsumuna aid hissədə də düzgün nəticəyə gəlmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün hər biri üçün hər ay 150 manat manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 2(035)-447/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 2(035)-447/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar