Məhkəmə qərarları › İş №2(107)-1146/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1146/2020

04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1146/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-419/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-419/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan olan xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X6 onun himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 200 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinin həcmini nikahın pozulması hissəsində azaldaraq, hazırda himayəsində olan xx xxxx 2008- ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxx 2007-ci il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamasına baxmayaraqsonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş və hazırda faktiki olaraq ayrılmışlar. Hesab edir ki, o ana kimi, cavabdeh də bir ata kimi uşaqların saxlanılmalarında iştirak etməlidirlər. Bu səbəblə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin o, xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə bildirmişdir ki, Covid-19 virusunun yayılması və bu şəraitdə uşaqlara baxmaq zərurəti ilə əlaqədar olaraq, birinci instansiya məhkəməsi iclasında iştirak edə bilmir. İddiasını müdafiə edir. İştirakı olmadan xx xxxx 2020-ci il tarixli və bundan sonra ola biləcək məhkəmə iclaslarının keçirilərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçı ilə nikahlarını xx xxxx 2007-ci il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi münasibətlərdə olsalar da, sonradan münasibətləri qismən pisləşmiş və faktiki olaraq ayrılmışlar. Hazırda avtoservisdə işləyir və aylıq gəliri dəyişkən olaraq 300-600 manat arası olur. Buna görə də aliment müəyyən edilərkən bunun nəzərə alınmasını xahiş edir. Lakin imkanı daxilində daim övladlarının yanında olacaqdır, onlardan ayrılmaq və ya onları yaddan çıxarmaq kimi niyyəti yoxdur. Aliment ödəməyə etiraz etmir. Alimentin müəyyən edilməsini məhkmənin səlahiyyətinə buraxır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə ilə razı deyildir. Hazırki zamanda məhkəmə tərəfindən təyin edilmiş aliment məbləği ilə 3 uşaq böyütmək çətindir. Cavabdeh maşın təmiri ilə məşğul olaraq bir gündə təxminən 60-70 manat qazanc əldə etməklə yüksək qazanca sahibdir. Lakin birinci instansiva tərəfindən bu hal da nəzərəalınmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-419/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-419/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. O, məhkəmə kollegiyasına teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-419/2020 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxx 2008-ci il təvəllüdlü X3, xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X6 yetkinlikyaşınaçatanadək sаxlаnmаsı üçün hər ay bir uşağa görə 110 (bir yüz on manat) manat olmaqla üç uşaq üçün cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdehtutularaq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan AZ-T 025370 seriya nömrəli nikah haqqında şəhadətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 192 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Axundova soyadı verilmişdir. İşdə olan AZ-İİ 125123 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİ 518209 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİ 518210 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə istinad etməkdə haqlı olsa da, uşaqların saxlanması üçün tutulmalı olan alimentin məbləğini bir uşaq üçün 90 manat müəyyən etməklə bağlı tərəflərin qarşılıqlı münasibətlərinə və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Birinci instansiya məhkəməsi uşaqların saxlanılmaları üçün zəruri tələbatı, İddiaçı uşaqlarıın saxlanılmaları üçün olan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxx 2008-ci il təvəllüdlü X7, xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X6yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmasını qət edərkən işin hallarını düzgün müəyyən etsə də həmin hallara uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etsə də, sabit məbləğdə alimentin məbləğini müəyyən edərkən hansı halları nəzərə almasını əsaslandırmamışdır. Sonda tərəflərin birgə nikаhındаn оlаn uşаqlаrıxx xxxx 2008-ci il təvəllüdlü X3, xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X6yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 270 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsini qət etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş“Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilməsə də qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-419/2020 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxx 2008-ci il təvəllüdlü X3, xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X6 yetkinlikyaşınaçatanadək sаxlаnmаsı üçün hər ay bir uşağa görə 110 (bir yüz on manat) manat olmaqla üç uşaq üçün cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdehtutularaq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpelyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-419/2020 nömrəli qətnaməsi dəyişdirilsin. xx xxxx 2008-ci il təvəllüdlü X3, xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X6 yetkinlikyaşınaçatanadək sаxlаnmаsı üçün hər ay bir uşağa görə 110 (bir yüz on manat) manat olmaqla üç uşaq üçün cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdehtutularaq İddiaçı verisin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar