Məhkəmə qərarları › İş №2(107)-1240/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1240/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1240/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)- 663/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 26.08.2007-ci il təvəllüdlü X3 və 01.02.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər birinə 200 manat olmaqla cəmi 400 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə və aliment tutulmasının 01.01.2020-ci il tarixdən başlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)- 663/2021 saylı qətnaməsi ilə (hakim C.İmanov) iddiа qismən təmin edilmiş, 26.08.2007-ci il təvəllüdlü X3 və 01.02.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 10 mart 2021-ci il tarixdən hesablanması, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşin faktiki halları: İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 03.11.2006-cı il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından 26.08.2007-ci il tarixində X3 və 01.02.2009-cu il tarixində X2 dünyaya gəlmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli 2(075)-28/2011 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan 26 avqust 2007-ci təvəllüdlü X3 və 01 fevral 2009-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılmış və onların saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh həmin qətnamədən narazı qalamış və apellyasiya şikayəti vermişdir. Lakin o, Şəki Apellyasiya Məhkəməsində aliment tələbindən imtina etdiyindən, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Nikahları pozulanda hər iki azyaşlı uşaq onun himayəsində saxlanılmışdır. Xəyalənin uşaqlarla ünsiyyət saxlamasına heç bir etirazının olmamasına baxmayaraq o, Şəki Rayon Məhkəməsinə "Uşaqla ünsiyyətdə olma və görüş müddətinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin işə 06.03.2017-ci il tarixində Şəki rayon Məhkəməsində baxılmış və hər həftənin şənbə və bazar günləri saat 10:00 dan, 18:00-dək görüşərək ünsiyyətdə olmasına dair 06.03.2017-ci il tarixli iş № 2(075)-727/2017 saylı qətnamə çıxarılmışdır. Qətnamə çıxarıldıqdan sonra təxminən həftədə 2 gün olmaqla, 6 həftə Xəyalə uşaqlarla ünsiyyətdə olmuş, amma 6 saat deyil, 2-3 saat, sonra uşaqları acsusuz gətirib ona vermişdir. Sonradan ümumiyyətlə ya onunla əlaqə saxlamamış, ya da uşaqlarla ünsiyyətdə olmamışdır. Nə qədər cavabdehlə əlaqə saxlamaq istəsə də o telefon zənglərinə cavab verməmişdir. O, Cavabdeh bir kişi olaraq aliment tələb etməyi özünə sığışdırmamışdır. Amma indi görür ki, uşaqlar böyüyür, tələbləri artır. O, tək öz qazancı ilə uşaqların hazırkı və artmaqda olan tələblərini ödəyə bilmir, onları ehtiyac içərisində böyüdür. Uşaqların normal şəraitində yaşamalarına, təlimtərbiyəsinə, sağlamlığına, təhsil almalarına onun qədər borclu olan anaları Cavabdeh isə işləyir, qazanır, amma uşaqlarla maraqlanmır. O, “xxxx” MMC-də sosial işçi işləyir və 236 manat əmək haqqı alır. Cavabdehin bu əməllərinə görə ondan aliment almaq üçün məhkəməyə müraciət etmək zərurətində qalmışdır. İddianı müdafiə edir. Alimmentin məhkəmənin uyğun bildiyi miqdarda təyin edilməsinə etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh oğlu apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, o, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli, 2(075)-28/2011 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin İddiaçı aliment tələbindən imtina etdiyi üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Lakin iddiaçı hazırki iş üzrə iddia qaldırarkən 2011-ci ildən bu günədək olan dövr ərzində onun maddi vəziyyətində dəyişikliyin olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bunu nəzərə almamışdır. İddiaçı qərəzli olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)- 663/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar:: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)- 663/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(075)-727/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən göründüyü kimi həmin qətnamənin məzmunuda göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2(075)-202/2011 saylı qərardadının surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli 2(075)-28/2011 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan 26 avqust 2007-ci təvəllüdlü X3 və 01 fevral 2009-cu il təvəllüdlü X2 ataları İddiaçı himayəsində saxlanılmışlar, onların saxlanılması üçün hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin İddiaçı aliment tələbindən imtinası nəzərə alınaraq həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(075)-727/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh 26 avqust 2007-ci il təvəllüdlü X3 və 01 fevral 2009-cu il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüşərək ünsiyyətdə olması təmin edilmişdir. İşdə olan AZ-İİ 334042 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında 01 may 2019-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 1495 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İV 420428 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.01.2020-ci il təvəllüdlü X4 atası X6, anası isə Cavabdehdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, öyrənilən işin mübahisələndirilməyən hallarından bəlli olur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 26.08.2007-ci il təvəllüdlü X3 və 01.02.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər birinə 200 manat olmaqla cəmi 400 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə və aliment tutulmasının 01.01.2020-ci il tarixdən başlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apellyasiya şikayətində qeyd edilmiş alimentlin məbləği ilə bağlı məsələlərlə münasibət bildirərək, aşağıdakıları qeyd edir. Belə ki, övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı valideyninə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. AM-in 56.1 və 58-ci maddələri, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Əksər valideynlər üzərlərinə düşən bu vəzifəni sevə-sevə yerinə yetirsələrdə, çox nadir hallarda üzərlərinə düşən bu müqqədəs öhdəliyi lazımı qaydada icra etməyən valideynlərə də rast gəlinir. AM-in 75-ci maddəsi məhkəməyə belə valideynlərin öz vəzifələrini icra etməyə məcbur etmək səlahiyyəti vermişdir. Ona görə də məhkəmə kollegiyası bu səlahiyyətindən istifadə edərək, hazırkı mübahisəyə müdaxilə etmək qənaətindədir. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-n 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin alimentlə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır. Bundan başqa apellyasiya şikayətinə şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nə vaxtsa aliment tələbindən imtina etməsi onun gələcəkdə aliment tələbinə dair iddia qaldırmasını istisna etmir. Göstərilənləri nəzərə alan məhkəmə kolegiyası hesab edir ki, uşaqların saxlanılması üçün alimenti hər ay hər uşaq üçün 50 (əlli) manat məbləğində olmaqla, cəmi 100 (yüz) manat müəyyən etməkdə birinci insyansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunun İ hissəsinə əsasən ölkə üzrə yaşayış minimumunun həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun 3-cü maddəsində göstərlir ki, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, iddiaçə-ananın özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsi nəzərə alınmaqla, alimentin tələb olunan məbləğini, yəni yetkinlik yaşına çatmayan uşaqlar üçün hər ay hər uşaq üçün 50 (əlli) manat məbləğində olmaqla, cəmi 100 (yüz) manat həddində müəyyən edilməsi daha ədalətlidir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, tərəflərin birgə izdivacından doğulmuş uşaqlar az yaşlıdır. Bu uşaqlar iddiaçı-atanın himayəsindədir. Belə olan halda isə iddiaçıata istəsə də faktiki olaraq öz ehtiyaclarını qarşılamaq məqsədi ilə öz işləmək imkanını gerçəkləşdirə bilmir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-663/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar