Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1180/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli 2(037)-193/2021 nömrəli qərardadından cavabdeh "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, Cavabdeh1 və "Cavabdeh3" ASC-yə qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh "Cavabdeh3" ASC İsmayıllı Rayon Məhkəməsinə ərizə göndərərək hazırkı işin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 19 aprel 2021-ci il tаrixli 2(037)-193/2021 nömrəli qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, Cavabdeh1 və "Cavabdeh3" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdeh "Cavabdeh3" ASC-nin vəsatəti təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli 2(037)-193/2021 nömrəli qərardadından cavabdeh "Cavabdeh3" ASC şikayət verərək qərardadın ləğv edilməsi və məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizənin təmin olunması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçılar İsmayıllı rayon İcra və Probasiya şöbəsini cavabdeh qismində göstərsələr də ona qarşı hər hansı iddia tələbi irəli sürməmişlər. Mübahisələndirilən icra qeydi Bakı şəhəri 51 saylı Notariat Kontoru tərəfindən "Cavabdeh3" ASC-nin müraciətinə əsasən verilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra qeydinin verilməsində və ya onun ləğv olunmamasında hüquqi marağı yoxdur və o, icra orqanı kimi yalnız həmin icra qeydinin məcburi icrasını həyata keçirir. Mübahisə icra qeydinin icrası ilə deyil, özü ilə bağlıdır. Odur ki, iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilməsindən asılı olmayaraq ona qarşı hər hansı iddia tələbi irəli sürülmədiyi üçün İsmayıllı rayon İcra və Probasiya şöbəsi Mülki Proesessual Məcəllənin 50.3-cü maddəsinə görə bu tələb üzrə cavabdeh hesab oluna bilməz. Belə olan halda hazırkı iddia ləğvi tələb olunan icra qeydini vermiş ünvan ünvanı üzrə Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinə verilməlidir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(037)193/2021 nömrəli qərardadının ləğv edilməsi və məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizənin təmin olunması haqqında qərardad çıxarılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(037)-193/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli 2(037)-193/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 03 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 31.1-ci mаddəsinin tələbinə görə, аidiyyət qаydаlаrının pozulmаsınа yol verilmir. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin İV fəsli, 33-45-ci maddələri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi iddiaçılar iddia tələbində üç cavabdeh göstərərək Cavabdeh1 hüquqi ünvanı üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh "Cavabdeh3" ASC-nin mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməməlidir. Hazırkı işə İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanunvericiliyə uyğun olduğuna görə, məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır. Şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli 2(037)-193/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 03 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1180/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1180/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver