Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1272/2023 13.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməsi, qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda isə vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etmək hüququnun təkrar izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməsi, qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda isə vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Lakin iddiaçı yuxarıda göstərilən hallara riayət etmədən Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Ona görə də iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Həmçinin ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilkin olaraq Qeydiyyat Şöbəsinə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməlidir. Qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrində baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin normalarının pozulmasına yol verərək, iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməli olduğu halda, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadı ilə prosessual hüquq əsasları normaları pozulduğundan, qərardadın ləğv edilməsi üçün əsaslar vardır. “İnzibati və mülki münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, azərbaycan respublikası xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə,qəsəbələrdə və kəndlərdə, rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddia tələbi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərdə düzəlişlərin edilməsi ilə bağlı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin, məhkəmə bu nəticəyə gəldiyi halda, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 152-ci maddəsi ilə iddia ərizəsini geri qaytarmışdır. Halbuki, həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ona görə də, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etməsi, qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda isə vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(051)-2518/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməsindəki vətəndaş İddiaçı qrafasındakı qeydin və Doğum haqqında Şəhadətnaməsində ata qrafasında qeydin etibarsız hesab edilməsinə və həmin yazıların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ilkin olaraq qeydiyyat şöbəsinə müraciət etmək, qeydiyyat Şöbəsi tərəfindən ərizəsi təmin olunmadığı halda isə vəzifəli şəxslərin hərəkət və qərarlarından inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1272/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1272/2023
13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver