Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-118/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh və onun nümayəndəsi (vəkil) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(025)-1153/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2008-ci ildə X9 və xx.xx.2009-cu ildə X10 doğulmuşdur. Tərəflər hal-hazırda ayrı yaşayırlar. Onların birgə nikahlarından doğulmuş yuxarıda adları qeyd olunan uşaqlar iddiaçının yanındadırlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X1 üçün hər ay sabit pul məbləğində hər birinə 200(iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat pulun aliment kimi Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh el adəti üzrə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların birgə ər-arvadlıq münasibətindən 2 övladı doğulmuşdur: X9 - xx.xx.2008-ci il təvəllüdlü və X10xx.xx.2009-cu il təvəllüdlü. Cavabdeh onun xalası oğlu olub. Sonradan onlar bir-birini sevib valideyinlərinin razılığı ilə ailə qurmuşdur. Onun ilə cavabdeh həmişə mehriban davranmış, bir həyat yoldaşı kimi ona nəvaziş və qayğı göstərmişdir. Bir həyat yoldaşı kimi onun bütün istək və arzularını yerinə yetirərək daim qulluğunda durmuşdur. Onların aralaırnda heç bir vaxt dava-dalaş olmamışdır. Daim bir ər-arvad kimi bir-birini başa düşmüşlər. Ailə qurduqdan 9 ay sonra bütün cehiz əşyaları cavabdehin valideyinlərinin yaşadığı, qardaşının adına olan onlara ayrılmış evdə qalmış və onlar Baki şəhərinə getmişdi. Cavabdeh maşın təmiri ilə məşğul olduğundan Bakı şəhərində iş çoxluğundan rahat pul qazanması mümkün olmuşdur. Buna görə də son zamanlara kimi Bakı şəhərində ailəsi ilə birlikdə yaşamışdılar. 2019-cu ilin son aylarında əməliyyat olmuşdu. xx.xx.2019cu ildə qaynının toyu olmalı idi. Əməliyyatdan yeni çıxmağına baxmayaraq, toyda qulluq etmək, əl-ayaq vermək məqsədi ilə ailəlikcə kəndə gəldilər. Toy qurtardıqdan bir neçə gün sonra onlar birlikdə Bakı şəhərinə qayıtmalıydılar. Toydan sonra cavabdehin evdə olmağığını görüb, onun ilə telefon əlaqəsi yaratdı. Cavabdeh ona dedi ki, “mən Bakıdayam”. Ona dedi ki, “bəs biz?”, o dedi ki, “siz elə orada qalın”. Həmin vaxta kimi onların yaxşı münasibəti olub. Aralarında heç bir narazılıq olmayıb. Cavabdehin valideyinlərinin də həmişə hörmətini saxlamış, qulluqlarında durmuşdur. Ailənin dağılma səbəbi bu günə kimi ona aydın deyil. Cavabdeh getdikdən sonra heç bir vaxt onlara pul göndərməyib, uşaqlarına heç bir maddi yardım etməyib. Uşaqların nə yeməsi, nə içməsi bir ata kimi onu maraqlandırmamışdır. Son vaxtlar, o, mediasiya qrumuna etdiyi müraciətlə bağlı uşaqların yanına gəlmiş və uşaqlarla görüşmüşdür. Lakin mediatorun rəsmi çağrışına gəlməmişdir. Buna görə də mənə arayış verilmiş və izah edilmiş ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etsin. Hazırda ona və azyaşlı uşağına yaşlı anası baxır. Cavabdeh isə uşaqlarının maddi tələbatı ilə maraqlanmır. Cavabdeh maşın ustasıdır, maşınların təmiri ilə məşğul olur. Aylıq gəliri yaxşıdır. İstəsə hər ay hər uşağa görə onun xeyrinə 200 (iki yüz) manat məbləğində aliment ödəyə bilər. Lakin cavabdeh könüllü uşağa baxmaq istəmir. Buna görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli oldu.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı - İddiaçı ilə xx.xx.2007-ci il tarixdə ailə həyatı qurmuşdur. Onların xx.xx.2009-cu ildə Rəvan adlı, xx.xx.2008-ci ildə Muraq adlı oğlu dünyaya gəlmişdir. Hal-hazırda Bakıda işləyir. Uşaqların maddi tələbatlarını özü qarşılayır. İddiaçı tərəfindən məhkəməyə nikahın pozulması barədə rəsmi müraciət olunana qədər iddiaçıya aliment ödəmək fikri yoxdur. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuşdur. Hazırda iddiaçı 26 sentyabr 2008-ci il təvəllüdlü X7 və 31 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 200 (iki yüz) manat məbləğində alimentin tutulmasını tələb edir.
7. Məhkəmə uşağın mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 200 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi.
8. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
9. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 26 sentyabr 2008-ci il təvəllüdlü X7 və 31 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 42.80 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.
11. Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(025)-1153/2022 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Cavabdeh 05 avqust 2022-ci il tarixdən başlayaraq 26 sentyabr 2008-ci il təvəllüdlü X7 və 31 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 42 (qırx iki) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İş materiallarında olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə verilmiş Doğum haqqında arayışdan görünür ki, X10 31 dekabr 2009-cu ildə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur.
14. İş materiallarında olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə verilmiş Doğum haqqında arayışdan görünür ki, X9 26 sentyabr 2008-ci ildə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur.
15. İşdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2022- ci il tarixdə verilmiş 05/Q-91/69 saylı nikah haqqında arayışdan görünür ki, İddiaçı 26 noyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir.
16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı məhkəmə zamanı qismən etiraf etmişdir ki, uşaqlara cavabdehin anası baxır. Həqiqətdə də uşaqlara onun ata-anası və mən baxıram. Buna baxmayaeaq uşaqların anaları ilə mütəmadi ünsiyyət saxlamasına heç bir maneçilik yaratmırıq. İddiaçı istədiyi vaxt uşaqlarla ünsiyyət saxlayır. Lakin uşaqlara heç bir maddi yardım göstərmir. Ona görə də məhkəmənin qətnaməsi ləğv edilməlidir. İddiaçı uşaqların onun yanında olmasına dair hər hansı bir sənəd də təqdim etməmişdir.
18. Məhkəmədə uşaqların kimin yanında qalması müəyyən edilməmişdir. Bu fakt iddiaçının qismən etirafı ilə və onun məhkəməyə təqdim edəcəyi Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Bunud kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 31 oktyabr 2022-ci il tarixli, 215 saylı arayışı ilə təsdiq olunur.
19. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(025)- 1153/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022ci il tarixli 2(025)-1153/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(025)- 1153/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməyən hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyatorun birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlardan müəyyən olunur ki, o, Bakı şəhərində işləməklə orada yaşayır. İddiaçının birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlardan müəyyən olunur ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək uşaqlar davamlı olaraq onun yanında yaşamışlar. Ona görə də, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən alimentin tutulmasının əvvəlini iddia ərizəsinin verildiyi 5 avqust 2022-ci il tarixdən hesablamışdır. Qətnamə çıxarıldıqdan sonra uşaqlar baba və nənəsinin yaşadığı evə tez-tez getsələr də, əsasən iddiaçının yanında yaşamışlar və onların saxlanılması yükü bütünlüklə iddiaçının üzərinə düşmüşdür. Cavabdeh isə iddiaçıdan, uşaqlarından, həmçinin öz valideynlərindən belə ayrı yaşamaqla uşaqların saxlanılması üçün heç bir yardım göstərmir. Ona görə də, birinci instansiya məhkəməsi cavabdehdən aliment tutulmasını qət etməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi Qəbələ rayon İHB-nin Bunud kənd İƏDÜN-nin 31 oktyabr 2022-ci il tarixli 215 nömrəli arayışına münasibət bildirərək qeyd edir ki, həmin arayışda göstərilən (uşaqların maddi təminatı atası, baba və nənəsi tərəfindən qarşılanır) məlumatları nümayəndənin hansı mənbədən alması məlum deyildir. Ona görə də, həmin arayış sübut kimi qəbul edilməmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(025)-1153/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2(025)-1153/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev