Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1286/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: aliment) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh nikahını 24 mart 2009-cu il tarixdə 03 nömrə ilə dövlət qeydiyyatına aldırmaqla ailə qurmuşlar. Birgə evlilikdən 11 fevral 2011-ci il tarixdə X5 və 16 fevral 2012-ci il tarixdə X6 adlı 2 uşaqları olmuşdur. Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş X3 və X4 iddiaçının himayəsində saxlanması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеh ilə birgə nikahlarından anadan olmuş X3 və X4 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri və nikahları xasiyyətləri uyğun gəlməməsi, ona və ailəsinə xəyanət etdiyi üçün pozulmuşdur. Həmçinin, Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş X3 və X4 onun yanında və himayəsində saxlanması qət edilmişdir. Hazırda övladlarının 11 və 12 yaşı var, ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri təkbaşına qarşılaya bilmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşaqlarının ehtiyacları ilə maraqlanmamış, azyaşlı övladlarına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən övladları onun himayəsindədir. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, 2022-ci ildə cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(063)-150/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Əsas olaraq olaraq göstərilmişdir ki, Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün sözügedən qətnamə qanuni qüvvəyə minməmişdir. Ucar Rayon Məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmış, həmçinin 19 mart 2024-cü il tarixdə Ali Məhkəmədə kassasiya şikayətinə də baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır. Hazırda iddia tələbinin həcminin artırılmasına zərurət vardır. Belə ki, o, 2022- ci ildə aliment tələbi barədə iddia ərizəsi ilə müraciət edən zaman “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir.
4. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhdən birgə nikahdan anadan olmuş X3 və X4 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 193 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 16 aprel 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək cavabdehdən birgə nikahdan anadan olmuş X3 və X4 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı qəbul etmir, belə ki, iddiaçı tələbini “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. İddia tələbinin əsasları ilə razılaşmayaraq məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. İddia ərizəsi məhkəməyə verilən vaxt o, müəllim kimi ayda 193 manat əmək haqqı alırdı. 28 iyun 2024-cü il tarixdən o, tutuduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi onun maddi vəziyyəti kəskin pisləşmişdir. İddiaçı, X9 İdarəsində işləyib əmək haqqı almaqla yanaşı həm də İİ dərəcə əlil kimi pensiya alır. Maddi imkanı olmadığını yazan iddiaçının “KİA” markalı bahalı avtomobili var. Onlar faktiki ayrıldıqdan sonra uşaqları iddiaçının himayəsində qalmışlar və təminat səviyyəsi dəyişilməmişdir. Göründüyü kimi iddia tələbinin əsasları heç bir dəlillə sübuta yetmir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində hər ay, hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, tərəflərin maddi vəziyyətini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən 11 fevral 2011-ci ildə doğulmuş X3 və 16 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 26 dekabr 2022-ci ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
10. Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin olunmuş, Cavabdeh 26 dekabr 2022-ci ildən başlayaraq 11 fevral 2011-ci ildə doğulmuş X3 və 16 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumuna görə 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində pulun tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100-cü maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: doğum haqqında şəhadətnamələr Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli, 2(102)-279/2024 nömrəli qərarı Ənvər Məmmədxanlı kəndi Elman Əliyev adına kənd ümumi orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Mehran Abdullayevanın 05 iyul 2024-cü il tarixli arayışı
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh öhdəlikdən yayınmaq üçün işdən çıxmışdır. Hazırda o, sabit pul məbləğində aliment tutulmasına dair ərizə versə də hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı ölkə üzrə orta aylıq əmək haqqının 1/3 hissəsindən az ola bilməzdi. Məhkəmə qətnamə qəbul edərkən uşaqlarının üstün mənafeyini nəzərə almalı olduğu halda bunu etməmişdir. Belə ki, o, 2-ci qrup əlil olmaqla bərabər işləyir. İşləməklə bərabər hər iki övladının qayğısına qalır. Buna baxmayaraq məhkəmə cavabdehin hakimə olan etirazını özünə qarşı hal bilərək məhz həmin təzyiq altında azyaşlı uşaqlarının mənafeyini gözləmədən cəmi 70 manat aliment təyin etmişdir. Həmin məbləğ 235 manat alimentin 1/3 –dən də az məbləğdir.
15. Ona görə də, Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
16. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin vaxt o, müəllim kimi ayda 193 manat əmək haqqı alırdı ki, o məbləğin də 68 manatını kredit borcuna ödəyirdi. İddiaçı isə həm iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, həm də indi X9 İdarəsində işləyib əmək haqqı almaqla yanaşı həm də İİ dərəcə əlil kimi pensiya alır. İddia ərizəsinə yazılı etiraz verərək iddiaçının maddi vəziyyətinin onun maddi vəziyyətindən yaxşı olduğunu göstərmiş, belə yaxşı maddi vəziyyətlə uşaqlarını saxlaya bilmirsə uşaqlarını onun himayəsinə verməyini təklif etmişdir.
17. Ona görə də, Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdehin nümayəndəsi X7 iddiaçının apellyasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyn edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
22. Qərar: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Hər iki tərəf Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. İddiaçı iddianın təmin edilmiş hissəsində və cavabdeh iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hər ay bir uşaq üçün 70 manat aliment müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
27. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 235 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası hər iki apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin və iddiaçının maddi vəziyyətlərindəki fərqləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar mövcuddur.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən hər ay hər uşaq üçün 70 manat miqdarında aliment müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 26 dekabr 2022-ci ildən başlayaraq 11 fevral 2011-ci ildə doğulmuş X3 və 16 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 26 dekabr 2022-ci ildən başlayaraq 11 fevral 2011-ci ildə doğulmuş X3 və 16 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.