Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1229/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilməmiş əmək haqqı, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə” dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)- 407/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X2, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayından 2022-ci ilin iyul ayının 5-nədək Qax rayon Notariat ofisində mütəxəssis kimi işləmişdir. Müqavilə üzrə onun əmək haqqı 300 manat olmalı idi. Ona əmək haqqı kartı verilməmişdir. Ona nağd şəkildə və yaxud bank vasitəsi ilə əmək haqqı verilməmişdir. Bundan vaxtında şikayət etməməsinin səbəbi işlədiyi müddətdə maddi imkanının yaxşı olması, əmək haqqına ehtiyacının olmamasıdır. Hazırda isə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 qarşı “01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsi tələbi”nə dair iddiasının iddia müddəti keçdiyindən rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Qax Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qax notariat ofisində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək intizamını pozduğuna görə Qax notariat ofisinin xüsusi notariusu X5 tərəfindən akt tərtib edilmiş və ona xx.xx.2022-ci ci il tarixdə töhmət verilmiş, xx.xx.2022-ci ıl tarixdən 2021-2022-ci iş ili üçün 21 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət müddəti bitdikdən sonra xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamış, bunun üçün barəsində xx.xx.2022-ci ıl tarixli və xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X2, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, qanunvericilik işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 il ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə, şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Hazırkı iddia tələbi üzrə iddiaçı bildirir ki, 05 iyul 2022-ci il tarixdən işdən kənarlaşdırılmış, 01 mart 2020-ci ildən 05 iyul 2022-ci il tarixədək ona əmək haqqı ödənilməmişdir. İddiaçı 12 may 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişməsi zamanı cavabdehin nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddənin 2-ci bəndi, 296-ci maddənin 3-cü bəndi, 296-ci maddənin 4-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 77.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda mütəxəssis vəzifələrində işləmişdir. İş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X3 05 iyul 2022ci il tarixli əmri ilə qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X5 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək olan müddətdə ona əmək haqqı ödəməmişdir. Belə ki, işlədiyi müddətdə cavabdehlə şəxsi dostluq münasibəti olmuş və maddi vəziyyəti yaxşı olduğundan əmək haqqı almamışdır. Cavabdeh də həmin müddət ərzində əmək haqqının yığıldığını və ona nə vaxt lazım olarsa verəcəyini bildirmişdir. Onun adına həmin dövr üçün əmək haqqı kartının da açılmadığını bilməmişdir. İşə başladığı vaxtdan əmək haqqısı sabit olaraq aylıq 300 (üç yüz) manat olmuşdur. Yəni, hal hazıradək iş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X3 ona ödənilməmiş əmək haqqısı 27 (iyirmi yeddi) ay üzrə ümumilikdə 8100 (səkkiz min bir yüz) manat (27 ay x 300 manat) təşkil edir. Bu səbəbdən də ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ödənilməsi tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdehin müvafiq əmri ilə işdən çıxarıldıqdan sonra qeyd etdiyi hallar ona məlum olmuş və qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən 27 ay ərzində ona əmək haqqı ödənilməsinə dair heç bir sübut olmadığı halda iddia müddəti tətbiq edərək əsassız qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. Qeyd olunanalara əsasən Qax Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(024)- 407/2023 saylı qətnaməsinin ləğv edilməsi, cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X2 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi 27 ay üçün hesablanmış ümumilikdə 8100 manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsinin ləğv edilməsi, cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X2 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi 27 ay üçün hesablanmış ümumilikdə 8100 manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusunun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməmiş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 564,04 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsi qismən iddianın təmin edilməyən 564,04 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusundan 564,04 manat ödənilməyən əmək haqqı alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Qax notariat ofisinin xususi notariusu X5 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qax notariat ofisində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək intizamını pozduğuna görə Qax notariat ofisinin xususi notariusu X5 tərəfindən akt tərtib edilmiş və ona xx.xx.2022-ci ci il tarixdə töhmət verilmiş, xx.xx.2022-ci ıl tarixdən 2021-2022-ci iş ili üçün 21 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət müddəti bitdikdən sonra iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamış, bunun üçün barəsində xx.xx.2022-ci ıl tarixli və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab etmişdir ki, iddia tələbi iddia müddəti keçdiyindən tam rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etmişdir. 12 may 2023-cü il tarixdən geriyə 2022-ci ilin may ayının 12-nə kimi bir illik iddia müddəti şamil edilməlidir. Kollegiya hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edildiyindən, iddiaçının ödənilməyən əmək haqqı, yəni iddia müddətinin şamil edilmədiyi müddət, 12 may 2022-ci ildən, xx.xx.2022-ci il tarixədək hesab edilməlidir. 2022-ci il may ayı üçün ümumi iş günləri 18 gün, əmək haqqı hesablanan iş günləri 13 gün, hesablanan əmək haqqı 300/18*13=216,67 manat, iyun 2022 ümumi iş günləri 20 gün, əmək haqqı hesablanan iş günləri 20 gün, hesablan əmək haqqı 300 manat, iyul 2022 ümumi iş günləri 19 gün, əmək haqqı hesablanan iş günləri 3 gün, hesablanan əmək haqqı 300/19*3=47,37 manat, cəmi: 216,67+300+47,37=564,04 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçının ödənilməyən 564,04 manat hissəsinə münasibətdə idda müddəti iddiaçı tərəfindən ötürülmədiyinə görə iddia tələbinə bu hissədə iddia müddəti tətbiq edilməməlidir. İddiaçı şikayətində qeyd etmişdir ki, işlədiyi müddətdə cavabdehlə şəxsi dostluq münasibəti olmuş və maddi vəziyyəti yaxşı olduğundan əmək haqqı almamışdır. Cavabdeh də həmin müddət ərzində əmək haqqının yığıldığını və ona nə vaxt lazım olarsa verəcəyini bildirmişdir. Onun adına həmin dövr üçün əmək haqqı kartının da açılmadığını bilməmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır və hesab edir ki, şikayət əsassızdır. Belə ki, apelyatorun şikayətində cavabdehlə şəxsi dostluq münasibətində olması, əmək haqqını almaması və həmin müddət ərzində əmək haqqının yığılmasına dair qeyd etdikləri müddətin ötürülməməsinə əsas deyildir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunmuş və həmin tarixdən hüququnun pozulduğunu bilməsinə baxmayaraq iddianının təmin edilməyən hissəsinə münasibətdə iddia müddətini ötürmüşdür. Ona görə də şikayət əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 564,04 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 564,04 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusundan 564,04 manat ödənilməyən əmək haqqı alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(024)-407/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 564,04 manata aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən, iddianın təmin edilməyən 564,04 manata aid hissəsində təmin edilsin. Cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusundan 564,04 manat ödənilməyən əmək haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1229/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1229/2023
16.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver