Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1237/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxardılması tələbinə dair” Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)- 77/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxarılması tələbinə dair” iddiası rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 250 manat olmaqla ümumilikdə 30 ay üçün 7500 manat,25 kv/m torpaq sahəsi üçün aylıq 100 manat olmaqla 30 ay üçün ümumilikdə 3000 manat olmaqla tam olaraq aylıq 350 manat 30 ay üçün cəmi 10500 manat alınaraq ona verilməsi,cavabdehin ona məxsus 22 kv/m mağazasının boşaldılaraq çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada Cavabdeh Sahır oğluyla AN_1 №0684910 saylı alqı-satqı müqviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh-alıcı ondan torpağını yox, torpağın üstündə olan mülkünü yəni 25kv/m qeyri yaşayış sahəsini mağazanıalmışdır. 28 mart 2018-ci tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv/m torpağımdan və 22 kv/m qeyri yaşayış sahəsindən, yəni mağazasından istifadə edir. O, şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir, torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki, ödəmir. Onun mağazası ümumilikdə 47 kv/m dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv/m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri yaşayış sahəsinin 22 kv/m ona məxsusdur. Cavabdeh ona aid olan 22 kv/m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı-öhdəlikləri yerinə yetirmir. O,cavabdehlə dəfələrlə razılığa gəlmək istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisə etmək istəməmişdir. Buna baxmayaraq cavabdeh onun qanuni tələbinə əməl edib yığılmış icarə haqında borclarını ödəmir. Nəticədə cavabdeh icarə haqqı ilə bağlı ona borclu olduğunu bilə-bilə müxtəlif yanlış məlumatlar yaymaqla onu qorxutmağa çalışır. Belə hesab edir ki, alıcıcavabdeh ona qarşı düzgün-dürüst hərəkətlər etmir və o, cavabdehdən məhkəmə qaydasında mülkü ilə bağlı icarə haqlarını almaq məcburiyyətindədir. Cavabdehlə arasında olan şifahi razılığa əsasən bu günə qədər alıcı-cavabdeh icarə haqqında borclu olduğu pul məbləğini ödəmir.Rəsmi qaydada isə müqavilə bağlamaqdan imtina edir. Odur ki, üzərinə düşən öhdəliyi uzun müddət yerinə yetirməməyi səbəbindən icarə borcu torpaq və qeyri yaşayış sahəsinin haqqını ödəməsini vacib sayır. Cavabdeh torpağından və qeyri yaşayış sahəsindən 01.04.2018-ci il tarixindən səmərəli istifadə etməsi artıq faktdır və qeyd edilən tarixdən icarə haqqında aşağıda qeyd etdiyi pul məbləğini ödəməlidir. Ümümilikdə 30 aydır ki, cavabdeh 22 kv/m qeyri yaşayış sahəsinin icarə haqqısı ayda 250 manat edir. Cavabdehin icarə haqqında bu günə qədər borcu 7500 manatdır.25 kv/m mağazanın altında olan torpaq sahəsinə görə minimum 100 manat aylıq icarə haqqı30 ay müddətinə olmaqla ümumilkdə 3000 manat ona ödənilməlidir. Mağazanın olduğu ərazidə25 kv/m torpağın üstündə olan obyekt mağazanın icarə haqqı 400-500 manat olmasına baxmayaraq o,həmin məbləği azaltmışdır. Belə hesab edir ki, 22 kv/m qeyriyaşayış sahəsinin icarə haqqı ən az ayda 250 manatdır. 22 kv/m mağaza tam olaraq ona məxsus olmasına baxmayaraq cavabdeh həmin ərazidən öz razılığı ilə çıxmır buna görə də cavabdehin həmin ərazidən məcburi çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onun mülkiyyətində 50 kv/m qeyri-yaşayış sahəsi olmuşdur. O, həmin qeyriyaşayış sahəsinin 25 kv/metrini satmışdır. Cavabdehlə mağazasının alqı-satqısına dair 60000 manata öz aralarında razılşsalar da, cavabdeh pulun bir hissəsini verməmişdir. O, cavabdehə satdığı mağazanın yerləşdiyi torpağın 32 kv.metrini özəlləşdirsə də, hazırda tələb irəli sürdüyü 22 kv/metri özəlləşdirməmişdir. Belə ki, 22 kv/metr torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsi üçün hər ay bələdiyyəyə pul ödəyir. Qeyd edir ki, həmin torpaq sahəsindəki tikinti işini də o, özü aparmışdır. Cavabdeh ona mağazanın müqabilində 45000 manat pul vermişdir,hazırda cavabdehin ona 15000 borcu qalmışdır. Lakin o, həmin pulu tələb etmir, sadəcə olaraq mağazanın arxasında olan 22 kv/metr sahəni istəyir. Qeyd edir ki, o, cavabdehə mağazanı satarkən bütövlükdə satmışdır. Lakin mağazanın yerləşdiyi torpaq sahəsini satmamışdır. Yəni mağazanın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Mağazanı satarkən ölçməmişdir. Hazırda iddia irəli sürdüyü tikilini də 22 kv.m torpaq sahəsində sonradan tikmişdir. Hazırda mağazanın arxasında olan hissəni tələb edir. O, cavabdehdə qalan pulu tələb etmir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, iddia irəli sürülən icarə haqqı cavabdehin onun mağazasından və torpaq sahəsindən 3 il müddətində isifadə etməsi nəticəsində yaranmışdır. Odur ki, iddiası əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı müvafiq oxşar tələblərlə daha öncələr də məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən ya iddiaçının iddiaları baxılmamış saxlanılmış, ya da ki, iş üzrə icraata xitam verilmişdir. Qeyd edir ki, iddiaçının iddiası tamamilə əsassızdır, belə ki, o, iddiaçıdan qeyri-yaşayış obyektini alarkən iddiaçının hazırda tələb irəli sürdüyü 22 kv/m bağlı da aralarında razılığa gəlmişlər. O, bütövlükdə iddiaçıya 50000 manat pul ödəniş etmişdir. Lakin aralarındakı razılaşmaya görə iddiaçı 22 kv/m torpaq sahəsini öz adına özəlləşdirəndən sonra onun tərəfindən iddiaçıya 10000 manat daha verilməli idi. Lakin iddiaçı həmin torpaq sahəsinə dair öz adına hər hansı sənəd əldə edə bilməmişdir və odur ki, o, iddiaçıya 10000 manat pulu verməmişdir. Mağazanı iddiaçıdan alarkən sahəni ölçməmişdir. Qeyd edir ki, alqı-satqı müqaviləsində 15000 manat göstərilmiş, lakin onun tərəfindən 35000 manat iddiaçının evi və obyektinin girovdan çıxarılması üçün, yəni cəmi 50000 manat ödəniş edilmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, 28.03.2018-ci il tarixində notarial qaydada Cavabdeh ilə AN-1 №0684910 saylı alqı-satqı müqviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh-alıcı ondan torpağını yox, torpağın üstündə olan mülkünü, yəni 25 kv/m qeyri yaşayış sahəsini mağazasını almışdır. 28.03.2018-ci il tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv/m torpağından və 22 kv/m qeyri yaşayış sahəsindən (mağazasından) istifadə edir. O, şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir və torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki ödəmir. Onun mağazsım ümumilikdə 47 kv/m dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv/m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri yaşayış sahəsinin 22 kv/m ona məxsusdur. Ona aid olan 22 kv/m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı-öhdəlikləri yerinə yetirmir. Onun təşəbbüsü ilə ikisinin arasında olan razılığa gəlməsini cavabdehdən dəfələrlə xahiş etmişdir. Cavabdeh düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisələr etmək istəməmişdir. Buna baxmayaraq cavabdeh onun qanuni tələbinə əməl edib yığılmış icarə haqında borclarını ödəmir. Nəticədə icarə haqqıyla bağlı ona borclu olduğunu biləbilə cəmiyyət içində cürbəcür şaiyələr yaymaqla onun qorxutmağa çalışır. Belə hesab edir ki, alıcı-cavabdeh ona qarşı düzgün-dürüst hərəkətlər etmir və o, cavabdehdən məhkəmə qaydasında mülkü ilə bağlı icarə haqlarını almaq məcburətindədir. Aralarında şifahi olan razılığa əsasən bu günə qədər alıcı-cavabdeh icarə haqqında borclu olduğu pul məbləğini ödəmir. Rəsmi qaydada isə müqavilə bağlamaqdan imtina edir. Odur ki, üzərinə düşən öhdəliyi uzun müddət yerinə yetirməməyi səbənindən icarə borcu torpaq və qeyri yaşayış sahəsinin haqqını ödəməsini vacib sayır... Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddiası təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 28 mart 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə 15000 manat müqabilində Cavabdeh mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2007-ci il tarixli 000721 qeydiyyat nömrəli Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzər Dövlət Komitəsinin şşəhadətnamədən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 25 kvadratmetr qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2005-ci il tarixli X4 görünür ki, İddiaçı ərizəsi və Ağdaş Bələdiyyə sədrinin 29 yanvar 2003-cü il tarixli 01 saylı sərəncamı ilə şəhərin 20 Yanvar küçəsi 6 saylı ünvan qarşısında 24 kvadratmetr ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmış X3 həmin yerdə 24 kvadratmetr ölçüdə müasir tələblərə uyğun mağaza tikdirmək üçün maddi imkanı olmadığı həmçinin özünün razılıq ərizəsi nəzərə alınaraq həmin torpaq sahəsinin 6x3=18 kvadratmetr ölçüdə hissəsi müasir tələblərə uyğun mağaza tikintisi üçün X6 adına qeydiyyata alınsın və müvafiq qaydada icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş avqust 2005-ci il tarixli aktdan görünür ki, O.Əşrəfovanın ünvan 3 ünvanda yerləşən 8x3 m ölçüdə müasir tələblərə uyğun mağaza tikdirmək üçün maddi imkanı olmadığından həmçinin özünün şəxsi razılıq ərizəsi nəzərə alınaraq həmin 24 kvadratmetr torpaq sahəsinin 6x3 metr ölçüdə hissəsinin X6 adına müasir tikinti və ticarət normalarına uyğun mağaza tikintisi üçün qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2003-cü il tarixli X1 görünür ki, X3 ərizəsi nəzərə alınaraq ünvan 4 ünvanda torpaq sahəsinin 8x3=24 kvadratmetr ölçüdə hissəsi müasir tələblərə uyğun mağaza tikintisi üçün X3 adına qeydiyyata alınsın və müvafiq qaydada icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş dekabr 2002-ci il tarixli aktdan görünür ki, O.Əşrəfovanın ünvan 3 ünvanda yerləşən 8x3 m ölçüdə müasir tələblərə uyğun mağaza tikdirmək X3 adına müasir tikinti və ticarət normalarına uyğun mağaza tikintisi üçün qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş yanvar 2007-ci il tarixli Ağdaş Bələdiyyəsinin aktından görünür ki, Ağdaş şəhəri 20 Yanvar küçəsi beşmərtəbəli yaşayış binalarının tinindəki mağaza cərgəsinin arxasında boş istifadəsiz Ağdaş Bələdiyyəsi ərazisidir. R.Quliyevaya həmin yerdəki mövcud mağazanın arxasındakı 5,5x4=22 kvadratmetr ölçüdə zəbt edilmiş torpaq sahəsinin yardımçı tikili məqsədi ilə ayrılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Bələdiyyəsinin 11 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, Bələdiyyə tərəfindən verilməsi nəzərdə tutulan 0,0022 ha torpaq sahəsinin müayinə aktının, rəqəmsal kadastr xəritəsindən çıxarışın və rəyin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Bələdiyyəsinin 11 noyabr 2018-ci il tarixli iclas protokolunun 10 saylı qərarından görünür ki, Ağdaş Bələdiyyəsinin alqı-satqı predmeti olan 22 kv.metr və ya 0,0022 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılaraq hərracdan keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. MM-in 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. MM-in 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. MM-in 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı onu məxsus olduğunu bildirərək cavabdehə satdığı 25 kvadratmetr mağazaya bitişik olduğunu bildirdiyi 22 kvadratmetr torpaq sahəsində yerləşən mağazadan iddiaçının çıxarılmasını tələb etsə də, 22 kvadratmetr torpaq sahəsində yerləşən mağazaya dair müvafiq hüquqmüəyyənedici sənədin məhkəməyə təqdim edilməməsi iddiaçının tələb irəli sürdüyü həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Həmçinin tərəflərin izahatlarından və işdə olan sənədlərdən də müəyyən edilir ki, mübahisə predmeti olan 22 kvadratmetr mağazanın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb irəli sürdüyü cavabdehin çıxarılmasını istədiyi hazırda cavabdehin mülkiyyətində olan 25 kvadratmetr mağazaya bitişik olan 22 kvadratmetr torpaq sahəsində yerləşən mağazaya dair iddiaçı hər hansı subyektiv hüquqa malik deyildir. Həmçinin qeyd olunmuşdur ki, tərəflər alqı-satqı müqaviləsi bağlayarkən iddiaçı mülkiyyətində olan qeyri yaşayış sahəsinin hər hansı hissəsini deyil bütövlükdə cavabdehə satmış ,lakin həmin 25 kvadratmetr qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsini iddiaçı satmamışdır, yəni 25 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, onun altındakı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin qanunvericiliyin tələbinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Hazırkı halda mülki işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi hüquqi mövqe ilə razılaşır. Bu baxımdan da, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1237/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1237/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver