Məhkəmə qərarları › İş №2(107)-361/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-361/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-361/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə “torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdanmağazadan məcburi çıxardılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarma, icarə haqqı, əsassız varlanma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxardılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 250 manat olmaqla ümumilikdə 30 ay üçün 7500 manat, 25 kv/m torpaq sahəsi üçün aylıq 100 manat olmaqla 30 ay üçün ümumilikdə 3000 manat olmaqla tam olaraq aylıq 350 manat 30 ay üçün cəmi 10500 manat alınaraq ona verilməsi,cavabdehin ona məxsus 22 kv/m mağazasının boşaldılaraq çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada Cavabdeh Sahır oğluyla AN_1 Nb0684910 saylı alqı-satqı müqviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh-alıcı ondan torpağını yox, torpağın üstündə olan mülkünü yəni 25kv/m qeyri yaşayış sahəsini mağazanıalmışdır. 28 mart 2018-ci tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv/m torpağımdan və 22 kv/m qeyri yaşayış sahəsindən, yəni mağazasından istifadə edir. O, şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir, torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki, ödəmir. Onun mağazasıümumilikdə 47 kv/m dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv/m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri yaşayış sahəsinin 22 kv/m ona məxsusdur. Cavabdeh ona aid olan 22 kv/m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı-öhdəlikləri yerinə yetirmir. O,cavabdehlə dəfələrlə razılığa gəlmək istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisə etmək istəməmişdir. Buna baxmayaraq cavabdeh onun qanuni tələbinə əməl edib yığılmış icarə haqında borclarını ödəmir. Nəticədə cavabdeh icarə haqqı ilə bağlı ona borclu olduğunu bilə-bilə müxtəlif yanlış məlumatlar yaymaqla onu qorxutmağa çalışır. Belə hesab edir ki, alıcıcavabdeh ona qarşı düzgün-dürüst hərəkətlər etmir və o, cavabdehdən məhkəmə qaydasında mülkü ilə bağlı icarə haqlarını almaq məcburiyyətindədir. Cavabdehlə arasında olan şifahi razılığa əsasən bu günə qədər alıcı-cavabdeh icarə haqqında borclu olduğu pul məbləğini ödəmir.Rəsmi qaydada isə müqavilə bağlamaqdan imtina edir. Odur ki, üzərinə düşən öhdəliyi uzun müddət yerinə yetirməməyi səbəbindən icarə borcu torpaq və qeyri yaşayış sahəsinin haqqını ödəməsini vacib sayır. Cavabdeh torpağından və qeyri yaşayış sahəsindən 01.04.2018-ci il tarixindən səmərəli istifadə etməsi artıq faktdır və qeyd edilən tarixdən icarə haqqında aşağıda qeyd etdiyi pul məbləğini ödəməlidir. Ümümilikdə 30 aydır ki, cavabdeh 22 kv/m qeyri yaşayış sahəsinin icarə haqqısı ayda 250 manat edir. Cavabdehin icarə haqqında bu günə qədər borcu 7500 manatdır.25 kv/m mağazanın altında olan torpaq sahəsinə görə minimum 100 manat aylıq icarə haqqı 30 ay müddətinə olmaqla ümumilkdə 3000 manat ona ödənilməlidir. Mağazanın olduğu ərazidə 25 kv/m torpağın üstündə olan obyekt mağazanın icarə haqqı 400-500 manat olmasına baxmayaraq o,həmin məbləği azaltmışdır. Belə hesab edir ki, 22 kv/m qeyri-yaşayış sahəsinin icarə haqqı ən az ayda 250 manatdır. 22 kv/m mağaza tam olaraq ona məxsus olmasına baxmayaraq cavabdeh həmin ərazidən öz razılığı ilə çıxmır buna görə də cavabdehin həmin ərazidən məcburi çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxarılması tələbinə dair” iddiası rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.H.Şükürov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.11.2021-ci il tarixli, 2(102)-6585/2021 nömrəli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı mülki işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxarılması tələbinə dair” iddiası rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 28 mart 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən ümumi sahəsi 25 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə 15000 manat müqabilində Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2007-ci il tarixli 000721 qeydiyyat nömrəli Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzər Dövlət Komitəsinin şəhadətnaməyə əsasən İddiaçı Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona məxsus olduğunu bildirərək cavabdehə satdığı 25 kv.m mağazaya bitişik olduğunu bildirdiyi 22 kv.m torpaq sahəsində yerləşən mağazadan iddiaçının çıxarılmasını tələb etsə də, 22 kv.m torpaq sahəsində yerləşən mağazaya dair müvafiq hüquqmüəyyənedici sənədin məhkəməyə təqdim edilməməsi iddiaçının tələb irəli sürdüyü həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Həmçinin tərəflərin izahatlarından və işdə olan sənədlərdən də müəyyən edilir ki, mübahisə predmeti olan 22 kv.m mağazanın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasınınqanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb irəli sürdüyü cavabdehin çıxarılmasını istədiyi hazırda cavabdehin mülkiyyətində olan 25 kv.m mağazaya bitişik olan 22 kv.m torpaq sahəsində yerləşən mağazaya dair iddiaçı hər hansı subyektiv hüquqa malik deyildir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər alqı-satqı müqaviləsi bağlayarkən iddiaçı mülkiyyətində olan qeyri yaşayış sahəsinin hər hansı hissəsini deyil bütövlükdə cavabdehə satmış, lakin həmin 25 kv.m qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsini iddiaçı satmamışdır, yəni 25 kv.m sahəsi olan qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, onun altındakı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin qanunvericiliyin tələbinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır, odur ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.1, 146.1, 146.2. 146.3, 152.1, 157.2, 178.1, 243.1, 243.2, 404.1, 404.2, 405.1, 567, 646.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 72-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 28.03.2018-ci il tarixində notarial qaydada Cavabdeh ilə AN-1 №0684910 saylı alqı-satqı müqviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh-alıcı ondan torpağını yox, torpağın üstündə olan mülkünü, yəni 25 kv/m qeyri yaşayış sahəsini mağazasını almışdır. 28.03.2018-ci il tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv/m torpağından və 22 kv/m qeyri yaşayış sahəsindən (mağazasından) istifadə edir. O, şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir və torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki, ödəmir. Onun mağazası ümumilikdə 47 kv/m dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv/m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri yaşayış sahəsinin 22 kv/m ona məxsusdur. Ona aid olan 22 kv/m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı-öhdəlikləri yerinə yetirmir. Onun təşəbbüsü ilə ikisinin arasında olan razılığa gəlməsini cavabdehdən dəfələrlə xahiş etmişdir. Cavabdeh düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisələr etmək istəməmişdir. Buna baxmayaraq cavabdeh onun qanuni tələbinə əməl edib yığılmış icarə haqqında borclarını ödəmir. Nəticədə icarə haqqıyla bağlı ona borclu olduğunu bilə-bilə cəmiyyət içində cürbəcür şaiyələr yaymaqla onun qorxutmağa çalışır. Belə hesab edir ki, alıcı-cavabdeh ona qarşı düzgün-dürüst hərəkətlər etmir və o, cavabdehdən məhkəmə qaydasında mülkü ilə bağlı icarə haqlarını almaq məcburətindədir. Aralarında şifahi olan razılığa əsasən bu günə qədər alıcı-cavabdeh icarə haqqında borclu olduğu pul məbləğini ödəmir. Rəsmi qaydada isə müqavilə bağlamaqdan imtina edir. Odur ki, üzərinə düşən öhdəliyi uzun müddət yerinə yetirməməyi səbənindən icarə borcu torpaq və qeyri yaşayış sahəsinin haqqını ödəməsini vacib sayır. Qeyd edilənlərə əsasən o, məhkəmə kollegiyasından apellyasiya şikayəti təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)- 77/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir, Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, iddiaçının verdiyi apellyasiya şikayətini əsassız hesab edir və bununla əlaqədar aşağıdakı etirazlarını bildirir və nəzərə alınmasını xahiş edir. İddiaçı X4 ona və qeyrilərinə qarşı qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” həmin iddia ərizəsi Ağdaş Rayon Məhkəməsində 2(014)-2085/2018 saylı iş kimi qeydiyyata alınmış və məhkəmənin icraatında olmuşdur. İddiaçı X4 həmin tələbinə dair 2(014)-2085/2018 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsi 27.11.2018-ci il tarixdə qərardad çıxarmış və qərara almışdır ki, “iddiaçı X4 Cavabdeh və 3-cü şəxs Ağdaş rayon Notariat kontoruna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə iddiadan imtinası qəbul edilsin və işin icraatına xitam verilsin”. İddiaçı X4 iddiadan imtinaya dair şəxsən verdiyi ərizə əsasında çıxarılmış, özünün də şəxsən iştirak etdiyi məhkəmə iclasının 27 noyabr 2018-ci il tarixli qərardadı qüvvədədir. İddiaçı X6 yenə də ona qarşı “Əmlakın (mağ məcburu çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməyə müraciət etmiş və məhkəmə həmin tələbin təmin edilməməsinə dair 10.07.21-ci il tarixli 2(014)-1050/2019 saylı qətnamə çıxarmışdır və həmin qətnamə qüvvədədir. Abşeron Rayon Məhkəməsində iddiaçı X4 ona qeyrilərinə qarşı “pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması, alqısatqı müqaviləsinin və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən tələbinin təmin edilməsini, Ağdaş şəhəri 20 Yanvar küçəsi 2 saylı torpaq sahəsinə dair 28.03.2018-ci il tarixli 684910 saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsi, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilən 03.05.2018-ci il tarixli seriya RX N:1226914 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi iddiaçının bu barədə xahiş ərizəsinə əsasən iddiasının baxılmamış saxlanmasına dair 05.02.2020-ci il tarixli 2(012)-296 saylı qərardad (hakim E.Məmmədov) çıxarmışdır və həmin qərardad qüvvədədir. İddiaçı X2 dəfə ona qarşı “torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan çıxarılması tələbinə dair” iddia ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiası rədd edilmişdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 25 kv.m. olan həmin qeyri-yaşayış sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 03.05.2018-ci il olan çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. İddiaçı Rəna Quliyevanın alqı-satqının predmeti olmuş cəmi sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin onunla guya 60.000 manata razılaşdıqlarına, icarə pulu və digər hallara dair iddia ərizəsində qeyd etdikləri tamamilə əsassız və heç bir hüquqi əsası olmayan ehtimallardır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı X4 ona qarşı “torpaqda* mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və zəbt edilmiş əmlakdan-mağazadan çıxarılması tələbinə dair” iş üzrə apellyasiya şikayətinin təmin edilməməsinə, Ağdaş Rayon Məhkəməsinn qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti müdafiə edərək, təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)- 77/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 25 kvm mağazanın yerləşdiyi torpaq sahəsinə görə icarə haqqının tutulması hissəsini rədd etməkdə haqlı olsa da, cavabdehdən 22 kvm mağazaya görə tələb edilən icarə haqqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 28 mart 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən ümumi sahəsi 25 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə 15000 manat müqabilində Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh isə hal-hazırki vaxta qədər iddiaçıya məxsus 22 kv.m qeyri yaşayış sahəsindən istifadə edir. İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxardılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 250 manat olmaqla ümumilikdə 30 ay üçün 7500 manat, 25 kv/m torpaq sahəsi üçün aylıq 100 manat olmaqla 30 ay üçün ümumilikdə 3000 manat olmaqla tam olaraq aylıq 350 manat 30 ay üçün cəmi 10500 manat alınaraq ona verilməsi, cavabdehin ona məxsus 22 kv/m mağazasının boşaldılaraq çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh hal-hazırki vaxta qədər iddiaçıya məxsus 22 kv.m qeyri yaşayış sahəsindən istifadə edir və həmin mağazanı icarəyə vermişdir və icarə haqqı kimi hər ay 200 manat pul alır. Birinci instansiya məhkəməsi tərəfidən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tamamilə rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyator apellyasiya şikayətini dəlilərində qeyd etmişdir ki, cavabdehə satdığı mağaza 25 kv/m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri yaşayış sahəsinin 22 kv/m ona məxsusdur və cavabdeh ona aid olan 22 kv/m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı-öhdəlikləri yerinə yetirmir. Məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşaraq bildirir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən də görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 25 kv.m olan hissəsi Cavabdeh satılmışdır. İş materiallarında olan yanvar 2007-ci il tarixli Ağdaş Bələdiyyəsinin aktından görünür ki, Ağdaş şəhəri 20 Yanvar küçəsi beşmərtəbəli yaşayış binalarının tinindəki mağaza cərgəsinin arxasında boş istifadəsiz Ağdaş Bələdiyyəsi ərazisidir. Rəna Quliyevaya həmin yerdəki mövcud mağazanın arxasındakı 5,5x4=22 kv.m ölçüdə zəbt edilmiş torpaq sahəsinin yardımçı tikili məqsədi ilə ayrılması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilmiş sənədlər onu deməyə əsas verir ki, cavabdeh həqiqətən də ona məxsus olmayan Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 22 kv.m qeyriyaşayış sahəsindən qanunsuz olaraq istifadə etmiş və iddiaçının tələbinə baxmayaraq icarə haqqını ödəməkdən imtina etmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, mübahisəli yardımçı tikiliyə iddiaçının mülkiyyət hüququ olmadığından o, iddiaçıya razılaşılmış 60.000 manatın 10.000 manatını ödəməmişdir. Demək ki, cavabdeh qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilidən hər hansı bir qanuni əsas olmadan istifadə edir. İddiaçı isə, yuxarıda qeyd olunduğu kimi, vəsait sərf etməklə yardımçı sahə tikmiş, lakin torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin qanunun tələbinə müvafiq olaraq rəsmiləşdirilməsini təmin etməmişdir. Göründüyü kimi, Cavabdeh 22 kv.m mağazaya qanunsuz sahiblik etdiyindən və onun həmin mağazadan almış olduğu icarə haqqına münasibətdə əsassız varlanmış şəxsdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 25 kv.m torpaq sahəsindən istifadə üçün tələb edilən məbləğin rədd edilməsi hissəsi ilə razılaşır və hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Belə olduğu halda kollegiya qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi ilə əldə etdiyi və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin olduğu torpaq sahəsinə görə iddiaya icarə haqqı verməməlidir. Cavabdeh məhkəmə kollegiyasında verdiyi izahatında bildirmişdir, o, 25 kv.m və 22 kv.m qeyri yaşayış sahələrini aylıq 400 manata icarəyə vermişdir. Belə ki, 22 kv.m qeyri yaşayış sahəsinin aylıq icarə haqqı təqribən 200 manatdır. Məhkəmə kollegiyası cavabdehin bu etirafını mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının iddia tələbi ona məxsus olan cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş 22 kv.m qeyri yaşayış sahəsinə görə icarə haqqının 29 ay müddəti üçün tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi 28.03.2018-ci il tarixdə bağlanmışdır. İddiaçı məhkəməyə 26.05.2021-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi cavabdehdən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 200 manat olmaqla ümumilikdə 29 ay üçün tutulmalıdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 25 kvm mağazanın yerləşdiyi torpaq sahəsinə görə icarə haqqının tutulması hissəsini rədd etməkdə haqlı olsa da, cavabdehdən 22 kvm mağazaya görə tələb edilən icarə haqqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi qismən, cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə qismən təmin edilməli, cavabdehin qanunsuz zəbt edilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 22 kv.m qeyri yaşayış sahəsindən məcburi çıxardılması, cavabdehdən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 200 manat olmaqla ümumilikdə 29 ay üçün 5800 manat tutulması hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə hazırki qətnaməni mübahisələndirmək hüququ cavabdehə tanındığından, cavabdeh tərəf kassasiya şikayəti ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kvm mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehdən Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqı tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qanunsuz zəbt edilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 22 kv.m qeyri yaşayış sahəsindən məcburi çıxardılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar