Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1161/2024 30.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun Cavabdehnə qarşı Qəyyumluq və Himayəçilik Komissiyasının protokolunun və Qəbələ RİH-nin Sərəncamının etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçınun Cavabdehnə qarşı Qəyyumluq və Himayəçilik Komissiyasının protokolunun və Qəbələ RİH-nin Sərəncamının etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməkdən imtina edilməsi barədə Qəbələ Rayon Məhkəməsinın 5 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05 mart 2024-cü il tarixli 18 nömrəli protokolunun və Qəbələ RİH başçısı Səbuhi Abdullayevin 13 mart 2024-cü il tarixli 26 saylı Sərəncamının etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlılar X3 və X2 ana nənələri X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi haqqında Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5 mart 2024-cü il tarixli 18 nömrəli protokolunun və Qəbələ RİH başçısı Səbuhi Abdullayevin 13 mart 2024-cü il tarixli 26 saylı Sərəncamının etibarsız hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinın 5 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, iddiaçıya ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə biləcəyinin izah edilməsi, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X4 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçına qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinın 9 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinın 5 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçı Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05 mart 2024-cü il tarixli 18 nömrəli protokolunun və Qəbələ RİH başçısı Səbuhi Abdullayevin 13 mart 2024-cü il tarixli 26 saylı Sərəncamının etibarsız hesab edilməsini və ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlardan göründüyü kimi bu tip işlərə qanunvericiliyə əsasən inzibati icraat qaydasında baxılmalı olan işlərdir. Bu işin ümumi məhkəmədə baxılması məhkəmə aidiyyətinin pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı şikayətində göstərmişdir ki, Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasını inzibati orqan kimi tanınması ilə bağlı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr arixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “İnzibati orqanların Təsnifat’nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli 136 №-li Qərarı qəbul etmişdir. Həmin Təsnifatın İİİ bölməsində Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, İİİ bölməsinin 1-ci hissəsində Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar kimi göstərilmişdir. 8 fevral 2017-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “İnzibati orqanların Təsnifatı”nın İİİ bölməsinə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir. Həmin hissədə yerli icra hakimiyyəti başçılarının yanında olan dövlət büdcəsindən maliyyələn orqanlarda nzibati orqanlar kimi təsnif edilmişdir. 4 aprel 2022-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “İnzibati orqanların Təsnifatı’nın İİİ bölməsinin 1-1-ci hissəsi ləğv edilmişdir. Belə vəziyyətdə müəyyən edilir ki, yuxarıda qeyd etdiyim kimi 04 aprel 2022-ci il tarixdən Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqanların təsnifatından ləğv edildiyi üçün hazırda inzibati orqanın statusunu daşımır. Şikayətin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 42 nömrəli Qərarı ilə “İnzibati orqanların Təsnifatı”nın İİİ bölməsinə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilmişdir: Yerli icra hakimiyyəti başçılarının yanında olan: Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi Həmin 1-1-ci bəndin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarı isə “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilmişdir. Hansı ki, həmin Fərmanla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və bir neçə digər orqanın əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Göründüyü kimi, “İnzibati orqanların Təsnifatı”nın İİİ bölməsinin 1-1-ci bəndi Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi barədə olmuş və həmin İdarələr ləğv edildiyindən həmin bənd də ləğv edilmişdir. Qeyd edilən dəyişikliklərin İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına heç bir əlaqəsi olmamışdır. Ona görə də, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinın 5 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinın 5 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinın 5 sentyabr 2024-cü il tarixli, 2(025)-1304/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1161/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1161/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver