Məhkəmə qərarları › İş №2(107)-1252/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1252/2022

23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1252/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(039)-1725/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə faktiki nikahından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 200 manat məbləğində olamaqla cəmi 600 manat məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(039)-1725/2022 saylı qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia qismən təmin olunmuş, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 iyul 2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi-30 (otuz) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında heç bir rəsmi nikah mövcud olmamaqla bərabər, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 üçün atalıq müəyyən edilməmişdir, beləliklə uşaqların atalarının Cavabdeh olduğu təsdiq edilmir. Ən azı, həmin halların əksini təsdiq edəcək sənədlər mülki işin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aliment tələbi üzrə iddianın verilməsinin əsaslarından birini də uşaqların atalarının müəyyən olması təşkil edir ki, bu hal ya rəsmi nikahın olmasını və uşaqların həmin nikahdan dünyaya gəldiyini təsdiq edən sənədlər, ya da uşaqlarının atalığının müəyyən olunmasını və həqiqətən həmin uşaqların atalarının alimentin tutulması tələb edilən şəxs olduğunu təsdiq edən sənədlər vasitəsilə sübut edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların mövcudluğu şərti pozulduğundan AR MPM-nin 259.0.12ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(039)-1725/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar