Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1261/2022 25.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavanşir qızının Cavabdeh qarşı (açar sözlər: aliment tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavanşir qızının Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Cavanşir qızı ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh birgə nikahdan anadan olmuş bir uşağın saxlanması üçün qazancının ¼ hissəsi miqdarında alimentin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
2. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilmişdir.
3. Cavabdeh məhkəmə əmrinə etiraz etmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, mülki iş iddia icraatına keçirilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarından xx.xx.2021-ci il tarixdə X8 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılaraq ailə münasibətlərinə son qoymuşlar. Cavabdeh isə könüllü olaraq aliment ödəmir. Uşağın saxlanmasında aliment ödəmir.
5. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Cavanşir qızı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən bir uşağın saxlanması üçün 150 manat aliment ödəyir. Buna görə də hesab etmişdir ki, digər uşağın saxlnaması üçün hər ay ödədiyi aliment tutulduqdan sonra ondan azyaşlı X1 üçün qazancının ¼ hissəsində aliment tutulmalıdır.
7. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancın ¼ hissəsi miqdarında İddiaçı Cavanşir qızına verilməsi və Cavabdeh 52.79 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
8. Cavabdeh və onun nümayəndəsi və vəkili X2 Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, Göyçay Rayon Məhkəməsi 23 avqust 2022-ci il tarixli, 2(046)- 1518/2022 saylı qətnaməsində Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün aylıq qazancın ¼ hissəsi miqdarında İddiaçı Cavanşir qızına verilməsi qət edilmişdir. Bu qətnamədən də göründüyü kimi hakim Ailə Məcəlləsinin 76.1.1-ci maddəsini tədbiq edib ki, bu halda da aliment yalnız 1 uşağa görə təyin edilir. Qeyd edilməlidir kİ, məhkəmə əmrinə etiraz verilərkən Cavabdeh daha 1 uşağa görə aliment ödədiyini bildirmişdir. Bundan başqa, Göyçay Rayon Məhkəməsi elektron məhkəmə sisteminə qoşulduğundan, birinci instansiya məhkəməsində Cavabdeh qarşı aliment tələbi üzrə mülki iş üzrə icraat başlandıqda artıq Ülvu Vəzirov barədə elə Göyçay Rayon Məhkəməsinin daha qətnaməsinin (2(046)-1144/2019 saylı qətnamə) olması məlum idi. İstər elektron kabinetdə görsənməyinə görə, istərsə də Ülvu Vəzirovun şəxsən cari mübahisə zamanı məhkəməyə təqdim etdiyi sənədlərə (2(046)-1144/2019 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar) əsasən, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə istinad etməli idi. Qeyd edilməlidir ki, məhkəmə icratı zamanı 2(046)-1144/2019 saylı qətnamənin olması bilinsə də, 2(046)-1518/2022 saylı qətnamədə 2(046)-1144/2019 saylı qətnamə sübut kimi göstərilməyib, həmin sənədin müddəaları nəzərə alınmamış. Bu mövqeyi ilə birinci instansiya məhkəməsi ərizənin bu bəndinə istinad edilən hüquq normalarını kobud surətdə pozmuş olur. İndiki halda Cavabdeh bir övladının saxlanılması üçün 150 manat, digər övladının saxlanılması üçün 214 manat aliment ödəyir. Həmin məbləğləri cəmləyəndə, 364 manat edir ki, bir da cavabdehin qazancının 1/3 hissəsindən çox olmuş olur ki, bu halda da qanunvericiliyin tələbləri pozulmuş olur. Birinci instansiya məhkəməsinə Cavabdeh artıq digər övladı üçün 150 manat məbləğində aliment ödədiyini dəfələrlə desə də, birinci instansiya məhkəməsi bu faktı nəzərə almayıb və eyni məhkəmə uşaqlara münasibətdə fərqli mövqe sərgiləyərək, uşaqların bərabərlik hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnaməsinin ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
11. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan keçirilərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavanşir qızı da teleqramla məhkəməyə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
15. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
17. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İş materialında olan X3 təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavanşir qızı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikah bağlamışlar.
24. İş materialında olan X4 təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2021-ci il tarixdə X8 anadan olmuşdur.
25. İş materialında olan e-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh müəllim vəzifəsində işləyir, aylıq 1092 manat əmək haqqı alır.
26. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
28. Qanunvericiliyin mənasına görə məhkəmə tərəfindən alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi və ya hər ay ödənilməli olan sabit pul məbləğində, yaxud eyni zamanda həm sabit pul məbləğində və həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi təyin olunması məsələsi aliment almaq hüququ olan valideynin istəyindən, yəni onu hansı variantın qane etməsindən asılıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2021-ci il təvəllüdlü X1 üçün ondan alimentin əmək haqqının hissəsi ilə tutulmasına etiraz etməsi və həmin alimentin ondan sabit pul məbləği ilə tutulmasını tələb etməsi, bununla əlaqədar cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir.
30. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı Cavanşir qızına ödənilməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
32. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
34. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
35. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(046)-1518/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov