Məhkəmə qərarları › İş №2(107)-1144/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1144/2020

02.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1144/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-392/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax şəhəri Maliyyə İdarəsinə qarşı «ödənilməmiş əmək haqqının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Maliyyə İdarəsi tərəfindən 1994-cü il aprel ayından hesablanmaqla oktyabr 1996-cı il tarixədək adına hesablanaraq mənimsənilmiş, əmək haqqının ödənilməyən hər ayı sonuncu əmək haqqına münasibətdə hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-392/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Belə ki, o xx xxxxxxxx 1986-cı il tarixindən halhazıradək Yevlax şəhəri 7 saylı orta məktəbində riyaziyyat və şaxmat fənləri üzrə müəllim işləyir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə o 7 saylı orta məktəbdə işlədiyi bir ərəfədə vətənin ağır günləri ilə əlaqədar döyüş bölgəsinə çağırılmışdır. Ona Yevlax rayon Hərbi Komissarlığından çağırış gələrək, orduya səfərbər olunmağı rəsmi qaydada bildirilmişdir. O da bütün bunların çərçivəsində səfərbər olaraq orduya getmək üçün 7 saylı orta məktəbə gəlmiş və vidalaşaraq döyüş bölgəsinə getmişdir. Hərbi Komissarlıqdan ona verilmiş çağırışda bildirilirmişdir ki, onun işi və əmək haqqısı saxlanılmaqla o müvəqqəti olaraq orduya çağrılır. Bu baxımdan da aprel 1994-1995-1996-cı illin noyabr ayında iş yeri və əmək haqqısı saxlanılmaqla döyüş bölgəsində olmuşdur. Məktəb tərəfindən qeyd olunan əmək haqqı heç bir halda ona ödənilməmişdir. Halbuki, onun iş yeri və əmək haqqı saxlanılmaqla o orduya getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus olan əmək haqqı hesablanmış, ancaq həmin pul heç bir halda ona ödənilməmişdir. Yerinə imza atılmaqla pulunu götürmüşdürlər. O aprel 2019cu il tarixində bu barədə xəbərdar olan zaman, Cavabdeh1nə müraciət edərək onun 1994-1995 və 1996-cı illərə aid əmək haqqısına dair arayışı onlardan istəmişdir. Həmin idarə 99 saylı xx xxxxxxxx 2019-cu il tarixli məktubla ona cavab verərək, 1994-cü ilin 9 ay ərzində adına yazılmış əmək haqqını, 1995-ci ildə 4 ay ərizində adına yazılmış əmək haqqını, 1996-cı ildə oktyabrnoyabr aylarında ümumi 2 ay ərzində 10 ayın hesablanmış əmək haqqının cədvəlini ona təqdim etmişlər. Üst-üstə onun adına yazılmış əmək haqqı qeyd etdiyi dövr ərizində adına yazılsa da bu məbləğ ona ödənilməmişdir. Tam məsuliyyəti ilə deyir ki, bu məbləğ onun adına yazılmaqla başqa bir şəxs tərəfindən imzalanaraq götürülmüşdür. O bu barədə Baş Prokurorluğa rəsmi müraciət etmiş, həmin orqan bu məsələnin araşdırmaq üçün Əmək Müfəttişliyinə şikayətin araşdırılmasını göndərmiş, Əmək Müfəttişliyidə nə etdiyini, nəyi araşdırdığını, necə araşdırdığını, nə aşkarladığını o müəyyən edə bilməmişdir. Əsil həqiqət odur ki, o aprel 1994-cü il tarixindən hərbiyə çağırılmış, N saylı hərbi hissənin tərkibində döyüş zonasında iştirak etmişdir. Təqdim etdiyi əmək haqqı cədvəlində onun aprel 1994-cü il tarixdən, aprel 1995-ci il tarixidə qeyd edilməklə əmək haqqı aldığım qeyd edilir. Həmin aylarda Avqust 1994-ci il tarixində 22668 manat, sentyabr ayı üçün 20052, oktyabr ayı üçün 20052, noyabr ayı üçün 46828, dekabr ayı üçün 46828 manat adına əmək haqqı yazılmışdır. Bundan sonra 1995-ci il tarixində yanvar ayı üçün 51516 AZN, fevral ayı üçün 70734 AZN, mart ayı üçün 70834 AZN, aprel ayı üçün 70834 AZN əmək haqqı hesablanmışdır. 1996-cı il yanvar-sentyabr ayı üçün əmək haqqı yazılmasa da, oktyabr ayı üçün 193087 AZN, noyabr ayı üçün 294896 AZN ona pul hesablanmışdır. Halbuki, o bu məbləği almamışdır. Belə olan halda onun pulunu döyüşdə olan bir şəxsin ailəsinə verməli olduqları halda bu məbləğ nə ona, nə də ailəsinə verilməmişdir. İşi araşdıran Əmək Müfəttişliyi araşdırmanı səthi aparmış, ümumi sözlərlə bir cavab məktubu hazırlamışdır. Sonluğunda isə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-392/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-392/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 1986-cı il tarixdən hal-hazıradək Yevlax şəhər 7 nömrəli tam orta məktəbində riyaziyat müəllimi vəzifəsində işləmişdir. 1994-1996-cı illər ərzinə Azərbaycan Respulbilkası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi xidmət keçmişdir. Hərbi xidmətdə olduğu zaman onun iş yeri və əmək haqqısı saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin əmək haqqının almadığını bildirərək, ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil şöbəsindən bildirilmişdir ki,İddiaçı həqiqətən 1986-cı ildən etibarən Yevlax şəhər 7 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyir və 1994, 1995, 1996-cı illər ərzində orduda hərbi xidmətdə olduğu müddətdə əmək haqqı hesablanmışdır. Əmək haqqı sənədləri Dövlət arxivinə təhvil verilməmiş və təbii fəlakət nəticəsində yararsız hala düşdüyündən məhv edilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı rədd təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 86-cı maddəsinə əsasən fəhlələrin əməyi mərkəzləşdirilmiş qaydada təsdiq edilən tarif dərəcəsi (maaşlar) əsasında ödənilir. Görülən işlərin müəyyən tarif dərəcəsinə aid edilməsi və fəhlələrə ixtisas dərəcələri verilməsi tarif – ixtisas arayış kitabçasına uyğun olaraq müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin razılığı ilə müəssisənin, təşkilatın müdriyyəti tərəfindən həyata keçirilir. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 90-cı maddəsinə əsasən əməyin vaxtamuzd və işmuzd ödənilməsi sisteminin müəyyən olunması, habelə fəhlə və qulluqçuları mükafatlandırmaq haqqındakı əsasnamələrin təsdiq edilməsi müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin razılığı ilə müəssisənin, təşkilatın müdriyyəti tərəfindən həyata keçirilir. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 116-cı maddəsinə əsasən, Dövlət vəzifələrini və ya ictimai vəzifələri yerinə yetirdikləri vaxt, əgər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən bu vəzifələr iş vaxtı yerinə yetirilə bilərsə, işçilər üçün iş yerinin (vəzifənin) və orta əmək haqqının saxlanmasına təminat verilir. Ümumi əsgəri vəzifə haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilən işçilərə həmin Qanuna uyğun olaraq təminatlar və güzəştlər verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdehlər həmin dövr üçün əmək haqqı verən orqan olmamışlar. Əmək haqqının yalnız hesablanması onların üzrlərinə düşən vəzifə olmuş və həmin vəzifə yerinə yetirilmişdir. Belə ki, Yevlax rayon Təhsil şöbəsi tərəfindən iddiaçıya əmək haqqını hesablamışdir. Pulun verilməsi cavabdehlərin səlahiyyətlərinə yox müəssisənin (məktəbin) səlahiyyətli şəxsinin (direktor və ya mühasib) üzərinə düşən vəzifə öhdəliyi olmuşdur. Digər tərəfdən iddiaçı məhkəməyə müraciət etmək müddətini də ötürmüşdür. Belə ki, iddiaçı Azərbaycan SSR Əmək Qanunları Məcəlləsində müəyyən eddilmiş müddətdə deyil, 20 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Daha sonra kollegiya qeyd edir ki, iddiaçı tərəf ümumiyyətlə 1994-cü il aprel ayından oktyabr 1996-cı il tarixədək xidmətdə olduğu dövr üçün əmək haqqı almamasına dair sübut növü təqdim etməmişdir. Onun yerinə imza atılmaqla pulunun götürülməsi barədə də də iddiaçı hər hansı bir sübut növü təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-392/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-392/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar