Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1172/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(075)-1560/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 01 iyun 2(075)-3416/2017 saylı qətnaməsi ilə müəyyən dilmiş alimentin miqdarını dəyişərək uşaqları 23 iyul 2012-ci il təvəlüdlü X4 və 30 iyul 2013-cü il təvəlüdlü X1 yetkinlik yaşına catanadək saxlanılmaları üçün hər uşağa ayda 220 manat sabit pul məbləğində alimentin və hər uşaga hər ayda 200 manat əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(075)-1560/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 23 iyul 2012-cü il təvəllüdlü X6 və 30 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 56 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Şəki Rayon Məhkəməsinin sədri X13 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə maraqlarına toxunan şəxs X5 Şəki rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Şəki rayon məhkəməsinə daxil olmuşdur. Həmin şikayətə baxılması zərurəti ilə əlaqədar olaraq Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-1560/2023 saylı mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)- 1172/2023 nömrəli mülki iş üzrə apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 22 sentyabr 2023-cü il tarixli 2(107)- 1172/2023 nömrəli qərardadı ləğv edilsin. İş Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X5 verdiyi apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Şəki Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1172/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1172/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver