Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1201/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh görə ondan tutulan 2310 manat 81 qəpik məbləğində borcun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 avqust 2016-cı il tarixdə “xxxx” ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin kredit müqaviləsinə əsasən borcalan Cavabdeh kreditordan 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir qəpik) manat məbləğində pul götürərək hər ay 80 manat olmaqla borcu 48 ay müddətinə geri qaytarmaq öhdəliyini öz üzərinə götürür. 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi səbəbindən bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Borcluların gəlirlərindən 50 faizin tutulması ilə bağlı icra orqanına müraciət edilmiş, lakin banka icra qaydasında vəsait daxil olmamışdır. Borcun tutulması istiqamətində tutulmalar onun əmək haqqı kartına yönəldilmişdir. Qəbələ Rayon Məhkəməsi müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin bütün pul onun yarım aklad əmək haqqı kartından tutulmuşdur. Hal-hazırda onun bir neçə ciddi xəstəliyi ilə əlaqədar uzun müddətli müalicəyə ehtiyacı vardır. Ancaq müalicə etməyə imkanı yoxdur, tək qadındır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə birinci instansiya məhkəməsinə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin 17 fevral 2021-ci il tarixdə keçirilmiş əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli 2(025)-234/2018 nömrəli qətnaməsi ilə ondan və İddiaçı müştərək qaydada cəmi 2310,81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin həmin məbləğ tamamilə onun əmək haqqından tutulmuşdur. Belə ki, o, “28 May” Neft və Qazçıxarma idarəsində işləyir və aldığı əmək haqqından borc məbləği tutulmuşdur. Həmçinin iddiaçı daha əvvəl də reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(025)-2010/2017 nömrəli qətnaməsinə əsasən ondan1477,79 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. O, 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun əmək haqqından tutulduğunu və xxxx tərəfindən bu barədə arayış verildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmşdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 31.08.2016-ci il tarixli Z-149RGTK162440001 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı borcalan Cavabdeh “xxxx” ASC qarşısındakı 31.08.2016-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyevin 14.05.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/18 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədi üzrə borclular Cavabdeh və İddiaçı 2310,81 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh və İddiaçı ünvanlanmış 14.05.2018-ci il tarixli bildişdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/18 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İşdə olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 29 dekabr 2019-cu il tarixli məktubda göstərilmişdir ki, əvvəlki öhdəliklərin icrasında yaranmış çətinlik nəzərə alınaraq borc restrukturizasiya edilmiş və 31 avqust 2016-cı il tarixdə Bankın Qəbələ rayon filialı ilə Cavabdeh arasında 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi vətəndaş İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün Bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Qəbələ Rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 30 yanvar 2018-ci il tarixli 2(025)-234/2018 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 20201-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 saylı, 30.01.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 2310,81 manat məbləğində borc və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində borclu Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyində işlədiyi məlum olmuş və tərəflərindən 04.07.2018-ci il tarixli, 4283/18 saylı təkliflə icra sənədi borclu Cavabdeh çatası əmək haqqından tutulmalar aparılması üçün icra sənədi borclunun iş yerinə göndərilmişdir. Tələbkar “xxxx” ASC 10.03.2020-ci il tarixli, 1235000/24 saylı məktublar icra şöbəsinə müraciət edərək icra sənədi üzrə cavabdehlərin banka olan qalıq borcunu 555 manat kimi göstərmiş və qalıq borcun Cavabdeh əmək haqqına yönəldilməsi xahişini etsələr də, lakin qalıq borc məbləği borclunun əmək haqqına yönəldilməmişdir. Həmçinin icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunu özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməmişdir. İşdə olan, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(025)-2010/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ümumilikdə 1477,79 (bir min dörd yüz yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci, 475.2-ci, 475.3-cü maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli “Mahmudov Rusiyaya qarşı” və 06 mart 2008-ci il tarixli “Qavazov Bolqarıstana qarşı” işləri üzrə qərarlarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinin tələbinə görə, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 31 avqust 2016-cı il tarixdə Bankın Qəbələ rayon filialı ilə Cavabdeh arasında 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi vətəndaş İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Qəbələ Rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 30 yanvar 2018-ci il tarixli 2(025)- 234/2018 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı isə 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun tərəfindən banka ödənildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirmişdir. Cavabdeh isə 2310,81 manat məbləğində borcun onun əmək haqqından tutulduğunu və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Qəbələ Rayon Məhkəməsinin 2(025)- 234/2018 nömrəli, 30.01.2018-ci il tarixli qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş 2310,81 manat məbləğində pul vəsaitinin əmək haqqı kartından tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 20201-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunun özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzi icra şöbəsinə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş və onun iş yerindən və pensiyasından tutmalar aparılması mümkün olmamışdır. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq birinci instansiya məhkəməsi proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasının mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə birinci instansiya məhkəməsi tərəfindən sorğu edilmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)- 234/2018 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən hər hansı ödəniş edilmədiyi, İddiaçı iş yerindən və pensiyasından tutmalar aparılmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası təmin edilməməlidir. İddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1201/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1201/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver