Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1219/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh ünvan 2 direktoru Cavabdeh (Üçüncü şəxslər: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X16 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsi və AR ƏƏSMN yanında DƏMX X16 Şöbəsi) qarşı “azaldılmış əmək haqqının hesablanması” tələbinə mülki iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X8 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı X4 cavabdeh ünvan 2 direktoru Cavabdeh (Üçüncü şəxslər: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X16 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsi və AR ƏƏSMN yanında DƏMX X16 Şöbəsi) qarşı “azaldılmış əmək haqqının hesablanması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, e-2(051)-1407/2025 nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh ünvan 2 direktoru Cavabdeh (Üçüncü şəxslər: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X16 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsi və AR ƏƏSMN yanında DƏMX X16 Şöbəsi) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdə köməkçi müəllim işləyən İddiaçı ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilməsi, əmək haqqının 9-cu dərəcəyə uyğun olaraq hesablanması, 2023-cü ilin may ayından 9-cu dərəcəyə bərpa edilənədək qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsi, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiya xərci olan 60 (altmış) manat pulun cavabdehdən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdə köməkçi müəllim işləyən iddiaçının 2023-cü ilin may ayından 9-cu dərəcəyə bərpa edilənək-xx.xx.2025-ci il tarixədək qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsi, vəkilə xidmət üçün ödənilən 300 manatın və mediasiya xərci olan 60 manat pulun Cavabdeh alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Orta-İxtisas təhsillidir. 1993-cü ildə X11 Kollecinə daxil olmuş və 19 may 1997-ci ildə “İbtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir. Ona “İbtidai sinif” müəllimi ixtisası verilmişdir. Azərbaycan Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. xx.xx.2017-ci il tarixli, 481/1 nömrəli əmrinə əsasən məktəbdə olan 1 A sinfində vakantda olan köməkçi müəllim vəzifəsinı təyin edilmişəm və qanunla müddətsiz əmək müqaviləsi bağlamışdır. Əmək stajına tələb qoyulmadığına görə 7-ci dərəcə ilə əmək haqqı almışdır. Stajı artıqca dərəcəsi də artırdı. Beş ili tamam olduqda isə 9-cu dərəcə ilə əmək haqqı almağa başlamışdır. 2023-cü ilin may ayından hər hansı səbəb olmadan onun ixtisas dərəcəsini 9-cu dərəcədən 7-ci dərəcəyə endirildi. Bu səbəbdən əmək haqqı azaldı. Dəfələrlə məktəb rəhbərliyinə müraciət etməyinə baxmayaraq pozulmuş hüquqları bərpa edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 Şöbəsinə ixtisas dərəcəsinin 9cu dərəcədən 7-ci dərəcəyə endirildiyinə görə məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 Şöbəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektoru Mingəçevir şəhər, B.Şıxəliyev adına 6 saylı tam orta məktəbin direktoruna inzibati tənbeh tətbiq edilməsi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1-ci maddəsinin f bəndinə əsasən işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq işəgötürənin əsas vəzifələrindəndir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə prosesinin gedişində xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilməsi, əmək haqqının 9cu dərəcəyə uyğun olaraq hesablanması, 2023-cü ilin may ayından 9-cu dərəcəyə bərpa edilənədək qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. Belə ki, iddia tələbini qəbul etmir və iddianın rədd olunması haqqında qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Belə ki, iddia tələbi tam əsassızdır. İddiaçının ərizəsində ixtisas dərəcəsinin 9-cu dərəcəyə bərpa edilməsi xahiş olunmuşdur. Lakin məhkəməyə onun tərəfindən təqdim olunmuş sənədlərdən də görünür ki, onun tərəfindən ixtisas dərəcəsi ilkin məhkəmə hazırlıq iclasına qədər artırılmış və bununla bağlı əmr verilməklə tərəfə artıq məlumat verilmişdir. Artıq iddianın predmeti ola bilməyəcək məsələ ilə əlaqədar iddia ilə çıxış etmək hansı dərəcədə doğrudur? O iddiaçıya bu barədə məlumat versə də, iddiasını geri götürməmişdir. Bununla əsassız olaraq məhkəmənin iş yükünü çoxaltmışdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, vəkilə ödənilmş pulu da ödəməlidir. Hansı səbəbdən onun vəkilə ödədiyi pulu verməlidir? O özü iddiaçıya kömək etdiyi təqdirdə və iddia geri götürülməli olduğu halda, nəyə görə vəkilə pul ödəməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, 2023-cü il tarixdən onun ixtisas dərəcəsinin aşağı salınmasından xəbəri olmuş, bununla bağlı Təhsil Sektorunun məktubu ilə tanış olmaqla etiraz etməmişdir. Belə olan halda iddia müddətini keçirmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirmişdir ki, Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdə köməkçi müəllim vəzifəsində çalışır. Həmçinin, ibtidai sinifdə xəstəliyi olan şagirdlərə inklüziv təhsildə dərs keçir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə edərək bildirdi ki, məsələnin məhkəməyəqədər həlli üçün X12 Xidmətinə müraciət etmişdir. Bu zaman əmək qanunvericiliyinin pozuntusu aşkar edilmiş və cavabdehə yol verdiyi pozuntuları aradan qaldırmaq üçün göstəriş verilmişdir. Barəsində 30 gün müddət müəyyən edilmiş və şərti cərimə tətbiq edilmişdir. Bundan sonra cavabdeh ünvan 2 direktoru Cavabdeh tərəfindən iddiaçıya 9-cu ixtisas dərəcəsi verilmişdir. Lakin, iddiaçı 2023-cü ilin may ayından etibarən cavabdehin qanunsuz hərəkətləri nəticəsində aşağı məbləğdə əmək haqqı almışdır. Həmin müddət ərzində 550 manat məbləğində əmək haqqı almalı olsa da, 500 manat əmək haqqı almışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X16 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsi və AR ƏƏSMN yanında DƏMX X16 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.
8. Məhkəmə işə Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X16 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsi və AR ƏƏSMN yanında DƏMX X16 Şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, e-2(051)-1407/2025 nömrəli qətnaməsi ilə (hakim: E.Cəbrayılzadə) iddianın qismən təmin edilməsi, İddiaçı 2024-cü ilin may ayından ixtisas dərəcəsi 9-cu dərəcəyə bərpa edilənədək–xx.xx.2025-ci il tarixədək (dəyişikliyin qüvvəyə minmə tarixinədək) azaldılmış əmək haqqı hesablanaraq ünvan 2 direktoru Cavabdeh tərəfindən ödənilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat və xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat cavabdeh ünvan 2 direktoru Cavabdeh alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəsisəsində köməkçi müəllim kimi çalışmışdır. Stajı artdıqca dərəcəsi də artmış və ona beş ili tamam olduqda 9-cu ixtisas dərəcəsi verilmişdir. 2023-cü ilin may ayında ixtisas dərəcəsi 9-cu dərəcədən 7-ci dərəcəyə endirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq pozulmuş hüquqları bərpa edilmədiyindən məhkəməyə ixtisas dərəcəsinin bərpa edilməsi və azaldılmış əmək haqqının yenidən hesablanaraq ödənilməsinə dair müraciət etmişdir. Sonradan cavabdeh tərəfindən məhkəmə prosesi gedişində xx.xx.2025-ci il tarixli əmr ilə iddiaçının ixtisas dərəcəsi 9-cu dərəcəyə bərpa olsa da, əvvəlki illərə dair yəni, 2023-cü ilin may ayından etibarən ödənilməyən əmək haqqının ona ödənilməsindən imtina edilmiş, eyni zamanda cavabdeh əmək haqqının ödənilməsi ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbi ilə yaranmış mübahisənin həll edilməsini əmək mübahisəsi kimi təqdim etmiş, buradan aydın görünür ki, işdə olan sənədlərə əsasən iddiaçı ilə cavabdeh arasında əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi müqaviləsi bağlanmışdır.
12. Ona görə də məhkəmə hesab etmişdir ki, mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları tətbiq edilməlidir.
13. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab etmişdir ki, ərizə qismən əsaslıdır. Belə ki, iddiaçının 2023-cü ilin may ayından etibarən azaldılmış əmək haqqını tələb etməsi qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə əlaqədar olaraq qismən əsassızdır. Belə ki, iddiaçıya ödənilməli olan azaldılmış əmək haqqı məbləği iddia tələbində qeyd olunan 2023-cü ilin may ayı tarixindən deyil, 2024-cü ilin may ayı tarixindən etibarən hesablanaraq ödənilməlidir. 14.Belə ki, iddiaçı 2025-ci ilin may ayından mediasiya müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb etmişdir. İddiaçı tərəfindən istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməli və 2024-cü ilin may ayından ixtisas dərəcəsi 9-cu dərəcəyə bərpa edilənədək – xx.xx.2025-ci il tarixədək (dəyişikliyin qüvvəyə minmə tarixinədək) azaldılmış əmək haqqı hesablanıb iddiaçıya verilməlidir. 15.Həmçinin, mediasiya xərci üçün ödənilmiş 60 manat mediasiya xərci tutulub iddiaçıya ödənilməlidir. 16.Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 16:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir, işdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. 17.Həmçinin, vəkilə hüquqi xidmət göstərməyə görə “Konsensus” Vəkil Bürosunun vəkili Vəkil ödənilmiş 300 manat xərcin cavabdeh ünvan 2 direktoru Cavabdeh alınıb İddiaçı ödənilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə, 156.1, 156.2, 172, 288, 296-cı maddəsinin 3 və 4-cü bəndləri, 297-ci maddələrinə, Azərbaycan Respublikası “Mediasiya haqqdında” Qanunun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
20. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi İddianı qismən təmin etməklə prosessual və maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, həmin qətnamə qanunsuz və əsassızdır.
21. cavabdeh məhkəməyə iddiaya münasibətdə etiraz ərizəsi göndərmişdir. Ancaq iddiaya münasibətdə etiraz ərizəsində iddia müddətinin tətbiqi də qeyd edilmişdir. Amma qanunvericilikdə iddia müddətinin tətbiqi barədə birbaşa ərizənin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 375-ci maddəsində göstərilir ki, qətnamə çıxarılana qədər cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməlidir. Göründüyü kimicavabdeh iddia müddətinin tətbiqi barədə ərizə yox, iddiaya münasibətdə etiraz yazmışdır. Etirazda isə iddia müddətinin tətbiqini xahiş etmişdir. Digər tərəfdən iş materiallarına baxanda müəyyən olunur ki, cavabdeh tərəfindən 2 dəfə direktor Cavabdeh 03 iyul 2025-ci iltarixli, 31 saylı və onun müavini E.F.Səlimov 30 iyul 2025-ci iltarixli, 26 saylı məktublarda Regional Təhsil İdarəsinə hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasını etiraf edərək, 23 may 2023-cü il tarixdən 2025-ci ilin iyun ayına qədər ödənilməyən 9-cu dərəcə təsnifatından 7-ci dərəcə təsrifatına endirildiyinə görə əmək haqqının azaldılması hissəsində ödənilməyən əmək haqqının ödənilməsi xahiş edilmişdir. Bu onu göstərir ki, cavabdeh iddianı qəbul edir və bildirir ki, həqiqətən də iddiaçının hüquqları pozulmuşdur. xx.xx.2023-cü il tarixdən 2025-ci ilin iyun ayına kimi ödənilməyən əmək haqqısı ödənilməlidir.
22. Digər tərəfdən iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-29/2-KOL-6805- 4/2023 saylı və 19 noyabr 2024-cü il tarixli, 3-17-5/2-14-83054/2024 saylı cavablardan görünür ki, iddiaçı əmək haqqında azalmalar olduqdan sonra yəni 9-cu dərəcə təsnifatından 7-ci dərəcə təsnifatına endirildiyindən sonra iddiaçı 2023-cü ilin iyun ayından 2024-cü ilin noyabr aylarında Regional Təhsil İdarəsinə və Əmək Müfəttişliyinə şikayətlər ünvanlamışdır. Ancaq bu şikayətlərə baxılıb müsbət qiymət verilməmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı yuxarı orqanlara müraciətlər etmişdir. Ancaq yuxarı orqanlar iddiaçınınmüraciətlərinə düzgün qiymət verilməmişdir.
23. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 şöbəsinin 25 iyun 2025-ci il tarixli, 3-17-5/2-M-57976/2025 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, ünvan 1 direktoru Cavabdeh barəsində xx.xx.2025-ci il tarixli, MN0020769 saylı qərarı ilə şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. Bu da onu əsas götürür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 şöbəsi cavabdeh tərəfindən işçinin hüquqlarının pozulmasını müəyyən etmiş və işə götürənə göstəriş verilmişdir. Göstərişdə bildirilmişdir ki, 7-ci dərəcə təsnifatından 9-cu dərəcə təsnifatına yüksəldilməsi və 2023- cü ilin may ayının 2025-ci ilin iyun ayına kimi işçinin əmək haqqısının ödənilməsi tələb edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 şöbəsinin göstərişindən sonra işə götürən tərəfindən 9-cu dərəcə təsnifata yüksəldilmiş olsa da, 2023-cü ilin may ayından 2025-ciilin iyun ayına qədər olan müddətə kəsilmiş əmək haqqının ödənilməsi təmin edilmədiyi üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 şöbəsi həmin icra sənədinə cərimə tətbiq etmiş, o da məktəbin direktoru Cavabdeh tərəfindən ödənilmişdi.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 şöbəsinin 21 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-M107767/2025 saylı iddiaçıya ünvanlanmış məktubdan görünür ki, ünvan 2 direktoru Cavabdeh barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə şərti olaraq inzibati cərimə tətbiq edilmiş qərar qanuni qüvvəsini almış, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Qərarın tələblərinə uyğun tam məbləğdə hesablanıb ödənilməsini təmin etməmişdir. Ona görə də ünvan 2 direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarına əsasən 700 (yeddi yüz) manat inzibati cərimə edilmişdir. Bundan başqa Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, eyni tələblə rəfiqəsi, başqa məktəbin işçisi məhkəməyə müraciət etmiş, onun iddiası tam olaraq təmin edilmişdir. Apellyasiya şikayətinə əlavə etdiyi Mingəçevir Şəhər Məhkəməsinin 04 sentyabr 2026-ci il tarixli, e-2(051)-1405/2025 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh Mingəçevir Şəhər R.Muradov adına X9rşı 2023-cü ilin may ayından xx.xx.2025-ci il tarixədək azaldılmış əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, X1 2023-cü ilinmay ayından xx.xx.2025-ci il tarixədək azaldılmış əmək haqqı hesablanaraq ona ödənilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat və xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat X5 alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 sentyabr 2026-ci il tarixli, e-2(051)-1405/2025 saylı qətnaməsi qanuni qüvvəsini almış, icra mərhələsindədir. Məhkəmə işə baxarkən kəsilmiş əmək haqqı ilə mürcaiət edilən gündən bir il geridən hesablanmasında işçinin hüqularını pozmuşdur, ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli,e-2(051)- 1407/2025 saylı qətnaməsi iddianın qismən təmin edilmə hissəsində ləğv edilməli, iddia tam təmin edilməlidir.
25. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, e-2(051)- 1407/2025 saylı qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilməsini, iddianın təmin edilməyən hissədə təmin edilməsini, 2023-cü ilin may ayından-2024-cü ilin may ayınadək qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh ünvan 2 direktoru Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X16 Təhsil İdarəsinə, Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsi və AR ƏƏSMN yanında DƏMX X16 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 156.2-ci maddəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
35. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
37. İddiaçı apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli,e-2(051)-1407/2025 nömrəli qətnaməsini qismən, yəni iddiasının təmin olunmayan hissəsində mübahisələndirmişdir.
38. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli,e-2(051)-1407/2025 nömrəli qətnaməsini mübahisələndirilən hissədə əsaslılığını yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
40. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəsisəsində köməkçi müəllim kimi çalışmışdır. Stajı artdıqca dərəcəsi də artmış və ona beş ili tamam olduqda 9-cu ixtisas dərəcəsi verilmişdir. 2023-cü ilin may ayında ixtisas dərəcəsi 9-cu dərəcədən 7-ci dərəcəyə endirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq pozulmuş hüquqları bərpa edilmədiyindən məhkəməyə ixtisas dərəcəsinin bərpa edilməsi və azaldılmış əmək haqqının yenidən hesablanaraq ödənilməsinə dair müraciət etmişdir. Sonradan cavabdeh tərəfindən məhkəmə prosesi gedişində xx.xx.2025-ci il tarixli əmr ilə iddiaçının ixtisas dərəcəsi 9-cu dərəcəyə bərpa olsa da, əvvəlki illərə dair yəni, 2023-cü ilin may ayından etibarən ödənilməyən əmək haqqının ona ödənilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən 2023-cü ilin may ayından 9-cu dərəcəyə bərpa edilənədək-xx.xx.2025-ci il tarixədək qanunsuz olaraq azaldılmış əmək haqqının hesablanaraq ödənilməsini tələb etmiş, eyni zamanda cavabdeh əmək haqqının ödənilməsi ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. 43.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya ödənilməli olan azaldılmış əmək haqqı məbləği iddia tələbində qeyd olunan 2023-cü ilin may ayı tarixindən deyil, 2024-cü ilin may ayı tarixindən etibarən hesablanaraq ödənilməlidir.Belə ki, iddiaçı 2025-ci ilin may ayından mediasiya müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb etmişdir. İddiaçı tərəfindən istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməli və 2024-cü ilin may ayından ixtisas dərəcəsi 9-cu dərəcəyə bərpa edilənədək – xx.xx.2025-ci il tarixədək (dəyişikliyin qüvvəyə minmə tarixinədək) azaldılmış əmək haqqı hesablanıb iddiaçıya verilməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
45. Belə ki, iş materiallarından görünür ki, 2023-cü ilin may ayında iddiaçının ixtisas dərəcəsi 9-cu dərəcədən 7-ci dərəcəyə endirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X16 şöbəsinin 11 noyabr 2024-cü il tarixli, 3-17-5/2-14-83054/2024 nömrəli məktubundan görünür ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı əmək müfəttişliyinə xx.xx.2024-cü il tarixdə, yəni təxminən bir il dörd ay sonra müraciət etmiş, əmək müfəttişliyinin araşdırması tamamlandıqdan sonra isə mediasiyaya, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir.
46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
47. Göründüyü kimi İddiaçı əmək müfəttişliyinə müraciət etdikdə artıq onun hüquqlarının pozulduğu vaxtdan 1 il 4 aya yaxın müddət keçmişdir. Cavabdeh isə əmək haqqının ödənilməsi ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir.
48. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ümumi fikirlərdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
50. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-1407/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın mübahisələndirilən hissəsi beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli,e-2(051)- 1407/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.