Məhkəmə qərarları › İş №2(107)-1179/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1179/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1179/2025 08.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment miqdarının dəyişdirilməsi” tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(033)-1146/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-426/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qazancının ½ hissəsinin 1/3 hissəsi, yəni aylıq qazancının 1/6 hissəsi məbləğində alimentin xx.xx.2015-ci il tarixdə doğulmuş X8, xx.xx.2016-cı il doğulmuş X9 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 ilə olan nikahlarından xx.xx.2015-ci il tarixdə X14 və xx.xx.2016-cı il tarixdə X15 adlı övladlar doğulmuşdur. Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-2201/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artılaraq hər ay hər uşağa 180 manat aliment Cavabdeh1 xeyrinə tutulması qərara alınmışdır. İkinci ailə həyatı qurduğu X4 qızı ilə olan nikahlarından xx.xx.2023-cü il tarixdə X6 adlı övladları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(033)-426/2025 saylı qətnaməsi ilə X4 qızı ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından 01 noyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 yanvar 2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment iddiaçı X4 qızının xeyrinə tutulması qərara alınmışdır. Qeyd etmək istəyir ki, onun 3 övladı var, ancaq alimentin miqdarı 3 uşaq arasında bərabər, yəni ədalətli şəkildə bölünməmişdir. O, 1376 manat məbləğində əmək haqqı alır (bu fakt məhkəmə qətnaməsi ilə müəyyən edilib), onun əmək haqqının ¼ hissəsi 344 manat təşkil edir. Deməli Zaqatala rayon Məhkəməsinin qətnaməsi ilə 1 uşağa 344 manat aliment, lakin birinci nikahdan doğulmuş 2 uşağa hər birinə 180 manat olmaqla birlikdə 360 manat aliment müəyyən olunmuşdur. O, 3 övladına bərabər şəkildə aliment ödəmək istəyir. Zaqatala rayon məhkəməsi alimentin miqdarını müəyyən edərkən onun birinci nikahından doğulmuş 2 övladının da olduğunu, onlara da aliment ödədiyi nəzərə almamışdır. Məhkəmənin qəbul etdiyi qərar da ədalətli olmalı və qərar iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırıldıqdan sonra qəbul olunmalıdır. Ona görə də o, aliment miqdarının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edir. Belə ki, həmin maddədə qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində Yevlax Rayon Məhkəməsinin 2(039)-1428/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi sözlərini yazmağı unutduğundan iddia tələbinin “xahiş edirəm” hissəsinin aşağıdakı qaydada qəbul edilməsini xahiş etmişdir: “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-426/2025 nömrəli qətnaməsi və Yevlax Rayon Məhkəməsinin 2(039)- 1428/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qazancının ½ hissəsinin 1/3 hissəsi, yəni aylıq qazancının 1/6 hissəsi məbləğində alimentin xx.xx.2015-ci il tarixdə doğulmuş X8, 1/6 hissəsinin xx.xx.2016-cı il doğulmuş X9 və 1/6 hissəsinin xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmasına dair qətnamə çıxarasınız”.

Birinci instansiya məhkəməsində icraat:

3. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddiaçının əsaslandığı hallar faktiki vəziyyəti əks etdirmir. İddiaçı iddia ərizəsində ilkin nikahından anadan olmuş iki uşağın varlığının və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin edilməsinin Zaqatala Rayon Məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etsə də, Zaqatala rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(033)-426/2025 saylı qətnaməsinin əsaslandırıcı hissəsindən Yevlax Rayon Məhkəməsinin 2(039)-2201/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin nəzərə alınaraq aliment təyin edildiyi aşkar surətdə görünür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Qeyd etmək istəyir ki, iddiaçıdan tələb etdiyi və məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment miqdarı ailə qanunvericiliyinin tələblərinə uyğundur və qeyd edilən aliment məbləğinin iddiaçıdan tutulması onun digər nikahdan anadan olmuş 2 uşağının təminat almaq hüquqlarını məhdudlaşdırmır və ya həmin uşaqların mənafeyinə hər hansı şəkildə təsir etmir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(033)-426/2025 saylı qətnaməsinin qanuni qüvvəsini almasından 4 aya yaxın müddət keçmiş və iddiaçının gəlirlərində və maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olmamışdır. Zaqatala rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-426/2025 saylı qətnaməsi ilə himyəsində saxlanılmış X6 1 yaş 9 aylıqdır. İddiaçı uşağın təminatında başqa formada iştirak etmir. Uşağın saxlanmasında çətinlik olduğundan özü qismən ödənilən sosial məzuniyyətə çıxmaq məcburiyyətində qalmışdır və əlavə gəlir yeri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə uşağın 3 yaşına çatanadək arvadın keçmiş ərdən aliment təminatı almaq hüququ olduğu halda, iddiaçının maddi vəziyyətini ağırlaşdırmamaq üçün qeyd edilən hüququndan istifadə etməmişdir və bu günki gündə iddiaçıdan himayəsində olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin azaldılması uşağın təminatının və onun hazır ki həyat şəraitinin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnəcəkdir. Odur ki, İddiaçı iddia tələbinin onun aid hissədə rədd edilməsini xahiş edir.

4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş və bildirmişdir ki, o aliment məbləğinin azaldılması iddiasını qaldırmamışdır. Sadəcə olaraq hər üç uşağı üçün bərabər miqdarda aliment ödənilməsini istəyir. Belə ki, birinci nikahından dünyaya gəlmiş iki uşaq üçün ümumilikdə 360 manat aliment tutulmasına baxmayaraq, ikinci nikahından doğulmuş bir uşağı üçün 344 manat aliment ödəyir. Hesab edir ki, bu hal uşaqları üçün ədalətsiz bir vəziyyət yaradır. Həmçinin hesab edir ki, ikinci nikahdan doğulmuş övladı üçün aliment təyin edilən məhkəmə posessi də düzgün keçirilməmişdir. Hakim qərar qəbul edərkən onun əvvəlki nikahdan dünyaya gəlmiş iki övladının olmasını və onlar üçün də aliment ödəməsini nəzərə alımamışdır. Hazırda iddia qaldıraraq onun birinci nikahdan doğulmuş övadlarının da nəzərə alınmasını xahiş edir. Belə ki, o hazırda ödədiyi 704 manatın aşağı salınmasını istəmir, sadəcə həmin məbləğin uşaqları arasında bərabər və ədalətli şəkildə bölünməsini tələb edir.

5. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 24 sentyabr 2025-ci il tarixli, e-2(033)-1146/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 2(039)-1428/2024 saylı, xx.xx.2024-cü il tarixli və Zaqatala Rayon Məhkəməsinin e-2(033)-426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentlərin miqdarı dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay İddiaçı qazancının və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi miqdarında, yəni İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 qızına, İddiaçı qazancının və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi, yəni hər ay hər uşağa görə qazancının və başqa gəlirlərinin 1/6 hissəsində, cəmi iki uşağa görə qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq 06 fevral 2015-ci il təvəllüdlü X8 və 12 noyabr 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 11 aprel 2014-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 06 fevral 2015-ci il təvəllüdlü X14 və 12 noyabr 2016-cı il təvəllüdlü X15 adlı övladları dünyaya gəlmişdir. 25 sentyabr 2018-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin 2(039)-2201/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanmış və onların saxlanması üçün hər ay hər uşaq üçün 154 manat alimentin İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. xx.xx.2024- cü il tarixdə Yevlax Rayon Məhkəməsinin 2(039)-1428/2024 saylı qətnaməsi ilə qeyd edilən aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 180 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə cavabdeh KazımovaX13 ilə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 01 noyabr 2023-cü il X6 adlı övladları dünyaya gəlmiş, xx.xx.2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-426/2025 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları ananın himayəsində saxlanmış, onun saxlanması üçün İddiaçı əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda ödədiyi ümumi aliment məbləğinin qanunamüvafiq qaydada hər iki nikahdan dünyaya gəlmiş övladları arasında bərabər və ədalətli şəkildə bölünməsini xahiş etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. İlkin olaraq qeyd olunmalıdır ki, ailə hüquq münasibətlərində uşaq hüquqlarına xüsusi önəm verilir və onların hüquqlarına toxunan bütün məsələlərin həllində uşaqların hüquqları üstün tutulur. Uşaq hüquqlarının sırasında uşağın valideynlərindən aliment almaq hüququ xüsusi yer tutur. Çünki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələri). Alimentin məhkəmə qaydasında tutulmasının əsasları isə Ailə Məcəlləsinin 75.4-cü və 76.1-ci maddəsində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.4-cü maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda tutulur. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericilikdə uşaqlardan birinin digərlərinə münasibətdə hər hansı üstünlük verilməmiş, hər birinə bərabər hüquqlar təsbit olunmuşdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən qeyd edir ki, iddiaçının cavabdeh X4 qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 üçün qazancın (başqa gəlirlərin) 1/4 hissəsi məbləğində alimentin tutulması əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hazırda Cavabdeh1 ilə birgə nikahlarından 06 fevral 2015-ci il təvəllüdlü X14 və 12 noyabr 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ümumilikdə 360 manat aliment ödəyir. Bu hal məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğun deyildir və uşaqların mənafeyinin pozulmasına səbəb ola bilər. Göründüyü kimi iddiaçının cavabdeh X4 qızı ilə birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Alpaslan adlı oğulları və Cavabdeh1 ilə birgə nikahlarından 06 fevral 2015-ci il təvəllüdlü Yusif və 12 noyabr 2016-cı il təvəllüdlü İradə adlı uşaqları doğulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı iki müxtəlif nikahdan doğulmuş uşaqları üçün aliment ödəyir. Məhkəmə hesab edir ki, birinci nikahdan doğulmuş 06 fevral 2015-ci il təvəllüdlü Yusif və 12 noyabr 2016-cı il təvəllüdlü İradə adlı uşaqların maraqları və üç uşaq üçün alimentin ödənilməsi ilə bağlı ailə qanunvericiliyinin tələblərini nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-1428/2024 saylı, xx.xx.2024-cü il tarixli və Zaqatala Rayon Məhkəməsinin e-2(033)-426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentlərin miqdarı dəyişdirilərək, hər ay İddiaçı qazancının və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi miqdarında, yəni İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 qızına, İddiaçı qazancının və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi, yəni hər ay hər uşağa görə qazancının 1/6 hissəsində, cəmi iki uşağa görə qazancının 1/3 hissəsində aliment tutularaq 06 fevral 2015-ci il təvəllüdlü X8 və 12 noyabr 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 ödənilməlidir. Məhkəmə qətnamə qəbul edərkən aşağıdakı sənədlərə istinad etmişdir: Yevlax Rayon Məhkəməsinin 2(039)-1428/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(039)-2201/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış və cavabdeh İddiaçı 06 fevral 2015-ci il təvəllüdlü X14 və 12 noyabr 2016-cı il təvəllüdlü X15 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat alimentin iddiaçı Cavabdeh1 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı X4 qızı ilə cavabdeh İddiaçı arasında 03 dekabr 2022-ci il tarixdə 5 saylı Bakı «Asan Xidmət» X7 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 5458 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 01 noyabr 2023-cü il tarixdə doğulmuş X6 anası iddiaçı X4 qızının himayəsində saxlanılmış, tərəflərin birgə nikahından 01 noyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 yanvar 2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment iddiaçı X4 qızının xeyrinə tutulmuş, cavabdeh İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq iddiaçı X4 qızına ödənilmiş, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-00980 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə saat 16:00 saatda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdirlər. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş “iş yerinə dair” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində inzibati işlər və təsərrüfat sektoru müdiri vəzifəsində işləyir və 1376 manat maaş alır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 76.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü və 27.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh X4 qızı apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qəbul edilərkən İddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-2201/2018 saylı qətnaməsi təqdim edilmiş və həmin qətnamə nəzərə alınaraq alimentin 01 noyabr 2023-cü il tarixdə anadan olmuş X1 üçün aliment təyin edilmişdir. Qətnamə İddiaçı tərəfindən mübahisələndirilməmiş və bundan sonra da iddiaçının gəlirlərində azalma olmamışdır. İddiaçı gəlirində və ailə vəziyyətində bir dəyişiklik olmadığı halda “alimentin miqdarının dəyişdirilməsi” barədə iddiasının təmin edilməsi mahiyyət etibarı ilə qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-426/2025 saylı qətnaməsi ilə ziddiyyət təşkil edir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə istinad edilərək aliment payların miqdarının məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla biləcəyi qeyd edilsə də, tərəflərin ailə, maddi vəziyyəti və alimentin miqdarının faktiki azaldılmasına səbəb ola biləcək başqa halların nədən ibarət olması göstərilməmişdir. Mülki işə baxılarkən şəxsən məhkəmə iclasında iştirak edə bilmədiyimdən, iddia tələbinə qarşı yazılı etirazla müraciət etmişəm, qətnamə qəbul edilərkən etirazının məzmunu qətnamədə əks olunsa da, həmin etiraza qarşı münasibətdə Zaqatala Rayon Məhkəməsinin qətnaməsində yer almamışdır. İddiaçının Zaqatala Rayon Məhkəməsinin e-2(033)-426/2025 saylı qətnaməsi və Yevlax Rayon Məhkəməsinin 2(039)-1428/2024 saylı qətnaməsi qəbul edildikdən sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olması sübuta yetirilmir.

11. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(033)- 1146/2025 nömrəli qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbəri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Uşaq hüquqları haqqında” Konvensiya: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. 27.2-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8 nömrəli Qərarı Bənd 8.3. məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.

17. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarı: məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(033)-1146/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

23. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

25. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

26. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın mənafeyi, 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği, iddiaçının maddi vəziyyəti və işin faktiki halları nəzərə alınmaqla, İddiaçı qazancının və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi miqdarında, yəni İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 qızına, İddiaçı qazancının və başqa gəlirlərinin ½ hissəsinin 1/3 hissəsi, yəni hər ay hər uşağa görə qazancının və başqa gəlirlərinin 1/6 hissəsində, cəmi iki uşağa görə qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq 06 fevral 2015-ci il təvəllüdlü X8 və 12 noyabr 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 ödənilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(033)- 1146/2025 nömrəli qətnaməsi cavabdeh X4 qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

29. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Göründüyü kimi iddianın mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırkı iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(033)- 1146/2025 nömrəli qətnaməsi cavabdeh X4 qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar