Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1270/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X19rşı “əmək haqqı” tələbinə dair (Açar sözlər: əmək haqqı və yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı8, İddiaçı10 Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkili X2 3-cü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X22 nümayəndəsi X4 (sonuncu iclasda iştirak etmir) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X19rşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)-72/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı7, İddiaçı9, İddiaçı10, onların nümayəndəsi, həmçinin vəkili Vəkil, cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkil X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Mingəçevir şəhər X11 Hüquqi Şəxsin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min ) manat məbləğində inzibati cərimə edilmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-431/2020 nömrəli qərarından görünür ki, Mingəçevir şəhər X11 Hüquqi Şəxsin direktoru X1 şikayəti təmin edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli tarixli 3(107)-258/2020 nömrəli qərarından görünür ki, Mingəçevir şəhər X11 Hüquqi Şəxsin direktoru X1 şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-431/2020 nömrəli qərarı ləğv edilmiş, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar olaraq X1 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
4. “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərin surətlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişdirlər.
5. İddiaçılarla bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X14 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X22 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır.
6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin əks olunduğu məlumatların 1.2-ci hissəsindən görünür ki, təcili tibbi yardım xidmətinin və X7 sürücüləri tibbi profilaktik tədbirlərə cəlb edilmişdirlər.
7. Mingəçevir Şəhər X11 hüquqi şəxsin koronovirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürcü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etsin.
8. Mingəçevir Şəhər X11 hüquqi şəxsin koronovirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir.
9. İcbari Tibbi Sığorta üzrə X14 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X22 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndindən görünür ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir.
10. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı1 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı4 Rafael oğlunun aylıq əmək haqqının məbləği 664 manatdan 332 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata və İddiaçı10 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata endirilmişdir.
11. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədə iddiaçıların cavabdehə qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə buna əsas kimi, iddiaçıların qanuni mənafelərinin pozulmasından 2020-ci ilin fevral ayında məlumatlı olmaları və həmin müddətdən 1 il keçdikdən sonra məhkəməyə müraciət edilməsi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X19rşı iddia ərizəsi ilə (sonradan iddia tələbinin dəqiləşdirilməsi ərizəsi ilə) məhkəməyə müraciət edərək, “İcbari Tibbi Sığorta üzrə X8 şəhər X11 hüquqi şəxsin üzərinə “onların hər birinə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayı ərzində ödənilməmiş 5000 (beş min) manat vəsaitin cavabdehdən alınıb geri ödənilməsini;
13. 01 mart 2020-ci il tarixdən isə aylıq vəzifə maaşlarının 4 misli miqdarında, İddiaçı1 10000 (on min) manat, İddiaçı2 10000 (on min) manat, İddiaçı3 10000(on min) manat, X6 10000 (on min) manat, İddiaçı5 10000 (on min) manat , İddiaçı6 15000 (on beş min) manat, İddiaçı7 15000 (on beş min) manat, İddiaçı8 10000 (on min) manat, İddiaçı9 15000 (on beş min) manat və X10 15000 (on beş min) manat miqdarında əlavənin cavabdehdən alınıb ödənilməsi barədə” qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 yanvar 2020-ci il tarixdə cavabdehlə onların hər biri ilə ayrılıqda əmək müqaviləsinə əlavə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən işçinin tarif maaşı müəyyən olunmuş, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X14 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X22 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası»na müvafiq olaraq təyin edilmişdir. Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən bu əlavə 07 yanvar 2020-ci il tarixində müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdur.
15. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X22 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası» İcbari Tibbi Sığorta üzə X14 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilsə də, həmin qaydalara uyğun bağlanmış əmək müqaviləsinə əlavələr elektron informasiya sisteminə daxil edilməmiş, qaydalara uyğun əmək haqqının ödənilməsi təmin edilməmişdir. Halbuki həmin Qaydanın 4-cü bəndinə əsasən səhiyyə işçisinin əmək haqqına tarif maaşında əlavə, əmək şəraitinə görə əlavə, həvəsləndirici əlavə və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirici əlavələr daxil edilmişdir.
16. Qaydaların 17.4-cü bəndinə əsasən təcili və təxirəsalşınmaz tibbi yardım stansiyaların rəhbərlərinin, həkimlərinin, tibb işçilərinin və sürücülərin aylıq vəzifə maaşlarına həvəsləndirici əlavənin cədvəli müəyyən edilmişdir. Qeyd edək ki, həmin əlavələrdə gecə növbəsi işləyən işçilərə əlavə əmək haqqının verilməsi də nəzərdə tutulmuşdur. Ancaq cavabdeh işəgötürən onların bu hüquqlarını təmin etməmiş əmək haqqına qaydalarla nəzərdə tutulan əlavələrin verilməsini təmin etməmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamıda onlara münasibətdə icra olunmamış və əmək haqqıları artırılmamışdır. Sərəncama əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir.
17. Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. 25 mart 2020-ci il tarixdə 112 saylı «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarina müddətli əlavənin müəyyən edilməsi barədə» Qərar qəbul edilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X3 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində əməkhaqlarma müddətli əlavənin məbləği müəyyən edilmişdir. 01 mart 2020-ci ildən hazırki müddətə qədər onlara həmin əlavə də verilməmişdir.
18. Nazirlər Kabinetinin həmin qərarında tibb işçiləri nəzərdə tutulsa da, 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş qaydalarda sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr də nəzərdə tutulmuşdur. Sürücülər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində xəstələrə xidmət göstərmişlər.
19. İşəgötürən isə onların hüquqlarını pozaraq Prezidentin Sərəncamı və Nazirlər Kabinetinin qərarına zidd olaraq cəmi bir briqadanı növbəliyə salınmasını göstərməklə xəstələrin sayını gizlətmiş və onlara göstərmiş olduqları xidmətə görə yüksək haqqı almaqlarını əngəlləmişdir. Halbuki, pandemiyanın yüksək olduğu vaxtlarda heç kəs müraciət edənin hansı xəstəlikdən əziyyət çəkməsini bilmədən ona yardım göstərirdi. Həmçinin Sərəncamda və Nazirlər Kabinetinin qərarında konkret olaraq göstərilmişdir: « yeni növ koronovirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə ödənilməsi nəzərdə tutulmuşdur. bununla bağlı yuxarı instansiya orqanlara şikayətlər vermişlər. X16 isə işəgötürənin əməlində inzibati xəta müəyyən edərək protokol tərtib etmişdir.
20. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 21 iyul 2022-ci il tarixli, 2(051)-72/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək; -21 yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək haqqı məbləği, həmin vaxt qüvvədə olan əmək müqaviləsinə əsasən iddiaçılar İddiaçı1 692 manat, İddiaçı2 692 manat, İddiaçı3 692 manat, İddiaçı4 Rafael oğluna 664 manat, İddiaçı5 692 manat, İddiaçı6 1080 manat, İddiaçı7 1080 manat, İddiaçı8 692 manat, İddiaçı9 1080 manat və İddiaçı10 1080 manat məbləğində müəyyən edilmiş tarif (vəzifə) maaşları əsasında cavabdeh Mingəçevir şəhər X11 Hüquqi Şəxs tərəfindən “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X22 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq, iddiaçıların hər birinə münasibətdə yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı məbləği arasında yaranmış müsbət fərqin, iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Mingəçevir şəhər X11 Hüquqi Şəxsin direktorunun “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrləri əsasında iddiaçılar xx.xx.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişlər.
22. Belə ki, Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayı aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olduğundan, həmçinin digər xəstəliklərlə bağlı gündəlik çağrışların sayının 100-120 arası olması və gün ərzində 6 briqadanın növbəyə çıxması nəzərə alınaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik, bir nəfər həkim, bir nəfər tibb bacısı və sürücü olmaqla cəmi 3 nəfər tərkibdən ibarət bir briqada cəlb edilmişdir. Həmin briqadaya iddiaçılar növbəlik əsasında cəlb edildiklərindən, onlara müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən hesablanıb ödənilmişdir.
23. Məhkəmə öz qənaətini həmçinin onunla əsaslandırmışdır ki, iddiaçılarla cavabdeh arasında 07 yanvar 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavələrdə 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş normativ akta istinad edilmişdir. Bu da həmin müqaviləyə əlavələrin əslində 07 yanvar 2020-ci il tarixdə deyil, xx.xx.2020-ci il tarixdən sonra bağlandığını dəlalət edir. Həmçinin, iş materiallarında olan əmək müqviləsi bildirişləri isə dövlət reyestrinə xx.xx.2020-ci il tarixdə yerləşdirilsə də, iddiaçılara əmək haqqı xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə əlavələr üzrə hesablanmışdır. Halbuki, həmin əlavələr məhz xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Belə olan halda iddiaçıların hüquqları xx.xx.2020-ci il tarixədək davam etmişdir. Bundan əlavə iddiaçılar tərəfindən kollektiv şəkildə xx.xx.2020-ci il tarixdə X16 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə müraciət edilsə də, şöbə tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçılara əmək haqqlarının hesablanması və ödənilməsində Mingəçevir Şəhər X11 hüquqi şəxsin qanun pozuntusuna yol verdiyi ilə bağlı məlumat məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçıların hüquqlarının pozulduğu xx.xx.2020-ci il tarixdə aşkar edildiyindən, onların 2021-ci ilin iyun ayında məhkəməyə müraciətləri iddia müddəti daxilində olmuşdur.
24. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçıların əmək haqqı məbləğlərinin əvvəlki qaydada hesablanması, yeni qaydalara münasibətdə iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalı və iddiaçılara həmin vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş məbləğdə əmək haqqı hesablanmalıdır. Məhkəmə iddia tələbinin 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarının 4 misli miqdarında iddiaçılara müddətli əlavənin verilməsi hissəsini ilə bağlı qeyd edir ki, idda tələbi həmin hissədə əsaslı deyildir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə, 147-ci maddəsinin 4-cü hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 156-cı maddəsinin 1-ci hissəsinə, 288 və 296-cı maddələrinə, İcbari Tibbi Sığorta üzrə X14 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarına, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçılar (İddiaçı2, İddiaçı6 və İddiaçı8 istisna olmaqla) və cavabdeh tərəf apellyasiya şikayəti vermişlər.
27. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi “Mingəçevir şəhərində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının aşağı səviyyədə (martayında 2, aprelayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olması, infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik bir briqadanın cəlb edilməsi yetərli hesab edilməsini və bir briqada üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavənin ödənişi mütəmadi qaydada həyata keçirildiyini əsas gətirib, iddianın bu hissədə təmin etməmişdir.
28. Hamıya məlumdur ki, 2020-ci ilin mart ayından başalayaraq ilk aylarda (COVİD-19) infeksiyasına yoluxma sayının aşağı səviyyədə (mart ayında 2, aprel ayında 11, may ayında 21 nəfərdə yoluxma halı) olması hesab edirik ki, təkzib olunmazdır. Hər ay yoluxma sayının həndəsi silsilə ilə artımı görünür.
29. Cavabdeh məhkəməyə 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, sonrakı ilin aylarında yoluxmasayının hansı həddə olması barədə məhkəmə niyə sübüt təqdim etməmişdir? 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında Respublikada (COVİD-19) infeksiyasına yoluxma sayının 5000 nəfərdən artıq olması (mətbuatda gündəlik izlənilən faktlardır) və təxminən Mingəçevir şəhərində yoluxma sayının 70-100 nəfər arasında dəyişməsi və Modul xəstəxanaların Mingəçevir şəhərində olmaması, bir nəfər xəstənin minimum iki-üç saata yaxın rayonlardan (Ağdaş, Goranboy, Şəki, Gəncə şəhərlərində Modul tipli xəstəxanalara yerləşdirilməsi) xəstaxanaya yerləşdirilməsinin mümkün olması nəzərə alınsa bir briqadanın deyil, heç altı briqadanın yoluxmuş xəstələri xəstəxanaya yerləşdirilməsi mümkün deyildir.
30. Məhkəmə 2020-ci ilin sonlarına yaxın (COVİD-19) infeksiyasına yoluxma sayının kəskin artmasını və infeksiyaya yoluxmuş, yoluxma riskində olan xəstəliklərlə bağlı gündəlik çağrışlarda Mingəçevir ŞMX-nin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin hamısının iştirak etməsini nəzərə almamışdır.
31. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)-72/2022 saylı qətnaməsini qismən əsassız və qanunsuz hesab edirlər.
32. Belə ki, iddiaçılar bu məsələ ilə bağlı bir çox yuxarı dövlət qurumlarına müraciət etmiş, bir qrup işçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərinin, həmçinin Mingəçevir şəhər X11 hüquqi şəxsin qəbulunda olmuşlar. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 saylı sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 112 saylı “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibb Ekspertiza və X3 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun işçilərinə-aylıq vəzifə tarif maaşının 4 misli məbləğində, həmin qərarın 2-ci bəndində isə bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq, 2020-ci il martın 1-dən 2021-ci il iyunun 1-dək ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıların iddia etdikləri hal əslində NK nin qərarının 2ci bəndində izah olunur. Koronovirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş TTYS işçilərinin iş vaxtına mütənasib olaraq müddətli əlavələr mütəmadi qaydada hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar tutulduqdan sonra ödənilmişdir. Həmçinin iddiaçılar 2020-ci ilin yanvar ayı üçün olan əmək haqqlarını təsdiqlənmiş qaydalara uyğun almışdır. Bundan başqa hər bir vəzifə üzrə tarif maaşı məbləğində əlavə 2020-ci ilin yanvar ayından verilmişdir. Həmin əlavələr xx.xx.2020-ci il tarixdən İcbari Tibi Sığorta Ağentliyinin 2 nömrəli qərarı əsasında təyin edilmişdir. Əlavələr xx.xx.2020-ci il tarixdən verilir. İcbari Sıgortanın xx.xx.2020-ci il tarixli, 2 saylı qərarı ilə yalnız həkimlərə 200 manat həvəsləndirici pilot layihə müddətində verilmişdir. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Hesab edirilər ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onların hər biri Mingəçevir şəhər X11 Hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının işçiləridir. 25 mart 2020-ci il tarixdə 112 saylı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar qəbul edilmişdir. 1 mart 2020-ci il tarixdən hazırki vaxta qədər onlara həmin əlavə verilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarına 4 qat misli miqdarında əlavənin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, xəstəxanada koronavirus çağırışları üçün ayrıca briqada ayrılsa da, onlar da çağırışa gedəndə həmin xəstələrin COVİD-19 virusuna yoluxduğunu aşkar etmişlər. Həmin çağırışlar üçün başqa briqada ayrılması o demek deyil ki, onların çağırışlarında korona xəstələri olmayıb, onlarla ünsiyyətdə olmamışlar. İddiaçı sonda apellyasiya şikayətimizin təmin edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və X15 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkili X9 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz, özləri tərəfindən verilmiş apellyasiya şikayətini isə müdafiə edərək bildirmişdir ki, iddiaçıların hər birinə vaxt hesabına uyğun olaraq əmək haqqı ödənilmişdir. Onların heç bir alacağı qalmamışdır. Həm də ki, koronavirus xəstələrinin çağırışlarına getmək üçün ayrıca briqada ayrılmış, onlar geyim və xüsusi ləvazımatlarla təmin edilmiş, sonra çağırışlara getmişlər. Ona görə də özləri tərəfindən verdiyimiz apellyasiya şikayətiminin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş 3-cü şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X22 nümayəndəsi X13 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılar işdədikləri hər günün vaxt hesabı ilə əmək haqlarını vaxtı-vaxtında alıblar. Tərəflərindən onlara bütün əmək haqları ödənilib.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 154. Əmək haqqı 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri 1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; 147-ci maddənin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. 147-ci maddənin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. 88-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır:
40. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin.
41. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər
Apellyasiya baxışının hədləri
43. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı tərəf Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsinin təmin olunmayan hissəsini, cavabdeh tərəf isə həmin qətnamənin təmin olunmuş hissəsini mübahisələndirir.
44. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)-72/2022 nömrəli qətnaməsini mübahisələndirilən hissələrdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, tələb iki hissədən - 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək əmək müqaviləsi üzrə müsbət artımın (əlavənin) hesablanıb verilməsindən və yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsindən ibarətdir.
47. Mövcud mübahisə üzrə iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
48. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçıların cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçılar qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
49. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
50. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli təhlil edərək aşağıdakıları qeyd edir.
51. İddia tələbinin mübahisələndirilən hissədə ümumi hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normaya görə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər.
52. Hazırki iddia tələbində iddiaçılar onların yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edirlər.
53. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 25-ci paraqrafı).
54. Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 26-cı paraqrafı).
55. 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir.
56. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, təcili tibbi yardım xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir.
57. Məhkəmə kollegiyası mübahisənin həllinə məhz bu kontekstdən yanaşaraq, iddianın həllində bu normalara istinad etməklə, iddiaçıların qeyd olunan əlavələrin şamil olunduğu işçilərin dairəsinə aid edilib-edilmədiyini araşdırmışdır.
58. Çünki işin faktiki halları ilə, o cümlədən tərəflərin özlərinin izahatı ilə müəyyən edilir ki, iddiaçıların göstərdiyi müddət ərzində cəmi bir briqada növbəliyə salınmış, iddiaçılar da həmin briqadanın tərkibində olmamışdır.
59. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli,112 №-li Qərarında həmçinin bu qərardan irəli məsələlərin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir.
60. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin də mövqeyi ondan ibarət olmuşdur ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur.
61. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyinə görə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X22 işçilərinə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələr o halda ödənilir ki, onların tibbi yardım göstərdiyi xəstələrdə koronavirus infeksiyası aşkar olunsun. İddiaçıların əmək haqlarına hesablanmış “covid pulu” saat hesabı hesablanaraq onlara ödənilmişdir.
62. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar TTTYS-də işləmiş olsalar da, onların iş şəraiti bütün müddət ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmamışdır. Onların bu infeksiya şəraitinə uyğun işlədikləri dövr üzrə saat hesabı ilə əmək haqlarına əlavələr hesablanmışdır.
63. Bu halda nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Mülki işin materialları əlaqəli şəkildə təhlil edilərkən iddiaçılar tərəfin iddia tələbini bu hissədə dəstəkləyən hər hansı sübutu məhkəməyə təqdim etməsi iş materialları ilə sübut olunmur, əksinə cavabdeh tərəfindən təqdim edilmiş coxsaylı sənədlər, o cümlədən tərəflərin özünün izahatı iddia tələbini göstərilən hissədə təkzib edir.
65. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin də dəlillərini əsaslı saymır və aşağıdakıları qeyd edir.
66. Belə ki, öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılarla cavabdeh Publik Hüquqi şəxs arasında 2020-ci ilin yanvar ayı ərzində bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X11 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir.
67. Göstərilən nöqsanlar baxımından cavabdeh X22 direktorunun barəsində X16 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonradan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun inzibati məsuliyyətdən azad edilməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmişdir.
68. Göründüyü kimi qərarın ləğv edilməsi işəgötürənin əməlində inzibati xəta tərkibi olmaması ilə deyil, müddətin keçməsi ilə bağlı olmuşdur.
69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
70. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
71. Kollegiya işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıların əmək haqqı məbləğlərinin əvvəlki qaydada hesablanması, yeni qaydalara münasibətdə iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş pozuntu aradan qaldırılmalı və iddiaçılara həmin vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş məbləğdə əmək haqqı hesablanmalıdır.
72. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Rafael oğlu, İddiaçı5, İddiaçı7, İddiaçı9, İddiaçı10 və onların nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən, həmçinin cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkil X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(051)-72/2022 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov